ZİREHLİLƏR

сущ. зоол. броненосцы ( сем. млекопитающих отряда неполнозубых)
ZİREHLİ
ZİREHLİLİK
OBASTAN VİKİ
Zirehlilər
Zirehlilər (lat. Dasypodidae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin armadillər dəstəsinə aid heyvan fəsiləsi. Bədəni qərni lövhələrdən ibarət qalın qalın zirehlə örtülüdür. Pota, yöndəmsiz heyvandır. Qərni lövhələrin xeyli hissəsi müvafiq sümük lövhəsinin üzərində yerləşir (dəri sümükləşməsi). Adətən qurşaq şəklində düzülən qərni lövhələrdəki bəzi sıraların bir-birilə elastik birləşdirici toxuma ilə birləşməsi zirehə hərəkətlilik verir. Bədəninin uzunluğu (quyruqsuz) 1 metrədəkdir. İri caynaqlıdır. 28—40 (nəhəng. zirehlilərdə isə 90-dək) dişi var.
Doqquzqurşaqlı zirehlilər
Doqquzqurşaqlı zirehlilər (lat. Dasypus) — məməlilər sinfinə, zirehlilər fəsiləsinə daxil olan cins. Doqquzqurşaqlı zirehlilərin gövdə uzunluğu yarım metri keçmir. Tipik çəkisi 4–8 kq-dır. Doqquzqurşaqlı zirehlilər bütün fəsilənin növləri arasında öz arealını genişləndirməyi bacaran yeganə canlılardır. Şimali Amerikaya yayılaraq ABŞ-nin cənub bölgələrinə çatdılar və daha da şimala doğru irəliləyirlər. Digər zirehlılar yalnız Cənubi Amerikada yaşayır. Doqquzqurşaqlı zirehlilər özlərininin qazdıqları yuvalarda yaşayırlar. Çöllərdə, kollarda və dağlarda 3000 metrə qədər yüksəklikdə yaşamaları mümkündür. Böcəklər, göbələklər, meyvələr və bitki toxumları ilə qidalanırlar.
Nəhəng zirehlilər
Nəhəng zirehlilər (lat. Pampatheriidae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin armadillər dəstəsinə aid heyvan fəsiləsi.
Telli zirehlilər
Telli zirehlilər (lat. Chaetophractus) — məməlilər sinfinə, zirehlilər fəsiləsinə daxil olan cins. Bu cins Cənubi Amerika üçün endemikdir. Argentina, Boliviya, Çili və Paraqvay kimi cənub ölkələrində yayılmışdır.
Zirehlilər dəstəsi
Zirehlilər dəstəsi (lat. Dinoflagellata ) — Qamçılılar sinfinə aid olan dəstə. == Haqqında == Zirehlilər, əsasən dənizlərdə yaşayırlar. Bədənləri sellülozadan təşkil olunmuş ikitaylı zirehə malikdir. Dəstənin əksər növlərində sarı-qonur, az hallarda yaşıl xromotoforlar vardır ki, bunlar holofit qidalanmanı təmin edir. Zirehlilər içərisində animal üsulla qidalanan formalar da vardır. Bunlara isti dənizlərdə yayılan gecə işıqcası adlanan zirehli qamçılını misal göstərmək olar. Gecə işıqcası bir qamçılı, iri kürə şəklində formada olub, diametri 2mm -ə qədərdir. Yayın axırlarında onlar külli miqdarda çoxalırlar. Gecə işıqcası növü dəstənin digər nümayəndələri kimi dənizdə xüsusi işıq saçmaq qabiliyyətinə malikdir.
Çılpaqquyruq zirehlilər
Çılpaqquyruq zirehlilər (lat. Cabassous) — məməlilər sinfinə, zirehlilər fəsiləsinə daxil olan cins. Cənubi və Mərkəzi Amerikada yayılmış zirehli cinsi. Latın adı Karib dənizi sözünün latınlaşmış formasıdır.
Üçqurşaqlı zirehlilər
Üçqurşaqlı zirehlilər (lat. Tolypeutes) — məməlilər sinfinə, zirehlilər fəsiləsinə daxil olan cins. Cənubi Amerikada açıq və yarı açıq yaşayış yerlərində yaşayırlar. Bütün zirehlilər yalnız üç qurşaqlı zirehlərinə güvənir. Bir yırtıcı tərəfindən hücum edildikdə, bu heyvanlar möhkəm bir top formasında bükülür. Digər zirehlil növləri çoxlu sərt qabıqları səbəbindən bu formada bükülə bilmirlər.

Digər lüğətlərdə