ZİRƏK

sif. [ fars. ] Bacarıqlı, əlindən iş gələn, cəld, çevik, çox diribaş.
[Hacı Qara:] Yaxşı, siz istəyirsiniz ki, quşdan da zirək olub Arazın o tayına səkəsiniz? M.F.Axundzadə.
Bir qədər diribaş və zirək uşaqlar mollanın xəlfəsi olardılar. H.Sarabski.

□ Zirək tərpənmək (tərpəşmək)1) tez, cəld hərəkət etmək.
[Kərbəlayı Fatma xanım:] …Ay qız, Zeynəb, tez ol, yataqları gətir, bu tərəfdən qoy… Tez ol! Bir azacıq zirək tərpəş! C.Məmmədquluzadə;

2) başqalarından tez hərəkət etmək, bir işdə başqalarını qabaqlamaq.

Синонимы

  • ZİRƏK bacarıqlı — cəld — çevik — diribaş
  • ZİRƏK ZİRƏK ..sədri də davadan çıxıb ad qazanmış zirək və bacarıqlı bir oğlandır (M.Rzaquluzadə); CƏLD [Qəhrəman yüzbaşı:] Ədə, cəld tərpənişin!

Антонимы

  • ZİRƏK ZİRƏK – MAYMAQ Bir qədər diribaş və zirək uşaqlar mollanın xəlfəsi olardılar (H.Sarabski); Görmürsən, maymağın biridir (M

Этимология

  • ZİRƏK Əsli zərənq kimidir, “qoçaq” deməkdir, farscadır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
ZİRƏFKƏND
ZİRƏKLƏNDİRMƏK
OBASTAN VİKİ
Zirək
Zirək və ya Zirak — keçmiş İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, sonralar keçmiş Paşalı (Əzizbəyov, Vayk) rayonunun, hazırkı Vayotsdzor mərzinin ərazisində mövcud olmuş kənd. Arpaçayın sol qolu olan Zirakçayın sahilində yerləşmişdir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır. Toponim qədim türk tayfalarından olan "siraq" etnonimi əsasında əmələ gəlmişdir. Kənddə 1831-ci ildə 43 nəfər, 1873-cü ildə 169 nəfər, 1886-cı ildə 218 nəfər, 1897-ci ildə 223 nəfər, 1914-cü ildə 433 nəfər, 1916-cı ildə 423 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kəndin əhalisi erməni silahlı birləşmələrinin təcavüzünə və qırğınlarına məruz qalaraq kənddən qovulmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra 1923–1924-cü illərdə sağ qalanlar öz yurdlarına qayıda bilmişdilər. Burada 1926-cı ildə 158 nəfər, 1931-ci ildə 545 nəfər yalnız azərbaycanlı yaşamışdır. SSRİ Nazirlər Sovetinin "Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" 23 dekabr 1947-ci il tarixli qərarına əsasən kəndin azərbaycanlı əhalisi zorla Azərbaycana deportasiya edildikdən sonra kənd ləğv edilmişdir. Hazırda xarabalıqdır.
Həsən Zirək
Həsən Zirək (kürd. Hesen Zîrek; 29 noyabr 1921, Bükan, Qərbi Azərbaycan ostanı – 26 iyun 1972, İran) — İran musiqiçisi. Tanınmış kürd əsilli İran sənətçisi və bəstəkarı.

Значение слова в других словарях