Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kürklü Venera (roman)
Kürklü Venera - Almaniya yazıçısı Leopold fon Zaxer-Mazox tərəfindən 1870-ci ildə yazılmış roman. == Hekayə == Kürlü Venera romanında yazıçı sevdiyi qadınlarla olan münasibətlərini açııq şəkildə sərgiləyir. Romanda Sever ilə dul qadın Vanda arasında yaşanan məhəbbətdən bəhs olunur. Sever sevdiyi qadın üçün hər şey edir. Həmçinin sevdiyi qadın tərəfindən əziyyət görməkdən, onun qulu olmasından zövq alır. Sever tanrı kimi gördüyü Vandanın köləsi olması üçün yalvarır. Vanda onun istəyini qəbul edir və onlar müqavilə imzalayırlar. Roman boyunca Sever Vanda tərəfindən əziyyət görməkdən və başqa kişilərlə gəzməsindən acı duysa da istəmədən bundan zövq alır. Vanda isə onun bu halına görə sevmək ilə nifrət etmək arasında qalır, çünki qısqac kişiyə sahib olacağına, amma sonsuza qədər olacağını bilir. Sonda Vanda Severə əziyyət verməkdən o da zövq almağa başlayır və ona qarşı sevgisi məhv olur.
Hüseyin Kürkçü
Hüseyin Kürkçü — krım tatar türkoloq, dilçi, pedaqoq. Filologiya elmləri namizədi olan o Krım Pedaqoji İnstitutunda dərs deyib. Ömrünün 16 ilini əmək düşərgələrində keçirdikdən sonra 1957-ci ildə bəraət alaraq azad olub. == Haqqında == Hüseyin Kürkçü 23 yanvar 1905-ci ildə Bağçasarayda anadan olub. Məktəb illərində şair, pedaqoq Yaqub Şakirəlinin şagirdi olub. Orta təhsilini bitirdikdən sonra İsmayıl Qaspıralı adına Bağçasaray Müəllimlər Seminariyasına daxil olur. 1924-1926-cı illərdə Bakı Dövlət Universitetinin tarix-filologiya fakultəsində təhsil alıb. Burada Vasili Bartold, Bəkir Çobanzadə, Əziz Qubaydullin kimi alimlərdən dərslər alır. Bakıdakı təhsilini bitirdikdən sonra Krıma qayıdaraq burada Kökköz kənd məktəbində dərs deməyə başlayır. "Okuv işleri" (Tədris işləri) jurnalında fəaliyyət göstərir.
Kürülü suşi
Kürülü suşi — Yapon mətbəxinin yeməyi. Nori dəniz yosunu, kürüdən, üzüm sirkəsi, balıq, tərəvəz və digər yerli delikateslərlə tamlandırılmış düyüdən ibarət olur. == Suşi haqqında == Suşinin vətəni Yaponiya deyil. Eramızdan əvvəl 500-cü illərdə Tailand, Borneo və Laosda insanlar tutduqları çay balıqlarını düyü içində saxlayıblarmış. Düyü turşuda olan fermentasiyaya bənzər dəyişiklik keçirib balıqların pozulmasını önləyibmış. Bu üsul Çində də istifadə olunarkən 300 il sürən Monqol işğalı zamanı monqolların balıq yeməmələri ucbatından unudulmuşdu. Yaponlar bu ölkələrdən düyü yetişdirməyi öyrənərkən bu saxlanma üsulunu da almışdılar. Böyük qapaqlı qablar içində bir sıra düyü, bir sıra balıq döşəyərək bir il qədər saxladıqları balıqları yeyib düyünü atarlarmış. Zamanla fermentasiya texnikalarının inkişafı ilə gözləmə müddəti bir, iki günə enincə düyünün kəskin və dəyişik dadı xoşlarına gəlib onu da yeməyə başlamışdılar. 17-ci əsrdə düyünün içinə sirkə qoyduqlarında bir neçə gün gözləmələrinə gərək qalmadan eyni ləzzətə çatdıqlarını kəşf etmişdilər.
Bürclü
Bürclü (Ərdəbil)
Kürdçü
Kürdçü — Azərbaycan Respublikasının Hacıqabul rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Kürdçü Hacıqabul r-nunun Atbulaq i.ə.v.-də kənd. Düzənlikdədir. Tədqiqatçılara görə, oykonim kürd (etn.) və -çü (türk dillərində mənsubiyyət bildirən şəkilçi) komponentlərindən düzəlib, "kürdlər kəndi" mənasındadır. Yaşayış məntəqəsini vaxtilə kürdmənşəli ailələr saldığına görə belə adlanmışdır. Oykonimin Kürçü adının təhrif variantı kimi "Kür çayı sahilindən gələnlər" mənasında olması da güman edilir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1240 nəfər əhali yaşayır.
Kürkün
Kürkün — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Alpan bələdiyyəsinin tərkibindədir. == Tarixi == Kürkün kəndi nəinki Qubanın, həm də Azərbaycanın ən qədim kəndlərindəndir. Tarixi Qafqaz Albaniyasına gedib çıxan Kürkün Qorqan, Qorkan və Kyurkan adlarından yaranma ehtimalı var. Dəniz səviyyəsindən 2500 metr yüksəklikdə yerləşən Kürkün kəndinin indiki əhalisi azərbaycanlılar və əslən Dağıstanın Miskincə rayonundan gəlmiş Cənubi azərbaycanlılardır.Ehtimal olunur ki Miskincə rayonuna Cənubi Azərbaycanın Meşgin şəhərindən gəlmişlər. Onların Azərbaycanda yerləşməsindən 150–200 il ötsə də burada qədim qəbristanlıqların və tarixi məlum olmayan başdaşılarından da onun tarixi haqqında dəqiq məlumat almaq olmur. == Toponimikası == Kürkün oyk., sadə. Quba r-nunun Alpan i.ə.v.-də kənd. Qusar maili düzənliyindədir. Tədqiqatçıların fikrincə, oykonim ləzgi dilindəki kürkün sözündən olub, "yüksəkliyin yamacı" mənasını bildirir.
Kürçülü
Kürçülü (əvvəlki adı: Kürd Çullu) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şəhriyar kənd inzibati ərazi dairəsi tərkibindəki Kürd Çullu kəndi Kürçülü kəndi adlandırılmışdır. == Tarixi == 29 mart 2005-ci ildə Kürçülü kəndi Kürkənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Kürçülü kənd inzibati ərazi vahidi yaradılmışdır.
Kürəkli
Kürəkli (Karbi) — 1728-ci ildə İrəvan əyalətinin Karbi nahiyəsində məzrə adı
Pürülü
Pürülü (erm. Փիրլու; Pirlu) — Ermənistan Respublikasının cənubunda, Sünik mərzində (keçmiş Zəngəzur mahalı) yerləşən kənd. Qafan şəhərindən 35 km şimal-qərbdə, Qazangölçayın sol sahilində, sıldırım qayalıqların üstündə, yamacda yerləşir. 1918-ci ildə Pürülü kəndi ermənilər tərəfindən dağıdılmış, qaçqın düşən əhalisi isə Ordubada pənah aparmışlar. Sovet hökuməti qurulduqdan sonra kənd əhalisi geriyə qayıdaraq, yenidən öz ata-baba yurdlarında məskunlaşmış, dağıdılmış təsərrüfatı bərpa etmişlər. 1934-cü ildə kənddə kolxoz qurulmuŞ, 1965-cı ildə isə kolxoz ləğv edilmiş, təsərrüfatı isə Gığı sovxozuna birləşdirilmişdir. Kolxoz ləğv edildikdən sonra, əhalisi getdikcə azalan kənddə 80-ci illərdə 25-30 ailə yaşayırdı. 1988-ci ilin noyabr-dekabr aylarında Pürülü camaatı deportasiya olunaraq, ata-baba yurdlarından didərgin salınmışlar. Meyvə, xüsusilə də cəviz ağacları ilə zəngin olan kənddə klub, kitabxana, mağaza, 8 illik məktəb və s. sosial obyektlər var idi.
Kürsü
Kürsü — qışda evləri qızdırılması üçün istifadə olunan cihaz. == İstifadə qaydası == Kürsü bunlardan ibarətdir: bir qısa masa və altında keyfiyyətli, uzun müddət yanan və aşağı tüstü verən kömür ilə dolu manqal və kürsü yorğanı. Kürsü yorğanı masanın üstünə çəkilər ki, isti masanın altından çıxmasın və boşa getməsin. == Mədəni mövqesi == Azərbaycan və İranda Çillə gecəsində ailə kürsü ətrafında toplanır və bu gecəni qeyd edərdilər.[mənbə göstərin] == Digər ölkələr == Bir Kotatsu adlı oxşar məhsul Yaponiyada istifadə olunur. == Xarici keçidlər == Kürsü nədir?
Kürdü
Kürdü (geyim)
Künclü acıçiçək
Bürclü (Əhər)
Bürclü — İranın Şərqi Azərbaycan ostanında kənd.. == Coğrafi yerləşməsi == Əhər şəhristanının Horand bölgəsinin Yaft kəndistanında, Horand qəsəbəsindən 37,5 km cənub-şərqdədir.
Kükü
Kükü bu mənaları ifadə edə bilər: Yaşayış məntəqələri Kükü (Şahbuz) — Azərbaycannın Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd. Kükü abidələr kompleksi — Şahbuz rayonu ərazisində yerləşən arxeoloji abidələr kompleksi. Yeməklər Kükü (yemək) — yemək. Kükü plov — Azərbaycan plovunun geniş yayılmış növlərindən biri.
Kürü
Kürü — soyuq delikates qəlyanaltısı. Kürü həm konservləşdirilmiş, həm də təzə halda süfrəyə verilir.
Anadolu Türkü
Anadolu türkləri (türk. Anadolu Türkleri), Türkiyə türkləri (türk. Türkiye Türkleri) və ya sadəcə türklər (türk. Türkler) — əksəriyyəti Osmanlı İmperiyası dağıldıqdan sonra qurulan Türkiyə Cümhuriyyəti torpaqlarında yaşayan türk xalqına verilən addır. Türk xalqları içində etnik cəhətdən oğuz türkləri ilə daha yaxındır. İskitlərin (Sakaların), Kimmerlərin, Hunların, Avarların, Xəzərlərin, Qıpçaqların Anadoluya giriş qapısı olan Qafqaz və Anadolu ən az 7 min illik türk beşiyidir. Xüsusilə Azərbaycan torpaqları Türkiyə ilə Türküstan arasında körpü və tranzit yoludur. Bilməyənlər və/və ya inanmayanlar ulu öndər Qazi Mustafa Kamal Atatürkün hərbi məktəblərdə oxuyarkən yazdığı "Haqq haradadır" şeirini oxumaqla başlaya bilər. Şanlı əcdadlarımızın dediyi kimi; Bilməmək, amma öyrənməmək günahdır (ayıbdır) axı!..
Küllü söyüd
Tüklü albalı
Keçəli albalı (lat. Prunus tomentosa) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. Çin, Koreya, Yaponiya və Monqolustanda yabanı halda bitir. Çindən bitki bütün dünyaya yayılmış, XIX əsrin axırlarında isə Rusiyaya çatmışdır. Hündürlüyü 3 m olan, enli yumurtavari dağınıq çətirli koldur. Çoxillik budaqlarının qabığı boz-qonur rəngli olub, qalındır. Budaqları sıx keçə tükcüklüdür. Yarpaqları enli ellipsvari olub, 5 sm uzunluğundadır. Üstdən bozumtul-yaşıldır, payızda qırmızıdan sarı rəngə kimi müxtəlif çalarlarda olur. Çiçək tumurcuqları qısa saplaqlarda və ya budaqların üzərində yerləşir.
Tüklü böyürtkən
Tüklü gərgədan
Yunlu kərgədan (lat. Coelodonta antiquitatis) — Kərgədanlar fəsiləsinə aid nəsli kəsilmiş növ. Qərbi Avropa və Sibirin qarlı düzənliklərində yayılmışdı.
Kürdü (geyim)
Kürdü — Azərbaycanda qolsuz üst qadın geyimi. Yaxası acıq, yan tərəfləri kəsik olurdu. Əsasən, tirmə və məxmərdən tikilən kürdü soyuq vaxtlarda geyilirdi. Yaxası, ətəyi və qol yeri xəzlə köbələnirdi. İsti olmaq ucun kürdünün astarı bəzən quzu dərisindən düzəldilirdi. Azərbaycanda əsasən, Qarabağ ucun xarakterik olan kürdü geyim tipi digər zonalarda "quzu kürdü", "içlik", "çanlıq", "zıvını", "qolsuz" və s. adlarla yayılmışdır.
Avar Türkü
Avarlar — V əsrdə Mərkəzi Asiyada meydana çıxmış iri tayfa ittifaqı. İttifaq tərkibində aparıcı rolu köçəri maldar türk tayfalar oynayırdılar. VI əsrin ortalarında Şərqi Avropaya gələn avarlar Xəzərin qərb sahilləri boyu çöllərə yayıldılar. Avarların ilk elçiləri 558-ci ildə Bizans imperiyasına — imperator I Yustinianın yanına gəlmiş, hərbi ittifaq bağlamağı təklif etmiş və məskunlaşmaq üçün onlara yer verilməsini xahiş etmişlər. Bizans avarlardan özünə düşmən olan türkdilli bulqar və sabir tayfalarına, habelə slavyanlara — antlara qarşı mübarizədə istifadə etmişdir. Avarlar 567-ci ildə german lanqobard tayfası ilə birlikdə Pannoniyanı tutdular. Burada bir neçə yürüşdən və yeni tayfaların birləşdirilməsindən sonra məşhur sərkərdə Bayanın başçılığı ilə Avar xaqanlığının əsası qoyuldu. Pannoniyada möhkəmləndirilmiş konsentrik çevrəli "xrinq" – lər qala sistemi yaradılmışdı Avarla Pannoniyadan slavyanlara, franklara, lanqobardlara. gürcülərə və digər tayfalara habelə onlara xərac verməyə başlayan Bvansa qarşı basqınlar edirdilər. Avarlar Frank dövlətinə də basqınlar edirdilər.
Azərbaycan kürdü
Azərbaycan kürdləri (kürd. Kurdên Azerbaycanê) — postsovet məkanındakı kürd əhalinin bir hissəsi. XVI əsrin sonlarında Qarabağda bəzi kürd tayfaları qeydə alınmışdır. Halbuki, Azərbaycandakı demək olar ki, bütün müasir kürd əhalisi XIX əsrin Qacar İranından gələn mühacirlərdir. == Tarixi == === Erkən tarix === Orta əsrlərdə Bərdədə Bab əl-Əkrad (hərf. Kürdlər qapısı) adlı darvaza var idi ki, burada kürdlərin yaşadığı məhəllə yerləşirdi. İbn Miskəveyh qeyd etmişdir ki, rusların hücumları zamanı yerli hökmdarın əmrində kürdlər də olmuşdur. Rus və sonrakı sovet etnoqrafı Qriqori Çursinin fikrincə, müasir Azərbaycanın qərb bölgələrində başqa bir kürd köçü dalğası 1589-cu ildə, Səfəvi-Osmanlı müharibəsi zamanı, "qalib Səfəvi əsgərlərinin" ələ keçirilmiş ərazilərdə qalmağı seçdiyi zaman baş vermiş ola bilər. Səfəvilər Qarabağ və Zəngəzurun tarixi bölgələrinin sərhədlərində şiə kürdlərini məskunlaşdırdılar. XVIII əsrdə bir çox kürd tayfası Qarabağ ovalığında azərbaycanlılarla tayfa birlikləri qurmuşdu. XIX əsr rus tarixçisi Peter Budkov 1728-ci ildə Muğan düzündə yarı köçəri heyvandarlıqla məşğul olan kürd və şahsevən qruplarının Rusiya vətəndaşlığı almaq üçün müraciət etdiklərini qeyd etdi.
Bolqarıstan türkü
Bolqarıstan Türkləri — vaxtı ilə Osmanlı Dövlətinin bölgələrindən biri olmuş Bolqarıstanda tarixən yaşayan Türk icması. (bolq. Български турци; türk. Bulgaristan Türkleri) — Bolqarıstanda bolqar xalqından sonra sayca ikinci etnik, dil və dini qrup. Ölkədəki axırıncı, 2001-ci il siyahıyaalma nəticələrinə görə 746.664 nəfərdirlər ki, əhalinin 9,4 % təşkil edir. Dini etiqadına görə Anadoludakı olduğu kumu islam dininin sünni və ələvi təriqətlərindədirlər. Kompakt şəklində ölkənin cənub-şərqində — Frakiya bögəsində yaşayırlar. Bəzi bögələrdə əhalinin əksəriyyətini təşkil edirlər, məsələn Kırcılıda onlar əhalinin 62 % — dirlər. Razqrad, Şumen, Silistra şəhərlərində də çoxdurlar. Bolqarıstan Türkləri, Osmanlı dövründən əvvəl bölgəyə şimaldan gələn Qıpçaq, Peçenek və Proto-Bolqar xalqları ilə yenə Osmanlı dövründən əvvəl Xorasan və Azərbaycandan gələn Oğuz xalqlarının qaynaşması ilə formalaşmağa başlamış, Osmanlı dövründə də Yörük və Türkmen boylarının qatılmasıyla bugünkü halını almışdır.
Tüklü cökə
Tüklü cökə (lat. Tilia tomentosa) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinin cökə cinsinə aid bitki növü.
Kuşkul
Kuşkul (Askın)
Nurulu
Nurulu — Azərbaycan Respublikasının İmişli rayonunun inzibati ərazi vahidində kənd.
Turku
Turku (keçmiş adı Abo, fin Turku, isv. Åbo) — Finlandiyanın cənub-qərbində Aurayokinin Arxipelaq dənizinə tökülən yerdə şəhər və port.Varsinays-Suomi vilayətinin inzibati mərkəzidir. 31 avqust 2013-cü il tarixinə əsasən əhali sayı 181 569 nəfərdir.
Kurisu Makise
Kurisu Makise (牧瀬 紅莉栖, Makise Kurisu) — 5pb. və Nitroplus tərəfindən yaradılmış "Science Adventure" franşizindən personaj. İlk dəfə 2009-cu ildə buraxılmış "Steins;Gate" vizual romanında təqdim olunmuşdur. Kurisu Makise Rintaro Okabe ilə birlikdə "Steins;Gate" seriyasının əsas personajlarından biridir. Okabe onu tez-tez Kristina deyə çağırır. Hekayədə o, neyrologiya sahəsində tanınmış gənc alimdir və Okabe ilə tanış olduqdan zamanda səyahət təcrübələrində ona kömək etməyə başlayır. Laboratoriyanın dörd nömrəli üzvünə çevrilir, D-poçtların göndərilməsində fəal iştirak edir və zamanda sıçrama cihazını ixtira edir. Hekayə davam etdikdə Okabe ilə Kurisu arasında romantik münasibətlər yaranır. Kurisu vizual romanla yanaşı manqa, ranobe və anime adaptasiyalarında, eləcə də, 5pb. və Nitroplus tərəfindən istehsal olunmuş sikvel oyun "Steins;Gate 0"-da da yer almışdır.
Kurullu Edil
Kurilli Edil — Qədim Romada dövlət məmuru titulu, Adi Edildən fərqli olaraq daha çox hüquqa (bazar mübahisələri və müəyyən polis məsələlərində qərar vermək hüququna) malikdir. Bu baxımdan kurul kətilinə — (lat. sella curulis) malik olduğu üçün onu kurului Edil adlandırırdılar.
Kuğulu Park
Quğulu Park — Ankara şəhərinin Qavaqlıdərə məhəlləsində olan bir parkdır. Park, Tunalı Hilmi Prospekti, Atatürk Bulvarı və Polşa Caddəsi arasındadır. Parkın hovuzunda, qular, qazlar və ördəklər yer alır. == Tarix == Qavaqlıdərədən arta qalan gölmə və ətraf ərazi 1958-ci ildə Ankara Bələdiyyəsi tərəfindən park halına salınmışdı. 1957-ci ildə Atatürk Bulvarının genişləndirilməsi üçün Polşa Səfirliyinə məxsus torpaq sahəsinin bir qismi alınmışdı, 1964-cü ildə Polşanın bu itkisini kompensasiya etmək məqsədiylə səfirlik torpaqlarına bitişik digər torpaqlardan və hətta Quğulu Parkın bir qismi bağışlanılmışdı. Əvvəllər xalqdan çox maraq görməyən park Vədat Daloqayın bələdiyyə başçılığı (1973–77) əsnasında yenidən abadlaşdırılmış məşhur bir yer oldu. Parkın adı qurulduğu illərdə Vyana Bələdiyyəsi tərəfindən hədiyyə edilən ağ qu quşlarından (türkcə: kuğu) əmələ gəlib. Quğulu parkın qulanrından üçü daha sonra Seymənlər parkına köçürülmüşdür. Bu qular daha sonra müxtəlif vaxtlarda Quğulu Parka qayıtmaq üçün uçarkən yüksək binalara və ya ağaclara dəyib nəticədə ölmüşdü. Parkda hələ də olan qu quşları (Cygnus atratus) Çin Xalq Respublikası hökumətinin hədiyyələridir və Pekindən gətirilmişdirlər.
Kuşkul (Askın)
Kuşkul (başq. Ҡушкүл, rus. Кушкуль) — Başqırdıstan Respublikasının Askın rayonunda yerləşən kənd. Kənd Yaybulək kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Askın): 18 km, kənd sovetliyindən (Yaybulək): 8 km. ən yaxın dəmiryol stansiyasından (Kueda stansiyası): 120 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə başqırdlar (90%) üstünlük təşkil edir.
Kuşkul (Auırqazı)
Qoşgöl (başq. Ҡушкүл, rus. Кушкуль) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Mixaylovka kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Talbazı): 18 km, kənd sovetliyindən (Mixaylovka): 5 km. ən yaxın dəmiryol stansiyasından (Dövləkən stansiyası): 48 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (46%), tatarlar (26%) üstünlük təşkil edir.
Yorklu Marqarita
Yorklu Marqarit (ing. Margaret of York) (d. 3 may 1446 - ö. 23 noyabr 1503) — Burqundiya hersoqu Cəsur Karlın üçüncü xanımı və onun vəfatından sonra Burqundiyanın qoruyucusu. 3. York hersoqu Riçard və Sesilya Nevilin qızı, İngiltərə kralları olan IV Eduard və III Riçardın bacısıdır.
Yorklu Yelizaveta
Yorklu Elizabet (11 fevral 1466 və ya 1465, Vestminster sarayı, Böyük London regionu[d] – 11 fevral 1503 və ya 1503, London qalası) — İngiltərə kralı IV Eduardın qızı, V Eduardın bacısı, VII Henrinin qadını və VIII Henrinin anasıdır. Elizabet 11 fevral 1466 tarixində Kral IV Eduardın və Kraliça Elizabet Vudvilin qızı olaraq Vestminster sarayında dünyaya gəldi. 1469-cu ildə qısa müddətliyinə Northumberland hersoqu John Neville`nin oğlu George Neville ilə nişanlandı. Ancaq John Neville kral əleyhinə başlayan üsyana qatıldı və bu nişan kral tərəfindən ləğv edildi. 1475-ci ildə isə Fransa kralı XI Lüdovik oğlu Karlla Elizabeti nişanlasa da, 1482-ci ildə bu nişan da ləğv edildi. 9 aprel 1483 tarixində Elizabetin atası ani olaraq vəfat etdi və İngiltərə taxtına kiçik qardaşı Uels şahzadəsi Eduard çıxdı. Əmisinin vəkaləti ilə taxta çıxan V Eduard yalnız 2 ay taxtda qala bildi. Gərgin siyasi vəziyyət anında taxta çıxan ilk Tüdor kralı VII Henri 18 yanvar 1486 tarixində Westminster Kilsəsində Yorklu Elizabetlə evləndi. Onların ilk övladı olan Artur Tüdor 20 sentyabr 1486 tarixində dünyaya gəldi və beləliklə, Yorklu Elizabet vəliəhd anası oldu. 25 noyabr 1487 tarixində tacqoyma mərasimi keçirildi və Yorklu Elizabet İngiltərə kraliçası elan olundu.
Yorklu Anna
Yorklu Anna (ing. Anne of York; 2 noyabr 1475, Vestminster sarayı, Böyük London regionu[d] – 23 noyabr 1511) — İngiltərə kralı IV Eduardın və Elizabet Vudvilin qızı. Atasının ölümü və əmisi III Riçardın taxtı ələ keçirməsindən qısa müddət sonra, 8 yaşlı Anna mərhum kral IV Eduardın Elizabet Vudvildən doğulan digər övladları kimi qeyri-məşru elan olundu. Övladlarının canını qorumaq istəyən sabiq kraliça övladlarını sabiq kralın ailəsinin sığındığı Vestminster Abbadlığına yolladı. Bir ilə yaxın burada yaşayan uşaqlar, III Riçardın qardaşı uşaqlarının can təhlükəsizliyinə təminat verməsinin ardından azadlığa çıxarıldı. Böyük bacıları ilə birlikdə əmisinin himayəsində saraya göndərildi. Kiçik bacıları Brijit və Ketrin isə azyaşlı olmaları səbəbilə analarıyla qaldılar. III Riçardın ölümü və Henri Tüdorun hakimiyyəti ələ almasının ardından, IV Eduardın övladlarının qeyri-məşru olmasıyla bağlı yazılan qanun ləğv edildi. VII Henri Annanın ən böyük bacısı Elizabetlə evləndi. Annanın isə Şotlandiya kralı III Ceymsin oğullarından biriylə evləndirilməsi müzakirə edilsə də, çox keçmədən kralın öldürülməsiylə bu plan baş tutmadı.
Yorklu Brijit
Yorklu Brijit (ing. Bridget of York; 10 noyabr 1480 – 1517) — İngiltərə kralı IV Eduardın və Elizabet Vudvilin qızı. Atasının ölümü və əmisi III Riçardın taxtı ələ keçirməsindən qısa müddət sonra, 3 yaşlı Brijit mərhum kral IV Eduardın Elizabet Vudvildən doğulan digər övladları kimi qeyri-məşru elan olundu. Övladlarının canını qorumaq istəyən sabiq kraliça övladlarını sabiq kralın ailəsinin sığındığı Vestminster Abbadlığına yolladı. Bir ilə yaxın burada yaşayan uşaqlar, III Riçardın qardaşı uşaqlarının can təhlükəsizliyinə təminat verməsinin ardından azadlığa çıxarıldı. Böyük bacıları əmisinin himayəsində saraya göndərildi. Brijit və bacısı Ketrin isə azyaşlı olmaları səbəbilə analarıyla qaldılar. III Riçardın ölümü və Henri Tüdorun hakimiyyəti ələ almasının ardından, IV Eduardın övladlarının qeyri-məşru olmasıyla bağlı yazılan qanun ləğv edildi. VII Henri Brijitin ən böyük bacısı Elizabetlə evləndi. Brijitin isə şotland bir əsilzadəylə evləndirilməsi müzakirə edilsə də, bu baş tutmadı.
Yorklu Ketrin
Yorklu Ketrin (ing. Catherine of York; 14 avqust 1479 – 15 noyabr 1527) — İngiltərə kralı IV Eduardın və Elizabet Vudvilin qızı. Atasının ölümü və əmisi III Riçardın taxtı ələ keçirməsindən qısa müddət sonra, 4 yaşlı Ketrin mərhum kral IV Eduardın Elizabet Vudvildən doğulan digər övladları kimi qeyri-məşru elan olundu. Övladlarının canını qorumaq istəyən sabiq kraliça övladlarını sabiq kralın ailəsinin sığındığı Vestminster Abbadlığına yolladı. Bir ilə yaxın burada yaşayan uşaqlar, III Riçardın qardaşı uşaqlarının can təhlükəsizliyinə təminat verməsinin ardından azadlığa çıxarıldı. Böyük bacıları əmisinin himayəsində saraya göndərildi. Ketrin və bir yaş kiçik bacısı Brijit isə azyaşlı olmaları səbəbilə analarıyla qaldılar. III Riçardın ölümü və Henri Tüdorun hakimiyyəti ələ almasının ardından, IV Eduardın övladlarının qeyri-məşru olmasıyla bağlı yazılan qanun ləğv edildi. VII Henri Ketrinin ən böyük bacısı Elizabetlə evləndi. Ketrinin isə Kastiliya kraliçası İzabellanın oğlu Conla və ya Şotlandiya kralı III Ceymsin oğlu Ceyms Stüartla evləndirilməsi müzakirə edildi.