ZİYİLLİ

прил.
1. бородавчатый; покрытый бородавками. Ziyilli əllər руки, покрытые бородавками
2. бугорчатый. Ziyilli qurbağa бугорчатая лягушка
ZİYİLDƏMƏK
ZİYİLLİLİK
OBASTAN VİKİ
Ziyilli gərməşov
Ziyilli hallimon
Ziyilli hallimon — Qafqazda,Avropada,Krımda,Qərbi Sibirdə,İranda,Monqolustanda,Yaponiyada və Çində təbii halda bitir.Krım və Qafqazda təsvir edilmişdir. == Botaniki təsviri == Hündürlüyü 20-50 sm olan yarımkol bitkidir.Gövdələri çubuqvari,düz və ya dırmaşan olub,yarpaqlara sıx yapışmış ağımtıl-boz qabıqlıdır.Yarpaqları qarşılıqlı,tamkənarları,saplaqlı,lansetvaridən uzunsova qədər və ya uzunsov-ellipsvari,bəzən ən aşağı yarpaqları yumurtaşəkilli və ya uzunsov-yumurtaşəkilli,aşağı yarpaqları küt,yuxarıdakılar bizdir.Çiçəkləri nazik sünbülşəkillidir,yarpaqsız süpürgə çiçək qruplarına yığılmışdır.Dişicikli çiçəklərin kasayarpaqları oturaq,ətli,yumurtaşəkilli,yuxarısı bitişik,dişli,kənarları yumşaq çıxıntılıdır.Aprel ayında çiçəkləyir.Oktyabr ayında meyvəsi yetişir. == Ekologiyası == Duzlu torpaqlarda,günəşli ərazilərdə bitir. == Azərbaycanda yayılması == Böyük Qafqazda,Kür-Araz ovalığında,Naxçıvan düzənliyində,Aranda və aşağı dağ qurşağında,səhra və yarımsəhralarda,şoranlıqlarda,şoranlaşmamış gilli təpələrdə yayılmışdır. == İstifadəsi == Dəvələr üçün yardımçı yemdir.Dekorativ bitkidir. == Məlumat mənbəsi == Tofiq Məmmədov, "Azərbaycan dendroflorası II cild", Bakı:-"Səda"-2015.
Ziyilli tozağacı
Sallaq tozağacı (lat. Betula pendula) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin tozağacı cinsinə aid bitki növü. == Ümumi yayılması == Qərbi Sibir, Altay, Avropa, Şimali Afrika, Asiya və Qafqazda yayılmışdır. == Azərbaycanda yayılması == Böyük Qafqaz dağlarında (Quba-Xaçmaz) və Naxçıvan MR-də təbii halda rast gəlinir. == Statusu == Azərbaycanın nadir bitkisidir. NT. == Bitdiyi yer == Əsasən qarışıq meşələrin orta yaruslarında rast gəlinir. Dağlarda bu tozağacı dəniz səviyyəsindən 2100–2500 m-ədək hündürlüyə qalxır. == Təbii ehtiyatı == Azərbaycanda arealı çox geniş deyil. == Bioloji xüsusiyyətləri == Əlverişli şəraitdə hündürlüyü 25–30 m, diametri 80 sm-ədək, çatır. Cavan ağacların qabığı qonurdur, 8-10 yaşdan ağarır.
Ziyilli zirinc
Ziyilli zirinc (lat. Berberis verruculosa) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Qərbi Çindir. == Botaniki təsviri == Hündürlüyü 1,5 m, eni 1,5 m-ə qədərdir, zoğları çox miqdarda ziyillərlə örtülmüşdür, uzunluğu 2 sm-ə qədər, nazik, üç yerə bölünmüş iynəli həmişəyaşıl koldur. Qabığı sarı-qonur, uzunluğu 1-2 sm-ə çatır. Yarpaqları növbəli yerləşir, uzunluğu 2,5 sm-ə qədər, yumurtavari və ya ellipsvaridir. Çiçəkləri tək, iri, qızılı-sarı, 1-2 ədəddir. Meyvələri oval, qara, bənövşəyi-qara, göyümtül çalarlıdır, uzunluğu 1,2 sm-ə qədərdir. Çox miqdarda nazik kökləri olan, yaxşı şaxələnmiş, üst kök sistemi vardır. == Ekologiyası == Bütün normal, məhsuldar, zəif turş və ya qələvi torpaqlara davamlıdır.
Ziyilli çömçəxul
Ziyilli çömçəxul (lat. Benthophilus granulosus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xulkimilər dəstəsinin xullar fəsiləsinin çömçəxul cinsinə aid heyvan növü. == Yayılması == Xəzərin endemik növü olub Azərbaycan sahillərində azsaylıdır, orta və cənub hissələrində yayılmışdır. Volqa çayının aşağı qollarında mövcuddur. == Morfoloji əlamətləri == D III-IV, I 8-9, A I 6-8-dir.Bədənin ön hissəsində xüsusən baş nahiyəsində daha çox enlənmiş, burnu girdədir. Başın üst hissəsi yastı olub yalnız gözlərin arasında yüngülcə çökəkdir. Çənəsində pərşəkilli bığcıq var. Ağzın küncləri arxasında dəri qırış zəif inkişaf etmişdir. Bədəni və başı üstdən və böyürlərdən çox xırda eyni ölçülü ziyillərlə sıx örtülmüşdür. Belində və bədənin böyürlərində üç iri tünd qonur xal var.
Ziyilli qoz gənəsi
Ziyilli qoz gənəsi (lat. Aceria tristriata (Nalepa, 1889)) — yetkin fərdləri mikroskopik canlılar olan gənə növü. Ayaqları 2 cütdür. Bu əlamətinə görə tor gənəsindən asanlıqla fərqlənir. Bu növün deytogen, yəni qış dişilərinin təsvirini ilk dəfə A.Nalepa vermişdir. Daha sonra bu təsvirə H.Farkaş (Farkas, 1960) əlavələr etmişdir. Növün morfologiyası haqqında daha dolğun və ətraflı məlumatlara A.S.Hassanın (Hassan, 1928) işlərində rast gəlinir. Ziyilli qoz gənəsi yarpaqların üst səthində düzgün olmayan konusvari, kobud ziyilli fırlar əmələ gətirir və gənələr də həmin fırların içərisində qışlayırlar. Bu fırların diametri 1,0-1,5, hərdən də 2,0 mm olur. Rəngləri yaşlarından və işıqlanma dərəcəsindən asılı olaraq dəyişilir.
Ziyilli kloun balıqları
Ziyilli kloun balıqları (lat. Antennariidae) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin tilovlukimilər dəstəsinə aid heyvan fəsiləsi.
Ziyilli kloun balığı
Ziyilli kloun balığı (lat. Antennarius) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin tilovlukimilər dəstəsinin ziyilli kloun balıqları fəsiləsinə aid heyvan cinsi.
Taiti ziyilli kloun balığı
Taiti ziyilli kloun balığı (lat. Antennarius striatus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin tilovlukimilər dəstəsinin ziyilli kloun balıqları fəsiləsinin ziyilli kloun balığı cinsinə aid heyvan növü.

Digər lüğətlərdə

то́лько-то трагеди́йный тундряно́й упили́ть хлопоту́нья чресполо́сица байда́рка дати́рование муштро́вка рока́дный сни́скиваться сырова́то фигура́льный фрагментацио́нный слых харметчина bal barberry crater fraud life-tenant stealing гладильный нафталин пролегать