ZOOMORFİZM

allahları heyvanlar şəklində təsəvvür edən ibtidai dini etiqad.
ZOOLATRİYA
ZOROASTİZM
OBASTAN VİKİ
Zoomorfizm
Zoomorfizm — insanlara heyvan xüsusiyyətlərini aid etməkdir. Çox tez-tez heyvan obrazında tanrıların təsəvvürlərini ifadə etmək üçün, müqəddəs heyvanlar isə - tanrıların mahiyyətinin təcəssümü kimi istifadə olunur. Bu, bir çox qədim politeist dinlərin (məsələn, qədim Misir) və bəzi müasir dinlərin (məsələn, Hinduizm) vacib elementidir. Zoomorfizm qədim skiflərin, sarmatların, meotların mədəniyyətində mövcud idi, sonrakı arxeoloji mədəniyyətlərin böyük əksəriyyətində rast gəlinir və onların hamısında zoomorfizm "heyvan üslubu" - ən zərif zərgərlik və metallurgiya sənəti şəklində təqdim olunur. İngilis dilli psixoloji ədəbiyyatda zoomorfizm antropomorfizmdən daha az nəzərə alınır. 2008-ci ilə kimi, Amerika Psixoloji Assosiasiyasının PsycINFO elmi bazasında antropomorfizmlə bağlı 186 nəşr olduğu halda, zoomorfizmlə bağlı yalnız dörd nəşr var idi. K.Gerbasi bunun antroposentrizmlə izah oluna biləcəyini təklif edir.

Digər lüğətlərdə