Zoğalaşı
Plov növlərindən birinin adıdır. Bu söz Qərbi Azərbaycanın İrəvan şivəsində “zoğal və düyüdən bişirilən xörək” mənasında işlənir: - Dünən Həsəngil zoğalaşı pişirmişdilər. (1, 230)
Mürəkkəb quruluşa malik olan bu söz “zoğal” və “aş” kompononentləri əsasında yaranmışdır. “Zoğal” sözü bitki, “aş” isə xörək növü mənasını ifadə edir. Azərbaycan kulinariyasında “zoğal” komponentli “zoğalçilov” xörək adı da qeydə alınmışdır. “Zoğalçilov” da meyvə adı ilə bağlı motivləşmiş xörək adıdır.