– Birdən qulağıma zurna səsi gəldi.
Rəqs qurtardıqda qapıdan məşəllərin işığı görünür və zurna səsi eşidilir.
[Gülyaz] …ordlarını şişirdib zurnada ceyranı havası çalan çalğıçıların qarşısında məharətlə oynardı.
◊ Zurna bağlamaq – dalca danışmaq, söz qoşmaq, böhtan atmaq.
Zurna çalınmaq məc. – aləmə yayılmaq, söz-sov getmək, haqqında cürbəcür şayiələr yayılmaq.
[Qaradonlu] bir-iki söz də səndən qopardacaq, onda görəcəksən ki, kəndin arasında zurna çalınır.
Zurna çalmaq məc. – 1) vulq. boş, mənasız danışmaq, uzatmaq, baş-qulaq aparmaq;
2) şişirdərək aləmə yaymaq, şayiə yaymaq, aləmə car çəkmək.
[Pullu Məhərrəm:] Qardaş, bu nə zurnadı camaat çalır?
[Hacı Murad:] Zurna çalıb aləmə səs salmısınız ki, Hacı Muradın pulunu sandıqlar tutmur.
Zurnası sonraya qalıb – adətən pis nəticələnəcək, mənfi nəticələrə səbəb olacaq bir şey haqqında.
Əlinə zurna vermək – yalan vədlər vermək.
Zurnaya qoyub çalmaq – biabır eləmək, rüsvay eləmək, aləmə yaymaq.