ZÜBEYR

Ərəbcə “güclü”, “ağıllı” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

ZÜBEYDƏ
ZÜLF
OBASTAN VİKİ
Zübeyr adaları
Zübeyr adaları (ərəb. مجموعة جزر الزبير və ya sadə: جزر الزبير‎‎)— Qırmızı dənizdəki əsas qalxan vulkanının üstündə dəniz səviyyəsindən 191 m (627 ft) hündürlüyə çatan 10 əsas vulkanik adadan ibarət bir arxipelaq. Tarixi dövrlərdə vulkan püskürməyə davam etmişdir. Hal-hazırda adalar Yəmənə aiddir. == Adalar == Ən böyük ada cavan adalardan biri olan Zübeyrdir. Digər cavan adalar- Mərkəzi Pik, Saba, Xeykok və Sədl. Sədl adasında tarixi dövrlərdə püskürmələr baş vermişdir. Vulkan şimal-şimal-qərbdən cənub-cənub-şərqə doğru olan rift xətti üzərində yaranmışdır. Bu bir müddət partlayış püskürmələri ilə başladı, sonra dəniz eroziyasının baş verdiyi bir dövrdə susma dövrü yaşadı. Bununla yanaşı, hər iki dövr və effuziv püskürmə fəaliyyəti nəticəsində hazırda mövcud olan Stak və Bərrən adaları qrupu yarandı.
Abdullah ibn Zübeyr
Abdullah ibn Zübeyr (1/622–73/692) – Məhəmməd peyğəmbərin tanınmış səhabələrindən biri olmuşdur. Zübeyr ibn Əvvamın oğlu idi. O həm də, dövrünün siyasi xadimi olmuşdur. Quran təfsirinin, fiqh elminin və hədislərin bilicilərindən hesab edilir. Onun nəql etdiyi 30-dan artıq hədis müxtəlif kitablarda yer almışdır. == Gənclik illəri == Abdullah ibn Zübeyr hicrətin birinci ilində Mədinədə, mühacirlər arasında doğulmuş ilk uşaqdır. Məhəmməd peyğəmbər onun dünyaya gəlməsinə sevinmiş, körpəni Abdullah adlandırmışdır. O, peyğəmbərin yanında böyüyərək, ondan dərin elm öyrənmişdir. Hicrətin 13-cü ilində, Abdullah ibn Zübeyr hələ 12 yaşında olarkən Yərmuq döyüşünü izləmiş, yetkinlik yaşına çatanda isə Misirdə, daha sonra Şimali Afrikada bərbərlərə qarşı yürüşlərdə iştirak etmişdir. == Şəxsi keyfiyyətləri == Abdullah ibn Zübeyr igidliyi, əqidəsi, ədaləti, yüksək əxlaqı, dərin düşüncəsi və digər müsbət xüsusiyyətləri ilə başqalarından seçilmişdir.
Həmid Zübeyr Koşay
Həmid Zübeyir Koşay (1897[…] – 2 oktyabr 1984, Ankara) — Ufa quberniyası Telançe Tamaq köyendä anadan olmuş, başqurd kökənli türk etnoqraf, arxeoloq, yazıçı və folklor araşdırmaçısı. == Həyatı == Atasının adı Übeydullah Əfəndi, anasının adı Nurizadə xanımdır. Ailəsi tərəfindən 1910-cu ildə təhsil alması üçün Osmanlıya göndərilmişdir. Selanikdə Mərkəz Rüşdiyyəsini bitirmiş, liseyi İstanbulda oxumuşdur. 1916-cı ildə İstanbul Darülmuallimdən məzun olmuş, 1917-ci ildə Kadıköy liseyinə təyin olunaraq 1 il müəllimlik etmişdir. Bu zaman İstanbul Darülmuallimdə etnoqrafiya və macarca dərslərində iştirak etmişdir. Macarıstanda türkologiya və dilçilik sahələrindəki təhsilini davam etdirmiş və 1923-cü ildə doktorantura təhsilini başa vurmuşdur. 1925-ci ildə Berlin Universitetində professor Banq Kaupun dərslərində iştirak etmiş və dövlət kitabxanasında tədqiqatlar etdikdən sonra Türkiyəyə geri dönmüş və Maarif Naziliyində çalışmağa başlamışdır. Koşay Türkiyədə etnoqrafiya, folklor və arxeoloji tədqiqatlarının elmi əsaslarını qurmuş elm adamıdır.1 oktyabr 1984-cü ildə Ankarada vəfat etmişdir.
Zübeyr ibn Əvvam
Zübeyr ibn Əvvam (36/656-cı ildə vəfat etmişdir) – Məhəmməd peyğəmbərin səhabəsi. İslamı ilk qəbul edənlərdən olmuş və bu səbəbdən də təqiblərə məruz qalmışdır. 615-ci ildə Həbəşistana, sonra isə Mədinəyə hicrət etmiş, müsəlmanların qureyşlilərlə apardığı bütün döyüşlərdə istirak etmişdir. Məhəmməd peyğəmbərin vəfatından sonra Raşidi xəlifələrin dövründə Zübeyr Xilafətin Bizansa qarşı apardığı müharibədə də vuruşmuşdur. Xəlifə Ömər tərəfindən xəlifəliyi irəli sürülən altı namizəddən biri olmuşdur. O, xəlifə Osmanın öldürülməsinə qədər siyasətdən uzaq qalmışdır. O, əvvəllər Əli ibn Əbu Talibin xəlifəliyini tanısada, Cəməl döyüşündə ona qarşı vuruşmuş orada da həlak olmuşdur. == Mənbə == A. Əlizadə, E. Səmədov. İslam ensiklopedik lüğəti (tarix, fəlsəfə və hüquq). Bakı: AMEA Fəlsəfə və Hüquq institutu nəşri, 3 saylı Bakı Mətbəəsi ASC, 2016, s.
Zübeyrə Tuxuqov
Zubayra Əlixanoviç Tuxuqov (15 yanvar 1991, Qroznı) — rus qarışıq üslublu döyüşçü, yüngül çəki kateqoriyasında təmsilçidir. 2010-cu ildən bəri peşəkar səviyyədə çıxış edir, UFC, Cage Warriors, ProFC, Fight Nights Global mübarizə təşkilatlarının turnirlərində iştirakı ilə tanınır. == Qarışıq döyüş sənəti karyerası == Tuxuqov peşəkar debütünü 2010-cu ildə Pankration Atrium Cup 2 səkkiz nəfərlik, bir gecəlik turnirdə qazanaraq üç rəqibini məğlub etdi. 10-3 qarışıq döyüş sənəti rekordundan sonra o, Rusiya promosyonu olan Döyüş Gecələri ilə imzalanacaq və burada Romano De Los Reyes, Harun Kina və Vaso Bakoceviçi məğlub edərək 3 döyüşünün hamısında qalib gəlmişdi. Döyüş Gecələrində olduğu müddətdə Tuxuqov CWFC 58-də Denys Pidnebesnyi məğlub edərək Cage Warriors üçün döyüşdü. === Ultimate Döyüş Çempionatı === 2013-cü ilin dekabrında Tuxuqovun UFC ilə müqavilə bağladığı və fevralın 15-də UFC Fight Night: Machida vs. Mousasi-də Tiaqo Tavaresə qarşı promosyon olaraq debüt edəcəyi bildirildi. Bununla belə, Tavares açıqlanmayan zədə səbəbindən yarışı tərk etmək məcburiyyətində qaldı və onu UFC-nin yeni üzvü Duqlas Silva de Andrade əvəz etdi.Tuxuqov döyüşdə üstünlük təşkil etdi və yekdil qərarla qalib gəldi. Tuxuqov daha sonra oktyabrın 4-də UFC Fight Night: Nelson vs. Story-də Ernest Çaveslə qarşılaşdı.O, ilk raundda vurduğu zərbələrə görə texniki nokautla döyüşü qazandı.
атави́зм причмо́кивать реквизи́ровать бесконфли́ктный исстега́ть машина́льно неприкры́тый обескро́вливать лель Aberdeen Angus channeled cumbersome decamp eightyniner hayband interradial kaftan old-fangled peduncle tampan underpopulation аэростат матросский неразговорчивый подыграться