Samir Xəlil oğlu Zülfüqarov (3 iyul 1976, Ağbaş, Dəvəçi rayonu – 17 mart 1995, Bakı) — Azərbaycan Milli Ordusunun sıravi əsgəri; Azərbaycanın Milli Qəhrəmanı.[1]
Samir Zülfüqarov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Dəvəçi rayonu, Azərbaycan SSR |
Vəfat tarixi | (18 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Dəfn yeri | Dəvəçi rayonu, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Milli Ordu |
Qoşun növü | quru qoşunları |
Xidmət illəri | 1994—1995 |
Rütbəsi | sıravi |
Döyüşlər | Azərbaycanda dövlət çevrilişinə cəhd (12-18 mart, 1995) |
Təltifləri |
Samir Xəlil oğlu Zülfüqarov 3 iyul 1976-cı ildə Dəvəçi rayonunun Ağbaş qəsəbəsində anadan olub. 8-ci sinfə qədər təhsil alıb. Ailə vəziyyəti ağır olduğu üçün, təhsili yarımçıq qoyaraq atası ilə bərabər işləyib, ailələrinə dayaq olub. Subay idi.[2]
1994-cü ilin avqustunda Dəvəçi Rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılıb və Milli Ordu sıralarına həqiqi hərbi xidmətə göndərilib.[2]
Xızı rayonunun Yaşma qəsəbəsində yerləşən hərbi hissədə xidmət edib. 1995-ci ilin 12-18 martında baş verən dövlət çevrilişinə cəhd zamanı silahlı dəstələrin zərərsizləşdirilməsi əməliyyatlarına göndərilir. Martın 17-də Nizami rayonunda Xüsusi Təyinatlı Polis Dəstəsinin (XTPD) qərargahının yaxınlığına baş verən silahlı toqquşma zamanı şəhid olub. Dəvəçi rayonunun Ağbaş qəsəbəsində dəfn olunub.[2]
Azərbaycan Prezidenti Heydər Əliyevin 4 aprel 1995-ci il tarixli 307 nömrəli Fərmanı ilə Samir Xəlil oğly Zülfüqarova ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.[3]