ZÜLHİCCƏ
ZÜLQƏRNEYN
OBASTAN VİKİ
Allahyar bəy Zülqədərov
Allahyar bəy Mehralı bəy oğlu Zülqədərov (Yelizavetpol – 3 yanvar 1918, Annino) — mülkədar, ictimai-siyasi xadim, Şəmkir qəzasının rəisi, Gəncə Şəhər Dumasının üzvü. == Haqqında == Peterburqda Meşəçilik Akademiyasını bitirmişdir. Gəncə Şəhər Dumasının üzvü olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti dönəmində Gəncə quberniyasının Şəmkir qəzasının rəisi olmuşdur. Bolşeviklər tərəfindən provokasiyaya cəlb olunmuş kəndlilər tərəfindən evinə basqın nəticəsində arvadı Səid-Nisə xanım gülləylə öldürülmüş, özü isə tutularaq diri-diri yandırılmışdı. == Ailəsi == Qardaşı Lütvəli bəy Zülqədərov — Azərbaycan Xalq Cümhuriyyəti dövründə Göyçay qəzasının rəisi, Gəncə üsyanının iştirakçısı. Oğlu Kamran bəy Zülqədərov — general. Bacısı oğlu Qara bəy Qarabəyov — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, İttihad Partiyası və İttihad fraksiyasının sədri.
Allahyar bəy Zülqədərov (II)
Allahyar bəy Mehralı bəy oğlu Zülqədərov (Yelizavetpol – 3 yanvar 1918, Annino) — mülkədar, ictimai-siyasi xadim, Şəmkir qəzasının rəisi, Gəncə Şəhər Dumasının üzvü. == Haqqında == Peterburqda Meşəçilik Akademiyasını bitirmişdir. Gəncə Şəhər Dumasının üzvü olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti dönəmində Gəncə quberniyasının Şəmkir qəzasının rəisi olmuşdur. Bolşeviklər tərəfindən provokasiyaya cəlb olunmuş kəndlilər tərəfindən evinə basqın nəticəsində arvadı Səid-Nisə xanım gülləylə öldürülmüş, özü isə tutularaq diri-diri yandırılmışdı. == Ailəsi == Qardaşı Lütvəli bəy Zülqədərov — Azərbaycan Xalq Cümhuriyyəti dövründə Göyçay qəzasının rəisi, Gəncə üsyanının iştirakçısı. Oğlu Kamran bəy Zülqədərov — general. Bacısı oğlu Qara bəy Qarabəyov — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, İttihad Partiyası və İttihad fraksiyasının sədri.
Allahyar bəy Zülqədərov (meşəçi)
Allahyar bəy Mehralı bəy oğlu Zülqədərov (Yelizavetpol – 3 yanvar 1918, Annino) — mülkədar, ictimai-siyasi xadim, Şəmkir qəzasının rəisi, Gəncə Şəhər Dumasının üzvü. == Haqqında == Peterburqda Meşəçilik Akademiyasını bitirmişdir. Gəncə Şəhər Dumasının üzvü olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti dönəmində Gəncə quberniyasının Şəmkir qəzasının rəisi olmuşdur. Bolşeviklər tərəfindən provokasiyaya cəlb olunmuş kəndlilər tərəfindən evinə basqın nəticəsində arvadı Səid-Nisə xanım gülləylə öldürülmüş, özü isə tutularaq diri-diri yandırılmışdı. == Ailəsi == Qardaşı Lütvəli bəy Zülqədərov — Azərbaycan Xalq Cümhuriyyəti dövründə Göyçay qəzasının rəisi, Gəncə üsyanının iştirakçısı. Oğlu Kamran bəy Zülqədərov — general. Bacısı oğlu Qara bəy Qarabəyov — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, İttihad Partiyası və İttihad fraksiyasının sədri.
Lütvəli bəy Zülqədərov
Lütvəli bəy Mehralı bəy oğlu Zülqədərov (1881 – iyun 1920) — Azərbaycan Xalq Cümhuriyyəti dövründə Göyçay qəzasının rəisi, Gəncə üsyanının iştirakçısı. == Həyatı == Lütvəli (tarixi ədəbiyyatda Niftəli bəy yazılır Əslində, Lütvəli bəydir) 1881-ci ildə Yelizavetpol quberniyasında iri mülkədar ailəsində anadan olmuşdur. == AXC dövründə fəaliyyəti == Azərbaycan Xalq Cümhuriyyəti dövründə Lütvəli bəy əvvəlcə Cəbrayıl (Karyagin. indiki Füzuli) qəzasının 2-ci sahə polisinin, Yelizavetpol (Gəncə) qəza polisinin 3-cü sahəsinin pristavı, habelə Ərəş qəzasında pristav vəzifəsində işləmişdi. Əhalinin böyük hörmətini qazanmışdı. Lütvəli bəy əvvəllər Peterburqda çar II Nikolayın sarayında qulluq etmiş, imperator və imperatriça Mariya Fyodorovna tərəfindən yüksək dövlət mükafatlarına layiq görülmüşdü. O, 1918-ci il oktyabrın 12-də daxili işlər naziri Behbud xan Cavanşirin 78 nömrəli əmri ilə Şamaxı qəzasının müvəqqəti rəisi vəzifəsinə təyin edilmiş və bu vəzifədə 1919-cu ilin iyununadək xidmət göstərmişdi. Sonuncu tarixdə, daxili işlər naziri N. Yusifbəylinin 23 iyun 1919-cu il tarixli 85 nömrəli əmri ilə Göyçay qəzasının rəisi (1-ci dərəcə üzrə 3.000 manat əmək haqqı ilə) təyin olunmuşdu Lütvəli (Niftəli) bəy Zülqədərovun qəza rəisi kimi sonuncu vəzifəsi Cavad qəzasında olmuşdu. Azərbaycan Cümhuriyyətinin daxili işlər naziri M. H. Hacınskinin 1920-ci il 14 fevral tarixli 488 nömrəli əmri ilə L. Zülqədərov Göyçay qəzasaının rəisi vəzifəsindən azad olunub, mərkəzi Tərtər olan Cavanşir qəzasının rəisi təyin edilmişdi. L. Zülqədərov Cavanşir qəza rəisi vəzifəsində cəmi bir ay xidmət göstərmişdi.
Meymənət Zülqədər
Meymənət Mir Sadiqi Zülqədər — Həbibullah Zülqədər və Zaman Zülqədərin qızı,1937-ci ildə İstəhban şəhərində dünyaya gəlibdir.Şeirlərində Azadə təxəllüs edir.
Məhəmməd xan Zülqədər
Məhəmməd xan Zülqədər (Əlbistan – 1570, Ərzurum) — Səfəvi, sonra Osmanlı sərkərdəsi, Ərzurum əyalətinin ilk bəylərbəyi. == Həyatı == Məhəmməd bəy Şahrux xan oğlu Əlbistanda anadan olmuşdu. Tarixçi yazır: "O, mühtəmələn ailə üçündəki bir anlaşmazlıqdan dolayı şahın xidmətinə girmiş və Astrabad valiliyi vəzifəsinə təyin edilmişd . Ancaq, onun qızılbaşlığı nə dərəcə mənimsədiyi xüsusunda ətrafındakılar tərəfindən daima şübhəylə yanaşıldığı anlaşılmaqdadır . Qanuni Sultan Süleymanın Iraqeyn səfəri əsnasında I Şah Təhmasibə min nəfərlik Zülqədər əsgəri ilə qatılmış, yasavulluq üçün Osmanlı ordusuna qarşı getdiyi əsnada da səf dəyişdirərək osmanlıların yanına geçmiş, Qanuni də onu, daha öncələri Osmanlı dövlətinə sığınmış Üləma sultan ilə birlikdə Təbriz üzərinə göndərmişdi. Bu hadisə I Şah Təhmasibin qardaşı Sam mirzənin üsyanı ilə eyni dönəmə rastladığından, şahın Vəstam qalasını mühasirəsi əsnasında qala xalqı "Sam mirzə yağı oldu, Rum sultanı onu oğlu bilib İranı ona bağışladı" deyə bağırınca, Şah da "mən də Zülqədəroğlunu oğlum bilirdim o mənə nə qədər vəfalı oldu k,i Sam mirzə, Xudavəndigara o qədər vəfalı olsun. Əğər bizdən əlaqəsıni kəsdi isə onu Allaha həvalə edirəm" deyə cevab vermişdi . Tarixçi Mehmed Solakzadə yazır: "Uca məqam sahibi padşah həzrətləri, ulduzlar sayında əsgəri ilə 941-ci il rəbiüləvvəlin 19-cu günü (29 sentyabr 1534) Təbrizə gəlib, ertəsi günü Ucanda islam əsgərlərinə çatdı. Bu mənzildən köçərək Sultaniyyə adlı şəhərə çatanda, bəzi hadisələr üzündən Əcəm şahına iltica edən Zülqədər bəyzadələrindən Məhəmməd xan, qızılbaşlar tərəfindən üz çevirərək qaçıb cahanpənah sultanın dərgahına gəlib üz sürdü. (Bax: Mehmed Solakzadə, Tarix,Bakı, "Elm", 1992, səh.
Məlik Arslan bəy Zülqədər
Məlik Arslan bəy Süleyman bəy oğlu Zülqədər — hökmdar, (1454-1466), XV yüzillik. == Həyatı == Süleyman bəyin üçüncü oğlu Məlik Arslan bəy 1454-cü ildən 1466-cı ilədək bəyliyə başçılıq etmişdi. 1354-ci ildə atasının ölümündən sonra Məlik Arslan bəy Zülqədər taxtına sahib oldu. Onun zamanında Zülqədərlilər ilə Ağqoyunlular arasında savaşlar baş verdi. Zülqədərlilərin əlində olan Xarput (Elazığ) Uzun Həsən tərəfindən alındı və Zülqədərlilərin paytaxtı Əlbistan, Ağqoyunlular ordusu tərəfindən dağıdıldı. Məmlük Dövləti ilə arası açılan Məlik Arslan Bəy, məmlük sultanı Xoşqədəmin bir fədaisi tərəfindən Əlbistanda məsciddə ibadət edərken 1466-cı ildə öldürüldü. == Ailəsi == Məlik Arslan bəyin Əmir Aslan bəy adlı oğlu vardı. == Mənbə == Ənvər Çingizoğlu, Zülqədər eli, Bakı: Şərq-Qərb, 2011,-156 səh.
Məlikmüzəffər Şahsuvar bəy Zülqədər
Məlikmüzəffər Şahsuvar bəy Süleyman bəy oğlu Zülqədər — hökmdar, XV yüzillik. == Həyatı == Süleyman bəyin ikinci oğlu Sahsuvar bəy Məlikmüzəffər ləqəbini daşıyırdı. 1467-ci ildə 1473-cü ilədək bəyliyin hökmdarı olmuşdu. Şahsuvar bəyin üstündə osmanlılarla məmlüklər arasındaki dostluq daha da pozuldu. Bu dönəmdə Zülqədərli bəyliyi üzərindəki Osmanlı-Məmlük nüfuz mücadiləsi daha da artdı. Məmlük sultani Xoşqədəm, Zülqədərli taxtı üçün yeni bir namizəd tapdı. Şahsuvar bəyin qarşısına bir rəqib çıxarmaq üçün onun əmisi Rüstəm bəyi taxtı ələ keçirməyə təşviq etsə də, bir nəticə əldə edə bilmədi. Məmlük sultani daha sonra Şahbudaq bəyə qüvvələr verərək onu Maraş və Əlbistan üzərinə göndərdi. Qardaşlar arasındaki bu mücadiləni də Şahsuvar bəy qazandı. Məmlük sultani zülqədərlilər üzərinə Sam valisi Berdi bəy başçılığında bir ordu daha göndərdi.
Nasirəddin Məhəmməd bəy Zülqədər
Nasırəddin Məhəmməd bəy Zülqədər — hökmdar, XV yüzillik. == Həyatı == Süli bəyin öldürülməsindən sonra yerinə oğlu Sədəqə bəy zülqədərlilərin başına keçməsinə rəğmən əmisinın oğlu Nasirəddin Məhəmməd bəy onun bəyliyini tanımayaraq 1399-cu ildə Zülqədər hökmdarı oldu. Nasirəddin Məhəmməd bəy Zülqədər taxtını əldə etmək üçün Osmanlı Sultanı İldırım Bəyaziddən yardım istədi. Nasirəddin Məhəmməd bəy İldırım Bəyazidin dəstəyi ilə taxta əyləşdi. Bundan dolayı osmanlılar ilə məmlüklər arasında 1515-ci ilə qədər davam edəcək olan Zülqədər bəyliği üzərindəki hakimiyyət mücadiləsi başladı. Nasirəddin Məhəmməd bəy Əmir Teymurun Anadolunu istilası sırasında ona qarşı çıxaraq Osmanlı tərəfdarı bir siyasəti apardı. Bu üzdən Əmir Teymur qüvvələri Əlbistana doğru yürüş edərək buranı xaraba qoydular. Bir yandan varlığını davam etdirə bilmek üçün osmanlılardan yardım alırkən, digər yandan da məmlüklərlə dostanə ilişkilər qurdu. Qaramanoğulları və Ramazanoğulları ilə mücadilə etdi və Qeysəri şəhərini 1436-cı ildə Qaramanlılardan aldı. Qeysəri şəhərində Nasıriyyə medrəsəsini quraraq Qeysəri qalasını yenidən inşa etdirdi.
Seyid Mustafa Zülqədər
Seyid Mustafa Zülqədər (1946, Rudan) — İranın İslami Şura Məclisinin ikinci dövründə Bəndər Abbas, Hacıabad, Əbumusa və Qeşmin nümayəndəsi idi.
Süleyman bəy Zülqədər
Süleyman bəy Zülqədər — hökmdar, XV yüzillik. == Həyatı == Süleyman bəy 1443-cü ildən 1465-ci ilədək Zülqədər bəyliyinin başçısı olmuşdu. Nasirəddin Məhəmməd bəyin ölümündən sonra Zülqədəroğulları bəyliyinin başına Süleyman bəy keçdi. Onun zamanında Zülqədər-Osmanlı ilişkiləri geniş inkişaf etmişdi. Süleyman bəy qızı Satı Mükrimə xatunu II Muradın oğlu II Məhəmmədə (Fatehə), diğər qızını da məmlük sultanı Zahir Çaxmağa verdi. İki böyük dövlətlə qohumluq edərək bəyliyini Qaramanoğulları və Ağqoyunlulara qarşı müdafiə üçün dəstək aldı. Əlaüddövlə Bozqurd bəyin atası olan Süleyman bəy, Maraşdaki Ulu Məscidi tikdirmişdi. == Ailəsi == Süleyman bəyin Şahbudaq bəy, Şahsuvar bəy, Məlik Arslan bəy, Bozqurd bəy, İsa bəy, Salman bəy, Xudadad bəy, Yəhya bəy, Yunis bəy, Ərdivanə bəy, Əbdürrəzzaq bəy adlı oğulları, Satı xatun adlı qızı vardı. == Ədəbiyyat == Ənvər Çingizoğlu, Zülqədər eli, Bakı: Şərq-Qərb, 2011,-156 səh.
Sülü bəy Zülqədər
Sülü Şaban bəy Qaraca bəy oğlu Zülqədər (rus. Шабан Сули-бей, rus. Сули-бей, rus. Севли-бей, türk. Şaban Süli Bey, türk. Süli Bey, türk. Sevli Bey) — hökmdar, XIV yüzillik. == Həyatı == Xəlil bəyin öldürülməsindən sonra bəyliyin basına kiçik qardaşı Süli bəy keçdi. Bu sırada Misirdə olan Osman bəy və İbrahim bəy Sultan Bərkuk tərəfindən tutuldular. Zülqədərlilərin toplanmasını istəməyən Sultan Bərkuk, Süli bəyin başa keçdiyini xəbər alar-almaz Həmadaki qüvvələrinə Süli bəyin üstünə yürüş etmələrini əmr etdi.
Səhifi Zülqədər
Səhifi Cövhəri Şirazi, Cövhəri və Səhifi Zülqədər — XV-XVI əsrlərin şair və xəttatı. O, Azərbaycan və Fars dillərində şeirlər yazıb. Səhifi Zülqədər, həm də Səfəvi dövrəsinin görkəmli kitabə yazanlarından idi ki işıqlı əlyazması (Təzhib), və cildçilikdə də səriştəli idi. == Həyatı == Səhifi Zülqədər, Sufi Xəlil Zülqədərin törəmələrindəndir ki Şirazda dünyaya gəldi və İsfahanda böyüdü. Deyiblər ki kitabxana qurmaqda bənzərsiz idi. İsfahanın Cümə Məscidinin Setənanında bir yaxşı kitabxana qurmişdu. Süls xəttin yaxşı yazmaqa görə və bacarıqlı kitabə yaıçı olmasına görə çoxlu məscid kitabələri onun xətti ilə idi.. O, 90 ildən çox yaşayıb.Şair oğlu Əsiri Şirazi öləndə, o hələ yaşayırdı. == İstinadlar == == Qaynaqlar == Bəyani, Mehdi.Xəttatların Əhvalat və Əsərləri.Elmi Nəşrlər.İkinci çap.Tehran, 1984. Səhifi Cövhəri Şirazi Aftab saytı SəhifiDehxuda lüğəti == Xarici keçidlər == Qüdsi, Mənuçehr.Səhifi Şirazi Səfəviyyə Dövrünün Xəttat Sənətkarı.Hünər və Mərdom (Sənət və Xalq) dərgisi.1972-ci il 114-cü sayı 35-38 səhifələri Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine Xəttatlıq çox pis şeydi.
Xəlil bəy Zülqədər
Yaqub xan Zülqədər
Yaqub bəy Zülqədər (?-1592) — Şah Abbas Səfəvi dövründə Fars əyalətinin bəylərbəyi (1587-1592). == Həyatı == Yaqub xan Zülqədər İbrahim xan Hacılı-Zülqədərin oğlu və İlyas bəy Əlaəddövlə, Nasirəddin Məhəmməd bəy Zülqədərin oğlunun nəvəsidir (Əlaəddövlə 1535-ci ildə Sultan Səlim ilə müharibədə öldü).Yaqub xan Zülqədər Zülqədər elinin ən məşhur şəxslərindən biridir ki, I Şah Abbas Səfəvi dövründə bir çox zülqədər elinin adamları ilə İrana gəldi.O,Farsın hökmdarı, Mehdiquli xan Zülqədərin qətlindən sonra (ki Şah Abbas Səfəvinin əmri ilə öldürüldü),Farsın və funksiyalarının hökmdarı oldu.O, sonra Kirmanın hökmdarı Bəktaş xan Avşar ilə müharibə etdi və Bəktaş xan Avşar qətlə yetişdi və Yaqub xan Zülqədər qalib oldu və hökmdarlıq ərazisi Yəzd və Kirmana qədər uzandı.Bu sürətli fəthlər, Şah Abbasın xoşuna gəlmədi və Yaqub xan Zülqədərin məhv olmasına qərar verdi. Yaqub xan kimi güclü adam ilə üzləşmək mümkün deyildi, Şah Abbas onu hiylə və kələk ilə öldürmağa qərar verdi və əvvəldə Kor Həsən bəy Ustaclunu, Yaqub xanın yanına göndərdi və onu İsfahana dəvət etdi amma Yaqub xan incəliklə İsfahana getməkdən imtina etdi. Beləliklə Şah Abbas özü Farsa getdi, Yaqub xan, vəziri Mirzəcanının hiləsinə aldandı və 29 sentyabr 1592-ci ildə Şah Abbasın təşkil etdiyi şah ziyafətinə getdi və orada Hüseyn xan Ziyadoğlu-Qacar, onun əllərini bağladı və yerə vurdu, sonra Şah Abbas əmri ilə onu zindana saldılar və sonra öldürdülər. Həmin il,Şah Abbas Bünyad xan Zülqədəri Farsın bəylərbəyi təyin etdi. == Mənbə == Ənvər Çingizoğlu, Zülqədər eli, Bakı: Şərq-Qərb, 2011,-156 səh.
Yolqulu bəy Zülqədər
Yolqulu bəy Zülqədər — I Şah Təhmasibin dövründə fəaliyyət göstərmiş Səfəvi sərkərdələrindən biri. == Haqqında == Fəaliyyət dövrü XVI əsrdədir. Türk tayfalarından biri olan Zülqədər elinə mənsub olmuşdur. Yolqulu bəy I Təhmasibin ən inandığı şəxslərdən olmuş və 1560-cı illərdə ona ən yaxın şəxslərdən biri olaraq yüksəlmişdir. I Təhmasibin siyasətlərindən biri də daxildə öz muxtariyyətlərini saxlamış feodal bəyliklərini tamamilə dövlətə tabe etmək idi. Belə dövlət qurumlarından biridə Gilan ostanıın Biyəpiş (Gilanın şərqi) vilayətində hakimiyyət olan və Kərkiyə sülaləsinə mənsub olan Xan Əhməd xan idi. Əhməd xan I Təhmasibin bu siyasətinə qarşı gəldi və sülalə ilə qohumluğu olmasına, I Təhmasibin qızı Məryəm Bəyimlə evli (bu evlilikdən Yaxan Bəyim olmuşdur) olmasına baxmayaraq, üsyan başlatdı. I Təhmasib bu üsyanı başlamamış bitirmək və qan tökülməsinin qarşısını almaq üçün bir qrup qızılbaşla birlikdə Yolqulu bəy Zülqədəri onunla danışıqlara göndərdi. Lakin Xan Əhməd xan I Təhmasibin təklifini rədd etdi və Yolqulu bəyin başını kəsərək I Təhmasibə göndərdi. Beləliklə, Yolqulu bəy 1567-ci ilin iyununda öldürülmüşdür.
Zeynəddin Qaraca bəy Zülqədər
Zeynəddin Əhməd Qaraca bəy Həsən bəy oğlu Zülqədər — Zülqədəroğulları bəyliyinin banisi, hökmdar. == Həyatı == Zeynəddin Əhməd Qaraca bəy Həsən bəy oğlu 1334–1353-cü illərdə Zülqədəroğulları bəyliyinin başçısı olmuşdu. Elxanlı dövləti hökmdarı Əbu Səid Bahadur xanın buraxdığı boşluqdan istifadə edən Qaraca bəy məmlüklərin Hələb valisi ilə birləşərək Əlbistanı ələ keçirdi. Bəylik qurduqdan sonra ilk savaşını Ərətna bəyliyinə qarşıbaşladı. Təfsilatı ilə qeyd etsək XIII yüzilin sonlarında Hələb və Antəb arasındaki bölgələrə yerləşən Bozoq türkmənləri burada bəzən məmlüklərlə birlikdə quzeyə, şimala doğru yailan səfərlərə qatılır, bəzən də yalnız başlarına Çuxurovadaki ermənilər üzərinə basqın edirdilər. Elxanlı hakimiyəti altında olan Anadolu içlərinə qədər gələn bu türkmənlərin başında Həsən bəy oğlu Zeynəddin Qaraca bəy dururdu. Zeynəddin Qaraca bəyin ətrafında toplanan türkmənlər Antəbdən Əlbistana qədər uzanan bölgələri əllərinə keçirmişdilər. Bunların məmlüklərin davamlı hücumları ilə sarsılmış olan kiçik erməni knyazlığının zəif düşməsindən də faydalanaraq beş min atlı ilə Çuxurovaya girdikləri və bu knyazlığın şərq bölgələrini xaraba qoyaraq zəngin gənimətlərlə Maraşa geri döndükləri bilinməkdədir (1335). Eyni tarixdə Elxanlı hökmdarı Əbu Səid Bahadır xan ölmüş və Anadoludaki türkmən bəyləri üçün bir hərəkət yolu açılmışdı. Bu fürsətdən faydalanan və Qaraca bəy kimi bir türkmən bəyi olan Taraqlı Xəlil bəy Əmir Ərətnanın əlindən Əlbistan yörəsini almağa müvəffəq oldu.
Zülqədər
Zülqədər bu mənalarda gələ bilər: Zülqədər eli — Qızılbaşlar tayfa ittifaqına daxil olan ellərdən idi. Zülqədəroğulları bəyliyi — XIV yüzildən XVI yüzilin ilk yarılarına qədər Anadolu tarixində mühim rol oynayan, Oğuzların Bozoqlar qoluna mənsub, bir türkmən xanədanı. Yaqub xan Zülqədər — Şah Abbas Səfəvi dövründə Farsın hökmdarı idi. Məhəmməd xan Zülqədər — Öncə Səfəvi, sonra Osmanlı sərkərdəsi, Ərzurum əyalətinin ilk bəylərbəyi. Zeynəddin Qaraca bəy Zülqədər — Zülqədər bəyliyinin banisi, hökmdar, (1334-1353). Sülü bəy Zülqədər — Hökmdar, XIV yüzil. Əlaəddövlə Bozqurd bəy Zülqədər (1479-1515) — hökmdar. Məlik Arslan bəy Zülqədər — Hökmdar, (1454-1466), XV yüzil. Əli bəy Zülqədər — Hökmdar, (1515-1522). Şahrux xan Tatılı-Zülqədər (?-1586) — Qızılbaş sərkərdəsi, bəylərbəyi.
Zülqədər (dəqiqləşdirmə)
Zülqədər bu mənalarda gələ bilər: Zülqədər eli — Qızılbaşlar tayfa ittifaqına daxil olan ellərdən idi. Zülqədəroğulları bəyliyi — XIV yüzildən XVI yüzilin ilk yarılarına qədər Anadolu tarixində mühim rol oynayan, Oğuzların Bozoqlar qoluna mənsub, bir türkmən xanədanı. Yaqub xan Zülqədər — Şah Abbas Səfəvi dövründə Farsın hökmdarı idi. Məhəmməd xan Zülqədər — Öncə Səfəvi, sonra Osmanlı sərkərdəsi, Ərzurum əyalətinin ilk bəylərbəyi. Zeynəddin Qaraca bəy Zülqədər — Zülqədər bəyliyinin banisi, hökmdar, (1334-1353). Sülü bəy Zülqədər — Hökmdar, XIV yüzil. Əlaəddövlə Bozqurd bəy Zülqədər (1479-1515) — hökmdar. Məlik Arslan bəy Zülqədər — Hökmdar, (1454-1466), XV yüzil. Əli bəy Zülqədər — Hökmdar, (1515-1522). Şahrux xan Tatılı-Zülqədər (?-1586) — Qızılbaş sərkərdəsi, bəylərbəyi.
Zülqədər Cahangirov
Zülqədər Həsən oğlu Cahangirov (1 may 1907, Tuğ, Şuşa qəzası – 14 sentyabr 1974, Tuğ, Hadrut rayonu) — iqtisad elmləri doktoru, professor. == Həyatı == Zülqədər Cahangirov 1 may 1907-ci il Tuğ kəndində anadan olmuşdur. 20-ci illərin əvvəllərində Tuğ orta məktəbini bitirdikdən sonra təhsilini Bakı və Daşkənd şəhərlərində davam etdirərək ali təhsil almışdır.1932-ci ildə Daşkənd şəhərində Orta Asiya Kənd Təsərrüfatı İnstitutunun plan-iqtisad fakültəsini bitirmişdir. 1944-cü ildə iqtisad elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir. Müxtəlif illərdə Ali Kənd Təsərrüfat məktəbində iqtisad kafedrasının müdiri, keçmiş Lenin adına APİ-un İqtisadiyyat kafedrasının müdiri, Azərbaycan Elmlər Akademiyasının iqtisad bölməsinin rəhbəri və Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində iqtisadiyyat bölməsinin rəhbəri vəzifələrində calışmışdir. Görkəmli alim, respublikanın əməkdar iqtisadçısı Z.H Cahangirov 14 sentyabr 1974-cü ildə Tuğda vəfat etmiş və öz vəsiyyəti ilə Tuğ kəndinfə dəfn edilmişdir. == İctimai fəaliyyəti == Azərbaycan ilk iqtisadçı alimlərindən biri olmuş, 1969-cu ildə respublikanın əməkdar elm xadimi adına layiq görülmüşdür. Zülqədər Cahangirov xidmətlərinə görə bir sıra orden və medallarla təltif olunmuşdur. Elmi-pedaqoji fealiyyəti dövründə siyasi iqtisad və kənd təsərrüfatı iqtisadiyyatına dair 60-dan çox elmi işi dərc olunmuşdur. Onun rəhbərliyi altında 15 namizədlik dissertasiyası müdafiə olunmuşdur.
Zülqədər eli
Zülqədər eli — Qızılbaşlar tayfa ittifaqına daxil olan ellərdən idi (həmçinin bax: Dulqədiroğulları bəyliyi).Əvvəlcə Diyarbakırdə sakin idi.Sonra Səfəvilərə xidmət üçün İranda sakinləşdirildilər.
Zülqədər eli (kitab)
== Kitabın mövzusu == Jurnalist-etnoqraf Ənvər Çingizoğlunun və tarix elmlərində fəlsəfə doktoru Nərminə Məmmədovanın bu kitabı Azərbaycan xalqının etnogenezində, siyasətində və mədəniyyətində mühüm rol oynayan Zülqədər eli və onun böyük oymaqlarının biri olan Tatılıların yaşam yolundan bəhs edir. Onların Azərbaycan xalqına bəxş etdiyi böyük simalardan söhbət açır. Müəllif əsərdə Zülqədər elinin coğrafi yerləşmə və yerdəyişməsi, onların təsərrüfat həyatı, etnik tarixi, dini görüşləri və s. haqqında ümumiləşdirmələr edərək oxunaqlı iş yazmışdır.
Zülqədər tayfası
Zülqədər eli — Qızılbaşlar tayfa ittifaqına daxil olan ellərdən idi (həmçinin bax: Dulqədiroğulları bəyliyi).Əvvəlcə Diyarbakırdə sakin idi.Sonra Səfəvilərə xidmət üçün İranda sakinləşdirildilər.
Zülqədərovlar
Zülqədərovlar — Azərbaycan xalqının tanınmış soylarından biri. == Soyun yaranması == Şəmşəddil 18-ci əsrin ortalarında (1747) yaranmış sultanlıq idi. Ərazisi 4200 verst (1 verst 1067 kvadrat metrə bərabərdir), əha-lisi qızılbaş türk tayfalarından olan zülqədərlərdən ibarətdi. Mərkəzi Öksüzlü (Tovuz ərazisində) obasıydı. Şəmşəddil sultanlığına Zülqə-dərovlar başçılıq edirdilər. Zülqədərovlar əsasən Xılxına kəndində yaĢayırdılar. şəmşəddil Sultanlığı zaman-zaman Gəncə xanlığına və Kartli Çarlığına tabe olsada, daim müstəqillik uğrunda çarpışmış-dı… Tarixdə şəmsəddin Sultanlığı (mahalı) da adlandırılan şəmşəd-dil Sultanlığı 1801-ci ildə Rusiyanın tərkibinə qatılmışdı… şəmşəd-dilin ilk sultanı Sultan Allahverdi Zülqədər olub. O, 1747–1761-ci illərdə sultanlıq etmişdi. şəmsəddilin ən qüdrətli sultanı Nəsib sul-tan olmuĢdur (1797–1819).Zülqədərovların 34.278 desyatin torpağı olub. Həmin torpaqlarda dəfələrlə silahlı kəndli üsyanları baş verib.
Zülqədəroğulları bəyliyi
Dulqədiroğulları bəyliyi və ya Zülqədəroğulları bəyliyi (həmçinin bax: Zülqədər eli) XIV yüzildən XVI yüzilin ilk yarılarına qədər Anadolu tarixində mühüm rol oynayan, Oğuzların Bozoqlar qoluna mənsub, bir türkmən xanədanı. == Tarixi == Anadoluya, Həsən bəy Zülqədər adlı bir bəyin idarəsində gələn və Zülqədərli bəyliyinin əsasını meydana gətirən bu ilk qrupun, Maraş və Əlbistan arasındakı yaylaq bölgəyə yerləşdikləri və daha sonra geniş bir əraziyə yayıldıqları məlumdur. Bəyliyin qurucusu Zeynəddin Qaraca bəy Zülqədər, uyqur Ərətna bəyin əlindən Əlbistanı aldıqdan sonra məmlük sultanı Məlik Nasir Məhəmməddən naiblik fərmanını almağa müvəffəq oldu. Qaraca bəy zaman-zaman məmlük sultanlarına itaət etdisə də, bəzən onları qarşı duraraq Hələb şəhərini təhdid etdi. Bu arada Çuxurovadakı Sis ermənilərinə ağır zərbə endirdi. 1346-cı ildə Qabon qalasını ələ keçirdi. Bu müvəffəqiyyətlərinə güvənən Qaraca bəy, Məlik üz-Zahir ünvanıyla, 1348-ci ildə hökmdarlığını elan etdi. Ancaq Məmlüklər dövlətinə üsyan edən Hələb valisi Baybuğanı sultana təslim etməməsinə görə, tutularaq, 1353-cü ildə Qahirədə 83 yaşındaykən öldürüldü. Qaraca bəydən sonra oğlu Xəlil bəy Zülqədər məmlüklər tərəfindən Əlbistan valiliyinə təyin edildi. Xəlil bəy Zülqədər dərhal sərhədlərini genişlətməyə girişdi və Maraş, Malatya, Harput və Amik tərəflərini ələ keçirdi.
безогово́рочный дезинфе́кция накуроле́сить пигменти́ровать скоопери́роваться топливо... тусклова́тость вдо́вая несла́женно перено́сица поджима́ть по́лоз ранжи́р тесьма́ abbreviator anti-Semitic berried plant heckle historical man-made reach spotter plane вандал самозажигающийся увязнуть