ZƏKAT

İslam dinində maddi cəhətdən imkanı olan hər bir müsəlman ildə bir dəfə malının qırxda birini zəkat olaraq verməsi; dini vergi. Şiələrdə: buğda, arpa, xurma, kişmiş, qızıl, gümüş, dəvə, qaramal, qoyundan onda biri qədərdir.
ZƏBUR
ZƏKATƏLFİTR
OBASTAN VİKİ
Zəkat
Zəkat — (ərəbcə: زكاة, çoxaltma, təmizlik) – müsəlmanların verdiyi, Quranda buyurulmuş, toplanma qaydası və həcmi şəriət qanunları ilə müəyyənləşdirilmiş dini vergi. Yəni, bir şəxsə ildə bir dəfə, fərz olan zəkatını ver" deyildiyində – malını təmizlə – deyilir. Zəkat verməyən bir şəxs malının bərəkətini görmədiyi kimi, əzaba düçar olar. Zəkat islamın beş rüknlərindən biri hesab olunur (xristianlıqda buna bənzər şəri vergi desyatindir). Nəzəri cəhətdən bu vergi icmanın ehtiyaclarına sərf olunur və yoxsul müsəlmanlar arasında bölüşdürülür. İldə bir dəfə bəzi şeylər üçün təyin edilmiş zəkat, müəyyən müddətdə (hicri təqvimi ilə) verilir. Zəkatı, zəkat vacib olan şəxs ödəyir. Zəkat əl-fitr (fitrə) ailənin hər bir üzvündən ramazan ayında, orucluq tamam olan gün verdiyi zəkat növüdür və eyd əl-fitr günlərində sədəqə kimi paylanır. Vergilərin hər ikisi ancaq imkanlı müsəlmanlardan tutulur. Zəkatın adi məbləği illik gəlirin 2,5 faizini təşkil edir, lakin müsəlman ilahiyyatçıları arasında zəkatın məbləği və vergi tutulmalı olan əmlakın növləri məsələsində fikir ayrılığı var.
Fitrə zəkatı
Fitrə zəkatı – Fitr bayramından əvvəl ehtiyacı olan müsəlmanlara verilməli olan sədəqə. Fitrə zəkatının verilməsində məqsəd imkansız və ehtiyacı olanların Fitr bayramını digər müsəlmanlarla birgə qeyd etmələrinə kömək etmək, eləcə də orucluq ayı ərzində mümkün səhv və nöqsanların kəffarəsini ödəməkdir. Fitrə zəkatı Fitr bayramının axşamı, günəş batdığı vaxt həddi-büluğa çatan və ağıllı olub, bihuş, fəqir və başqasının qulu olmayan şəxs, özü və onun çörək yeyəni sayılan şəxslərin hər biri üçün, bir "sa`" – təqribən 3 kiloqram – öz şəhərində normal olan yeməklərdən, məsələn; buğda, arpa, xurma, kişmiş, düyü və qarğıdalı kimi, müstəhəqqə verməlidir. Bunun əvəzinə pul verilməsini əksər islam alimləri tərəfindəm şəri dəlillərə uyğun olmadığını vurğulayıblar. Özünün və ailəsinin illik xərclərinə sahib olmayan və onun və ailəsinin xərclərini təmin edəcək bir kəsbi də olmayan bir şəxs, fəqirdir. O şəxsin fitrə zəkatı verməsi vacib deyildir. İnsan, fitr bayramı gecəsinin gün batan vaxtı onun çörəyini yeyən hesab olunan şəxslərin fitrəsini gərək versin. İstər kiçik olsun ya böyük, istər müsəlman olsunlar, istərsə kafir, istər onların xərclərini vermək ona vacib olsun, istərsə olmasın, istər onun şəhərində, istərsə başqa şəhərdə olmuş olsalar da, gərək fitrələrini versin. Başqa şəhərdə olub, çörək yeyəni hesab edilən şəxsin onun öz malından özünün fitrəsini verməyə vəkil etsə, belə ki, fitrəsini verəcəyinə xatircəm olsa özünün, onun fitrəsini verməsi lazım deyildir. Fitr bayramı gecəsi, gün batmazdan əvvəl gəlib onun çörəyini yeyən (müvəqqəti olsa da) hesab olunan qonağın fitrə zəkatı ev sahibinə vacib olar.

Digər lüğətlərdə