ZƏRQ

keçmişdə sufilərin geydiyi mavi rəngli paltar.
ZƏRDÜŞTLÜK
ZƏRUN, ZİRA
OBASTAN VİKİ
Abbasabad-Zərqami (Savə)
Abbasabad-Zərqami — İranın Mərkəzi ostanında kənd.. == Coğrafi yerləşməsi == Savə şəhristanının Mərkəzi bölgəsinin Fərqan kəndistanında, Savə şəhərindən 15 km cənubdadır.
Zərqan
Zərgan və ya Zərqan - İranın Fars ostanının Şiraz şəhristanının Zərgan bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 19,861 nəfər və 5,127 ailədən ibarət idi.
Zərqan döyüşü (1729)
Zərqan döyüşü Əşrəf xanın dövlət xadimi kimi iştirak etdiyi sonuncu döyüşdür. Mehmandost və Murçe-Xort döyüşlərindən başqa digər toqquşmalarda da Nadirə məulub olan Əşrəf xan İsfahandan geri çəkilərək Şirazda yeni ordu qurmaq fikrində idi. Burada bəzi yerli tayfaların dəstəyini təmin edə bilsə də, son nəticədə ağır şəkildə məğlub edildi. Bundan sonra da tarixdən silindi. Onun hansı şəraitdə və necə yoxa çıxması və ya ölməsi hələ də dəqiq olaraq bilinmir. Nadir xan cənuba yönələrək Əşrəf xanla sonuncu mübarizəyə başlamamışdan əvvəl paytaxtda 40 gün müddətinə qalaraq bəzi məsələləri həll etdi. Bu məsələlərin əksəriyyəti siyasi məsələlər idi. Nadir xan Şirazın təxminən 30 km şimalında ona qarşı döyüş düzülüşünə keçən Əşrəf xanın qoşunları ilə qarşılaşdı. Səfəvi tüfəngçiləri son dövrlərdə dəfələrlə əfqan süvariləri ilə qarşılaşmışdı. Tüfəngçilər onlara qarşı bu döyüşlərdə xüsusi strategiya müəyyənləşdirmişdi.
Zərqanadlılar
Pərdəqanadlılar (lat. Hymenoptera) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinə aid heyvan dəstəsi. Pərdəqanadlılar dəstəsi həşarat sinfinin ən böyük dəstələrinin biri olub, 100 000-dən çox növü vardır. Bir cüt iri gözə və 3 gözcüyə malikdir. Bığcıqları 3-dən 70-ə qədər buğumlardan təşkil olunmuşdur.
Zərqava
Zərqava — Azərbaycan Respublikasının Quba rayonunun Zərqava inzibati ərazi dairəsində kənd. Aspərəsti, Çayqışlaq, Xaspolad, İsnov, Kələnov, Qasımqışlaq, Qorxmazoba, Mahmudqışlaq kəndləri ilə birlikdə Zərqava bələdiyyəsinin tərkibindədir.Zərqavanın yaşayış məntəqəsi kimi mövcudluğu orta əsrlərə gedib çıxır.Əhalisi elə o vaxtlardan əkinçiliklə və maldarlıqla məşğul olub.Kəndin sahələri çox geniş ərazini əhatə edib.Zərqava İƏD ilə yanaşı, indiki Vəlvələ İƏD-nin hüdudlarında olan böyük torpaq sahələri onun əraziləri idi. Bu ərazilərdə Zərqavanın çoxlu sayda obaları,qışlaqları olub ki,onlar da sonradan böyüyərək ayrıca kəndlərə çevrilmişlər. Uzun müddət Zərqava 1860-cı ildə yaradılmış Bakı quberniyasının Quba qəzasının tabeliyində olmuşdur. Kəndin və ona aid olan yaşayış məskənlərinin əhalisi 1918-ci ilin əvvəllərində yerli idarəetmə orqanı sayılan Zərqava cəmiyyətində birləşmişdi. Belə ki, həmin dövrdə Quba qəzası Quba şəhəri və 5 polis nahiyyəsi – Dəvəçi,Qusar,Müşkür,Rustov və 5-ci Fəthibəy nahiyyələrini əhatə edirdi.Hər bir polis nahiyyəsi öz növbəsində 2-dən 30-dək kəndin daxil olduğu bir neçə cəmiyyətdən ibarət idi. Zərqava cəmiyyəti Rustov polis nahiyyəsinin tərkibində idi və qəzada mövcud olan 55 cəmiyyətdən biri sayılırdı. Cəmiyyətin əhalisi Zərqavanın təkcə dağlıq ərazilərində deyil, Bakı-Quba yolu boyunca özünə məxsus olan torpaqlarda da təsərrüfat işləri aparırdı. Əksər insanlar kənddən uzaq ərazilərdə işləyərək əldə etdiklərini Zərqavaya gətirib istifadə edirdilər, ənənəyə çevrilən belə hal hətta ötən əsrin 60-ci illərinədək davam etmişdir. 1918-ci ilin aprelin sonunda – mayın əvvəlində erməni daşnakı Amazapsın cəza dəstələri kəndin Bakı-Quba yolu boyunca yerləşən torpaqlarından keçərkən orada olan Zərqava cəmiyyətinin sakinlərini qətlə yetirmiş və təsərrüfatlarını dağıdaraq böyük maddi ziyan vurmuşlar.
Zərqava bələdiyyəsi
Quba bələdiyyələri — Quba rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Zərqova
Zərqava — Azərbaycan Respublikasının Quba rayonunun Zərqava inzibati ərazi dairəsində kənd. Aspərəsti, Çayqışlaq, Xaspolad, İsnov, Kələnov, Qasımqışlaq, Qorxmazoba, Mahmudqışlaq kəndləri ilə birlikdə Zərqava bələdiyyəsinin tərkibindədir.Zərqavanın yaşayış məntəqəsi kimi mövcudluğu orta əsrlərə gedib çıxır.Əhalisi elə o vaxtlardan əkinçiliklə və maldarlıqla məşğul olub.Kəndin sahələri çox geniş ərazini əhatə edib.Zərqava İƏD ilə yanaşı, indiki Vəlvələ İƏD-nin hüdudlarında olan böyük torpaq sahələri onun əraziləri idi. Bu ərazilərdə Zərqavanın çoxlu sayda obaları,qışlaqları olub ki,onlar da sonradan böyüyərək ayrıca kəndlərə çevrilmişlər. Uzun müddət Zərqava 1860-cı ildə yaradılmış Bakı quberniyasının Quba qəzasının tabeliyində olmuşdur. Kəndin və ona aid olan yaşayış məskənlərinin əhalisi 1918-ci ilin əvvəllərində yerli idarəetmə orqanı sayılan Zərqava cəmiyyətində birləşmişdi. Belə ki, həmin dövrdə Quba qəzası Quba şəhəri və 5 polis nahiyyəsi – Dəvəçi,Qusar,Müşkür,Rustov və 5-ci Fəthibəy nahiyyələrini əhatə edirdi.Hər bir polis nahiyyəsi öz növbəsində 2-dən 30-dək kəndin daxil olduğu bir neçə cəmiyyətdən ibarət idi. Zərqava cəmiyyəti Rustov polis nahiyyəsinin tərkibində idi və qəzada mövcud olan 55 cəmiyyətdən biri sayılırdı. Cəmiyyətin əhalisi Zərqavanın təkcə dağlıq ərazilərində deyil, Bakı-Quba yolu boyunca özünə məxsus olan torpaqlarda da təsərrüfat işləri aparırdı. Əksər insanlar kənddən uzaq ərazilərdə işləyərək əldə etdiklərini Zərqavaya gətirib istifadə edirdilər, ənənəyə çevrilən belə hal hətta ötən əsrin 60-ci illərinədək davam etmişdir. 1918-ci ilin aprelin sonunda – mayın əvvəlində erməni daşnakı Amazapsın cəza dəstələri kəndin Bakı-Quba yolu boyunca yerləşən torpaqlarından keçərkən orada olan Zərqava cəmiyyətinin sakinlərini qətlə yetirmiş və təsərrüfatlarını dağıdaraq böyük maddi ziyan vurmuşlar.
Zərqulu
Zərqulu — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Tirkeşəvənd kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 10 noyabr 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının imzaladığı üçtərəfli bəyənatdan sonra Zərqulu kəndi 25 noyabr 2020-ci ildə boşaldıldı. Zarqulu kəndi Uzunyal dağının ətəyindədir. Yaşayış məntəqəsini Laçın rayonunun Muncuqlu kəndindən (hazırda mövcud deyil) gəlmiş hacporuclar və Dərələyəz mahalından gəlmiş Hamzalar adlı nəsillərə mənsub ailələr salmışlar. Zarqulu kəndin bünövrəsini qoymuş şəxsin adı hesab olunur. Kəndin yerləşdiyi ərazi qədim yaşayış məskəni olub. Onun bünövrəsini XV-XVI əsrlərdə Şano adlı bir şəxs qoyub. Bu ərazidə çox sayda qızıl quyuları var. Burada quyu dağ-mədən lağımı mənasındadır.
Zərqulukəndi (Biləsuvar)
Zərqulukəndi (fars. زال قلي كندي‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 88 nəfər yaşayır (16 ailə).

Digər lüğətlərdə