ÜSTDƏN-AŞAĞI

z. from top to bottom, downwards

ÜSTDƏN
ÜSTƏGƏLMƏ
OBASTAN VİKİ
Aşağı Güləver
Aşağı Güləver — Gürcüstan Respublikasının Bolnisi rayonunda kənd. == Tarixi == == Mədəniyyəti == Yuxarı Güləverdə ilk məktəb 1930-cu ildə yaradılıb. Hazırda Yuxarı Güləverdə bir baza məktəbi, Aşağı Güləverdə bir orta məktəb var. == Coğrafiyası və iqlimi == Güləver kəndi Gədi çayının sol sahilində, rayon mərkəzindən 17 km qərbdə, dəniz səviyyəsindən 810 m hündürlükdə yerləşir. Bulqarların Qıpçaq tirəsi Kollarla, Alban tayfası Kellərlə, Qıpçaq-Qarapapaqlar içindəki Kul tayfası ilə bağlılığını düşünmək mümkündür. Kənd iki yerə bölünür: Yuxarı Güləver (Cipor) və Aşağı Güləver (Gədi-Qeta). == Əhalisi == 1870-ci ildə Yuxarı Güləverdə 7 ailədə 47 nəfər, Aşağı Güləverdə 7 ailədə 47 nəfər, 1918-ci ildə Yuxarı Güləverdə 155 nəfər, Aşağı Güləverdə 218 nəfər, 1926-cı ildə Yuxarı Güləverdə 39 ailədə 231 nəfər, Aşağı Güləverdə 28 ailədə 153 nəfər, 2002-ci ildə Yuxarı Güləverdə 117 ailədə 522 nəfər, Aşağı Güləverdə 173 ailədə 698 nəfər, 2006-cı ildə Yuxarı Güləverdə 117 ailədə 500 nəfər, Aşağı Güləverdə 150 ailədə 781 nəfər.
Aşağı Güzdək
Aşağı Güzdək — Azərbaycan Respublikasının Abşeron rayonunun Aşağı Güzdək qəsəbə inzibati ərazi dairəsində qəsəbə. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsi Ceyranbatan qəsəbə Sovetindən ayrılaraq, bu qəsəbə mərkəz olmaqla Aşağı Güzdək qəsəbə Soveti yaradılmışdır. == Tarixi == Əvvəllər Güzdək dəmir yol stansiyası yanında qəsəbə adlandırılmışdır. 1965-ci ildən qəsəbənin adı indiki kimi rəsmiləşdirilmişdir. Oykonim yaşayış məntəqəsinin coğrafi movqeyi ilə bağlı yaranmışdır. Oykonimin ikinci komponenti güzlək (payız otlağı) sözünun tələffüz formasıdır. == Coğrafiyası və iqlimi == Rayon mərkəzindən 8 km şimal-qərbdə, Güzdək dəmiryolu stansiyasından 600 m aralıdır.
Aşağı Güzlək
Aşağı Güzlək — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati-ərazi vahidində kənd. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == Tarixi == Kənd həmin rayondakı Yuxarı Küzlək kəndindən çıxmış ailələrin məskunlaşması nəticəsində yaranmışdır. 1922-ci ilə aid mənbədə Gəncəsər monastırına məxsus kəndlər sırasında Güzlək də çəkilir. Türk dillərində küz "payız otlağı", "göy otlu yer", " quzular üçün payız otlağı" sözündən və məkan bildirən -lək şəkilçisindən ibarətdir. Mənaca Küzdək kənd adı ilə eynidir. Kənd Qozluçay dərəsində, Pirəhmədli və Qarakollu kəndləri arasında yerləşir. Aşağı Güzlək kəndi 1993-cü ilin avqust ayının 23 də erməni qəsbkarları tərəfindən işğal olunmuşdur. 2020-ci ilin noyabr ayının 9-da Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir == Toponimikası == Yaşayış məntəqəsi XIX əsrdə Güzdək (indiki Yuxarı Güzlək) kəndindən çıxmış ailələrin məskunlaşması nəticəsində yaranmışdır. "Güzlək yaşayış məntəqəsinin aşağı hissəsi" deməkdir.
Aşağı Gərab
Aşağı Gərab — İranın Kohgiluyə və Boyer-Əhməd ostanının Boyer-Əhməd şəhristanının Ludab bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 416 nəfər və 84 ailədən ibarət idi.
Aşağı Gəyəli
Aşağı Gəyəli – Azərbaycan Respublikasının Zəngilan rayonunun Şayıflı kənd inzibati ərazi dairəsində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == Tarixi == Kənd dağətəyi ərazidədir. Oykonim yaşayış məntəqəsinin coğrafi mövqeyi ilə bağlı yaranmışdır. Kəndi Yuxarı Göyəli kəndindən köçüb gələn ailələr salmışlar. Toponim XIX əsrdə Zəngəzur qəzasında yaşamış maldar göyəli tayfasının adını əks etdirir. Etnotoponimdir.
Aşağı Harnava
Aşağı Hülvər
Aşağı Hülvər (fars. هلور سفلی‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Mərkəzi bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 217 nəfər yaşayır (74 ailə).
Aşağı Körpülü
Aşağı Körpülü — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Barana (Noemberyan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 15 km şimal-şərqdə yerləşir. 1920-ci ildən sonra kərimlilər və dəmirçililər tayfası Körpülü kəndindən 1,5 km aralı yeni yurd salmışlar. Həmin ildən Körpülü - Yuxarı Körpülü və Aşağı Körpülü kəndlərinə bölünmüşdür. Deməli, Aşağı Körpülü kəndi 1920-ci ildən sonra salınmışdır. Kənddə 1922-ci ildə 253 nəfər, 1931-ci ildə 319 nəfər azərbaycanlı yaşamışdır. Kəndin sakinləri 1948-ci ildə SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə tarixi-etnik torpaqlarından deportasiya olunmuş və kənd ləğv edilmişdir. Toponim fərqləndirici əlamət bildirən aşağı və «çay, dəmiryolu və s. üzərindən keçmək, daşdan, taxtadan, dəmirdən qurulan tikili keçid» mənasında işlənən körpü sözlərindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.
Aşağı Küngüt
Aşağı Küngüt — Azərbaycan Respublikasının Şəki rayonunda kənd. == Toponimikası == Kəndin əsasını XIX əsrin əvvəllərində Baş Küngüt kəndindən çıxmış ailələr qoymuşdular. Toponimin birinci komponenti olan "Aşağı" sözü kəndin coğrafi mövqeyini, yəni kəndin coğrafi baxımdan aşağı tərəfdə yerləşdiyini əks etdirən bir sözdür. Toponimin ikinci komponenti olan "Küngüt" isə XIII əsrdə monqolların tərkibində gəlmiş, olxonut tayfa birliyinin boylarından biri olan kungiyat/xingid tayfasının adıyla bağlıdır. Kəndin adının ümumi mənası da "aşağı tərəfdə yerləşən Küngüt kəndi" deməkdir. == Coğrafiyası və iqlimi == Kənd Əyriçayın qolu olan Küngüt çayının sahilində, Qanıx-Həftəran vadisində, rayon mərkəzindən 25 km cənub-şərqdə, Şəki-Oğuz şose yolundan 5 km aralı yerləşir. == Əhalisi == Kəndin əhalisi 1358 nəfər təşkil edir ki, onun da 641 nəfəri kişi, 717 nəfəri isə qadındır.
Aşağı Kürdmahmudlu
Aşağı Kürdmahmudlu — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Aşağı Kürdmahmudlu kəndi Füzuli rayonundan təxminən 25 km cənub-şərqdə, Köndələnçay ətrafında yerləşir. Kəndin əsası XVIII əsrdə qoyulmuşdur. Kəngərli elinin qoludur. Əhalisi 1500 nəfərə yaxındır. == Toponimikası == Aşağı Kürdmahmudlu Füzuli rayonunun Kürdmahmudlu inzibati ərazi vahidində kənd. Düzənlikdədir. Oykonimin birinci komponenti yaşayış məntəqəsinin coğrafi mövqeyi, ikinci komponenti isə maldar kürdmahmudlu tayfasının adı ilə bağlıdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1191 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Aşağı Kürkəndi
Aşağı Kürkəndi — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. Aşağı Kürkəndi Salyan rayonunun Arbatan inzibati ərazi vahidində kənd. Kur çayının sahilindədir. == Tarixi == Yaşayış məntəqəsi XX əsrin əvvəllərində Salyan balıq vətəgələrində işləmək üçün Cənubi Azərbaycandan gələnlər tərəfindən salınmış və Kürkəndi adlandırılmışdı. Sonralar tikinti idarəsinin fəhlə və qulluqçuları üçün salınmış qəsəbə də kəndlə birləşmışdir.[mənbə göstərin] == Etimologiyası == Yeni salınmış yaşayış məntəqəsi həmin kənddən bir qədər Aşağıda yerləşdiyi üçün Aşağı Kürkəndi adlandırılmışdır. Kürkəndi "Kür sahilində kənd" mənasındadır.
Aşağı Kürmahmudlu
Aşağı Kürdmahmudlu — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Aşağı Kürdmahmudlu kəndi Füzuli rayonundan təxminən 25 km cənub-şərqdə, Köndələnçay ətrafında yerləşir. Kəndin əsası XVIII əsrdə qoyulmuşdur. Kəngərli elinin qoludur. Əhalisi 1500 nəfərə yaxındır. == Toponimikası == Aşağı Kürdmahmudlu Füzuli rayonunun Kürdmahmudlu inzibati ərazi vahidində kənd. Düzənlikdədir. Oykonimin birinci komponenti yaşayış məntəqəsinin coğrafi mövqeyi, ikinci komponenti isə maldar kürdmahmudlu tayfasının adı ilə bağlıdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1191 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Aşağı Küçəli
Aşağı Küçəli (fars. كوچلوي سفلي‎) – İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd.
Aşağı Kəldək
Aşağı Kəldək — Azərbaycan Respublikasının Şəki rayonunun Baş Kəldək kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Aşağı Kəldək (Gəldək) Şəki rayonunun Baş Kungut inzibati ərazi vahidində kənd. Əyriçayın sahilində, Alazan-Əyriçay çökəkliyindədir. Tədqiqatçılar oykonimi kəl (gücdən düşmüş, dincə qoyulmuş) və -dək (-lək) komponentlərindən ibarət "dincə qoyulmuş əkin sahəsi" mənalı soz kimi izah edirlər. Kəldək komponenti kəndin ərazisindəki Kəl dağının adından yaranıb. "Kəl dağı yerləşən, Kəl dağının ətrafı, yanı" mənasını ifadə edir. Yaşayış məntəqəsini keçmış Kəldək (indiki Baş Kəldək) kəndindən çıxmış ailələr nisbətən Aşağıda saldıqları üçün belə adlandırılmışlar. == Əhalisi == Kəndin əhalisi 96 nəfər təşkil edir ki, onun da 49 nəfəri kişi, 47 nəfəri isə qadındır.
Aşağı Kəsəmən
Aşağı Kəsəmən (əvvəlki adı: Yenikənd) — Azərbaycan Respublikasının Ağstafa rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Ağstafa rayonunun Yenikənd kəndi Aşağı Kəsəmən kəndi adlandırılmışdır. == Tarixi == Aşaği Kəsəmən kəndi Gəncə-Qazax düzənliyindədir. Yaşıyış məntəqəsi sovet hakimiyyəti illərində Ağstafa rayonunun Qıraq Kəsəmən kəndindən çıxmış ailələr tərəfindən salınmışdır. Dağ Kəsəmən kəndinin qarşılığı kimi nəzərdə tutulmuşdur.
Aşağı Mesopotamiya
Cənubi Mesopotamiya və ya Aşağı Mesopotamiya — Mesopotamiyada tarixi region. İraqın Həmrin dağlarından Bəsrə körfəzi yaxınlığındakı Fao yarımadasına qədər allüvial düzənliyində yerləşir. Orta əsrlərdə bu region həm də Səvad və əl-Cəzirə əl-sfliyə ("Aşağı Cəzirə") kimi tanınırdı. Növbəti dövrlərdə region "Əcəm İraqı" adlanan Cibaldan fərqli olaraq əl-İraq əl-Ərəbi ("Ərəb İraqı") adlanmışdır. Cənubi Mesopotamiya Şumer və Babilistanın vətəni idi.
Aşağı Misir
Aşağı Misir(ərəb. الدلتا‎ al-Diltā) Misirin ən şimalında yerləşən regiondur: münbit Nil vadisi, Yuxarı Misirin və Aralıq dənizi arasında. == Tarixi == Aşağı Misir Ta-Mehu kimi tanınırdı ki papirus torpağı deməkdir.Aşağı Misirin paytaxtı Memfis şəhəri idi.
Aşağı Mollu
Aşağı Mollu — Azərbaycan Respublikasının Qubadlı rayonunun Yuxarı Mollu kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Aşağı Mollu kəndi Qubadlı rayon mərkəzindən 21 kilometr cənub-şərqdə, Həkəri çayının sağ sahilində yerləşir. Kəndi XVI-XVII əsrlərdə Cənubi Azərbaycandakı Mollu kəndindən gələn ailələr salıblar. "Mollu" komponentinin düzgün elmi açımı hələ ki, tam müəyyənləşməyib. Qaçaq hərəkatının görkəmli nümayəndəsi Nəbi Alı oğlu (Qaçaq Nəbi) bu kənddəndir. XVIII əsrin sonlarında Aşağı Mollu kəndindən ayrılan ailələr Qubadlı rayonu ərazisində Yuxarı Mollu adlanan kənd salmışlar. 28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğramasından və bolşeviklərin işğalına məruz qalmasından sonra, 1923-cü ilin iyulunda Yelizavetpol quberniyasının Cavanşir və Zəngəzur qəzalarının bir hissəsindən Kürdüstan mahalı (sonradan qəza) təsis edilmişdir. Aşağı Mollu kəndi mahalın bir hissəsi olmuşdur. Kürdüstan qəzası ləğv edildikdən sonra Aşağı Mollu Qubadlı rayonunun tərkibinə daxil edilmişdir. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir.
Aşağı Mülkülü
Aşağı Mülkülü — Azərbaycan Respublikasının Tovuz rayonunun Aşağı Mülkülü kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Tovuz rayonunun Aşağı Mülkülü kəndi Düz Çırdaxan kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Aşağı Mülkülü kənd inzibati-ərazi vahidi yaradılmışdır. == Toponimikası == Kəndin keçmiş adı Alakol olmuşdur. Əvvəllər kənd Kürün sağ sahilində yerləşirdi. Hazırda orada kəndin qədim qəbiristanlığı var. Sonralar kəndin əhalisi indiki yerə köçmüş və kənd belə adlanmışdır. Oykonim "Aşağıda yerləşən Mülkülü kəndi" deməkdir. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd rayon mərkəzindən 8 km şimalda, Bakı-Tbilisi dəmiryolundan 6 km aralı, Gəncə-Qazax düzənliyində yerləşir. == Əhalisi == === Şəhidləri === Emnalıyev Orxan Eyvaz oğlu (1994-2020) — İkinci Qarabağ müharibəsi şəhidi.
Aşağı Mərcanlı
Aşağı Mərcanlı — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə işğaldan azad olunub. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi.
Aşağı Necili
Aşağı Necili — Qərbi Azərbaycanda (indiki Ermənistanda) kənd. == Tarixi == Aşağı Necili İrəvan quberniyasının İrəvan qəzasında, indi Zəngibasar (Masis) rayonunda kənd. Rayon mərkəzindən 2 km qərbdə yerləşir. Zəngibasar (Masis) rayonu təşkil edilənədək 1969-cu ilə kimi Qəmərli (Artaşat) rayonun tərkibində olunmuşdur. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kənddə 1828-ci ilə kimi yalnız azərbaycanlılar yaşamışdır. Toponim fərqləndirici əlamət bildirən aşağı sözü ilə "nəcli" türk etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Ermənistan SSR AS RH-nin 25.1.1978-ci il tarixi fərmanı ilə adı dəyişdirilib Sayat Nova (erməni aşığı Sayat Novanın şərəfinə) qoyulmuşdur.
Aşağı Nemətabad
Aşağı Nemətabad — Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi vahidində kənd. Əhalisinin sayı 948 nəfərdir (2009). Aşağı Nemətabad Ağdaş rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Yuxarı Şirvan kanalından bir qədər aralı, Şirvan düzündədir. Yaşayış məntəqəsini keçmiş Nemətabad (indiki Yuxarı Nemətabad) kəndindən köçmüş ailələr salmışlar. Aşağı sözü kəndin coğrafi mövqeyini göstərir. == Coğrafiyası və iqlimi == Rayon mərkəzindən 20 km qərbdə, Yuxarı Şirvan kanalından 10 km aralı, Bakı—Qazax şose yolu kənarında, Şirvan düzündədir.
Aşağı Normandiya
Aşağı Normandiya (fr. Basse-Normandie) - Fransanın şimal-qərbində bir bölgədir. Ərazisinin sahəsi 17 589 km² təşkil edir, sahilin uzunluğu 470 kilometrdir. Meşələrin sahəsi 192 000 hektar təşkil edir.
Aşağı Noxudlu
Aşağı Noxudlu — Azərbaycan Respublikasının Salyan rayonunun Arbatan inzibati ərazi vahidində kənd. Əhalisinin sayı 1716 nəfərdir.[mənbə göstərin] Muğan düzündədir. Kənd keçmışdə Şahsevənlərin sarıxanbəyli tayfasına mənsub Noxudlu yeri adlanan qışlaq yerində ətraf kəndlərin əhalisinin məskunlaşması nəticəsində yaranmışdır. Oykonim "Noxudlu yaşayış məntəqəsinin Aşağı hissəsi" deməkdir. == Din == Kənddə Aşağı Noxudlu kənd məscidi dini icması fəaliyyət göstərir.
Aşağı Nüvədi
Aşağı Nüvədi — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində şəhər tipli qəsəbə. 25 oktyabr 2011-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Kənarmeşə, Seyidəkəran və Şilim kəndləri Aşağı Nüvədi qəsəbə inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Kənarmeşə kəndi olmaqla Kənarmeşə kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. == Etimologiyası == "Nüvədi" tat və talış dillərində "Yeni kənd", "Təzə kənd" mənasında işlənmişdir. Oykonimin birinci komponenti isə kəndin yerləşdiyi coğrafi mövqeyi göstərir. == Coğrafiyası == Rayon mərkəzindən 6 kilometr cənubda , Astaraya uzanan magistral yolunun solunda, Bakı—Astara dəmiryolu kənarında, Lənkəran ovalığında yerləşir. Şərqdən Xəzər dənizi, cənubdan Kənarmeşə, Şilim, Seydəkəran, qərbdən Viyən, Gərmətük, şimaldan Velədi və Sütəmurdov kəndləri ilə əhatə olunmuşdur. Ərazisi 303 hektardır. 203 hektarı əkin yeri, 88 hektarı həyətyanı sahə, 9 hektarı örüş, 3 hektarı meşə zolağıdır.[mənbə göstərin] == Tarixi == Qəsəbə XDS İcraiyyə Komitəsi 1960-cı ilin mart ayında təşkil olunmuşdur. 1971-ci ildə şəhər tipli qəsəbə statusu verilib. 1992-ci ilin fevral ayında şəhər icra hakimiyyyəti başçısının qəsəbə üzrə icra nümayəndəliyi yaradılmışdır.

Значение слова в других словарях