Aşağı Kürdmahmudlu — Azərbaycan Respublikasının Füzuli rayonunun Kürdmahmudlu kənd inzibati ərazi dairəsində kənd.[2]
Aşağı Kürdmahmudlu | |
---|---|
39°35′22″ şm. e. 47°28′32″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ1932[1] |
Vikianbarda əlaqəli mediafayllar |
Oykonimin birinci komponenti yaşayış məntəqəsinin coğrafi mövqeyi, ikinci komponenti isə maldar kürdmahmudlu tayfasının adı ilə bağlıdır.[3]
Kəndin əsası XVIII əsrdə qoyulmuşdur. Kəngərli elinin qoludur.
1999-cu il bələdiyyələrin təsis edilməsi zamanı ayrıca Aşağı Kürdmahmudlu Bələdiyyəsi[4] təşkil edilib, onun ilk Nizamnaməsi 2000-ci ildə, yeni Nizamnaməsi isə 03.09.2020-ci il tarixində qəbul edilmişdir[5].
Aşağı Kürdmahmudlu Bələdiyyəsi 2000-ci ildə “Azərbaycan Respublikasında yerli özünüidarəetmə üzrə Əlaqələndirmə Şuraları haqqında” Əsasnaməyə[6] uyğun olaraq yaradılmış Füzuli rayonu üzrə Bələdiyyələrin Əlaqələndirmə Şurasının üzvülüyünə qəbul edilib.
03.05.2005-ci il tarixli 903-IIQ nömrəli Qanunla təsdiq edilmiş "Bələdiyyələrin regional assosiasiyalarının Nümunəvi Əsasnaməsi"nə[7] uyğun olaraq, Aşağı Kürdmahmudlu Bələdiyyəsi Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının üzvü olmuşdur.
2013-cü il yanvarın 31-də Füzuli rayonunun Aşağı Kürdmahmudlu kəndinə ilk dəfə olaraq təbii qaz verilib.
Aşağı Kürdmahmudlu bələdiyyyəsi icrasının 11.09.2024-cü il tarixli 9 nömrəli Protokolu ilə təsbit edilmiş Qərarına əsasən o, Əhmədbəyli bələdiyyəsi ilə birləşmə təklif etmişdir[8].
"Bələdiyyə əraziləri tə torpaqları haqqında" Qanuna[9] əsasən Aşağı Kürdmahmudlu kəndi Aşağı Kürdmahmudlu Bələdiyyəsinin (vergi kodu: 7505, statistika kodu: 60620027[10]) mərkəzidir. Həmin Bələdiyyənin ərazi hüquqlarına yalnız Aşağı Kürdmahmudlu kənd inzibati ərazi dairəsində yerləşən Aşağı Kürdmahmudlu kəndi mövcuddur.
Aşağı Kürdmahmudlu Bələdiyyəsi “Azərbaycan Respublikasında yerli özünüidarəetmə üzrə Əlaqələndirmə Şuraları haqqında Əsasnaməyə”[11] uyğun olaraq yaradılmış Füzuli rayonu üzrə Bələdiyyələrin Əlaqələndirmə Şurasının üzvüdür.
"Bələdiyyələrin regional assosiasiyalarının Nümunəvi Əsasnaməsi"nə[12] uyğun olaraq, Aşağı Kürdmahmudlu Bələdiyyəsi Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının üzvüdür.
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1191 nəfər əhali yaşayır.[13]
Aşağı Kürdmahmudlu kəndi Füzuli rayonundan təxminən 25 km cənub-şərqdə, Köndələnçay ətrafında yerləşir.
Düzənlikdədir.
Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Qaztəchizat sektorunda 235 abonenti olan Aşağı Kürdmahmudlu kəndinin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında ümumi uzunluğu 11094 metr olan müxtəlif diametrli polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, 235 sayğac və fərdi tənzimləyici quraşdırılıb.[14]