Aşağı Gəyəli

Aşağı GəyəliAzərbaycan Respublikasının Zəngilan rayonunun Şayıflı kənd inzibati ərazi dairəsində kənd.[1]

Aşağı Gəyəli
39°08′36″ şm. e. 46°30′22″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Zəngilan rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 640 m
Saat qurşağı
Xəritəni göstər/gizlə
Aşağı Gəyəli xəritədə
Aşağı Gəyəli
Aşağı Gəyəli

1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.

Kənd dağətəyi ərazidədir. Oykonim yaşayış məntəqəsinin coğrafi mövqeyi ilə bağlı yaranmışdır. Kəndi Yuxarı Göyəli kəndindən köçüb gələn ailələr salmışlar. Toponim XIX əsrdə Zəngəzur qəzasında yaşamış maldar göyəli tayfasının adını əks etdirir. Etnotoponimdir.[2]

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
  2. Azərbaycan toponimlərinin ensiklopedik lüğəti 1-ci cild