ÇAYAN
ÇAYÇI
OBASTAN VİKİ
Çaybasar
Çaybasar — Çay dərəsinin gursululuq dövründə su basan nisbətən düzən dib sahəsinə deyilir.
Çaybasar (Ağbaba)
İlanlı, Çaybasar — Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonunda kənd. Rayon mərkəzindən 17 km şimal-şərqdə, Arpaçayın sağ sahilində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim ilanlı etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 26.IV.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Çaybasar, Ermənistan prezidentinin 19.IV. 1991-ci il fərmanı ilə yenidən adı dəyişdirilərək Aravet qoyulmuşdur. Kəndin köklü sakinləri azərbaycanlılar olmuşdur. Erməni mənbələrində kəndin sakinləri kimi qarapapaqlar göstərilir və onlar xalq kimi qeyd edilir. Amasiya rayonunda yaşayan qarapapaqlar azərbaycanlıların bir qrupu olmaqla azərbaycanlı xalqını ifadə etmişdir.
Çaybasar (Puldəşt)
Çaybasar (fars. دهستان چايپاسارشرقي‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Puldəşt şəhristanı ərazisinə daxil olan kənd. Maku şəhristanının Poldəşt bölgəsinin qərbindədir. 2006-cı il məlumatına görə kənddə 6.132 nəfər yaşayır (1.214 ailə).
Qalacıq (Şimali Çaybasar)
Qalacıq (fars. قلعه جوق‎‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı, Çaybasar-i Şimali dehistanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 42 nəfər yaşayır (7 ailə).

Digər lüğətlərdə