ÇƏRƏLMƏK
ÇƏRƏNÇİ
OBASTAN VİKİ
Xırdayarpaq çərən
Xırdayarpaq çərən == Təbii yayılması == İranda və Orta Asiyada yayılmış,Terek və Kumey çayları arasından təsvir edilmişdir. == Botaniki təsviri == Hündürlüyü 20-90 sm olan çoxbudaqlı kolcuqdur,cavan zoğları rənglidir.Yarpaqları xırda və ətli olub,saplağa tərəf qısa,ensizləşəndir.Çiçəkləri ikicinsli,şarvarı,uzunsov-yumurtavarı,qaidədən bir biri ilə bitişikdir.Çiçəkyanlığı yaşıldır,əksər hallarda ətlidir,sərbəst və ya yarıya qədər bitişmişdir.Erkekciyi 5-dir.Dişiciyi 2-5 ağızcıqlı,çiçəkaltlıqları içində topa şəklində 2-6 (20) ədəd olur.May ayında çiçəkləyir,oktyabrda meyvə verir.Toxumları 0,75-1,25 mm uzunluğunda,ovalşəkilli hamar,qara,parlaqdır. == Ekologiyası == İstiyə və duzadavamlı bitkidir.Şoranlaşmış torpaqlarda bitir. == Azərbaycanda yayılması == Abşeron,Kür-Araz ovalığı və onun şərq hissəsində Salyan,Muğan çölündə,Cənub-şərqi Şirvanda,Naxçıvan düzənliyində yayılmışdır.Xırdayarpaq çətənə cəngəlliklərdə rast gəlmək olar.Müstəqil qruplaşmalar əmələ gətirir və şoran səhra və yarımsəhralarda bitir. == İstifadəsi == Potaş hazırlanmasında istifadə olunur.Tərkibində alkaloidlər vardır. == Məlumat mənbəsi == Tofiq Məmmədov, "Azərbaycan dendroflorası II cild", Bakı:-"Səda"-2015.
Çərən (Miyanə)
Çərən — İranın Şərqi Azərbaycan ostanında kənd.. == Coğrafi yerləşməsi == Miyanə şəhristanının Türkmən bölgəsinin Tirçayı kəndistanında, Türkmən qəsəbəsindən 17 km şimal-şərqdədir.
Kol çərəni
Kol çərəni == Təbii yayılması == Dərbən və Kür çayı arasındakı ərazidən təsvir edilmişdir.Qafqazda,Avropada,Orta Asiyada təbii halda bitir. == Botaniki təsviri == 20-60 sm hündürlüyündə,geniş şaxələnmiş,boz rəngli kolcuqdur.Çiçəkyanlığının yarpaqcıqları demək olar ki, tamamilə sərbəstdir,çiçəkləyəndən sonra sıxlaşır.May ayında çiçəkləyir.Noyabr ayında isə meyvə verir.Toxumları ovalşəkilli,qara rəngli,xırda nöqtəli,parıldayandır. == Ekologiyası == Duzadavamlı bitkidir.Şoranlıqlarda və şoranlaşmış gilli yamaclarda dağınıq və qrup halda bitir. == Azərbaycanda yayılması == Xəzər və Kür-Araz ovalıqlarında,Qobustanda,Naxçıvan düzənliyində,aranda,dağ ataəyində,səhra və yarımsəhralarda geniş yayılmışdır. == İstifadəsi == Potaş hazırlamaq üçün xammal kimi istifadə edilir.Qış otlaqlarında payızın axırlarında və şaxtalar düşdükdən sonra dəvələr və xırdabuynuzlu mal-qara tərəfindən yeyilir. == Məlumat mənbəsi == Tofiq Məmmədov, "Azərbaycan dendroflorası II cild", Bakı:-"Səda"-2015.
Çərəndab qəbiristanlığı
Çərəndab qəbiristanlığı "Məqbərətül-Füzəla" — Təbriz in üç tarixi məzarlığından biri. == Tarixi == Çərəndab məhəlləsində yerləşirdi. Məqbərətül-Füzəla adı daşıyan bu məzarlıqda əsasən dövlət xadimləri dəfn edilmişdi.
Çərəndab
Çərəndab (fars. چَرَنْدابْ‎) — Təbriz şəhərinin qədim və tarixi qəsəbələrindən biridir. "Məqbərətül-Füzəla" adlı məşhur qəbrəstanlıq burada yerləşir. Çərəndab tarixi qəbiristanlığında Qütbəddin Şirazi, Xacə Abdulla Seyrəfi, Şəmsəddin Cüveyni, Əlaəddin Ataməlik Cüveyni, Sirac Qomri Amoli və bir sıra başqa yazıçı və mütəfəkkirlər kimi məşhur və görkəmli şəxsiyyətlərin məqbəsi mövcuddur.

Значение слова в других словарях