Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mərküz
Mərküz (digər adı: Marğız) — qədim əkinçilik aləti Tarlanın əkinə hazırlanmasında, arx və ləklər arasında tirələrin çəkilməsində işlədilirdi. Əsasən, dördkünc, qismən oval formalı dəmir tiyədən, ağac sapdan və tiyənin üz tərəfindəki iki dəmirhalqadan ibarətdir. Dəmir halqalara kiçik ağac parçasına bağlanmış kəndir keçirilir və iki nəfər tərəfindən işlədilirdi. Azərbaycanda (xüsusilə, Naxçıvan diyarında) qədimdən geniş yayılmış Mərküzdən hazırda həyətyanı təsərrüfatlada istifadə edilir. Cavadov Q.C., XIX əsr və XX əsrin əvvəllərində Azərbaycanın əkinçilik alətləri,Bakı,1979 Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 319. ISBN 5-8066-1468-9.
Çərkəz
Çərkəz — ad. Çərkəz Teyyublu — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu Çərkəz Həsənov — Azərbaycan Silahlı Qüvvələrinin giziri Çərkəz bəy Şərifov — Qarabağ bəyi. İldırım xan Şərifovun kiçik qardaşı. Çərkəz Məcid — şair, yazıçı, tənqidçi. Çərkəz Muradov - Çərkəz Xəlil Əfəndi — Osmanlı alimi və şeyxülislamı.
Çərəz
Çərəz — müxtəlif bitkilərin meyvələri və ya toxumlarının qurudulması və ya işlənməsi ilə istehsal olunan qəlyanaltı növüdür. Çərəzlər meyvə və toxumların birbaşa günəş işığı altında qurudulması ilə və ya qovurma kimi istilik tələb edən metodlardan istifadə etmək yolu ilə və bəzən dadlı olması üçün duz və ya şəkər əlavə etməklə hazırlanır.
Qaraçay-Çərkəz
Qaraçay-Çərkəz Respublikası (rus. Карачаево-Черкесская Республика, qaraç.-balk. Къарачай-Черкес Республика, kab.-çərk. Къэрэшей-Шэрджэс Республикэ, abq. Къарча-Черкес Республика, noq. Карашай-Шеркеш Республика) — Rusiya Federasiyasının tərkibində inzibati subyekt, Şimali Qafqaz Federal dairəsinin tərkibinə daxildir. Qaraçay-Çərkəz muxtar vilayəti 12 yanvar 1922-ci ildə təşkil edilmişdir. Muxtar vilayət kimi 12 yanvar 1922-ci il — 26 aprel 1926-cı il və 9 yanvar 1957-ci il — 30 yanvar 1990-cı il tarixlərində mövcud olmuşdur. 30 noyabr 1990-cı il tarixindən 1991-ci il iyul tarixinədək Rusiya SFSR tərkibində Qaraçay-Çərkəz SSR adı ilə mövcud olmuş, 3 iyul 1991-ci il tarixindən bəri isə Rusiya FR tərkibində Qaraçay-Çərkəz Respublikası adı ilə mövcuddur. Qanunvericilik orqanı Xalq Yığıncağı adlanır.
Teyyubov Çərkəz
Çərkəz Cəfərov
Cəfərov Çərkəz Məmiş oğlu (1942, Dəmirçi, Noraşen rayonu) — Azərbaycanın tanınmış cərrahı. Azərbaycan Tibb Universitetinin Ümumi cərrahlıq kafedrasının müdiri. Professor. 1942-ci ildə Şərur rayonunun Dəmirçi kəndində kolxozçu ailəsində doğulmuşdur. 1959-cu ildə kənd orta məktəbinin bitirib Tibb İnstitutuna daxil olmuşdur. Ç. M. Cəfərov 1965-ci ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun bitirdikdən sonra 4 saylı Bakı şəhər klinik xəstəxanasının köks cərrahlığı şöbəsinə işə göndərilmişdir. Köks cərrahlığı şöbəsinin Elmi-Tədqiqat Kliniki və Eksperimental Təbabət institutuna verilməsi ilə əlaqədar 1967-ci ildən İnstitutun əməkdaşı olmuşdur. 1971-ci ildə Leninqrad şəhərinə Ümumittifaq Elmi Tədqiqat Pulmonologiya İnstitutuna ezam olunmuş və 1973-cü ildə "Xroniki qeyri-spesifik pnevmoniyaların cərrahi müalicəsinə göstərişlər" mövzusunda namizədlik dissertasiyası müdafiə etdikdən sonra yenidən ETKTİ-yə qayıtmışdır. 1976-cı ildə müsabiqə yolu ilə ETKETİ-nın köks cərrahlığı şöbəsinə baş elmi işçi seçilmişdir. Köks cərrahlığı şöbəsində bronxoloji xidməti təşkil etmiş, ağciyərin irinli və parazitar xəstəlikləri ilə əlaqədar elmi-təcrübi ilşlə məşğul olmuşdur.
Çərkəz Həsənov
Çərkəz Muradov
Çərkəz Muradov (1918, Araz Yağlıvənd, Qaryagin qəzası) — Sosialst əməyi qəhrəmanı, Məşədi Əmir Murad yüzbaşının nəvəsidir. Musanın ikinci oğlu Çərkəz 1918-ci ildə anadan olmuşdu. O da ailəsi ilə birlikdə Qazaxıstana sürgün olmuşdu. Çaldır-çuldur əməldən əl çəkib öz sadə həyatının mənasını halal zəhmətdə görən, bütün gənclik enerjisi və qabiliyyəti ilə çalışan Çərkəzin də taleyi üzünə gülmüşdür. Çuğundur üzrə manqa başçısı işləyən və elə birinci ildən bol məhsul götürən və hünəri, qeyrəti, işi və əməli ilə sübut etmişdir ki, dünyada sağalmayan yaralar yoxdur. 1937-ci ilin faciəsi onun arzusu və istəyi puç olmuş bir yağləvəndli kimi sıxsa da, sarsıtsa da o həyata, adamlara inamını itirməmişdi. Çünki bütün insanlar kimi onun da doğmaları, ailəsi, uşaqları vardı. O, varlığı ilə çalışırdı. Çalışırdı ki, yaxınlarının üzünü ağartsın, soylarını üzqaraçılığını boynundan atsın. 1947-ci ildə ona da qardaşı ilə birlikdə Sosialist Əməyi Qəhrəmanı kimi şərəfli ad, fəxri ünvan verilmişdi.
Çərkəz Məcid
Məcidov Çərkəz Müğdət oğlu (Çərkəz Məcid) — şair, yazıçı, tənqidçi. Çərkəz Məcid 1937-ci ilin payızında Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində ruhani ailəsində anadan olmuşdur. Burada kənd orta məktəbini bitirmişdir (1956). Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fılologiya fakültəsində təhsilini davam etdirmişdir (1956-1960). Əmək fəaliyyətinə Böyük Mərcanlı kəndində müəllim kimi başlamışdır. Bədii yaradıcılığa erkən başlasa da, 60-cı illərdən dövri mətbuatda öz şeirləri ilə çıxış etmişdir. Onun poeziyasında uşaq şeirləri başlıca yer tutur: "Ağ çiçəklər" (1973), "İşıq telləri" (1984) şeir topluları bu cəhətdən diqqəti cəlb edir. Doğma yurda bağlılıq, vətən sevgisi, təbiətin əsrarəngiz gözəlliklərinə məhəbbət, ülvi təmizliyə, saflığa və doğruluğa çağırış onun doğma mövzuları olmuşdur. Yeri gəldikcə, özbaşınalığı, haqsızlığı və yaramaz halları satira atəşinə tutub ifşa etməkdən çəkinməmişdir. Azərbaycanın azadlığı və istiqlaliyyəti uğrunda qeyrətlə mübarizə aparmışdır.
Çərkəz Məclisi
Çərkəz Məclisi (çərkəz: Адыгэ Хасэ) və ya rəsmi olaraq Böyük Azadlıq Məclisi (Çərkəz: Шъхьафитныгъэ Хасэшхо), Çərkəziyanın sonuncu parlamentidir. Avropa məclislərindən ruhlanan məclis hərbi komandirlər, ruhanilər və ziyalılardan ibarət idi. 1861-ci ildə Soçidə keçirilən iclasın nəticəsi olaraq Məclis rəsmi olaraq yaradıldı və əvvəlki ənənəvi qəbilə məclisini əvəz etdi. Assambleya digər ölkələrdən dəstək almaq üçün digər ölkələrlə əlaqələr qurdu. Parlament binası rus ordusu tərəfindən tutularaq dağıdılıb. Bundan sonra bəzi üzvlər “Çərkəz liderlərindən Əlahəzrət Kraliça Viktoriyaya sülh” başlıqlı məktub yazaraq Britaniya İmperiyasından humanitar yardım istəyiblər. Ənənəvi qəbilə məclisləri çərkəz xalqı arasında həmişə mövcud olub. 1700-cü illərdə Çərkəziyanın müxtəlif bölgələri hər il bir araya gələrək parlament iclası keçirməyə və ölkəni birgə idarə etməyə başladılar, beləliklə, Çərkəzlərin birləşmə prosesi başladı və Çərkəz Konfederasiyası quruldu. Mərkəzləşmə günü-gündən sürətlənirdi. Avropadan ilham alan ilk assambleya 1820-ci ildə quruldu.
Çərkəz Qurbanlı
Çərkəz Qurbanlı (20 yanvar 1941, Saral, Hamamlı rayonu – 5 may 2014, Bakı) — tərcüməçi-alim. Qurbanov Çərkəz Hüseyn oğlu 20 yanvar 1941-ci ildə Qərbi Azərbaycanın Pəmbək mahalının Saral kəndində anadan olub. Orta təhsilini 1948–1959-cu illərdə həmin kəndin orta məktəbində alıb. 1960–1965-ci illərdə M. F. Axundov adına ADPDİ-nin Qərbi Avropa fakültəsinin Alman dili şöbəsində təhsil alıb. 1980-ci ildə filologiya üzrə elmlər namizədi elmi adını alıb. 1990-ildə dosent elmi adı alıb. Çərkəz Qurbanlı bir vaxtlar Heydər Əliyevin alman dili üzrə tərcüməçisi kimi də çalışıb. O, Alman dili ilə yanaşı, rus, türk, ingilis və erməni dillərini bilirdi. Çərkəz Qurbanlı 5 may 2014-cü il tarixində ölmüşdür. 1965–1966-cı illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanasında alman dili üzrə tərcüməçi işləyib.
Çərkəz Teyyublu
Çərkəz Teyyubov
Çərkəz dili
Kabarda çərkəz və ya Yuxarı Adıq dili (Адыгэбзэ və ya Къэбэрдей Адыгэбзэ) — Abxaz-adıq dillərinden Adıq dilinin (Адыгэ псалъэ) bir dialektidir. Yuxarı Adıqca, Adıqların Kabardey ve Besleney klanları tərəfindən danışılmaqdadır. Bu klanlar özləri öz dillərini "adıq dili" adlandırırlar. Şərqi Avropanın yerlisi Adıq dilinin digər əsas dialekti ise Aşağı Adıqcadır (КӀахыбзэ). ASE, V cild, Bakı, 1981-ci il, səh.
Çərkəz soyqırımı
Çərkəz Soyqırımı (Çərkəz Deportasiyası kimi də tanınır) və ya Tsitsekun (ЦӀыцӀэкӀун), Rusiya imperiyası tərəfindən Çərkəz xalqının sistematik şəkildə kütləvi qətli, etnik təmizləməsi və deportasiyası idi. Çərkəz xalqının 80-97%-i, təxminən 1,5 milyon insan hadisələrdən təsirləndi. Rusiya qüvvələrinin hamilə qadınların bağırsaqlarını çıxarmaq kimi müxtəlif üsullardan istifadə etdiyi bildirilir. Qriqori Zass kimi rus generalları çərkəzləri "insanlıqdan kənar pislik" adlandırıb və mülki çərkəzlərin kütləvi şəkildə öldürülməsini tərifləyir, onlardan elmi təcrübələrdə istifadə olunmasını müdafiə edir və əsgərlərinin qadınları zorlamasına icazə verirdilər. Sağ qalan və sürgün edilən çərkəzlər Osmanlı İmperiyasına yerləşdirildi. Osmanlı arxivləri göstərir ki, 1879-cu ildə Osmanlı ərazisinə təxminən 1 milyon çərkəz mühacir daxil olub, lakin onların təxminən yarısı sahillərdə xəstəliklərdən dünyasını dəyişib. Osmanlı arxivlərini tamamlayan 1897-ci il Rusiya siyahıyaalmasında cəmi 150.000 Çərkəz qeyd edilir ki, bu da ilkin sayın onda birini təşkil edir. 1929-cu ilin yazında elmi araşdırmalar üçün Qafqaza gedən gürcü tarixçisi Simon Canaşia ilə rastlaşdığı 91 yaşlı qoca Qara dənizin “qarpız kimi” insan bədən üzvləri ilə dolduğunu, qarğaların isə burada qadınların saçları və kişilərin aqqallarından yuva qurduğunu deyir.
Çərkəz İnal
Çərkəz İnal, Şahzadə İnal və ya gürcü mənbələrinə görə Möhtəşəm İnal (çərkəzcə: Инал) — çərkəzlər və abxazlar tərəfindən şahzadələrin şahzadəsi adlandırılır, bunun səbəbi bütün çərkəz qəbilələrini birləşdirib Çərkəz dövlətini quraraq, bölgədəki güclü dövlətlərdən biri halına gətirməsidir. Bu dövlət onun ölümünün ardından müxtəlif hissələrə parçalanmışdır. İnaldan sonrakı dövrdə çərkəzlər Rus-Çərkəz müharibəsinə qədər birdə heç vaxt birləşə bilmədilər. İnanca görə, İnal Kabarda, Besleney, Çemguy və Hatıkuay qəbilələrinin atasıdır. İnalın ləqəbinin (Nef/Nexu) qaynağı dəqiq bilinməsə də, bəziləri bir gözünün kor olduğunu, bu səbəblə də şərq çərkəzcəsində kor mənasını verən Nef kəlməsindən gəldiyini, bizləri isə qərb çərkəzcəsində ziyalı mənasını verən sözdən gəldiyini iddia etmişdir. İnaldan əvvəl Çərkəz bölgəsində bir çox ağanın bölgə hakimiyyəti, özlərinə aid suveren sinifi vardı və təşkilatlı struktur inkişaf etmişdi. Teymuri-Çərkəz döyüşlərini çərkəzlər qazansa da, bu müharibənin nəticəsində Çərkəz bölgəsi böyük dağıntılara məruz qalmışdı. Taman yarımadasında torpaq sahibi olan İnal özünə əsasən Hegayk qəbiləsindən ibarət olan ordu qrup 1400-cü illərdə məqsədinin bir çox dövlətlərə bölünmüş çərkəzləri birləşdirmək olduğunu açıqladı və mərkəzi Çərkəz bölgəsinə doğru yola çıxaraq öz dövlətini qurduğunu elan etdi, digər dövlətləri isə tək-tək himayəsinə aldı. Çərkəz zadəganları və şahzadələri İnalın yüksəlişinə mane olmaq istəsələr də, Mzımta çayı sahilindəki döyüşdə 30 çərkəz ağası İnan və dəstəkçiləri tərəfindən məğlub edildi. On ağa edam edildi, geri qalan qismi isə tabe olacaqlarına and içdikdən sonra azad edildilər.
Cermuk
Cermuk, Quşçu — Ermənistan Respublikasında Arpaçayın (Araz hövzəsi) yuxarı axınında, 2100 m yüksəklikdə yerləşən şəhər. 1961-ci ildən respublika tabeli şəhərdir. İrəvan şəhərindən 173 km məsafədədir. Balneoloji və kurort şəhəridir. == Əhalisi == 1873-cü ilin kameral sayımına əsasən İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, Arpaçayın yuxarı axarında, sağ sahilində, "İstisu" adlanan mineral bulaqların yaxınlığında yerləşən və dövlət xəzinəsinə məxsus İstisu kəndində 19 evdə 56 nəfəri kişilər, 58 nəfəri qadınlar olmaqla toplam 114 nəfər şiə təriqətli müsəlman azərbaycanlılar yaşayırdılar.
Cervus
Əsl maral (lat. Cervus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinə aid heyvan cinsi.
Firudin xan Çərkəz
Firudun xan Çərkəz (vəfatı 1620/21) – I Şah Abbas dövründə (1588–1629) 1605/06-1620-ci illərdə Astrabad bəylərbəyi olan çərkəz əsilli Səfəvi məmuru və bir sərkərdə. == Tərcümeyi-hal == Firudin gənc yaşda qaçırıldı və yeddi ildən çox əsirlikdə oldu. Nəhayət, onu Səfəvi şahlıq sarayının adından fəaliyyət göstərən tacirlər qulam olaraq aldılar. Bundan sonra o, şahın zirehini qoruyucu vəzifəsinə yüksəldi (qurçi-e zereh) və bununla da şah sarayı daxilində genişlənmiş qulamın (qolaman-e xasseye şarife) bir parçası oldu. 1605-ci il oktyabrın sonlarında, 1603-1618-ci illər Osmanlı-Səfəvi müharibəsi dövründə, Azərbaycanda Osmanlılara qarşı ağır mübarizə dövründə Mokri qəbiləsindən bir kürd əsir I Şah Abbas öldürməyə cəhd etdi. Lakin Firudin xan Çərkəz Şah Abbasın həyatını xilas etdi. Cəsurluğuna görə mükafat olaraq Şah Abbas onu 1605-ci ilin dekabrında və ya 1606-cı ilin noyabr ayında Astrabad əyalətinin qubernatoru (bəylərbəyi) təyin etdi. Səfəvilər dövrünün bir hissəsində, o cümlədən Firudin xan Çərkəzin vəzifəsi dövründə Astrabad əyaləti bugünkü Gülüstan, Simnan və Şimali Xorasan əyalətlərini əhatə edirdi. Firudinin qubernator kimi əsas vəzifəsi Astarabad əyalətinin Xarəzmdəki müxtəlif türkmən köçərilərindən, eləcə də Astarabad əyalətinin şimal ərazilərindəki yerli türkmənlərdən təhlükəsizliyini və qorunmasını təmin etmək idi. Onlar ərazilərini genişləndirməyə və tez-tez basqınlar keçirməyə can atırdılar.
Fərhad bəy Çərkəz
Fərhad bəy Çərkəz (vəfatı 1614) I Şah Abbasın (1588-1629) Səfəvi sarayında sevilən çərkəz. Qulam sıralarından yüksələrək 1614-cü ildə saray intriqasından sonra edam olunana qədər şah sarayında yüksək mövqe qazandı. == Tərcümeyi-hal == Fərhad bəy karyerasına Səfəvi sarayında adi ovçu (quşçu) kimi , 1614-cü ildə "ov ustası" (mir şekar-başi) vəzifəsinə gətirilənə qədər başlamışdı. Qısa müddətdən sonra, Şah Abbasın çərkəz arvadlarından biri, vəliəhd Məhəmməd Baqir Mirzənin anası ilə təxribatçı münasibət qurmaqda şübhəli bilinirdi. Bu şübhəyə əsaslanaraq, Şah Abbas eyni ildə Fərhad bəyi atasına və imperiya şahına sədaqətini göstərmək üçün şahzadəyə təhvil verdi, Fərhad bəy Çərkəzin edam edilməsi və əmlakının müsadirə edilməsi üçün dərhal əmr verdi. O dövrdə Şah düşərgəsi Qarabağda yerləşirdi. Qısa müddət sonra tac şahzadəsinin populyarlığından qorxaraq Şah Abbas vəliəhdi öldürmək üçün başqa bir çərkəz olan Behbud bəy Çərkəzə əmr verdi. == İstinadlar == == Mənbələr == Floor, Willem M.; Faghfoory, Mohammad H. The Dastur Al-moluk: A Safavid State Manual, by Mohammad Rafi' al-Din Ansari. Mazda Publishers. 2007.
Kabarda-çərkəz dili
Kabarda çərkəz və ya Yuxarı Adıq dili (Адыгэбзэ və ya Къэбэрдей Адыгэбзэ) — Abxaz-adıq dillərinden Adıq dilinin (Адыгэ псалъэ) bir dialektidir. Yuxarı Adıqca, Adıqların Kabardey ve Besleney klanları tərəfindən danışılmaqdadır. Bu klanlar özləri öz dillərini "adıq dili" adlandırırlar. Şərqi Avropanın yerlisi Adıq dilinin digər əsas dialekti ise Aşağı Adıqcadır (КӀахыбзэ). == Mənbə == ASE, V cild, Bakı, 1981-ci il, səh.
Kabardin-çərkəz dili
Kabarda çərkəz və ya Yuxarı Adıq dili (Адыгэбзэ və ya Къэбэрдей Адыгэбзэ) — Abxaz-adıq dillərinden Adıq dilinin (Адыгэ псалъэ) bir dialektidir. Yuxarı Adıqca, Adıqların Kabardey ve Besleney klanları tərəfindən danışılmaqdadır. Bu klanlar özləri öz dillərini "adıq dili" adlandırırlar. Şərqi Avropanın yerlisi Adıq dilinin digər əsas dialekti ise Aşağı Adıqcadır (КӀахыбзэ). == Mənbə == ASE, V cild, Bakı, 1981-ci il, səh.
Keçəl çərkəz dağı
Keçəl çərkəz dağı – Culfa rayonu ərazisində dağ (hünd. 1356,1 m). Zəngəzur silsiləsindən cənub-qərbə ayrılan Dəmirlidağ-Göydağ qolunun qurtaracağında, Əlincəçayın sol sahilində, Kırna kənddən 3 km cənub-şərqdə yerləşən zirvə. Alt Miosenin Qafqaz və Sakaraul regiomərtəbələrinə aid Vayxır və Qızılboğaz lay dəstələrinin vulkanogen-çökmə və çökmə süxurlarından təşkil olunmuş günbəzvari, cənub yamacları sıldırımlı yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentində, eyniadlı əyilmənin cənub-qərb cinahında izlənilən Toğluca antiklinalının şimal-qərb periklinal hissəsində yerləşir.
Nəcəfqulu xan Çərkəz
Nəcəfqulu xan və ya Nəcəfqulu xan ibn Qazaq xan Çərkəz Şirvan əyaləti (1-ci dəfə; 1653, 2-ci dəfə; 1663–67) və İrəvan əyalətinin (Çuxursəəd adı ilə də tanınan) (1656–1663) bəylərbəyi olan çərkəz əsilli Səfəvi məmuru. Səfəvi-çərkəz hərbi komandiri və bəylərbəyi Qazaq xan Çərkəzin oğlu idi. Ümumilikdə Şirvanda 7 il bəylərbəyi oldu. Bournoutian, George. The Journal of Zak'aria of Agulis. Mazda Publishers. 2003. səh. 68. ISBN 978-1568591070.
Qafqaz (Qaraçay-Çərkəz)
Qafqaz (qaraç.-balk. Кавказский) — Rusiya Federasiyası, Qaraçay-Çerkesiya Respublikası, Prikuban rayonunun inzibati mərkəzi. Krasivı qəsəbəsi ilə birlikdə eyni inzibati ərazi vahidliyinə aiddir. Qəsəbə Çerkessk şəhərinin kənarından 12 km şərqdə, A165 Lermontov-Çerkessk magistral yolunda, Kuban su anbarının şimalında yerləşir. Eyni yolun şərqində Michurins kəndi vardır. Qafqazın cənub-qərbi və Kuban su anbarının qərbində duzlu Maloe göl yerləşir. Qəsəbənin şimalından hündürlüyü 866.7 m olan alçaq bir silsilə keçir. silsilənin şimal hissəsindən quruyan çaylar başlayır. Bu çaylar öz növbəsində Qolaya çayına (Kuban hövzəsi) axır. Çayın Sahilində Krasivı qəsəbəsi vardır.
Qaraçay-Çərkəz Respublikası
Qaraçay-Çərkəz Respublikası (rus. Карачаево-Черкесская Республика, qaraç.-balk. Къарачай-Черкес Республика, kab.-çərk. Къэрэшей-Шэрджэс Республикэ, abq. Къарча-Черкес Республика, noq. Карашай-Шеркеш Республика) — Rusiya Federasiyasının tərkibində inzibati subyekt, Şimali Qafqaz Federal dairəsinin tərkibinə daxildir. Qaraçay-Çərkəz muxtar vilayəti 12 yanvar 1922-ci ildə təşkil edilmişdir. Muxtar vilayət kimi 12 yanvar 1922-ci il — 26 aprel 1926-cı il və 9 yanvar 1957-ci il — 30 yanvar 1990-cı il tarixlərində mövcud olmuşdur. 30 noyabr 1990-cı il tarixindən 1991-ci il iyul tarixinədək Rusiya SFSR tərkibində Qaraçay-Çərkəz SSR adı ilə mövcud olmuş, 3 iyul 1991-ci il tarixindən bəri isə Rusiya FR tərkibində Qaraçay-Çərkəz Respublikası adı ilə mövcuddur. Qanunvericilik orqanı Xalq Yığıncağı adlanır.
Qaraçay-Çərkəz bayrağı
Qaraçay-Çərkəz Respublikasının bayrağı (kab.-çərk. Къэрэшей-Шэрджэс Республикэм и нып; qaraç.-balk. Къарачай-Черкес Республиканы байрагъы) — Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasının dövlət simvoludur. Qaraçay-Çərkəz Xalq Məclisi (Parlament) tərəfindən 3 fevral 1994-cü ildə qəbul edilmişdir. Qaraçay-Çərkəz muxtar vilayəti 12 yanvar 1922-ci ildə təşkil edilmişdir. Muxtar vilayət kimi 12 yanvar 1922-ci il — 26 aprel 1926-cı il və 9 yanvar 1957-ci il — 30 yanvar 1990-cı il tarixlərində mövcud olmuşdur. 30 noyabr 1990-cı il tarixindən 1991-ci il iyul tarixinədək Rusiya SFSR tərkibində Qaraçay-Çərkəz Muxtar Sovet Sosialist Respublikası adı ilə mövcud olmuş, 3 iyul 1991-ci il tarixindən isə Rusiya Federasiyası tərkibində inzibati subyekt Şimali Qafqaz Federal Dairəsinin daxilində Qaraçay-Çərkəz Respublikası adı ilə mövcuddur. Bu illər ərzində respublikanın qırmızı rəngdə bayrağı olmuşdur. 1991-ci ildə Qaraçay-Çərkəz Respublikası yaradılsa da, onun rəsmi dövlət atributları mövcud olmamışdır. Belə ki, ilk illər Qaraçay-Çərkəz Respublikası bayrağı üçrəngli rus bayrağı ilə təmsil olunurdu.
Serou
Seraou, və ya serau (lat. Capricornis) — Boşbuynuzlular fəsiləsinə aid olan Yaponiya, Çin, Hindistan və Cənub-Şərqi Asiya ərazilərində yaşayan növ. Dişilərdə buynuz 4–6 sm, erkəklərdə isə 8–10 sm təşkil edir. Həyat tərzinə görə Qorallarlardan fərqlənmir. 4–6 başdan ibarət ailələr şəklində yaşayırlar. Qış ayları yemin asan şəkildə əldə edildiyi bölgələrə enirlər.
Cerom K. Cerom
Cerom Klapka Cerom (ing. Jerome Klapka Jerome; 2 may 1859[…], Uolsoll, Uest-Midlends[d] – 14 iyun 1927[…] və ya 16 iyun 1927, Northempton) — ingilis dramaturqu, yazıçı-yumorist, məşur "Qayıqda üç kişi (İti nəzərə almasaq)" yumoristik romanın, bundan başqa çoxlu sayda yumoristik və satirik əsərlərin müəllifi, "Panç", "Avara (Bekar)" (ing. Idler), "Bu gün" (ing. To-day) kimi məşhur satirik jurnalların daimi əməkdaşı. == Həyatı == === Gəncliyi === Cerom K Cerom Cerom Klappın dördüncü uşağıdır. Atası metal məmulatları satan xırdavatçı, həm də rahib idi. Cerom K Ceromun iki bacısı (Paulina, Blandina) və sonralar tələf olmuş bir qardaşa (Milton) malik olmuşdur. Cerom eksil macar generalı Georgi Kapkanın şərəfinə Kapka adını özünə əlavə etmişdir. Ailəsi Londonun şərqinə köçdükdən sonra Crom K Cerom Marilebon gimnaziyasına (ing. Marylebone Grammar School) gedir.
Cerom Klapka Cerom
Cerom Klapka Cerom (ing. Jerome Klapka Jerome; 2 may 1859[…], Uolsoll, Uest-Midlends[d] – 14 iyun 1927[…] və ya 16 iyun 1927, Northempton) — ingilis dramaturqu, yazıçı-yumorist, məşur "Qayıqda üç kişi (İti nəzərə almasaq)" yumoristik romanın, bundan başqa çoxlu sayda yumoristik və satirik əsərlərin müəllifi, "Panç", "Avara (Bekar)" (ing. Idler), "Bu gün" (ing. To-day) kimi məşhur satirik jurnalların daimi əməkdaşı. == Həyatı == === Gəncliyi === Cerom K Cerom Cerom Klappın dördüncü uşağıdır. Atası metal məmulatları satan xırdavatçı, həm də rahib idi. Cerom K Ceromun iki bacısı (Paulina, Blandina) və sonralar tələf olmuş bir qardaşa (Milton) malik olmuşdur. Cerom eksil macar generalı Georgi Kapkanın şərəfinə Kapka adını özünə əlavə etmişdir. Ailəsi Londonun şərqinə köçdükdən sonra Crom K Cerom Marilebon gimnaziyasına (ing. Marylebone Grammar School) gedir.
Bidens cernua f. cernua
Əyilən yatıqqanqal (lat. Bidens cernua) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yatıqqanqal cinsinə aid bitki növü. == Sinonimləri == Bidens cernua var. bidens (L.) Farw. Bidens cernua f. cernua Bidens cernua var. coreopsis Pursh Bidens cernua var. discoidea Wimm. & Grab. Bidens cernua var.
Neoseiulus certus
Neoseiulus certus (lat. Neoseiulus certus) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin neoseiulus cinsinə aid heyvan növü.
Penrouz pilləkənləri
Penrouz pilləkənləri və ya Penrouz nərdivanı, həmçinin mümkün olmayan nərdivan — Lionel Penrouz və oğlu Roqer Penrouz tərəfindən yaradılmış mümkün olmayan obyekt. Penrouz üçbucağı üzərindəki versiya, pilləkənlərin qalxarkən və ya enərkən, yenə də təkrar dövrə yaratdıqları üçün pilləkənlərin 90 dərəcə fırlana bilməsini təmin edən pilləkənin 2D formasıdır, beləcə bir insan bu pilləkənlə sonsuza qədər qalxa bilər. Amma bu 3D formasında mümkün deyil.
Phyllorchis cernua
Bulbophyllum cernuum (lat. Bulbophyllum cernuum) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. Bulbophyllum cernuum növü Taylanddan Malayziyaya qədər yayılmışdır. Bulbophyllum gibbilingue J.J.Sm.
Phyllorkis cernua
Bulbophyllum cernuum (lat. Bulbophyllum cernuum) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. Bulbophyllum cernuum növü Taylanddan Malayziyaya qədər yayılmışdır. Bulbophyllum gibbilingue J.J.Sm.
Qaraciyər serozu
Sirroz — Qaraciyər löbüllerinin bağ toxumaları vasitəçiliyi ilə köçürülməsi. Sirroz qaraciyər toxumasının çapıqlaşmasını təsvir edən bir anlayışdır. Sirroz zamanı qaraciyərin normal fəaliyyətini təmin edən hüceyrələrin miqdarı azalır və onların yerini çapıq toxuması tutur. Qaraciyərdə çapıqlaşma fərqli səbəblərdən baş verən iltihabi proses nəticəsində formalaşır. Sirrozun ilkin mərhələlərində qaraciyər öz normal funksiyalarını yerinə yetirir. Amma sirrotik dəyişikliklər artdıqca qaraciyər orqanizm üçün həyati vaciblik daşıyan funksiyalarının həyata keçirə bilmir. Sirroza bir çox fərqli təriflər verilmişdir. Bunlar arasında ən yaxşı tərif "Qaraciyərin böyük bir sahəsini əhatə edən, normal qurluşunun yerində anormal nodüllerin görünməsi ilə xarakterizə olunan bir dəyişmə" olaraq təyin edən Dünya Sağlamlıq Təşkilatına aid tərifdir. Bu tərifin içinə regenerator ilə damarlanmada və qan axınındakı dəyişikliklər daxildır. Çünki, düyünlərdə hər vaxt regenerator tapıntıları görülməyə bilər; həqiqi regenerator düyünlər xəstəliyin irəli mərhələlərində rast gəlinər.
Sinapis cernua
Sarpet xardalı (lat. Brassica juncea) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin kələm cinsinə aid bitki növü. Brassica argyi H.Lév. Brassica arvensis var. juncea (L.) Kuntze Brassica besseriana Andrz. ex Trautv. Brassica cernua (Thunb.) Matsum. Brassica cernua (Thunb.) F.B. Forbes & Hemsl. Brassica cernua var. chirimenna Makino Brassica chenopodiifolia Sennen & Pau [Invalid] Brassica integrifolia (H.West) Rupr.
Cervus albirostris
Ağbəniz maral (lat. Cervus albirostris) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinin əsl maral cinsinə aid heyvan növü.
Salvia cernua
Salvia nutans (lat. Salvia nutans) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin adaçayı cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Salvia pendula Dum.Cours.