özünlə

* along with вместе (с собой)
özünə zəhmət vermək
özünsən!
OBASTAN VİKİ
Özünlə apar
Özünlə apar — Azərbaycan müğənniləri Fahree və İlkin Dövlətov tərəfindən 2024-cü ildə ifa edilmiş mahnı. Fahree də daxil olmaqla, mahnının yazılmasına altı müəllif iştirak etmişdir. Mahnı, 2024 Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanı təmsil edir. "Özünlə apar" mahnısının musiqi və sözləri Fahree, Edqar Ravin, Həsən Haydər, Mila Miles və Mado Salikh tərəfindən yazılmışdır. Mahnının sözlərində həm ingilis, həm də Azərbaycan dilləri istifadə olunmuşdur ki, bu da onu, Azərbaycan dilində təqdim olunan ilk Avroviziya mahnısı edir. 7 mart 2024-cü ildə Azərbaycanın 2024 Avroviziya Mahnı Müsabiqəsində Fahree tərəfindən təmsil olunacağı elan edilmişdir. Mahnı 15 mart 2024-cü ildə təqdim edilmiş, elə həmin gün mahnının səhnə performans videosu yarışmanın rəsmi YouTube kanalına yüklənmişdir. Növbəti gün mahnı qlobal strim-servislərdə təqdim olunmuşdur. Azərbaycanın 2024 Avroviziya Mahnı Müsabiqəsində iştirakı İctimai TV tərəfindən 14 iyul 2023-cü ildə təsdiqlənmiş, 30 sentyabr 2023-cü ilə kimi isə iştirakçı mahnılar qəbul edilmişdir. Aralarında Fahree-nin də olduğu iştirakçının canlı dinləmələri 29 oktyabr 2023-cü ildə baş tutmuşdur.
Təkcə adanı özünlə apara bilməzsən...
Təkcə adanı özünlə apara bilməzsən... filmi rejissor Gülbəniz Əzimzadə tərəfindən 1980-ci ildə ekranlaşdırılmışdır. İnsan və təbiət, təbiətə məhəbbət, nadir heyvanların taleyi üçün narahatlıq. Təbii sərvətlərin, eyni zamanda ətraf mühitin qorunması-bütün bunlar bəşəriyyəti narahat edən vacib məsələlərdir. Ətraf mühit təbiətin konkret bir guşəsidir və insan onunla daim əlaqə saxlayır. Bu mühiti qorumaq, onun çirklənməsinin qarşısını almaq həyatımız qədər vacib və təxirəsalınmazdır. Filmdə bu problemlərə toxunulmuşdur. Film aktrisa Ayan Mirqasımovanın kinoda ilk işidir. Film mərkəzi televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir.
Təkcə adanı özünlə apara bilməzsən... (film, 1980)