ÜMRƏ

ilin istənilən vaxtı Kəbə evinin ziyarət edilməsidir. Bununla belə həcc mövsümündə ümrə ziyarəti yerinə yetirilməz. Ümrə Kəbənin ətrafında yeddi dəfə təvaf etmək, Səfa və Mərva təpələri arasında qaçmaq kimi ayinləri əhatə edir. Ümrədə ayinlər həccdə olduğu kimi icra edilir. Həccdən fərqli olaraq ümrədə Müzdəlifədə qalmaq və ya Minədə şeytanı daşlamaq kimi ayinlər yerinə yetirilmir. Ümrə etmək üçün miqatlara gəlib, orada niyyət etmək və ehrama (II) girmək lazımdır. Həcc zamanı haram olan əməllər ümrədə də haramdır. Bundan sonra zəvvarlar təlbiyyə duasını deməyə başlayırlar. Məkkədəki Məscidül- Hərama gəldikdən sonra onlar Kəbəni yeddi dəfə təfaf edir, sonra iki rükətli namaz qılıb Səfa ilə Mərva təpələrinə doğru irəliləyirək onların arasında yeddi dəfə qaçırlar. Bu ayini bitirdikdən sonra zəvvarlar saçlarını qırxıb ehramdan çıxmalıdırlar. Bununla da ümrə tamamlanmış olur.
ÜMMƏT
ÜSAMƏ İBN ZEYD
OBASTAN VİKİ
Ümrə
Ümrə, Həcc mövsümü xaricində Kəbəni ziyarət edən müsəlmanlara aiddir. Ümrə ziyarət deməkdir. Fiqhi tərifi, həcc vaxtından asılı olmayaraq ehrama girərək Kəbəni təvaf, sə'y etmək və taraş olmaq deməkdir. Quran və hədisdə ümrə sözü qeyd edilmişdir. Quranda: "Allah üçün həcc və ümrə edin" ifadəsi hədisdə: "İki ümrə arasındakı kiçik günahların kəffarəsidir" formasındadır. Ümrə Hənəfi və Maliki məzhəblərində sünnə, Şafi və Həmbəli məzhəblərində fərzdir. Həyatın istənilən vaxtında edilə bilər. Bir-birinin ardınca həcc və ümrə etmək tövsiyə olunur. Cinayət: Həccdə və ya ümrədə edilməli olan ibadəti tərk etmək, vaxtında etməmək, ehram halında olarkən haram işlər görmək. Xalq: ehramdan çıxış üçün saçları dibdən kəsmək.

Digər lüğətlərdə