ŞELLAK

I
сущ. шеллак (естественная смола, вырабатываемая насекомыми, которая применяется для приготовления лаков и политур)
II
прил.
1. шеллаковый (относящийся к шеллаку). Şellak məhlulu шеллаковый раствор
2. шеллачный (приготовленный из шеллака, с примесью шеллака). Şellak lakı шеллачный лак
ŞELF
ŞENLİK
OBASTAN VİKİ
Şellak
Şellak (nid. schellak) — Hindistanın və Cənub-Şərqi Asiyanın bəzi tropik və subtropik ağaclarında (Croton lechleri və b.) parazitlik edən Kerriidae ailəsinə aid yastıca həşəratlarının bir sıra cinslərinin (Metachardia, Kerria, Laccifer, Tachardiella, Austrotachardiella, Afrotachardina, Tachardina) dişiləri tərəfindən ifraz olunan təbii qatrandır. Şellakın tərkibində aleuretin turşusu, dihidrooksifikoserol turşusu, şellol turşusu, şellak mumu (5%-ə qədər), su və suda həll olunan piqment var. Ərimə temperaturu — +80… +120 °C-dir. Qələvi məhlullarda və aşağı alifatik spirtlərdə yaxşı həll olur, benzolda az həll olur və benzində, piylərdə və yağlarda demək olar ki, həll olmur. Şellak istehsalçısı kimi ən yaxşı tanınan növ, bəzi tropik ölkələrdə (o cümlədən, təkcə Asiya deyil, həm də Mərkəzi Amerikada) yabanı bitkilərin üzərində müvafiq növlərin əkilməsi ilə becərilən Kerria laccadır (digər adı Laccifer lacca). Beçələmə dövründə yastıcalar ağac budaqlarında oturur və ağacın şirəsini əmir, onu həzm edir və qatranlı maddə ifraz edir. Qurumuş lakın yığılması iyun və noyabr aylarında həyata keçirilir. Daha sonra üyüdülür, yuyulur və dənəvər lak kütləsi əldə etmək üçün qurudulur. Daha sonra 2–3%-li arsen sulfid əlavə edilməklə kətan torbalara yığılan lak ağac kömürünün odunda əridilir.

Digər lüğətlərdə