Lev Vladimiroviç Şerba
Lev Şerba (belar. Леў Уладзіміравіч Шчэрба; 20 fevral (3 mart) 1880, Sankt-Peterburq – 26 dekabr 1944[…], Moskva) — Rus və Sovet dilçisi, SSRİ Elmlər Akademiyasının (1943) və RSFSR Pedaqoji Elmlər Akademiyasının
(1944) akademiki, psixolinqvistikanın, leksikoqrafiyanın və fonologiyanın inkişafına böyük töhfə vermişdir. Fonem nəzəriyyəsinin banilərindən biridir. Rus, slavyan və fransız dillərində ümumi dilçilik üzrə mütəxəssis.
== Həyatı ==
Lev Vladimiroviç Şerba, Minsk quberniyasının İqumen şəhərində anadan olub (bəzən səhvən, valideynlərinin onun doğumundan əvvəl köçdüyü Peterburq şəhəri doğum yeri kimi göstərilir), lakin Kiyevdə böyümüş, burada 2-ci Kiyev gimnaziyasını qızıl medalla bitirmişdir. 1898-ci ildə Kiyev Universitetinin təbiət fakültəsinə daxil olmuşdur. 1899-cu ildə valideynləri Sankt-Peterburqa köçdükdən sonra Sankt-Peterburq İmperator Universitetinin Tarix və Filologiya fakültəsinə keçmişdir. İvan Aleksandroviç Boduen de Kurtenenin tələbəsi olmuşdur. 1903-cü ildə "Fonetikada psixiki element" kompozisiyasına görə Sankt-Peterburq Universitetini qızıl medalla bitirmişdir.
1906–1908-ci illərdə Avropada yaşamış, Leypsiq, Paris, Praqada qrammatikanı, müqayisəli-tarixi dilçilik və fonetikanı öyrənmiş, Toskana və Lusatiya (xüsusən Mujakovski) ləhcələrini araşdırmışdır.