ŞİDDƏTLİ
ŞİMALİ
OBASTAN VİKİ
ARB Şimal
ARB Şimal — 2007-ci ildə "Regional TV" adıyla Xaçmaz rayonunda yayıma başlayan televiziya kanalı. == Tarixçə == "ARB Şimal" Televiziya Şirkəti 2007-ci il noyabr ayının 15-də fəaliyyətə başlayıb. Kanal Xaçmazdan yayımlanır. "ARB Şimal" Azərbaycanda daxili şəbəkəsi rəqəmsal texnologiya ilə təchiz olunan ilk televiziya kanalıdır. Televiziyanın yayım dairəsinə Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən, Xızı rayonları daxildir. 2011-ci ildən etibarən "ARB Şimal" internet vasitəsilə dünyanın istənilən nöqtəsindən izləmək mümkündür. "ARB Şimal"ın struktur quruluşu 5 departamentdən ibarətdir. Xəbərlər və Sosial-İctimai Proqramlar, Efir Təminatı, Maliyyə və Kadrlar, Layihələr, Efirdən Kənar Təminat departamentləri. Televiziyanın kollektivi uzun illərin televiziya təcrübəsinə malik peşəkar kadrlarla yanaşı həm də istedadlı və perspektivli gənclərdən təşkil olunub. "ARB Şimal"da həftəlik yayım həcmi 126 saatdır.
Şimal
Şimal və ya Quzey — Yer kürəsinin coğrafiyasında dörd əsas istiqamətdən biridir. Səmtləri müəyyənləşdirən kompasda cənubun əksi kimi qəbul edilib. Coğrafiyanın təkmilləşməsi dövründə "Şimal" "soyuq iqlim" kimi başa düşülürdü. Azərbaycan dilində şimal Coğrafiyada "Ş", beynəlxalq işarələmədə "N" ilə işarələnir.
Nəsimi-Şimal
"Nəsimi-Şimal" — Qacar İranında nəşr olunmuş qəzetlərdən biri. Məşrutə dövrünün satirik-ədəbi orqanlarından biri idi. == Tarixi == Əşrəfəddin Gilani tərəfindən əvvəlcə Rəştdə, sonra da Tehranda nəşr olunmuşdur. Rəşt şəhəri İranın şimalında yerləşdiyinə görə Əşrəfəddin Gilani çıxardığı qəzeti "Şimal küləyi – nəsimi" adlandırmışdır. O, qəzetinin hər bir işini özü təkbaşına görürdü. Səid Nəfisi "Sepido siyah" jurnalında Əşrəfəddin Gilani haqqında məqaləsində yazırdı ki, "...o, xalqın içindən çıxdı, xalqla yaşadı və xalqın içində itib batdı... Hər gün, hər gecə yazırdı, həftə ərzində yazdığı şeirləri çap edib xalqa çatdırırdı. İyirmi ilə yaxın hər həftə "Nəsimi-Şimal"ı Tehranın ən kiçik mətbəələrindən birində dörd xırda səhifədə nəşr edib yaydı… belə gün olmazdı ki, bu qəzet Tehranda bir vəlvələ salmasın. Hökumətlər artıq onun əlindən zara gəlmişdilər..." == Fəaliyyəti == "Nəsimi-Şimal" qəzetinin əksər səhifələri şeir nümunələrindən ibarət idi. Qəzetdə əsas yeri onun təsisçisi Əşrəfəddin Gilaninin satirik məzmunlu şeirləri tuturdu.
Şimal-qərb
Şimal-qərb - Şimal tərəfi ilə qərb tərəfi arasında olan keçid səmt.
Şimal-şərq
Şimal-şərq - Şimal tərəfi ilə şərq tərəfi arasında olan keçid səmt.
Şimal (Xaçmaz)
Şimal — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində qəsəbə.
Şimal (dəqiqləşdirmə)
Şimal — qütblərdən biri. Şimal (Xaçmaz) — Azərbaycanın Xaçmaz rayonunda kənd.
Şimal Aşırımı
Şimal Aşırımı ( çin. 北坳 (Běi Ào), tib. Chang La) - Tibetdəki Everest və Çanqze dağlarını birləşdirən silsilədə buzlaqlar tərəfindən oyulmuş iti kənarlı keçitdir. Şərq Ronqbuk buzlağının başını təşkil edir. Alpinistlər Şimal silsiləsi (Tibet) üzərindən Everestə çıxmağa çalışdıqda, dağın özündə ilk düşərgə (ənənəvi olaraq IV Düşərgə, müasir I Düşərgə) Şimali Kol üzərində qurulur. Bu nöqtədən, təxminən dəniz səviyyəsindən 7,020 metr (23,030 ft) yuxarı alpinistlər Everestin Şimal üzü boyunca tədricən daha yüksək düşərgələrə çatmaq üçün Şimal silsiləsinə qalxırlar. Alpinistlər zirvəyə son təkanlarını VI düşərgədən 8,230 metr (27,001 ft) hündürlükdə edirlər. Şimal Aşırımına ilk dəfə Corc Mallori, Edvard Oliver Vheeler və Gay Bullok 23 sentyabr 1921-ci ildə, İngilis kəşfiyyat ekspedisiyası zamanı qalxdı. Bu, bir qərblinin ilk dəfə Everest dağına ayaq basması idi. Bura Everest dağının zirvəsinə mümkün marşrutları axtararkən Mallorinin mövcudluğunu təsdiqləməsindən bir həftə əvvəl Vheeler tərəfindən kəşf edildi.
Şimal Dənizi
Şimal dənizi — (əvvəllər həmçinin Alman dənizi; fr. Mer du Nord, alm. Nordsee‎, nid. Noordzee, ing. North Sea, norv. Nordsjøen, dan. Nordsøen və ya Vesterhavet) — Şimali Avropanın sahillərində Yutland və Skandinaviya yarımadaları ilə Britaniya adaları arasında yerləşən dayaz şelf dənizi. Atlantik okeanın bir hissəsi sayılır. Şərqdən Norveç və Danimarka, qərbdən Böyük Britaniya, cənubdan Almaniya, Niderland, Belçika və Fransa ilə əhatə olunmuşdur. Şimal Dənizi-Atlantik okeanının kənar dənizi.
Şimal Kalimantan
Şimali Kalimantan (ind. Kalimantan Utara) İndoneziya əyalətidir. Kalimantanın şimalında, Borneo adasının İndoneziya hissəsində yerləşir. Şimal Kalimantan şimaldan Malayziya ştatları olan Sabah və qərbdə Saravak, cənubdan İndoneziyanın Şərqi Kalimantan əyaləti ilə həmsərhəddir. Tancunq Selor əyalətin paytaxtı, Tarakan isə ən böyük şəhər və maliyyə mərkəzidir. Şimali Kalimantan 72.275.12 kvadrat kilometr ərazini əhatə edir və dörd bölgə (reqensi) və bir şəhərdən ibarətdir. İndoneziya Statistikası 2017-ci ildə İndoneziyada ən az əhalisi olan əyalət olaraq 691,058 nəfər olaraq qiymətləndirdi. 25 oktyabr 2012 tarixində qurulan İndoneziyanın ən gənc vilayətidir. İnkişaf bərabərsizliyi və Malayziyanın əraziyə təsirini azaltmaq üçün Şimali Kalimantan Şərqi Kalimantan əyalətindən ayrıldı.
Şimal Qütbü
Şimal qütbü — Yer kürəsinin nəzəri fırlanma oxunun Şimal yarımlığını bölən sahəyə şimal buzlu okean. Şimal qütbü Şimal Buzlu Okeanının dərinliyi 4000 m-dən çox olmayan mərkəzi hissəsində yerləşir. Orada qalın buz qatı olur. Burada orta tempratur qışda 30° yayda 0° dərəcə olur.
Şimal Torpağı
Şimal Torpağı (1926-cı ilə qədər — İmperator II Nikolay Torpağı) — Şimal Buzlu okeanda yerləşən arxipelaq. İnzibati cəhətdən Taymır Dolqan-Nenes rayonu Krasnoyarsk diyarı ərazisinə daxildir. Arxipelaqın sahəsi 37,000 km² təşkil edir. Yaşayışı olmayan adadır. Şimal Torpağında Komsomoles adasında Asiya qitəsinin ən ucqar şimal nöqtəsi olan Arkiçeski burnu yerləşir. == Tarixi == Arxipelaq ilk dıfə 4 sentyabr 1913-cü ildə Şimal Buzlu okeana təşkil olunan esprdisiya zamanı aşkarlanmışdır. İlk əvvəl espedisiua üzvləri tərəfindən «Tayvay» adlandırılır. Bu ekspedisiyaya daxil olan «Taymır» və «Vayqaç» buzqıran gəmilərinin şərəfinə adlandırılır. Adaya rəsmi adı isə Rusiya dəniz nazirinin № 14 qərarı ilə «İmorator II Nikolay Torpağı» adlandırılır. Bu adı verilməsində müxtəlif fikirlər vardır.
Şimal adası
Şimal adası (Yeni Zelandiya)
Şimal könlücəsi
Şimal maralları
Şimal maralı (lat. Rangifer) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinə aid heyvan cınsı.
Şimal maralı
Şimal maralı (lat. Rangifer) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinə aid heyvan cınsı.
Şimal müharibəsi
Böyük Şimal müharibəsi—Baltik dənizi uğrunda Rusiya və İsveç arasında 1700–1721-ci illərdə baş vermiş savaş. == Dövlətlərin məqsədləri == Rusiya Baltik dənizinə çıxış almağa və onun sahillərində möhkəmlənməyə çalışırdı; Polşa Liflandiyaya iddia edirdi; Danimarka Skandinaviya yarımadasının cənubundakı ona məxsus olmuş torpaqları geri qaytarmaq və Şlezviqi özünə birləşdirmək istəyirdi. == Müharibəyə hazırlıq == Rus çarı I Pyotr Polşa kralı və Saksoniya kürfürstü II Avqust və Danimarka kralı IV Fridrix arasında Şimal ittifaqı adlanan birlik yaradıldı; Rusiya Polşa ilə Ravsk Sazişi imzalayır; Şərti: Pyotr polşalıların şübhələrini aradan qaldırmaq üçün Karlis müqaviləsini təsdiqləyir. Rusiya Danimarka ilə 1699-cu ildə müqavilə imzalayır; İttifaqa Brandenburq kürfüstünü də cəlb etmək nəzərdə tutulmuşdu, amma onun başı ispan mirası ilə bağlı hadisələrə qarışmışdı; Rusiya Osmanlı imperiyası ilə sülh müqaviləsi imzaladı. == Şimal ittifaqının yaradılmasında Rusiyanın məqsədləri == Osmanlıya qarşı mübarizəni davam etdirmək; Yeni müttəfiqlər tapmaq; Baltik sahillərini və ya heç olmasa İnqriya və Koreliyanı ələ keçirməkHələ Şimal ittifaqı yaranmamışdan əvvəl İsveçə qarşı başqa bir koalisiya da yaradılmışdı. Həmin koalisiyanın üzvləri == Həmin koalisiyanın Rusiya ilə bağlı planları == == Müharibənin gedişi == İsveç kralı Danimarkaya qoşun göndərdi, Kopenhageni mühasirəyə aldı və IV Fridrixi sülh bağlamağa məcbur etdi Danimarka və Qolştadt hersoqluğu arasında bağlanmış bütün müqavilələrə riayət etməyi və onun rəqiblərinə kömək göstərməyi öhdəsinə götürdü İsveçlə Saksoniya arasındakı Altranştedt müqaviləsinə görə, sonuncu Polşa taxt-tacından əl çəkdi, Rusiya ilə müqavilədən imtina etdi, Krakovu isveçlilərə təslim etdi, isveç qarnizonlarının Saksoniya şəhərində yerləşməsinə razılıq verdi. Beləliklə, Şimal ittifaqı dağıldı Rusiya Finlandiya körfəzindəki ərazilərini qoruya bilmək üçün İsveçlə müqavilə imzalamaq istəyir, bunun üçün bir neçə vasitəçi dövlətə müraciət edir: Hollandiya İngiltərə FransaRusların 1709-cu ildə Poltavada parlaq qələbəsi müharibənin gedişini kökündən dəyişdirdi, Şimal ittifaqının bərpasına gətirib çıxardı və Şimal müharibəsini Avropa miqyasında müharibə səviyyəsinə çıxardı. 1709-cu ildə Saksoniya, Danimarka və Prussiya öz aralarında antiisveç müqaviləsi ( Köln ittifaq müqaviləsi ) bağladılar. Rus diplomatiyası yaranmış vəziyyətdən ölkə üçün maksimum fayda əldə etməyə çalışdı. I Pyotrla II Avqustun 1709-cu ildə Torunda görüşünün nəticəsi olaraq iki müqavilə imzalandı ( Torun ittifaq müqavilələri ) 1.müqaviləİsveçə qarşı ittifaqın bərpasını sanksiyalaşdırır və gələcəkdə Danimarkanın, Prussiyanın və Reç-pospolitanın ona cəlb olunmasını nəzərdə tuturdu Rusiya II Avqustun Polşa taxt-tacında bərpa olunmasına kömək etməyi öhdəsinə götürdü.
Şimal oluşası
Şimal oluşası (lat. Morus bassanus) — morus cinsinə aid quş növü.
Şimal qamçılıca
Şimal qatıqotu
Şimal qatıqotu (lat. Galium boreale) — boyaqotukimilər fəsiləsinin qatıqotu cinsinə aid bitki növü. == Sinonim == Aparine borealis (L.) Hill Galium amurense Pobed. Galium auriense Pourr. ex Willk. & Lange Galium boreale var. amurense (Pobed.) Kitag. Galium boreale var. angustifolium (Freyn) Cufod. Galium boreale var.
Şimal qazaoxşarı
Şimal qazaoxşarı (lat. Clangula hyemalis) — Ördəklər fəsiləsinə aid quş növü.
Şimal yarımkürəsi
Şimal yarımkürəsi — Yer kürəsinin ekvatordan şimalda olan hissəsidir. Şimal yarımkürəsində təqvim yayı iyun-avqust aylarında, təqvim qışı isə dekabr-fevral aylarında olur. Korolis qüvvəsinə görə təzyiqin aşağı olduğu zonalar və qasırğalar Şimal yarımkürəsində demək olar ki, həmişə sol tərəfə - saat əqrəbinin əksi istiqamətində fırlanır. Şimal yarımkürəsinin quru hissəsi Cənub yarımkürəsinə nisbətən yığcam və daha çoxdur.
Şimal zürafəsi
Şimal zürafəsi (lat. Giraffa camelopardalis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin zürafələr fəsiləsinin zürafə cinsinə aid heyvan növü. == Yarımnövləri == Anqola zürafəsi (G. c. angolensis) Somali zürafəsi (G. c. camelopardalis) Uqanda zürafəsi (G. c. rothschildi) Masay zürafəsi (G. c. tippelskirchi) Torşəkilli zürafə (G. c. reticulata) Cənubi Afrika zürafəsi (G. c.
Şimal İES
Şimal İES (tam adı: Şimal İstilik Elektrik Stansiyası) — Şimal İstilik Elektrik Stansiyası Bakıda yerləşir. İki elektrik stansiyasından ibarətdir: Şimal-1 və Şimal-2. Hər ikisi bir mərkəzdən idarə olunur. Ümumi gücü ildə 5.7 milyard kilovat-saat elektrik enerjisi istehsal edir. İki elektrik stansiyası Azərbaycan Respublikasında elektrik enerjisi istehsalının 20% -ni və Bakıda və Abşeron yarımadasında təxminən 40-50% -ni təmin edir. 1950-ci illərdə iki mərhələdə istifadəyə verilən “Şimal” Elektrik Stansiyasının 1988-ci ildə birinci, 1998-ci ildə ikinci növbəsi tam köhnəldiyindən istismardan çıxarılmışdı. 1998-ci ildə ulu öndər Heydər Əliyev Yaponiyaya səfəri zamanı 400 meqavatlıq “Şimal-1” Elektrik Stansiyasının tikintisi üçün ölkəmizə investisiya cəlb olunmasına nail olub. Beləliklə, 2000-ci ildə əsası qoyulan 400 meqavatlıq “Şimal-1” stansiyası 2002-ci ildə istismara verilib. 2011-ci ildə isə Prezident İlham Əliyevin iştirakı ilə ərazisi 104,9 hektar, gücü 400 meqavatlıq “Şimal-2” Elektrik Stansiyasının təməli qoyulub. Ötən ilin payızından başlayaraq “Şimal-2” Elektrik Stansiyasının tikinti və quraşdırma prosesləri sürətləndirilərək 2019-cu ildə işlər tamamlanıb.
Şimal əməliyyatı
Şimal əməliyyatı (rus. Операция "Север") — SSRİ Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən hazırlanmış plana əsasən SSRİ-nin müxtəlif bölgə və şəhərində yaşayan Yehovanın Şahidləri inancına məxsus şəxslərin imperiyanın Sibir bölgəsinə deportasiya edilməsini özündə birləşdirən gizli əməliyyat. == Arxa plan == Yehovanın Şahidləri inancına məxsus şəxslər SSRİ-nin Baltikyanı ölkələr, Bessarabiya, Ukrayna və Bukovina bölgələri özünə anneksiya edənə qədər demək olar ki, bu ölkənin ərazilərində yaşamırdılar. Yehovanın Şahidlərinin ən kompakt yaşadığı sovet respublikaları Moldova Sovet Sosialist Respublikası və Ukrayna Sovet Sosialist Respublikası olmuşdur. Bu inanca məxsus şəxslərin hərbi xidmətə qarşı olduqları üçün SSRİ rəhbərliyi tərəfindən Yehovanın Şahidləri anti-sovet təbliğatçıları kimi təqdim edilmişdr. SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin sədri olmuş Viktor Abakumov tərəfindən İosif Stalinə Yehovanın Şahidlərinin Sibir bölgəsinə sürgün edilməsi təklif edilmiş və plan 1951-ci lin mart-aprel aylarında tətbiq edilmişdir. == İcra == 1951-ci ilin 19 fevral tarixində Dövlət Təhlükəsizlik Komitəsinin sədri Viktor Abakumov tərəfindən İosif Stalinə, SSRİ-də yaşayan Yehovanın Şahidlərinin Tomsk və İrkutsk vilayətlərinə sürgün edilməsini göstərən gizli sənəd təqdim olunmuşdur. İosif Stalinə təqdim edilmiş sənəddə müharibədən sonra Yehovanın Şahidlərinin SSRİ-dəki fəaliyyətləri öz əksini tapmışdır. Sənədə görə 1947-1950-cı illərdə 1048 nəfər Yehovanın Şahidləri icmasına məxsus aktiv təbliğatçı və ya icma lideri həbs olunmuş, 5 yeraltı mətbəə aşkarlanaraq oradan çoxlu sayda təbliğat materialları müsadirə edilmişdir. Sibir bölgəsinə deportasiya edilən Yehovanın Şahidlərinin hər bir ailəsinə özləri ilə birlikdə 150 kiloqram həcmində şəxsi əşya götürmələrinə icazə verilmişdir.
2016 Şimali Koreya nüvə sınağı
2017 Şimali Kaliforniya meşə yanğınları
Şimali Kaliforniya yanğınları — 8 oktyabr 2017 tarixində baş vermiş meşə yanğınları ardıcıllığı. Yanğınlar Şimali Kaliforniya sahəsinin əksəriyyətinə böyük qırmızı bayraq xəbərdarlığına səbəb olan şiddətli hava şəraiti zamanı Napa, Leyk, Sonoma, Mendosino, Byutt və Solano dairələrində baş vermişdir. Bu müddətdə on yeddi ayrı yanğın hadisəsi qeydə alınmışdır. == İqlim == Meşə yanğınlarından günləş əvvəl Kaliforniya Meşəçilik və Yanğından Mühafizə Şöbəsi, Şimali Kaliforniyanın əksər hissələrində qırmızı bayraq xəbərdarlıqları verməyə başlamışdı. Buna səbəb isə, küləklərin sürətinin 40 ilə 56 km/saat arasında olması idi. 8 oktyabr axşamı, Diablo küləkləri saatda 110 kilometrə çatdıqları bildirilmişdir. == Təsir == Yanğınlarda həlak olanların əksəriyyəti 8 oktyabr və ya 9 oktyabr 2017 tarixində, yanğınlar başladığı zaman öldüyünə inanılır. Qurbanların əksəriyyəti yaşlıdır, baxmayaraq ki, ölənlərin yaşları 14-dən 100-ə qədərdir.9 oktyabr 2017 tarixində Kaliforniya qubernatoru Jerri Braun Napa, Sonoma, Yuba, Byutt, Leyk, Mendosino, Nevada və Orinc kimi dairələr üçün fövqəladə vəziyyət elan etdi və Ağ Evə böyük fəlakət bəyannaməsi tələb edən bir məktub göndərdi. ABŞ prezidenti Donald Tramp 10 oktyabr tarixində təbii fəlakət nəticəsində hazırlanan bəyannaməni təsdiqləmişdir. Ərazini araşdırarkən, Kaliforniya 5-ci Konqresinin nümayəndəsi Mayk Tompson, "Bu, Kaliforniya tarixinin ən pis yanğın fəlakəti olacağını gözləyirəm" dedi.10,000-dən çox yanğınsöndürən 1000-dən çox yanğın mühərrikləri və digər avadanlıqları istifadə edərək, yanğına qarşı mübarizə aparırlar.
38-ci şimal paraleli
38 şimal paraleli 1950–1953-cü illərdə Koreyada vətəndaş müharibəsi nəticəsində Şimali və Cənubi Koreya arasında çəkilmiş dünyada yeganə süni sərhəddir. Bu sərhəd iki ölkənin dövlət sərhədi olmuşdur. Bu günə qədər həmin sərhəd qorunur, hər iki dövlət daim rəqabət şəraitində yasayırlar.
69-ci şimal enliyi
69-ci şimal enliyi — Yerin şimal yarımkürəsindən keçən xəyali xət. Ekvatora olan məsafə — 7655 km, şimal qütbünə olan məsafə — 2344 km. Şimal Qütb dairəsindən şimalda yerləşməsi ilə əlaqədar ilin 60 günü qütb gündüzləri, 45 günü isə qütb gecələri müşahidə edilir. == Keçir == Qrinviç meridianından başlayan 69-ci şimal enliyi Skandinaviya, Rusiya, ABŞ, Kanada ərazisindənj keçir.
70-ci şimal enliyi
70-ci şimal enliyi — Yerin şimal yarımkürəsindən keçən xəyali xət. Ekvatora olan məsafə — 7770 km, şimal qütbünə olan məsafə — 1679 km. Şimal Qütb dairəsindən şimalda yerləşməsi ilə əlaqədar ilin 60 günü qütb gündüzləri, 45 günü isə qütb gecələri müşahidə edilir. == Keçir == Qrinviç meridianından başlayan 70-ci şimal enliyi Skandinaviya, Rusiya, ABŞ, Kanada ərazisindənj keçir.
ABŞ Şimal Komandanlığı
Birləşmiş Ştatların Şimal Komandanlığı (ing. United States Northern Command (USNORTHCOM)) Birləşmiş Ştatlar Müdafiə Nazirliyinin 11 Vahid Döyüş Komandanlığından biridir. 1 oktyabr 2002-ci il tarixində yeni Vahid Döyüş Komandanlığı planına əsasən qurulmuşdur və əməliyyat sahəsi başda ABŞ-dakı hərbi olmayan rəsmilərə hərbi dəstək verməklə Kontinental ABŞ, Puerto-Riko, Kanada, Meksika və Baham adaları daxil olmaqla Şimali Amerikanı əhatə edir. Mərkəzi Kolorado əyalətində yerləşən, Kolorado Sprinqs şəhərindəki Peterson Hərbi Hava Qüvvələri bazasında yerləşir.
Adams (Şimali Dakota)
Adams — Amerika Birləşmiş Ştatlarının Şimalı Dakota əyalətinin Valş rayonunda yerləşən şəhər. Şəhərin əhalisi 15 mart 2010 tarixində 127 nəfər idi. == Demoqrafiya == === 2010-cu ilə olan əhali statistikası === 15 mart 2010 tarixində yerinə yetirilən əhali statistikasına görə şəhərin əhalisi 127 şəxsdən 45 ailədən və 38 evden ibarət olduğu müəyyən olunmuşdur. Şəhərin əhalisin 96,8% ağ dərili, 0,1% afro-amerikan, 0,9% yerli amerikan, 0,2% asiyalı, 0,4%-nin isə digər xalqlardan təşkil olunduğu məlum olub.
Almanların Şimali Qafqazda vəhşilikləri (film, 1943)
Almanların Şimali Qafqazda vəhşilikləri qısametrajlı sənədli filmi rejissor Muxtar Dadaşov tərəfindən 1943-cü ildə çəkilmişdir. Film Bakı Kinostudiyasında istehsal edilmişdir. Film alman-faşist işğalçılarının Şimali Qafqazda törətdikləri vəhşiliklərdən, 1943-cü ildə rus yazıçısı Aleksey Tolstoyun başçılığı ilə bu cinayətləri təhqiq edən dövlət komissiyasının fəaliyyətindən danışır. Çəkilmiş kinokadrlar ifşaedici materiallar kimi Nürnberq məhkəmə prosesində göstərilmiş və "Ordenli Azərbaycan" kinojurnalına da daxil edilmişdir. == Məzmun == Film alman-faşist işğalçılarının Şimali Qafqazda törətdikləri vəhşiliklərdən, 1943-cü ildə rus yazıçısı Aleksey Tolstoyun başçılığı ilə bu cinayətləri təhqiq edən dövlət komissiyasının fəaliyyətindən danışır. Filmdə faşistlərin Mineralnıye Vodı, Kislovodsk, Pyatiqorsk və Nalçik şəhərlərində törətdikləri vəhşiliklər təkzibolunmaz faktlarla ifşa edilir. == Film haqqında == Çəkilmiş kinokadrlar ifşaedici materiallar kimi Nürnberq məhkəmə prosesində göstərilmiş və "Ordenli Azərbaycan" kinojurnalına da daxil edilmişdir.
Altamira Mağarası və Şimali İspaniyadakı Paleolit Mağara Sənəti
Altamira Mağarası və Şimali İspaniyadakı Paleolit Mağara Sənəti, İspaniyanın şimal bölgələrinin fərqli hissələrində yerləşən eramızdan əvvəl 35.000 ilə eramızdan əvvəl 11.000 il əvvəlki tarixi dövrləri əhatə edən və Avropadakı Paleolit dövrünün mağara sənətinin liderləri arasında təmsil olunan Altamira mağarası başda olmaqla, ümumi olaraq 18 mağaradan ibarət topluluqdur. Mağaralar, kütləvi bir şəkildə bir Dünya Mirası olaraq müəyyənləşdirilmişdir.Bu abidə 1985-ci ildə ümumidünya irs siyahısına daxil edilmişdir. 1876-ci ildə İspaniyanın Santander əyalətində həvəskar arxeoloq olan Marselino Sautuola və onun qızı Altamira mağarasının qaranlıqlarında polixrom təsvirlər aşkar ediblər. Altamiranın zalları 280 metrə qədər uzanır. Mağaranı üç hissəyə ayırmaq olar. Birinci hissə Böyük plafon adlanır. Üst paleolitin ən məşhur incəsənət əsəri hesab olunur. Buradakı təsvirlər yalnız oxradan və kömürdən istifadə ilə təsvir edilməsinə baxmayaraq qədim rəssamın ustalıqı sayəsində polixrom təəsüratı yaradır. Mərkəzi hissədə çoxsayda öküz, bizon, at təsvirləri diqqəti cəlb edir. Düzbucaqlı nişanlara, müxtəlif xətlərə rast gəlinir.
Altamira Mağarası Şimali İspaniyadakı Paleolit Mağara Sənəti
Saab 105 — Saab şirkəti tərəfindən hazırlanmış İsveç istehsalı olan reaktiv təlim təyyarəsidir. Təyyarə İsveç Hərbi Hava Qüvvələrində Sk 60 və Avstriya Hərbi Hava Qüvvələrində Saab 105Ö adı altında xidmətə qəbul edilmişdir.
Avatar: Aanq haqqında əfsanə — Şimal və cənub
Şimal və cənub (ing. North and South); tam adı Avatar: Aanq haqqında əfsanə — Şimal və cənub (ing. Avatar: The Last Airbender – North and South) — Maykl Dante DiMartino və Brayan Konietzkonun Avatar: Aanq haqqında əfsanə cizgi serialın əsasında Cin Lün Yanq tərəfindən yazılmış və Gurihiru tərəfincən çizilmiş, 2016 və 2017-ci illərin arasında çıxan üç hissədən ibarət olan komiks. Məzmunu Tüstü və kölgə komiksindən sonra baş verir.
Azərbaycan-Şimali Makedoniya futbol matçlarının siyahısı
== Kişilər == === Əsas milli komanda === 27.07.2000 Varna YO Makedoniya – Azərbaycan 2:1 06.10.2000 Skopye DÇSO Makedoniya – Azərbaycan 3:0 05.09.2001 Bakı DÇSO Azərbaycan – Makedoniya 1:1 29.05.2010 ? Avstriya YO Azərbaycan – Makedoniya 1:3 10.08.2011 Bakı YO Azərbaycan – Makedoniya 0:1 29.05.2016 Zvadorf, Avstriya YO Azərbaycan – Makedoniya 1:3 27.03.2018 Antalya, Türkiyə YO Azərbaycan – Makedoniya 1:1 20.11.2022 Skopye, Şimali Makedoniya YO Şimali Makedoniya - Azərbaycan 1:3 === U-21 === 06.10.2000 Skopye DÇSO Makedoniya – Azərbaycan 1:2 04.09.2001 Bakı DÇSO Azərbaycan – Makedoniya 1:0 08.06.2013 Bakı AÇSO Azərbaycan – Makedoniya 0:0 15.11.2013 Skopye AÇSO Makedoniya – Azərbaycan 1:0 24.05.2018 Bakı YO Azərbaycan (U-20) – Makedoniya (U-20) 1:1 27.05.2018 Bakı YO Azərbaycan (U-20) – Makedoniya (U-20) 0:1 === U-19 === 26.09.2001 Finlandiya AÇSO Makedoniya - Azərbaycan 2:1 28.09.2004 Şimali Makedoniya AÇSO Makedoniya - Azərbaycan 1:0 01.06.2016 Skopye, Şimali Makedoniya YO Makedoniya - Azərbaycan 2:0 03.06.2016 Skopye, Şimali Makedoniya YO Makedoniya - Azərbaycan 2:1 11.04.2017 Bakı, Azərbaycan YO Azərbaycan - Makedoniya 0:1 13.04.2017 Bakı, Azərbaycan YO Azərbaycan - Makedoniya 1:0 25.01.2020 Antalya, Türkiyə YO Azərbaycan - Şimali Makedoniya 2:0 27.01.2020 Antalya, Türkiyə YO Azərbaycan - Şimali Makedoniya 2:1 24.03.2023 Bakı, Azərbaycan YO Azərbaycan - Şimali Makedoniya 0:0 27.03.2023 Bakı, Azərbaycan YO Azərbaycan - Şimali Makedoniya 1:2 === U-17 === 17.05.2017 Skopye, Şimali Makedoniya YO Makedoniya - Azərbaycan 1:1 19.05.2017 Skopye, Şimali Makedoniya YO Makedoniya - Azərbaycan 0:2 11.04.2018 Bosniya və Herseqovina BT Makedoniya - Azərbaycan 2:0 18.04.2023 Skopye, Şimali Makedoniya YO Şimali Makedoniya - Azərbaycan 0:1 20.04.2023 Skopye, Şimali Makedoniya YO Şimali Makedoniya - Azərbaycan 1:2 === Klublar === 15.07.2008 Bakı UEFA ÇL seç. mər. İnter Bakı – Rabotniçki 0:0 22.07.2008 Skopye UEFA ÇL seç. mər. Rabotniçki – İnter Bakı 1:1 01.07.2010 Bakı UEFA AL seç. mər. Qarabağ – Metallurq 4:1 08.07.2010 Skopye UEFA AL seç. mər. Metallurq – Qarabağ 1:1 23.01.2013 Antalya YO Neftçi – Turnovo 2:1 29.01.2013 Antalya Yo Qarabağ – Turnovo 0:0 02.07.2013 Skopye UEFA AL seç.
Azərbaycan-Şimali İrlandiya futbol matçlarının siyahısı
== Kişilər ==
Azərbaycan Xalq Cümhuriyyətinin şimal sərhədinin müdafiə sistemi
Şimal sərhədinin müdafiə sistemi — şimal sərhədi boyunca Denikin qoşunlarının təcavüzü təhlükəsinə qarşı həyata keçirilmiş hərbi tədbirlər sistemi. == Yaranması == Bu istiqamətdə əsas işlər 1919-cu ilin ikinci yarısında görülmüşdü. Azərbaycan Xalq Cümhuriyyətinin şimal sərhədinin möhkəmləndirilməsi sahəsində praktik işlər iki istiqamətdə aparılırdı. Bir tərəfdən, sərhəd boyunca müdafiə istehkam sistemi qurulur, digər tərəfdən də, Denikin qoşunlarının Azərbaycan sərhədini keçəcəyi təqdirdə onlara müqavimət göstərmək üçün xüsusi taktiki qrup yaradılırdı. Azərbaycanın şimal sərhədlərinin müdafiə istehkam sistemi üç xətt boyunca qurulmuşdu: 1) Xəzri mövqeləri (ön xətt), 2) Sarvan xətti (aralıq xətt), 3) Hilhil xətti (arxa xətt). Bunlardan başqa, Samur körpüsü ətrafında və Mixaylovsk limanmda istehkam işlərinin aparılması nəzərdə tutulurdu. Şimal sərhədinin qorunması ilk vaxtlar general İbrahim ağa Usubovun komandir olduğu 2-ci piyada diviziyasına həvalə edilmişdi. 1919-cu ilin yayında bu diviziyanm sərəncamında 4-cü Quba piyada alayı, 5-ci Bakı piyada alayı, Gəncə piyada alaymın yığma taboru, zirehli qatar, 2 top batareyası var idi. 5–6 min nəfərlik partizan dəstəsinin də şimal sərhədinin müdafiəsinə cəlb ediləcəyi planlaşdırılmışdı. Azərbaycan ərazisi üçün təhlükənin reallaşacağı təqdirdə qüvvələr aşağıdakı kimi bölüşdürülməli idi: 1) Zaqatala dairəsinin partizanlan Dağıstan ərazisinə yeriyərək, Axtı məntəqəsini və Samur çayı hövzəsini tutmalı və Könüllü ordunun arxasmda ona qarşı təhlükə yaratmalı idi; 2) Nuxa (Şəki) qəzasının partizanları da Dağıstan ərazisinə keçməli, düşmənə arxadan zərbə vurmaqla bərabər, onun hərəkəti istiqamətində maneçiliklər yaratmaq idi; 3) Quba partizanlarından isə, əraziləri yaxşı tanıdıqlan üçün, həm nizami süvari bölmələr yetişənə qədər kəşfiyyatın apanlmasında, cinahların qorunmasında, Ferqat kəndindən Giləziyə kimi olan ərazidən dənizin müşahidə altın saxlanılmasında, həm də Qızılburun limanın tutulmasında istifadə edilməsi nəzərdə tutulurdu.
Azərbaycan Şimali Amerika mətbuatında
Azərbaycan Şimali Amerika mətbuatında — XIX və XX əsrlərdə Amerika Birləşmiş Ştatları və Kanada dövrü mətbuatında (qəzet və jurnal Azərbaycan, onun şəhərləri, mədəniyyəti və iqtisadiyyatı haqda verilmiş məlumatlar. == Tarixi == Azərbaycan haqda məlumatlara Avropa mətbuatında hələ orta əsrlər mənbələrində rast gəlmək olur. Rusiya mətbuatında isə Azərbaycan və onun şəhərləri haqda məlumatlara XIX əsrin əvvəllərindən geniş işıqlandırılsa da, hələ XVIII əsrdə rus mətbuatında Azərbaycandan gələn xəbərlərə yer verilirdi. Uzaq Şimali Amerikada isə XIX əsrdən başlayaraq yerli dövrü mətbuatda Azərbaycan barədə az da olsa məlumatlara rast gəlmək olur. Bunlar əsasən iqtisadi, satış və epidemiya xəbərləridir. == XIX əsr == Şimali Amerikada Azərbaycan adı ilk dəfə Cənubi Karolina ştatının Çarleston şəhərində nəşr edilən "Charleston Mercury" qəzetində 1823-cü il 25 mart tarixində çəkilib. Qəzetin 373-cü sayının II səhifəsində Azərbaycan şəhərlərində geniş yayılmış vəba xəstəliyindən söhbət açılır və xəstəliyin Azərbaycanın bir çox şəhərlərində vüsət aldığı deyilir. Xəbərə görə 5–20 gün ərzində təkcə Təbriz şəhərində 4.800 şəxs sözügedən xəstəlikdən vəfat edib. Şimali Amerika qəzetlərində Azərbaycan bölgələrində istehsal olunmuş məhsullara dair reklam xarakterli məlumatlar daha çoxdur. "The Chicago Chronicle" qəzetinin 1897-ci il 20 may tarixli sayının 12-ci səhifəsinə yerləşdirilən reklam xarakterli yazı bu qəbildəndi.
Azərbaycan–Şimali Kipr münasibətləri
Azərbaycan–Şimali Kipr münasibətləri — Azərbaycan Respublikası ilə Şimali Kipr Türk Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. Azərbaycan Şimali Kipr Türk Respublikasının müstəqilliyini tanımadığı üçün bu iki ölkə arasında heç bir rəsmi siyasi əlaqə mövcud deyil. == Tarixi == 14 yanvar 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şimali Kipr Türk Respublikasının ilk prezidenti olmuş Rauf Denktaşın vəfatı ilə əlaqədar başsağlığı vermişdir. == Diaspor == === Şimali Kipr azərbaycanlıları === 2012-ci ildə Şimali Kipr Doğu Akdeniz Universitetində 500 nəfər azərbaycanlı tələbə təhsil almışdır. Həmin vaxt Universitetin Azərbaycanlı Tələbələr Cəmiyyətinin sədri Elçin Süleymanov olmuşdur. Şimali Kiprdə azərbaycanlıların qurduğu ən böyük təşkilatlardan biri Şimali Kipr Azərbaycan Mədəniyyət Mərkəzidir. Həmin Mərkəzin sədri azərbaycanlı professor Fəxrəddin Məmmədovdur. O, həm də Yaxın Şərq Universitetinin prorektorudur. Daha bir təşkilat isə Azərbaycan-Şimali Kipr Gəncləri Birliyidir.
Azərbaycan–Şimali Koreya münasibətləri
Azərbaycan–Şimali Koreya münasibətləri — Azərbaycan Respublikası ilə Koreya Xalq Demokratik Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin yanvar ayının 30-da qurulmuşdur. == Parlamentlərarası əlaqələr == Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Koreya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Bu işçi qrupu 13 dekabr 2005-ci il tarixində yaradılmış və ilk rəhbəri Eldar Quliyev olmuşdur. 4 mart 2016-cı il tarixindən Malik Həsənov işçi qrupunun rəhbəridir.
Azərbaycan–Şimali Makedoniya münasibətləri
Azərbaycan–Şimali Makedoniya münasibətləri — Azərbaycan Respublikası ilə Şimali Makedoniya Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 1995-cü ilin iyun ayının 28-də qurulmuşdur. == Parlamentlərarası əlaqələr == Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Şimali Makedoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Bu işçi qrupu 5 dekabr 2000-ci il tarixində yaradılmış və ilk rəhbəri Səlahəddin Xəlilov olmuşdur. 4 mart 2016-cı il tarixindən Fazil Mustafa işçi qrupunun rəhbəridir.
Azərbaycan–Şimali İrlandiya futbol matçları
== Kişilər ==
Azərbaycan–Şimali İrlandiya münasibətləri
Azərbaycan–Şimali İrlandiya münasibətləri — Azərbaycan Respublikası ilə Şimali İrlandiya arasındakı mövcud ikitərəfli əlaqələr.
Baba dağı (Şimali Makedoniya)
Baba dağı (mak. Баба Планина/Baba Planina) — Pelister və ya Peristeri ən yüksək zirvəsinin adı ilə daha çox tanınan Makedoniya Respublikasının Pelaqoniya Statistik Regionunda yerləşən dağ. Pelister zirvəsi Bitola şəhərindən müşahidə olunur. Pelisterdən başqa digər zirvələr Dva Qroba (2514 metr), Veternika (2420 metr), Muza (2350 metr), Rzana (2334 metr), Şiroka (2218 metr), Kozji Kamen (2199 metr), Qrima (2198 metr), Qolema Çuka (2188 metr), Belavoda (2.179 metr), Kirkodur (2.155 metr). Baba massivi regionda yerləşən çayları parçalayır, buna görə də çaylar ya Adriatik, ya da Egey dənizinə doğru axır. Pelister Milli Parkının florasına beş iynəyarpaqlı şam ağacı daxildir. Üçüncü dövrün unikal növlərinə hal-hazırda Balkan yarımadasının yalnız bir neçə dağında rast gəlinir. Bu ərazinin faunasına aşağıdakılar daxildir: ayı, Avropa cüyürü, boz canavar, qarapaça, maral, çöldonuzu, dovşan, qartalın bir neçə növü, kəklik, dolaşa və Makedoniya Palaqoniyasının endemik canlısı olan qızılxallı balıq. Pelister Mavrovodan sonra Makedoniya Respublikasında ikinci ən böyük və ən qədim milli parkdır. Bura ölkədə məşhur xizək kurortuna görə Ohrid, Prespa, Dojran, Popova Şapka və Kruşevo ilə yanaşı aparıcı turizm zonalarının biridir.
Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi
Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi (abreviatur ing. INSTC ) — 2000-ci il 12 sentyabr tarixində Rusiya, İran və Hindistan arasında imzalanmış hökumətlərarası Saziş əsasında "Şimal-Cənub" nəqliyyat dəhlizinin təməli qoyulmuşdur. Azərbaycan bu Sazişə 2005-ci ildə qoşulmuşdur. Ümumilikdə 13 ölkə sözügedən Sazişi ratifikasiya etmişdir (Azərbaycan Respublikası, Belarus Respublikası, Bolqarıstan Respublikası, Ermənistan Respublikası, Hindistan, İran İslam Respublikası, Qazaxıstan Respublikası, Qırğızıstan Respublikası, Oman Sultanlığı, Rusiya Federasiyası, Tacikistan Respublikası, Türkiyə Respublikası, Ukrayna). == Məqsədləri == Dəhlizin yaradılmasında məqsəd Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya gedən yüklərin çatdırılma müddətini azaltmaqdır (hazırkı marşrut üzrə çatdırılma vaxtı 6 həftədən artıqdır, "Şimal-Cənub" vasitəsilə 3 həftə olması gözlənilir). Şimali və Qərbi Avropa – Rusiya Federasiyası, daha sonra üç istiqamətdə nəzərdə tutulur: Qafqaz – Fars körfəzi (Qərb marşrutu); Mərkəzi Asiya – Fars körfəzi (Şərq marşrutu); Xəzər dənizi – İran İslam Respublikası – Fars körfəzi (Mərkəzi marşrut). == İştirakçı ölkələr == === Azərbaycan === "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 2015-ci il tarixli Sərəncamının icrası olaraq, aşağıdakı tədbirlər görülüb: Astara (AR) – Astara (İİR) dəmir yolu xəttinin Astaraçay üzərindəki körpüyə qədər 8,3 km yeni yol tikilib; Astaraçay üzərində dəmiryol körpüsü inşa olunub; Astaraçay üzərində dəmiryol körpüsündən İran İslam Respublikası ərazisində tikilmiş yük terminalına qədər 1,4 km yol çəkilib. Azərbaycan tərəfi Astarada (İran) 35 hektar ərazidə dəmir yolu stansiyasının tikintisi və yüklərin boşaldılması üçün terminalların inşasını davam edir. Dəhliz çərçivəsində Azərbaycan dəmir yollarının İran dəmir yolları şəbəkəsi ilə birləşdirilməsi üçün: 6 mart 2019-cu il tarixində Qəzvin – Rəşt (175 km) sahəsinin rəsmi açılış mərasimi keçirilib; İran İslam Respublikası ərazisində Rəşt – Astara (167 km) sahəsində dəmir yolu tikilməlidir. 28 mart 2018-ci il tarixində İran İslam Respublikası Prezidentinin Azərbaycana səfəri çərçivəsində "Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında İran İslam Respublikası ərazisində Astara – Rəşt dəmir yolu hissəsinin tikintisinin maliyyələşdirilməsi haqqında Saziş" imzalanıb.
Birbelüzgəcli şimal terpuqu
Birbelüzgəcli şimal terpuqu (lat. Pleurogrammus monopterygius) — Terpuqkimilər (Hexagrammidae) fəsiləsinə daxil olsn balıq növü. Sakit okeanda yayılmışdır. Balıqçılık sənayesi üçün qiymətli balıq növüdür. == Areal == Sakit okeanın şimalında yayılmışlar. Onlar Kuril adaları sahil sularından başlayaraq Kamçatka yarımadası sahillərinə, Berinq dənizinə qədər yayılırlar. Onlara həmcinin Yapon dənizinin şimalı, Oxot dənizi və Komandor adaları sahilləri belə müşahidə edilirlər. Amerika sahillərində isə Alyaska körfəzi, Aleut adaları və Kaliforniya sahillərində müşahidə edilirlər. == Təsviri == Maksimal uzunluğu 56,5 sm, çəkisi isə 2 kq təşkil edir. Maksimal ömür müddəti 15 ildir.
Boomerang (Yaxın Şərq və Şimali Afrika)
Bumeranq Avropa - Yaxın Şərq və Afrika (əvvəllər Boomerang HQ) - uşaqların cizgi filmlərini yayımlayan Warner Bros. Afrika-ya məxsus bir uşaq kanalıdır. Bumeranq Afrika - Afrikada yayımlanan və Bumeranq MENA - Yunanıstan və Kiprdən əlavə Yaxın Şərqdə və Şimali Afrikada yayımlanir.

Значение слова в других словарях

женихо́в иссече́ние малоду́шие проржа́вленный рудоспу́ск халифа́тский хэбэ́шка це́нно замости́ть пессимисти́ческий прижать хвост свя́зочный слони́ха та́к и та́к Bandoeng conglobate hangout liveborn Potomac really Sevastopol stickman symbiosis драматический скомбинировать