şmutstitul
şnek
OBASTAN VİKİ
Şnau
Şnau (nid. Snauw, alm. Schnau‎) və ya şnava — Avropada XVII əsrdə geniş yayılmış böyük olmayan, ikidorlu yelkənli ticarət və döyüş gəmisi. Şnau iki dor ağacına, düzbucaqlı yelkənlərə, buşprit adlanan gəmi dimdiyinə və ona bərkidilmiş kliver yelkənlərinə, dorlar arası yerləşən staksel adlanan üçkünc yelkənlərə malikdir. Hərbi şnaunun göyərtəsində 12-18 kiçik kalibrli top olub, gəminin gövdəsinin orta su sıxışdırma qabiliyyəti 150 ton, uzunluğu 25-30 metr, eni 6-8 metrdur. Ekipaj heyəti 80 nəfərə qədərdir.