şorlomit
şorluq
OBASTAN VİKİ
Şorlut nahiyyəsi
Şorlut nahiyyəsi — Naxçıvan ölkəsinin tərkibinə daxil olan 12 mahaldan biri olan Şorlut Naxçıvan ölkəsinin ərazicə kiçik mahallarından biri idi. Mahal şimaldan, qərbdən və cənubdan Azadciran, şərqdən isə Qapanat hakimliyi ilə həmsərhəd idi. Apardığımız kartoqrafik hesablamalar göstərir ki, mahalın ərazisi bu dövrdə təqribən 261 kvadrat kilometr idi. Mərkəzi Əylis şəhəri idi. I Osmanlı idarəçiliyi dövründə (1590–1603) Şorlut mahalının mərkəzi olmuş Əylis şəhərinin yerləşdiyi ərazidə, Osmanlı idarəçiliyi dövründə Əylis və Səharayi-Əylis adlı kəndlər qeydə alınmış və bu kəndlər Şorlut nahiyəsinin deyil, Azadciran nahiyəsinin tərkibinə daxil edilmişdir. Osmanlıların yaratdıqları Şorlut nahiyəsinin ərazisi Səfəvilər dövründə mövcud olmuş Şorlut mahalından daha az təqribən 137 kvadrat kilometr olmuşdur.1727-ci il tarixli "Naxçıvan sancağının müfəssəl dəftəri" 1. Aşağı Əndəmic kəndi — 8.754 (ağça); 2. Anabad (Ordubad) kəndi 4.664 (ağça); 3. Kanzək kəndi — 5.174 (ağça); 4. Yuxarı Əndəmic kəndi — 4.062 (ağça); 5.