ŞÜMAL

sif.
1. Yeni dikəlib göyərən budaq, zoğ. Çəkil şümalı.
– Bir şümal pöhrəni; Bir vurğuda qələm elədi; Və qürurla dedi; Ovxarını gördünmü baltanın? R.Rza.

2. Düz, hamar.
Sahildəki şümal və ziləv daşların bir parası yuyulub təmizləndikdən sonra daha parlaq görünür. Ə.Vəliyev.

Yunis bıçağa işarə etdi: – Yaxşı itilənsə, yüz əlli ödəyərsən.
Bu taxta qurudur, şümaldır. Mir Cəlal.

3. məc. Yeniyetmə, boylu-buxunlu.
Məmməd bəy on iki-on üç yaşında alagözlü, qumralsaçlı, genişkökslü, şümal bir oğlandı. Çəmənzəminli.

ŞÜLƏKLƏMƏK
ŞÜMAR

Значение слова в других словарях