Şüştər (musiqi)
Şüştər – 1) Azərbaycan musiqisində yeddi ladlarından (məqamlarından) biri, 2) əsas Azərbaycan muğam dəstgahlarından biri.
Şifahi ənənəli professional Azərbaycan musiqisində “Şüştər” yeddi əsas muğamdan beşincisi hesab edilir. Azərbaycanın görkəmli bəstəkarı Üzeyir Hacıbəyov “Şüştər”in dinləyicidə kədər-qəm hissləri yaratdığını qeyd edirdi. Təbii ki, bu da xalqın ağır, keşməkeşli bir həyat yolu keçməsi ilə bağlıdır. XIX əsrin sonlarında bu muğam dəstgahı Əmiri, Şüştər, Şüştərək, Şüştər, Sarənc, Məsnəvi, Mənəvi, Əfşarı, Heydəri, Osman-Gərayi, Qara kürd, Mani, Keşişoğlu kimi 13 şöbə və guşəni özündə birləşdirirdi. Hazırda geniş yayılmış və xanəndələrimizin repertuarında özünə layiqli yer tutmuş “Ovşarı”, “Heydəri”, “Mani” kimi vokal-instrumental zərbi muğamlar vaxtilə “Şüştər”in daxilində instrumental zərbi muğam kimi çalınırdı.
Bütün muğam, şöbə və guşə adlarının yaranma tarixi dörd qismə bölünür:
1. Say adları
2. a) yer, məkan adları; b) xalq, tayfa, qəbilə adları.
3.