ŞIĞIMAQ

f.
1. Çox böyük sürətlə enərək hədəfə hücum etmək, üzərinə atılmaq. Təyyarələr düşmən üzərinə şığıdılar.
– Mübaşir Məmməd [Gülnazın] üstünə şığıdı. M.İbrahimov.
İki qartal qıy vuraraq şığıyır və qəzəblə didişirdi. Ə.Sadıq.

2. Çaxmaq.
Hava qaralır, ildırım şığıyır, göy peydərpey guruldayır. Ə.Haqverdiyev.
Dağlar titrədi, göy qübbəsini doğrayan ildırımlar şığıyıb qızıl oxlarını qılınc qayaların təpələrinə sancdı. Ə.Məmmədxanlı.
…Buludlarda şığıyan şimşəklərdən yerə tökülən qığılcımlar hər tərəfi çulğayan bir yanğına çevrilir. M.Rzaquluzadə.

Синонимы

  • ŞIĞIMAQ cummaq — atılmaq
  • ŞIĞIMAQ ŞIĞIMAQ (böyük sürətlə enərək hədəfə hücum etmək) Birdən faşistlər ayağa qalxıb üstümə şığıdılar hər yandan (M
ŞIĞIMA
ŞIĞIYICI

Значение слова в других словарях