ŞƏMATƏT

is. [ ər. ] klas.
1. Birinin başına gələn bəla və müsibətdən düşmənin sevinib kam alması; bədxahlıq.
2. Tənə, məzəmmət, danlaq.
Olmayaydım ol pəri eşqində rüsvayi-cəhan; Çəkməyəydim dustü düşməndən şəmatət kaş ki. S.Ə.Şirvani.
Müftəxorluq nə gözəl peşə idi, tutmuş idim; Nə açan üstünü karın, nə şəmatət var idi. M.Ə.Sabir.

□ Şəmatət etmək klas. – tənə vurmaq, ayıblamaq, danlamaq, məzəmmətləmək.
Bir qədər [gəncə] ağır gəlirdi; İlmək boğaza keçib asılmaq; Təhqir ilə yellənib də qalmaq; Meydanda duran bütün cəmaət; Hərdən edələr ona şəmatət. A.Səhhət.

ŞƏM
ŞƏMS

Значение слова в других словарях