Bakirə Məryəmin Məsum Hamiləliyi şərəfinə kilsə
Müqəddəs Məryəm Ananın Miladı kilsəsi (rus. Собор Рождества Пресвятой Богородицы) — Bakı yeparxiyası tabeliyində kilsə. Kilsə baş rahibi yerey Oleq Kosolapovdur, 3 rahib və 2 dyakon fəaliyyət göstərir.
== Tarixi ==
Bazilika formasında olan kilsə 1896-cı ildə ianələr hesabına inşa edilmişdir. Kilsədə prixod məktəbi fəaliyyət göstərmişdir. Oktyabr inqilabından sonra məbəd bağlanmış və hərbi kazarmaya çevrilmişdir. 1944-cü ildə bu ibadət ocağı yenidən Rus Pravoslav Kilsəsinə qaytarılmış və ona Stavropol-Bakı yeparxiyasının Kafedral Kilsəsi statusu verilmişdir. 1946-cı ildə Azərbaycandakı pravoslav kilsələrinin blaqoçini protoyereyi Sergey Kazanskinin təşəbbüsü ilə kilsədə əlavə mehrab quraşdırılmışdır.
== Hazırda ==
Kilsədə 1999-cu ildən 2001-ci ilə kimi Bakı və Xəzəryanı Yeparxiyanın yepiskopu Aleksandr İşeinin qayğısı ilə yenidənqurma işləri aparılmışdır.
26 may 2001-ci ildə Moskva və Ümumrusiya Patriarxı II Aleksi Müqəddəs Məryəm kilsəsinə baş çəkmiş və burada dua mərasimini həyata keçirmişdir.