ƏCR

сущ. устар.
1. оплата
2. расплата, возмездие
◊ əcrini çəkmək расплачиваться, расплатиться, понести наказание
ƏCNƏBİYYƏ
ƏCUZƏ
OBASTAN VİKİ
Nənsi Əcrəm
Nensi Nabil Ajram (ərəb. نانسي نبيل عجرم‎; 16 may 1983-cü il, Əşrəfiyə[1]) — Livan müğənnisi. İndiyə qədər 2-si uşaqlar üçün olmaqla, ümumilikdə 12 studiya albomu çıxaran sənətçi karyerası boyunca çox sayda mötəbər ərəb festivallarına qatılıb, həmçinin çox sayda mükafata layiq görülüb. Onlardan biri də Ən Yaxşı Yaxın Şərq Sənətçisi olaraq, 2008-ci ildə qazandığı World Music Awards [2]mükafatıdır. Bununla da o, o zamana qədər həmin mükafatı almış ən gənc ərəb sənətçisi olmuşdur. Ardınca, 2012 və 2014-cü illərdə də World Music Awards mükafatına layiq görülmüşdür[3]. Nensi Ajram Coca-Cola şirkətinin Yaxın Şərqdə olan ilk və yeganə qadın sözçüsü olmuşdur. O, həm də UNICEF-in Yaxın Şərq üzrə ilk qadın xoşməramlı səfiridir[4]. Bundan əlavə, sənətçi Tiffany&Co markasının da Yaxın Şərqdə ilk ərəb təmsilçisi olmuşdur[5]. Nensi həmçinin sosial şəbəkələrdə ən çox izləyiciyə malik ərəb sənətçisidir.
Əcrək
Sind topisi -— Sind milli baş geyimi. Sind milli baş geyimi olan Sind topisi əsasən Pakistanın Sind əyalətində yaşayan əhali tərəfindən geyinilən baş geyimidir. Bu geyimdən Saraiki xalqı, Bəluc xalqı və Puştunlar da istifad edir və bütün Pakistan ərazisində rast gəlinir. Əcrək və ya Saraiki Əcrək ilə yanaşı Sind papağı, Sind və Saraiki mədəniyyətinin mühüm bir hissəsi hesab edilir. Bu geyim həm də Sind milliyyətçiliyinin bir nişanəsidir. Sind papağının alın hissəsi açıq olan dairəvi/silindir formalı geyim növüdür. Qarışıq həndəsi naxışlar bu geyim üzərində öz əksini tapıb və əksər vaxt çox kiçik şüşə parçaları da içərisinə işlənir. Sind mədəniyyətində Sind papağı, Əcrək ilə yanaşı hədiyyə və ya hörmət əlaməti olaraq bağışlanır. 2009-cu ilin dekabr ayında Pakistanın Sind əyalətində Sind sərhəddini və bütövlükdə Sind mədəniyyətini qeyd etmək üçün "Sind Topi Günü" keçirildi. 2010-cu ildən bu gün "Sind mədəniyyəti günü" adlandırılmağa başlandı.
Əcrədilər
Əcrədilər — Nəcdatilərdən ayrılan mötədil xaricilər məzhəblərindən biri. Qurucusu Əbdülkərim ibn Əcrad olmuşdur. Təriqətin banisi Əbdülkərim ibn Əcrad Nəcdatilərə qarşı çıxış edənlər arasında olmuşdur. O, Atiye ibn əl-Əsvədə qoşulub Sistana getmişdir. Bəzi mənbələrə görə, Əbdülkərim ibn Əcrad Əbu Beyhəsin tərəfdarı idi, lakin sonra ondan uzaqlaşmış və öz təlimini inkişaf etdirmişdir. Əzraqilərdən fərqli olaraq, Əcradilər onların mübarizəsinə qoşulmayanların mömin ola biləcəyinə inanırdılar. Əhali onların inanclarını qəbul etməyən bölgələrdən köçməyi özləri üçün arzuolunan (lakin məcburi deyil) hesab edirdilər. Əcradilər yalnız onlarla vuruşan rəsmi ordunun əsgərlərinin öldürülməsinə icazə verir və dinc əhalinin öldürülməsini qadağan etdirdilər. Bundan əlavə, Əcrədilər belə inanırdılar ki: Uşaq həddi-büluğa çatana və İslamı qəbul etməyə çağırılana qədər ondan əl çəkmək lazımdır; Müharibə zamanı müşriklərin övladları öldürülsə, ataları ilə birlikdə cəhənnəmdə olarlar; Mal sahibi öldürülənə qədər caiz sayılmır; Dindarlığını bilsən evdə oturanları danlaya bilməzsən; Böyük günah etmiş kafir olar. Əcrədilər hər hansı məsələdə xüsusi rəyə malik olan kiçik təriqətlərə ayrılmışdılar.

Digər lüğətlərdə