ƏCZAÇI
ƏDA
OBASTAN VİKİ
Əczaçılıq
Əczaçılıq (Farmasevtika) — farmasiyanın birbaşa dərmanların sənaye-texnoloji prosessləriylə bağlı olan bölümü. Dərmanın istehsalından xəstəyə çatdırılmasına qədər hər mərhələdə yetkinlik sahibi olan insanlara əczaçı (əcza: dərman, əczaçı: dərman ilə məşğul olan) deyilir. Sintetik və bioloji mənşəli dərman xammallarının əldə edilməsi, fiziki, kimyəvi, və bioloji xüsusiyyətlərinin araşdırılması, qiymətləndirilməsi, keyfiyyətli dərmanlayarın saxlanması, istifadə edilməsi kimi mövzularda təhsil və araşdırma edirlər. Əczaçılıq fəaliyyəti - dərman vasitələrinin elmi axtarışı, hazırlanması, sınaqdan çıxarılması, istehsalı, keyfiyyətinə nəzarət, əldə edilməsi, saxlanması, yayılması və satışı, dərman xammalının toplanması və tədarükü ilə bağlı fəaliyyət növüdür. Dərman vasitələri — xəstəliklərin diaqnostikası, profilaktikası, müalicəsi üçün istifadə edilən bioloji və farmakoloji fəallığa malik müxtəlif mənşəli (bitki, heyvan, sintetik, mineral, biotexnoloji) maddələr, xammal və onların dərman formalarıdır. Farmakoloji vasitələr — klinik tədqiqatın obyekti olan, farmakoloji fəallığı müəyyən edilmiş dərman formasında maddələr və ya maddələrin qarışığıdır; "aptek təşkilatları" — apteklər, aptek anbarları, aptek məntəqələri, aptek köşkləridir. Dərman vasitələri ilə davranış – yeni dərman vasitələrinin və onların substansiyalarının elmi axtarışı və hazırlanması, dərman vasitələrinin hazır şəklə salınması, emalı, qablaşdırılması və ya onların alınmasına yönəlmiş digər fəaliyyət, eləcə də dərman vasitələrinin satışı, paylanması və dövriyyəyə daxil edilməsinin digər üsulları, əldə edilməsi, tətbiqi, saxlanması, bölüşdürülməsi, daşınması, buraxılması və yararsız hala düşdükdə məhv edil-məsidir. "Azərbaycan Respublikası dərman vasitələrinin dövlət reyestri" (bundan sonra "Reyestr") – müvafiq icra hakimiyyəti orqanı tərəfindən istehsalına və tətbiqinə icazə verilən və qeydiyyata alınan dərman vasitələrinin siyahısıdır .
Təbabət və əczaçılıq işi üzrə orta əsr əlyazmaları (AMEA Əlyazmalar İnstitutu)
Təbabət və əczaçılıq işi üzrə orta əsr əlyazmaları — Bakıdakı Məhəmməd Füzuli adına AMEA Əlyazmalar İnstitutunda saxlanılır. Kolleksiyada təqribən 12 minə yaxın əlyazma var və bu sənəd irsinin əhəmiyyətli bir parçasıdır. Aşkar edilib ki, burada təbabət və əczaçılıqla bağlı 363 orta əsr əlyazması və 27 çap edilmiş qədim kitab vardır. Bunların 222-i fars dilində, 71-i türk dilində (qədim azəri dili və qədim türk dili), 70-i ərəb dilindədir. 2005-ci ildə əlyazmalardan üçü — İbn Sinanın "Tibb elminin qanunu" əsəri (II cild), Rüstəm Curcaninin "Nizamşahın ehtiyatları" əsəri, Əbu Əl-Qasım Əl-Zəhrəvinin "Əl-Məqalə əs-Sələsun" əsəri Azərbaycanda YUNESCO-un Dünya Sənəd İrsi "Dünyanın yaddaşı" siyahısına (ing. Memory of the World) daxil edilib. AMEA Əlyazmalar İnstitutunun toplusuna 222-i fars dilində, 71-i türk dilində (qədim azəri dili və qədim türk dili), 70-i ərəb dilində olmaqla 363 təbabət və əczaçılıqla bağlı orta əsr əlyazması daxildir. Buradakı ən qədim əlyazmalardan biri İbn Sinanın "Tibb elminin qanunu" əsəridir. Bu əlyazmanın nüsxəsi 1143-cü ildə Bağdadda hazırlanıb və 1956-cı ildə Azərbaycan SSR Elmlər Akademiyasının respublika fonduna verilib. Onunla birlikdə Qanunun 1259-cu ildə yenidən yazılmış ikinci əlyazması fonda təqdim edilib.

Digər lüğətlərdə