ƏFZUN

zərf [ fars. ] klas. Çox, daha artıq.
Sədəf dəhanından çıxan sözlərin; Qiyməti əfzundur dürdanələrdən. Q.Zakir.

□ Əfzun olmaq – artmaq, çoxalmaq.
Əfzun olur ol qəmü məlamət; Mümkün deyil oğluna səlamət. Füzuli.
Necə yar eyləsə bipərvalıq; Olur əfzun könüldə şeydalıq. Əmani.

Əfzun etmək (qılmaq) – artırmaq, daha da çoxaltmaq.
Qılmış hüsnün şövqü dərdimi əfzun; Ayrılıq qəmində göz yaşım Ceyhun. M.P.Vaqif.
Uşaq ikən eşqə düşdüm, bilmədim; Əfzun etdi varə-varə dərdimi. Aşıq Abbas.

ƏFZƏLİYYƏT
ƏGƏR₁

Значение слова в других словарях