Sədəf dəhanından çıxan sözlərin; Qiyməti əfzundur dürdanələrdən.
□ Əfzun olmaq – artmaq, çoxalmaq.
Əfzun olur ol qəmü məlamət; Mümkün deyil oğluna səlamət.
Necə yar eyləsə bipərvalıq; Olur əfzun könüldə şeydalıq.
Əfzun etmək (qılmaq) – artırmaq, daha da çoxaltmaq.
Qılmış hüsnün şövqü dərdimi əfzun; Ayrılıq qəmində göz yaşım Ceyhun.
Uşaq ikən eşqə düşdüm, bilmədim; Əfzun etdi varə-varə dərdimi.