əhli-məzac 2021
əhli-naz 2021
OBASTAN VİKİ
Namaz
Namaz (ərəb. صلاة‎) — İslam dininin sütunlarından biridir. Həmçinin İslamın 5 şərtindən 2-cisidir. Qurani-Kərimdə buyurulur: "(Ya Rəsulum!) Quranda sənə vəhy olunanı oxu və (vaxtı-vaxtında) namaz qıl. Həqiqətən, namaz (insanı) çirkin və pis əməllərdən çəkindirər." Buradan aydın olur ki, insanların günah işlərdən uzaqlaşması bilavasitə onun qıldığı namazdan asılıdır. Peyğəmbərimiz buyurmuşdur ki, ilk namazı qılan insan yaxşı olar ki, ilk dəfə məsciddə itaət etsin. Bu həm onun gündəlik qılma saatına təsir edəcək. == Dini əhəmiyyət və sanksiya == Ənənəvi İslamda kişi və qadın hər bir müsəlmanın dua etməsi məcburidir. Məhəmmədə aid edilən bir sözə görə dedi: "Uşağınız yeddi yaşına çatanda ona dua etməsini əmr edin və on yaşında (bəzi söz-söhbətlərdə on üç) namaz qılmasa onu döyün. Hənbəli məzhəbinə görə namazı tərk etmək küfr, digər üç sünni məzhəbə görə isə günahdır.
Namaz Allahverdiyev
Namaz Baxış oğlu Allahverdiyev (13 iyun 2000, Suçma, Şəki rayonu – 8 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Namaz Allahverdiyev 2000-ci il iyunun 13-də Şəki rayonunun Suçma kəndində anadan olub. 2017-ci ildən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) təhsil alırdı. IV sinif Kursantı idi. 2020-ci ilin sentyabrda İkinci Qarabağ müharibəsinin başlaması ilə bağlı "kiçik leytenant" rütbəsi ilə müharibəyə yollandı. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik leytenantı olan Namaz Allahverdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Namaz Allahverdiyev noyabrın 8-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Şəki rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Namaz Allahverdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Namaz Allahverdiyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Namaz Allahverdiyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Namaz Bədəlov
Namaz Hüseyn oğlu Bədəlov (d. 1932 – ö. 1999) — azərbaycanlı alim, kənd təsərrüfatı elmləri doktoru. == Həyatı == Namaz Bədəlov 20 may 1932–ci ildə Gürcüstan SSR–in Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. İbtidai və orta təhsilini Faxralıda almışdır. 1954–cü ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirdikdən sonra Faxralıya qayıdaraq 1959–cu ilədək kənddəki "Qələbə" kolxozunda aqrotexnik, baş aqronom işləmişdir. 1959–1961-ci illərdə Azərbaycan Elmi-Tədqiqat İpəkçilik İnstitutunun aspirantı olmuşdur. Aspiranturanı müvəffəqiyyətlə bitirdikdən sonra o, 1961–ci ildən bu institutun elmi katibi vəzifəsinə irəli çəkilmişdir. Namaz Bədəlov 1964–ci ildə "Azərbaycanda tut ipəkqurdunun damazlıq yemləməsi üçün çəkil sortlarının seçilməsi" adlı namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edib, biologiya elmləri namizədi elmi dərəcəsi almışdır. O, 1972-ci ilədək İpəkçilik İnstitutunun elmi katibi vəzifəsində işləmişdir.
Vacibi namaz
Vacibi namaz — qılınması vacib olan namaz. Sübh namazı Zöhr namazı Əsr namazı Şam namazı İşa namazı Ayət namazı Həcc ilə ümrə zamanı qılınan təvaf namazı Atanın, böyük oğulun üzərinə ehtiyata-əsasən vacib olan qəza namazı. Əhd etmək, and içmək, nəzir demək və icarə etməklə vacib olan namazlarCümə namazı sünni məzhəbində vacib, şiə məzhəbində isə zamanə imamının hazır olduğu zaman vacib, qeybdə olduğu müddətdə təxyiri-vacibdir. Fitr və qurban bayramlarının namazı şiə məzhəbində zamanə imamının hazır olduğu zaman vacibdir və camaat namazı kimi qılınmalıdır, qeybdə olduğu müddətdə isə müstəhəbdir və camaat namazı, yaxud furada (fərdi şəkildə) qılmaq olar.
Kitab əhli
Kitab əhli — (ərəb.اهل الكتاب) İslam ənənəsinə görə, digər iki səmavi dinlərin əhalisini, yəhudi və xristianları, bildirən anlayış. Kitab əhlinə münasibət fərqli idi. Bütpərəstlərdən fərqli olaraq, kitab əhli daha imtiyazlı vəziyətdə idi, onların sıxışdırılması və təqib olunması barədə açıq göstərişlər yox idi. Məsələn kitab əhlinin qadınları ilə nigaha girmək icazəsi vardı, lakin onlara qız vermək qadağan idi. Kitab əhli öz kilsələrində və sinaqoqlarında ibadət edirdilər və öz ayinlərini yerinə yetirməkdə azad idilər. Lakin onlar zimmilər zümrəsinə aid idilər və xüsusi cizyə vergisi ödəyirdilər, yaxud bunun əvəzinə orduda köməkçi qoşun kimi istifadə edilirdilər.
Əhli-Beyt
Əhli-Beyt (ərəb. أهل البيت‎; "ev əhli" mənası verir) — İslam ənənəsinə görə Məhəmməd peyğəmbərin ailəsi. == Quranda == Əhli Beyt sözü müsəlmanların müqəddəs kitabı olan Quranda 2 yerdə işlədilmişdir. == Ərəb cəmiyyətində == Cahiliyyә dövrü әrәb cәmiyyәtindә qәbilәnin hakim ailәsini bildirәn "Əhli-Beyt" ifadәsi islam meydana gәldikdәn sonra Məhəmməd peyğәmbәrin ailәsinә şamil olundu. Quranda "әhl" sözü sahib, tәrәfdar, eyni mәkanı paylaşanlar, bir dinә, yaxud peyğәmbәrә inananlar, zövcә, "beyt" sözü isә ev, Allahın evi (mәscid) vә ailә mәnalarında işlәnmişdir. "Əhli-Beyt" ifadәsinә İbrahimin (11:73), Musanın (28: 12) vә Mәhәmmәdin (33:33) ailәsindәn bәhs edәn üç ayәdә rast gәlinir. Əhli-Beyt-ә kimlәrin daxil edilmәsi barәdә fikirlәr fәrqli olsa da, bunlar, әsasәn, Mәhәmmәd peyğәmbәr, Əli ibn Əbu Talib, Fatimә, Hәsәn әl-Müctәba, Hüseyn ibn Əli vә digәr doqquz imamdan ibarәtdir. İlahi lütfün vә gizli biliklәrin daşıyıcıları kimi Əhli-Beyt-ә xüsusi ehtiram bәslәnilir. == Əhli-Beyt sünni nəzərində == Sünnilərin ən mötəbər hesab etdikləri altı kitabdan biri olan "Səhihi-Müslim"də Peyğəmbərin zövcəsi Aişədən nəql olunur: "Bir gün Peyğəmbər kürəyində əba ilə evdən çıxdı. Onu görən Həsən yanına getdi, Peyğəmbər ona əbasının altına girməsini söylədi.
Əhli-Haqq
Yarsanizm, Əhli-haqq və ya Kakayi (kürd. یارسان, kürd. ئەهلی حەق; fars. اهل حق‎, ərəb. كاكائي‎) — 14-cü əsrin sonlarında İranın qərbində Sultan Sahaq tərəfindən əsası qoyulmuş sinkretik bir din. Yarsanizm ardıcıllarının ümumi sayının İranda yarım milyondan bir milyona qədər olduğu təxmin edilir. İraqdakı rəqəmlər məlum deyil. Davamçılar daha çox Guran, Səncabi, Kəlhur, Zəngənə və Cəlalvənd tayfalarından olan kürdlərdir. İranda türk yarsan anklavları da mövcuddur.İraqdakı bəzi Yarsanilərə Kakayi deyilir. Yarsanilər dediyinə görə bəzi insanlar onları aşağılayaraq "Əliallahi" və ya "Əliyə ibadət edənlər" adlandırırlar ki, yarsanilər bunu inkar edir.
Əhli-Həqq

Əhli-Sünnə
Sünnilik (ərəbcə أهل السنة والجماعة — Əhl əs-Sünnə və əl-Cəmaat və ya qısa olaraq أهل السنة — Əhl əs-Sünnət) — İslamda ən böyük məzhəb. Dünyada İslam dininə etiqad edənlərin 85-90%-ni sünni məzhəbinin nümayəndələri təşkil edir. Sünnə sözü ərəbcədən tərcümədə "yol" anlamına gəlir. Sünnilər bu adla Məhəmməd peyğəmbərin ﷺ yoluna sadiq olduqlarını bildirirlər. Sünniliyin 2 etiqadı, 4 fiqh məzhəbi vardır. Əşariyyə, Matüridiyyə etiqadı, Hənəfi, Maliki, Şafii və Hənbəli isə fiqhi məzhəblərdir.
Əhli-Sünnət

Əhli Beyt
Əhli-Beyt (ərəb. أهل البيت‎; "ev əhli" mənası verir) — İslam ənənəsinə görə Məhəmməd peyğəmbərin ailəsi. == Quranda == Əhli Beyt sözü müsəlmanların müqəddəs kitabı olan Quranda 2 yerdə işlədilmişdir. == Ərəb cəmiyyətində == Cahiliyyә dövrü әrәb cәmiyyәtindә qәbilәnin hakim ailәsini bildirәn "Əhli-Beyt" ifadәsi islam meydana gәldikdәn sonra Məhəmməd peyğәmbәrin ailәsinә şamil olundu. Quranda "әhl" sözü sahib, tәrәfdar, eyni mәkanı paylaşanlar, bir dinә, yaxud peyğәmbәrә inananlar, zövcә, "beyt" sözü isә ev, Allahın evi (mәscid) vә ailә mәnalarında işlәnmişdir. "Əhli-Beyt" ifadәsinә İbrahimin (11:73), Musanın (28: 12) vә Mәhәmmәdin (33:33) ailәsindәn bәhs edәn üç ayәdә rast gәlinir. Əhli-Beyt-ә kimlәrin daxil edilmәsi barәdә fikirlәr fәrqli olsa da, bunlar, әsasәn, Mәhәmmәd peyğәmbәr, Əli ibn Əbu Talib, Fatimә, Hәsәn әl-Müctәba, Hüseyn ibn Əli vә digәr doqquz imamdan ibarәtdir. İlahi lütfün vә gizli biliklәrin daşıyıcıları kimi Əhli-Beyt-ә xüsusi ehtiram bәslәnilir. == Əhli-Beyt sünni nəzərində == Sünnilərin ən mötəbər hesab etdikləri altı kitabdan biri olan "Səhihi-Müslim"də Peyğəmbərin zövcəsi Aişədən nəql olunur: "Bir gün Peyğəmbər kürəyində əba ilə evdən çıxdı. Onu görən Həsən yanına getdi, Peyğəmbər ona əbasının altına girməsini söylədi.
Əhli Sünnə
Sünnilik (ərəbcə أهل السنة والجماعة — Əhl əs-Sünnə və əl-Cəmaat və ya qısa olaraq أهل السنة — Əhl əs-Sünnət) — İslamda ən böyük məzhəb. Dünyada İslam dininə etiqad edənlərin 85-90%-ni sünni məzhəbinin nümayəndələri təşkil edir. Sünnə sözü ərəbcədən tərcümədə "yol" anlamına gəlir. Sünnilər bu adla Məhəmməd peyğəmbərin ﷺ yoluna sadiq olduqlarını bildirirlər. Sünniliyin 2 etiqadı, 4 fiqh məzhəbi vardır. Əşariyyə, Matüridiyyə etiqadı, Hənəfi, Maliki, Şafii və Hənbəli isə fiqhi məzhəblərdir.
Əhli Şirazi
Məhəmməd ibn Yusif Əhli Şirazi (fars. اهلی شیرازی‎; təq. 1454, Şiraz – təq. 1535, Şiraz) — fars şairi.Əhli Şirazinin təxminən 1454–1535-ci illərdə İranın Şiraz şəhərində yaşadığı və öldüyü zaman cənazəsini oradakı Hafiz Şirazinin türbəsində dəfn olunduğu güman edilir. Onun haqqında tənha həyat sürdüyü, ehtiyac içində yaşadığı, bütün həyatının mübarizə ilə keçdiyi barədə şahid ifadələri var. == İstinadlar == == Xarici keçidlər == Manuscript of his works available on the digital library website of the Iran Parliament Library.
Təpəbaşı-i Namaz
Təpəbaşı-i Namaz (fars. تپه باشي نماز‎‎) və ya Təpəbaşı - İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 87 nəfər yaşayır (25 ailə).
Əl-Əhli İK
Əl-Əhli — Misirin futbol klubu. == Tarixi == 1907-ci ildə yaradılıb.
Axırıncı namaz (film, 1963)
Axırıncı namaz — rejissor Zeynəb Kazımova tərəfindən 1963-cü ildə ekranlaşdırılmış qısametrajlı bədii filmi. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. == Haqqında == Azərbaycan Dövlət Film Fondunda kinorejissor Zeynəb Kazımovanın 110 illik yubileyinə hazırlıqlar çərçivəsində aparılan yeni araşdırmalar zamanı 1968-ci ildə rus dilində Moskvada çap olunmuş "Sovet bədii filmləri. Annotasiyalı kataloq" kitabının 1958–1963-cü illərdə çəkilmiş filmləri əhatə edən IV cildinin 607-ci səhifəsindəki məlumatlara əsasən, rejissorun 1963-cü ildə "Axırıncı namaz" adlı ikihissəli qısametrajlı bədii film çəkdiyi müəyyən edilib.Bədii filmin yeganə nüsxəsi Naxçıvan Dövlət Film Fondunun bazasında aşkara çıxarılıb və həmin nüsxə Azərbaycan Dövlət Film Fondunda elektron bərpa olunub. Filmin adına bu günədək Azərbaycan kinosu haqqında hazırlanmış heç bir kataloq və siyahıda rast gəlinməyib. Filmin rejissoru Zeynəb Kazımova, operatoru Əsgər İsmayılov, rəssamı Məmmədağa Hüseynov, bəstəkarı Zakir Bağırovdur. Rolları Ağadadaş Qurbanov, Möhsün Sənani, Ətayə Əliyeva, Münəvvər Kələntərli və digər məşhur Azərbaycan aktyorları ifa edirlər. Aktrisa M.Kələntərlinin "Axırıncı namaz" filmində canlandırdığı epizodik rol kinoda ifa etdiyi sonuncu obrazıdır. Film 1963-cü ildə "Azərbaycanfilm" kinostudiyasında ekranlaşdırılıb.
Təpəbaşı-i Namaz (Şot)
Təpəbaşı-i Namaz (fars. تپه باشي نماز‎‎) və ya Təpəbaşı - İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 87 nəfər yaşayır (25 ailə).
Əl-Əhli Dubay FK
Əl-Əhli (Dubay) FK — Birləşmiş Ərəb Əmirliklərinin futbol klubu == Tarixi == 1970-ci ildə yaranmışdır.