Premyer Liqa Qızıl Əlcək
Premyer Liqa Qızıl Əlcək (ing. Premier League Golden Glove) — Premyer liqada qol buraxmadan ən çox oyun keçirən qapıçıların qazandığı futbol mükafatıdır. Sponsorluq razılaşmaları nəticəsində, bu mükafat ilk dəfə 2004-05 mövsümündən bu yana hər il "Barclays Qızıl Əlcək" adıyla təqdim olunur. Başlanğıcda, Qızıl Əlcək mükafatı sadəcə bir oyunçu tərəfindən qazanılırdı. Qolsuz oyun sayılarının bərabər olması nəticəsində mükafat, qolsuz oyun sayısının sezon boyu çıxdığı oyun sayısına nisbəti yüksək olan qapıçıya verilirdi. 2013-14 mövsümündən etibarən isə mükafat, qapıçıların çıxdıqları oyun sayısına baxmayaraq, qol buraxmama rokordu bərabər olan qapıçılar arasında paylaşılır.Qızıl Əlcək mükafatları 2005-ci ildən verilməyə başlamışdır. Bu mükafatı ilk qazanan Petr Çex olmuşdur. Qapıçılar arasında ən çox qazananlar isə, dörd mükafatla Co Hart və Petr Çexdir. Hartın mükafatı qazandığı dörd mövsümdə də forma geydiyi Mançester Siti, hal-hazırda mükafatı ən çox qazanan klubdur. Hartın və Çexin dörd mükafatıyla ingilislər və çexlər mükafatı ən çox qazanan millətlər olaraq ilk sırada yer alarkən, onları üç mükafatla ispanlar izləyir.