Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Əlfəcin
Əlfəcin (ing. bookmark, rus. закладка) — kitabda istədiyiniz səhifəni qeyd etmək üçün xüsusi alət. Əlfəcinlərin prototipi, papirus parçalarını kitablara yapışdıran qədim Misir katibləri arasında belə mövcud idi. XV—XVI əsrlərdə kitabın seçilmiş vərəqlərinin kənarına yapışdırılmış və bir qayda olaraq yan kənarından kənara çıxan kiçik bir dil şəklində (dəri, perqament, kumaşdan) əlfəcinlər-qeydlər, geniş yayılmışdır. Əlfəcinlərin istifadəsinə dair ilk qeydlərdən biri, 1584-cü ildə, kral çapçı Kristofer Barkerin Kraliça I Yelizavetaya gümüş yer imi hədiyyə etməsindən başlayır. XVII əsrdə əlfəcinlər kitab bloğunun onurğasına və ya yer imi (lassa) kimi istifadə etmək üçün alt bağlayıcı örtüyə bir və ya daha çox lent taxmağa başladılar. Eyni zamanda, bəzi obyektlərə, məsələn, bir düyməyə və ya bir bobinə yapışdırılmış bir neçə lentdən ibarət olan sekmələrin növü yayılır. Bu əlfəcinlər ən çox dua kitablarında dua mətnlərini tez bir zamanda tapmaq üçün istifadə edilmişdir. Earliest History of Bookmarks by Asim Maner World of Bookmarks, Reference site featuring history of bookmarks History of Bookmarks by Lois R. Densky-Wolff.
Əlcək
Əlcək — əllər üçün nəzərdə tutulan geyim növü. İlk əlcəklər Misir piramidaları dövrünə aid edilir. İlk əvvəllər əlcəkləri torba halında hazırlayırdılar, buna görə də onların barmaq üçün nəzərdə tutulmuş hissələri yox idi. Amma sonradan bir barmaq üçün yer tikildi. Misir xanımları bu üsulla öz əllərini işdən və yeməkdən qoruya bilirdilər. Bu əlcəklər oddan və əllərin bulaşmasından uzaqlaşmaq üçün istifadə edilirdi. Orta əsr dövrünə qədər bu proses davam etdi, lakin sonradan dəriyə bənzər çox nazik quruluşa malik olan və barmaqlara sıxlaşmış əlcəklər tikdilər. Keçən əsrin kişiləri əllərində əlcəklər daşıyırdılar, onlar bunu çox vaxt ətrafdakıları cəlb etmək üçün istifadə edirdilər. İspanların kübar təbəqəyə aid olan nümayəndələri papa və kralların yanında olarkən əlcək taxmırlar, həmçinin kilsə, dəfn mərasimində, faciəvi hadisələrdə və bayramlarda da əlcəyin taxılması xoş hal deyil. Əlcəklərin tikişinə xüsusi diqqət yetirilirdi, çünki onları sürətli taxmaq üçün bu mühüm əhəmiyyət kəsb edir.
Əlcək vallabi
Əlcək vallabi (lat. Macropus irma) — kenquru cinsinə aid heyvan növü. Qara əlcəkli kenquru kimi də tanınan qərb fırçası kenquru, Qərbi Avstraliyanın cənub-qərb sahil bölgəsində yerləşən kenquru növüdür. Vallabi'nin əsas təhdidi,qırmızı tülkü tərəfindən ovlanmaqdır.
Premyer Liqa Qızıl Əlcək
Premyer Liqa Qızıl Əlcək (ing. Premier League Golden Glove) — Premyer liqada qol buraxmadan ən çox oyun keçirən qapıçıların qazandığı futbol mükafatıdır. Sponsorluq razılaşmaları nəticəsində, bu mükafat ilk dəfə 2004–05 mövsümündən bu yana hər il "Barclays Qızıl Əlcək" adıyla təqdim olunur. Başlanğıcda, Qızıl Əlcək mükafatı sadəcə bir oyunçu tərəfindən qazanılırdı. Qolsuz oyun sayılarının bərabər olması nəticəsində mükafat, qolsuz oyun sayısının sezon boyu çıxdığı oyun sayısına nisbəti yüksək olan qapıçıya verilirdi. 2013–14 mövsümündən etibarən isə mükafat, qapıçıların çıxdıqları oyun sayısına baxmayaraq, qol buraxmama rokordu bərabər olan qapıçılar arasında paylaşılır. Qızıl Əlcək mükafatları 2005-ci ildən verilməyə başlamışdır. Bu mükafatı ilk qazanan Petr Çex olmuşdur. Qapıçılar arasında ən çox qazananlar isə, dörd mükafatla Co Hart və Petr Çexdir. Hartın mükafatı qazandığı dörd mövsümdə də forma geydiyi Mançester Siti, hal-hazırda mükafatı ən çox qazanan klubdur.
Elçilik
Elçilik — qızbəyənmədən sonrakı xalq adətidir. Elçilik əsaən qızın və ya ailəsinin haqqında məlumat yığıldıqdan sonra olur. Azərbaycan adətlərinə görə elçilik prosesi çox zəngindir. Evlilik 2 mərhələdən ibarət olmuşdur. 1-ci mərhələ. Belə ki, qızı almağa qərar verildikdən sonra ana ata və ya yaxın adamlardan kimsə qız evinə gedər qız evinin ağzını yoxlayardılar. Buna “söz alma”, “hə alma deyilir”. Əgər qız evinin razılığı olarsa elçilik tarixi dəqiqləşdirilir. Yox əgər qız evi razı deyilsə bu oğlan evi üçün pis olduğundan bu hadisəni gizli saxlanılması istənilir. 2-ci mərhələdə isə qız evindən hə alındıqdan sonrakı mərhələdir.
Elgədik dağı
Elgədik — İsmayıllı rayonu ərazisində dağ. == Toponimikası == Oronim el (camaat) və gədik (hündür dağlar arasında yol, dağ keçidi, aşırım) komponentlərindən düzəlib, "dağlar arasından, aşırımdan keçən el yolu" və ya "el yolunun üstündə olan dağ keçidi" deməkdir.
Elçilik (dəqiqləşdirmə)
Elçilik ― xalq toy adətlərindən biri. Həmçinin bu mənalara gələ bilər: == Filmlər == Elçilik (film, 2017) ― 2017-ci ildə çəkilmiş qaqauz filmi. Elçilik (film, 2023) ― 2023-cü ildə çəkilmiş Azərbaycan filmi.
Elçilik (film)
Elçilik ― xalq toy adətlərindən biri. Həmçinin bu mənalara gələ bilər: == Filmlər == Elçilik (film, 2017) ― 2017-ci ildə çəkilmiş qaqauz filmi. Elçilik (film, 2023) ― 2023-cü ildə çəkilmiş Azərbaycan filmi.
Arpaçay elçəsi
Arpaçay ilçəsi — Qars ilinin ilçəsi.
Diqor elçəsi
Diqor — Qars ilinin ilçəsi.
Duzluca elçəsi
Duzluca (türk. Duzluca) — İğdır ilinin ilçəsi. 1992-ci ildə İğdırın Qars ilindən ayrılaraq müstəqil il olmasından əvvəl bu ilçə Qarsa bağlı idi. == Ümumi məlumat == Keçmiş adı "Kulp"dur. Duzluca ilin qərbində yer almaqdadır. Dağlıq ərazilər üstünlük təşkil edir. Suyunun bol və ləzzətli olması, hər türlü tərəvəz və meyvənin yetişə bilməsi bölgəyə ayrı bir önəm qatmaqdadır. Türkiyəyənin İran, Azərbaycan və Ermənistana bağlanan quruyolu Duzlucadan keçir. 1253.5 km²-lik bir sahəyə sahib ilçə, İğdır ili torpaqlarının (3587.81 km²) təxminən % 35,4'ini təşkil edir. Duz mədənləri burada yerləşir.
Susuz elçəsi
Susuz — Qars ilinin ilçəsi. Susuz şəhəri dəniz səviyyəsindən 1750 metr hündürlükdə yerləşir. 1886-cı ilə olan məlumata əsasən Rusiya İmperiyasının Qars vilayətinin Zərişad şöbəsinin Molokan kənd cəmiyyətinin Novo-Dubovka (rus. Ново-Дубовка) kəndində 369 nəfər əhali yaşayırdı, onların hamısını etnik ruslar (duxoborlar) təşkil edirdi.
Elçilik (film, 2017)
Elçilik (film, 2017) (qaq. Dünürcülük) — rejissorluğunu Ivan Patramanın etdiyi, senarisini Todur Marinoqlonun yazdığı ilk qaqauz filmi. Tarixi film qaqauz yazıçısı Nikolay Baboqlonun eyniadlı hekayəsi əsasında 2017-ci ildə ekranlaşdırılıb. Film iki gəncin sevgi əhvalatı fonunda qaqauz xalqının özgürlüyünü göstərib. Filmin çəkiliş dili qaqauzcadır.
Suxoy Elançik çayı
Suxoy Elançik çayı (əvvəlki adı Srednı Elançik) — Ukrayna və Rusiya ərazisindən axan çay. Mokrıy Elançik çayının sağ qolunu təşkil edir. Azov dənizi hövzəsinə aid bir çaydır. Çayın uzunluğu 77 kilometr təşkil edir. Su toplayıcı hövzəsinin sahəsi 515 km² təşkil edir. Enişi 1 km 1 metr təşkil edir. Vadisi V şəkilli formaya malikdir. Vadisinin evi 3 kilometrə qədər genişlənir. Eni isə 200 km-dir. Çaydan həm əkinçilik həm də balıqçılıqda istifadə edirlər.
Adriana Çeçik
Dezara Kristina Çarlz (ing. Dezarae Kristiana Charles; 4 noyabr 1991, Dauninqtaun[d], Pensilvaniya, ABŞ), səhnə adı ilə Adriana Çeçik (ing. Adriana Chechik) — ABŞ fotomodeli və pornoaktrisası.
Rusiyanın Səfəvi sarayına göndərdiyi elçilik (1617)
Rusiyanın Səfəvi sarayına göndərdiyi elçilik — Şah Abbasın hakimiyyəti dövründə Rus çarlığının Səfəvi sarayına göndərmiş olduğu elçilik nəzərdə tutulur. 1617-ci ildə Abbas Rusiyanın ilk Romanov sülaləsindən olan Mixailin göndərdiyi elçilər tərəfindən ziyarət edildi. Şah elçiləri qarşılaşamaq üçün taxtına çıxdıqdan sonra diplomatik fikir alış-verişi başladı. Rusların göndərdiyi heyət kiçik miqyaslı və əsasən kommersiya xarakteri daşıyırdı, bu dönəmdə Səfəvi tacirləri şahın şəxsi hesabına ipək satır və bunun müqabilində xəzlər, ov şahinləri və silahlar alırdılar. Həmçinin hər iki tərəfdə də Osmanlı imperiyasına qarşı ittifaq formalaşdırmaq düşüncəsi mövcud idi. Digər tərəfdən Abbasda rusların öz təsir dairələrini Qafqaza doğru genişləndirmələrinə görə narahatlıq mövcud idi. Bundan başqa, Səfəvi imperiyasının Rusiyaya olan marağı sonuncuda Mixailin taxta çıxmasına gətirib çıxaracaq qarışıqlıq dövrü başladıqdan sonra azalmışdı. İvan İvanoviç Çiçerinin başçılıq etdiyi bu sonuncu rus elçilik heyəti Abbasa hədiyyə olaraq ov şahinləri gətirmişdi və Abbas bu quşları Xan Aləmə hədiyyə etdi. Abbas rusların elçiliyi ilə o qədər dərindən maraqlanmadı, çünki bu zaman o, tezliklə hakimiyyətinin böyük zəfərlərindən birini gətirəcək Avropa ilə münasibətləri inkişaf etdirməkdə daha çox maraqlı idi. Səfəvi imperiyası David Blow.
Şah Abbasın Moğol sarayına göndərdiyi elçilik
Şah Abbasın Moğol sarayına göndərdiyi elçilik — Səfəvi şahı Abbasın 1620-ci ildə Böyük Moğol imperatoru Sultan Cahangir şahın sarayına göndərdiyi elçilik nəzərdə tutulur. Elçiliyin əsas məqsədi Qəndəharın Səfəvi imperiyasına qatrarılmasını təmin etmək idi. Şah Abbas taxta keçdikdən sonra həm Özbək xanlığını, həm də Osmanlı imperiyasını məğlub edib itirilmiş torpaqları geri qaytarmışdı. O, hələ hakimiyyətinin ilkin mərhələsində ikən moğollar Qəndəharı ələ keçirmişdi. Sırada geri qaytarılmağı gözləyən bölgələrdən başlıcası Qəndəhar olduğu düşünülürdü. Belə bir şəraitdə Cahangir şah məsələni diplomatik yolla həll etməyə çalışdı. Bu zaman ilk elçilik moğollar tərəfindən göndərildi. Elçiliyə moğol əsilzadəsi Xan Aləm tərəfindən rəhbərlik edilirdi. Xan Ələm məşhur nəslə sahib idi və onun ulu əcdadları Abbasın böyük ilham aldığı və sevdiyi tarixi şəxsiyyət Əmir Teymurun xidmətçiləri olmuşdular. İspan elçisi Fiqueroa da həmin zaman Abbasın sarayında idi və o, Xan Aləmin mirvari sırğalar taxdığını, qiymətli daşlarla bəzədilmiş xəncər daşıdığını və İsfahandakı hind tacirləri tərəfindən inanılmaz dərəcədə zəngin kimi təsvir edildiyini bildirmişdir.
Cahangir şahın Səfəvi sarayına göndərdiyi elçilik (1619)
Cahangir şahın Səfəvi sarayına göndərdiyi elçilik —Böyük Moğol imperatoru Cahangir şahın Səfəvi Şah Abbasın sarayına göndərdiyi elçilik nəzərdə tutulur. == Zəmin == Şah Abbas taxta keçdikdən sonra həm Özbək xanlığını, həm də Osmanlı imperiyasını məğlub edib itirilmiş torpaqları geri qaytarmışdı. O, hələ hakimiyyətinin ilkin mərhələsində ikən moğollar Qəndəharı ələ keçirmişdi. Sırada geri qaytarılmağı gözləyən bölgələrdən başlıcası Qəndəhar olduğu düşünülürdü. Belə bir şəraitdə Cahangir şah məsələni diplomatik yolla həll etməyə çalışdı. == Elçilik == 1618-ci ildə Osmanlı imperiyasını bir daha məğlub edib sülhə məcbur edən Abbas hökmdarlığının ən möhtəşəm elçiliyini qəbul etmək üçün Qəzvinə qayıtdı. Bu elçilik heyəti Böyük Moğol imperatoru Cahangir tərəfindən göndərilmişdi və moğol əsilzadəsi Xan Aləm tərəfindən rəhbərlik edilirdi. Xan Ələm məşhur nəslə sahib idi və onun ulu əcdadları Abbasın böyük ilham aldığı və sevdiyi tarixi şəxsiyyət Əmir Teymurun xidmətçiləri olmuşdular. İspan elçisi Fiqueroa da həmin zaman Abbasın sarayında idi və o, Xan Aləmin mirvari sırğalar taxdığını, qiymətli daşlarla bəzədilmiş xəncər daşıdığını və İsfahandakı hind tacirləri tərəfindən inanılmaz dərəcədə zəngin kimi təsvir edildiyini bildirmişdir. Alamı 800-ə yaxın xidmətçi və bir neçə yüz gözətçinin müşayiəti ilə Hindistan faunasının ekzotik kolleksiyası müşayiət edirdi.
Əkbər şahın Səfəvi sarayına göndərdiyi elçilik (1604)
Əkbər şahın Səfəvi sarayına göndərdiyi elçilik — Böyük Moğol imperatoru Əkbər şahın Səfəvi Şah Abbasın sarayına göndərdiyi elçilik nəzərdə tutulur. Şah Abbas taxta keçdikdən sonra həm Özbək xanlığını, həm də Osmanlı imperiyasını məğlub edib itirilmiş torpaqları geri qaytarmışdı. Bundan sonra Əkbər şah onun yanına elçilik göndərib onu təbrik etmək qərarına gəldi. Əkbər göndərdiyi məktubda Abbası həm özbəklər, həm osmanlılar, həm də daxili düşmənlər üzərində qazandığı qələbələrə görə təbrik edirdi. Elçilik Əkbərin Abbas üçün göndərdiyi xeyli sayda qiymətli hədiyyələri də şaha təqdim etdilər. Şah hədiyyələrlə o qədər də maraqlanmadı, bircə hədiyyələr içində olan qılınc onun diqqətini çəkdi və Əkbərin Əmir Teymurun soyundan gəldiyi üçün qılıncı gələcəyə dair yaxşı bir işarə olaraq qəbul edib yaxından maraqlandı. Moğol elçisi İrəvan tutulana qədər şahın düşərgəsində qaldı və şəhər ələ keçiriləndən bir ay sonra geri dönmələrinə icəzə verildi. Abbas elçilik heyəti ilə dostcasına davransa da, onları qarşılamaq üçün xüsusi mərasim təşkil etmədi. O, hakimiyyətə yeni çıxan zaman Əkbərin sarayının buna reaksiyasından narahat olsa da, indi özünü daha güclü hiss edirdi və moğol imperatorunun Qəndəhara sahib olmasından da narazı idi. Cahangir şahın Səfəvi sarayına göndərdiyi elçilik (1619) Şah Abbasın Moğol sarayına göndərdiyi elçilik * David Blow.