ƏLTOPU

bax həndbol.
ƏLSİZ-AYAQSIZ
ƏLÜSTÜ
OBASTAN VİKİ
Əltopu
Həndbol ('ing. handball; hand — əl, ball — top) və ya əltopu — əllə oynanılan idman oyunu. Handball adlandırılan bu idman növü XIX əsrin sonlarında Hollandiyada yaranmışdır. Çox qısa vaxt ərzində həndbol maraqlı və emosional idman növü kimi bütün dünyaya yayıldı. Bir komandanın 6-sı sahə, 1-i qapıda olan 7 oyunçu ilə iki komanda oynadığı bir idman növüdür. Oyun müddəti 30 dəqiqəlik iki dövrədən ibarətdir. İlk illərində böyük stadionlarda 11 nəfər ibarət komandalar halında oynanan həndbol, 1950-ci illərdən sonra bir salon idmanı olmuş və açıq sahədə həndbol gedərək məşhurluğunu itirərək itmişdir. İndiki vaxtda Həndbol, xüsusilə Avropa qitəsində böyük diqqəti cəlb etməkdədir. İspaniyada ASOBAL Liga, Almaniyada Handball Bundesliga, İsveçdə Handbol ElitSerien, Danimarkada TDC Ligaen idmanın ən yuxarı səviyyədə oynandığı yerli liqalar olaraq xarakterizə edilməkdədir. Müasir həndbolda dünya və olimpiada çempionluğunu Avropa Qitəsi xaricinə çıxara bilən tək komanda Koreya olmuşdur.

Значение слова в других словарях