ƏLÇATMAZ

sif.
1. Hündür, uca, yüksək. Əlçatmaz minarə. Əlçatmaz hasar.
// məc. Yetişmək, nail olmaq, əldə etmək mümkün olmayan.
[Adilə:] Mən yaxında, əlim altında olan səadətə qovuşmaq istəyirəm, uzaqlara, əlçatmaz səadətlərə doğru qaçmaq istəmirəm. Ə.Məmmədxanlı.

2. Uzaq, gedib-gəlmək çətin olan. Əlçatmaz yer.
– Cüməyəm, müşküldü aşıqla hallar; Neyləyim, əlçatmaz, uzaqdır yollar. Aşıq Cümə.
Onları apardılar özlərilə dağlara; Kəndlərə, şəhərlərə, əlçatmaz uzaqlara. S.Rüstəm.

3. Möhkəm, alınması, tutulması, girilməsi mümkün olmayan, ya çətin olan.
[Məhərrəm:] Rüstəm bəy evini eyləyib bir əlçatmaz qala. N.Vəzirov.

Синонимы

  • ƏLÇATMAZ uzaq
  • ƏLÇATMAZ hündür — uca — yüksək — qəlbi
ƏLÇATAN
ƏLÇATMAZLIQ
OBASTAN VİKİ
Əlçatmazlıq qütbü (Antarktika stansiyası)
Əlçatmazlıq qütbü — fəaliyyət göstərməyən SSRİ Antarktika stansiyası. Stansiya Mirnı stansiyasından 2100 km aralı yerləşib. Bu stansiya 1958-ci ilin dekabrında fəaliyyət göstərmiş və Ümumdünya Meteorologiya Təşkilatının razılığı ilə 89550 koduna malik idi. Stansiya öz adını yerləşmə özəlliyinə görə almış. Məhz stansiya Antarktida sahillərindən ən uzaqda yerləşən nöqtə - Əlçatmazlıq qütbündədir. == Yaranma tarixi == Stansiya 14 dekabr 1958-ci ildə üçüncü Sovet Antarktika ekspedisiyası zamanı yaradılmışdı. Stansiyanım rəhbəri V.K. Babarıkin olmuş. Açılış zamanı stansıyada Leninin büstü qoyulmuşdur. 17 dekabr 1958-ci ildə hazırlanmış uçuş-eniş zolağına Li-2 təyyarəsi eniş etmiş və müxtəlif yük və təbrik teleqramları gətirmiş. 26 dekabrda stansiya konservləşdirilmiş, gələcək ekspedisiyalar üçün ehtiyat azuqə saxlanılaraq tərk edilmişdir.

Значение слова в других словарях

биоэнергети́ческий недобира́ть по-ца́рски просмо́лка точи́ться зада́бриваться охло́пье патоло́гия подко́рковый помы́ться сора́тник ча́шник человечек Эльтон exceptive hush-shop infra-red lordless patellula вивисекция десятина кишечнополостные многократно плодотворный тормоз