ƏMCƏK

is. Məmə, döş.
Fəxrəddin!… Mən səni bu əmcəklərimlə bəsləmişəm, Fəxrəddin! N.Vəzirov.
İnəyin əmcəyindən çıxan süd balaca bulaq kimi şırhaşırla sərniclərə tökülürdü. Ə.Vəliyev.

□ Əmcək uşağı – südəmər uşaq.
Övrətlər əmcək uşaqlarını bağırlarına basıb tökülmüşdülər küçəyə. C.Məmmədquluzadə.
Vaqonumuzun o başında bir əmcək uşağı hərdənbir ağlayırdı. Ə.Haqverdiyev.

Əmcəkdən kəsmək – süd verməyi dayandırmaq, süddən kəsmək, daha süd verməmək. Uşağı əmcəkdən kəsmək.
◊ Anasının (nənəsinin) əmcəyini kəsən – çox bic, fırıldaqçı, dələduz adam haqqında.
Bir şahıya nənəsinin əmcəyini kəsənlər var. M.İbrahimov.

Anasının əmcəyini kəsmək – fırıldaqçılıqla məşğul olmaq.
Adam da anasının əmcəyini belə kəsərmi? S.Rəhman.

Синонимы

  • ƏMCƏK məmə — döş
  • ƏMCƏK ƏMCƏK Burla xatun əmcəyini bir sıxdı, südü gəlmədi, iki sıxdı südü gəlmədi, üçüncüdə qan qarışıq gəldi (Anar); DÖŞ [Rəmziyyə:]

Этимология

  • ƏMCƏK Əmik variantı da var. Əmmək feilindən dayanacaq qəlibi üzrə əmələ gəlib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
ƏMBİZ
ƏMCƏKLİ

Значение слова в других словарях