ƏNƏNƏÇİLİK

(“tradisionarizm”) - ənənələrin, milli dəyərlərin qorunması, qanunçuluğun və qaydaların təmin edilməsi vasitəsi kimi, güclü hakimiyyətin və dövlətin müdafiəsinə qalxan – konservativ siyasi düşüncə növü. Cəmiyyətin şəxs üzərində, dəyişməzliyin – dəyişkənlik üzərində üstün olmasını tərənnüm edir və müəyyən sosial münasibətlərin bərkidilməsi münasibətləri kimi çıxış edir. Ümumiyyətlə, Ə.- ideallaşdırılmış gələcəyə yönəlib ki, onun meyarları ilə müasir vəziyyəti dəyərləndirsin, Ə. ideallaşdırılmış keçmişə yönəldilib ki, müasir vəziyyət necə varsa – eləcə də qalsın. Ə. tərəfdarlarının dünya görüşü – utopiya deyil, məhz nostalgiyadır. Müasir cəmiyyətdə baş verən bütün neqativ halların əsas səbəbləri kimi ənənəvi dəyərlərdən imtina etməsi də zənn edilir. Ə. qanunçuluğa və qaydaya, nüfuza və nizama böyük önəm verir.
ƏNCÜMƏN
ƏRAZİ DƏNİZ, MƏHƏLLİ DƏNİZ

Digər lüğətlərdə