1. Çatışmazlıq, azlıq, natamamlıq, naqislik.
□ Əskikliyə düşmək – ehtiyaca düşmək, yoxsullaşmaq.
2. Eyib, nöqsan, qüsur; çatışmayan cəhət. Onun heç bir cəhətdən əskikliyi yoxdur.
□ Əskiklik gətirmək – alçaltmaq, eyib olmaq, hörmətdən salmaq. Belə hərəkətlər insana əskiklik gətirər.
// Alçaqlıq, rəzalət, həqarət.
3. Yoxluq, olmama. Onun əskikliyi indi hiss edilməkdədir.