ƏSLİBAHAR
ƏSMƏCƏ
OBASTAN VİKİ
Əsmə
Əsmə (lat. Anemone) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. Bu bitkinin adı yunanca "anemonos" sözündən götürülmüşdür, mənası "külək" deməkdir. Şimal yarımkürəsinin mülayim iqlim zonalarında və rayonlarında bitən əsmənin 120 növü məlumdur. Bitkinin mədəni formalarının 50 növü yaşıllaşdırmada istifadə olunur. Taclı əsmə (A. coronaria) qalın, ətli kökümsovlu, düzgövdəli, kök üstündə olan yarpaqlı, rozetli və tək, iri çiçəklıri olan çoxillik bitkidir. Çiçəklərin rəngi müxtəlif: ağ, çəhrayı, qırmızı, mavi ya da bənövşəyi olur. Əkindən əvvəl əsmənin kök yumrularını isti suda 24 saat islatmaq lazımdır. Əsmənin kök yumrusunu bir neçə hissəyə bölməklə çoxaltmaq olar. Hər hissədə bir tumurcuq olmalıdır.
Dixotomik əsmə
Anemonastrum dichotomum (lat. Anemonastrum dichotomum) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin anemonastrum cinsinə aid bitki növü.
Əyilgən əsmə
Anemonastrum flaccidum (lat. Anemonastrum flaccidum) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin anemonastrum cinsinə aid bitki növü.
Qaymaqçiçəyinəbənzər əsmə
Anemonoides ranunculoides (lat. Anemonoides ranunculoides) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin anemonoides cinsinə aid bitki növü. Anemonanthea ranunculoides (L.) Gray Anemone nemorosa subsp. ranunculoides (L.) Ces. Anemone ranunculoides L. Pulsatilla ranunculoides (L.) Schrank Anemonoides ranunculoides subsp. ranunculoides Anemonoides ranunculoides subsp. wockeana (Asch.
Qaymaqçiçəyinə bənzər əsmə
Əsmə üçün – məhəbbət və səfalətlə
Esme üçün – məhəbbət və səfalətlə və ya digər adı ilə Esme üçün – məhəbbət və yoxsulluqla (ing. For Esmé – With Love and Squalor) — ABŞ yazıçısı Cerom Selincerin ən çox tanınan hekayələrindən biri. İlk dəfə “The New Yorker” jurnalının 8 aprel 1950-ci il tarixində nəşr edilən nömrəsində nümayiş edilmişdir. Hekayədə II Dünya Müharibəsi əsnasında Avropada döyüşən Amerika baş serjantı İksdə yaranan ruhi özünüidarəetmə pozğunluqlarından, Esme ve Çarlz adlı iki ingilis bacı-qardaşının ona göstərdiyi sevgi nəticəsində sağalmasından və daxili rahatlıq əldə etməsindən bəhs edilir. İkinci Dünya Müharibəsindən sonra Amerika Birləşmiş Ştatlarında ən çox tanınan və əsərləri bəyənilən yazıçılardan biri olan Selincerin bir çox əsərlərinin əsas fikri “Esme üçün – məhəbbət və səfalətlə” hekayəsinin mövzusu ilə oxşardır. Yazıçının əsərlərində bildirdiyi əsas fikir bu cürdür: “İstənilən bir şəxs məhəbbətsiz yaşaya bilməz.” Selincer Amerika ordusunda xidmət etdiyi və Normandiya əməliyyatında iştirak etdiyi üçün hekayə ilk dəfə nəşr olunanda əsərin avtobioqrafik hekayə olduğu iddiaları irəli sürüldü. Yazıçı “hekayəni müharibədə yaşadığı pis təcrübələr nəticəsində yazdığı” iddialarını rədd etdi. İki hissəli hekayənin ilk hissəsində müəllifin on üç yaşlı qız övladı Esme və onun qardaşı Çarlzla tanış olmasından bəhs edilir. Esme müəllifin yazıçı olduğu öyrənəndə ondan özü üçün səfalətlə əlaqəli bir hekayə yazmağını xahiş edir. Hekayənin səfalətdən bəhs edən ikinci hissəsində hadisələr Normandiya əməliyyatından sonra Almaniyada baş verir.
Altay əsməsi
Anemonoides altaica (lat. Anemonoides altaica) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin anemonoides cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Anemone altaica Fisch. ex C.A.Mey. Anemone nemorosa subsp. altaica (Fisch. ex C.A.Mey.) Korsh. === Heterotipik sinonimləri === Anemone altaica var. latiloba Popov Anemone nemorosa Schangin Anemone salesovii Fisch. ex Pritz.
Meşəlik əsməsi
Anemonoides sylvestris (lat. Anemonoides sylvestris) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin anemonoides cinsinə aid bitki növü.
Pelin Əsmər
Pelin Əsmər (1972, İstanbul) — Türkiyəli rejisor, prodüser və ssenarist. Boğaziçi Universitetinin İncəsənət və Ədəbiyyat fakültəsinin, Sosiologiya bölumunun məzunu olub. Pelin Əsmər 1972-ci ildə İstanbulda anadan olub. Atası əslən Türkiyənin Antaka şəhərindəndir. Boğaziçi Universiteinin məzunudur. Boğaziçi Universitetini bitirdikdən sonra Yavus Özkanın "Z1 Film Atölyesi"ndə bir il kino fakültəsində oxuyub. 1995-ci ildən başlayaraq Türkiyədə və xaricdə rejissor köməkçisi olaraq uzun və sənədli filmlər çəkmişdir. Rejissor köməkçisi kimi çəkilişində iştirak etdiyi filmlər arasında "Cumhuriyet " (rejissor: Ziya Öztan), "Gönlümdeki Köşk" (rejissor: Elisabeth Rygard) və "Deliyürek" (rejissor: Osman Sınav) kimi filmlər var, bunlardan əlavə çoxlu sayda kommersiya filmləri çəkib. Pelin xanım həm də "Kadir Has Universiteti"nin Radio, Televiziya və Kino şöbəsində sənədli film haqqında mühazirələr oxuyub. Pelin xanım karyerasına 1998-ci ildə Ziya Öztənin çəkdiyi "Cümhuriyyət" filmində rejissor köməkçisi olaraq başlayıb.
Radde əsməsi
Anemonoides raddeana (lat. Anemonoides raddeana) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin anemonoides cinsinə aid bitki növü. Anemone raddeana Regel Anemone maximowiczii Juz. Anemone raddeana subsp. glabra Ulbr. Anemone raddeana var. glabrata Nakai Anemone raddeana subsp. villosa Ulbr.
Vəli Əsmətov
Vəli Əsmətov(azərb. Vəli Yadulla oğlu Əsmətov‎; 2 iyun 1963, Çay Üzü, Yardımlı rayonu) — Azərbaycan alimi, həkim-farmakoloq, tibb elmləri namizədi (1995), tibb elmləri doktoru (2006), professor (2009), farmakologiya kafedrasıın professoru (2009), Vətəndaş Həmrəyliyi Partiyasının üzvü (1992). Vəli Yadulla oğlu Əsmətov 2 iyun 1963-cü ildə Yardımlı rayonunun Çayüzü kəndində dünyaya gəlib. 1970-ci ildə Çayüzü kənd orta məktəbinin birinci sinfinə getmiş, 1980-ci ildə həmin məktəbi əla qiymətlərlə bitirmişdir. 1981-ci ildə N. Nərimanov adına Azərbaycan Tibb İnstitutunun I-müalicə profilaktika fakültəsinə daxil olmuşdur. Elə həmin ildə də öz istəyi ilə hərbi xidmətə getmişdir. 1981–1984-cü illərdə keçmiş Sovetlər Birliyinin nəzarətində olan Qarşılıqlı İqtisadi Yardım Şurasına daxil olan Avropa Dövlətlərinin ərazisində kəşfiyyatçı kimi hərbi xidmətdə olmuşdur. 1984–1990-cı illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun I müalıcə profilaktika fakültəsində təhsil alıb, həmin fakültəni fərqlənmə diplomu ilə bitirib. Ali təhsil aldığı illərdə yüksək intellekti ilə fərqləndiyinə görə, V kursda oxuyan zaman Respublikada keçirilən terapiya olimpiadasının qalibi olub və bu uğur onun Semferepol şəhərində keçirilən Ümumittifaq terapiya olimpiadasına göndərilməsi ilə nəticələnib. Ümumittifaq olimpiadanın qalibi olması onun gələcək koryerası üçün bünövrə olub.
Yuxu əsməsi
Adi güləbətin (lat. Pulsatilla vulgaris) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin güləbətin cinsinə aid bitki növü. Anemone pulsatilla L. Pulsatilla pulsatilla (L.) H.Karst.
Çələng əsməsi
Çələng əsməsi (lat. Anemone coronaria) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin əsmə cinsinə aid bitki növü. Pulsatilla coronaria (L.) Borkh.
Əsməd Muxtarova
Əsməd İmamməmməd qızı Muxtarova (d. 1944, Buzovna, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan tarixçisi, tarix elmləri doktoru, professor, Bakı Dövlət Universitetinin "Türk xalqları tarixi" kafedrasının müdiri, "Tarix və onun problemləri" nəzəri, elmi, metodik jurnalının təsisçisi və baş redaktoru. 1944-cü ildə Bakı şəhəri Buzovna qəsəbəsində anadan olub. Buzovna qəsəbəsində 125 saylı orta məktəbdə təhsil alıb. 1967-ci ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1974-cü ildə "Azərbaycan SSR-də ali təhsilin inkişafı (1959–1965-ci illər)" adlı namizədlik dissertasiyasını müdafiə edib. 1991-ci ildə "Azərbaycan SSR-də kənd təsərrüfatı fəhlələri" adlı doktorluq dissertasiyasını müdafiə edib. 1967–1970-ci illərdə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinin əyani aspirantı olub. 1971-ci ildən həmin fakültədə "SSRİ tarixi" kafedrasında çalışır. 1992-ci ildən "Türk və Qafqaz xalqları tarixi kafedrası"nda çalışır.
Əsməhan (müğənni)
Əsməhan (ərəb. أسمهان‎, əsl adı Amal əl-Ətrəş آمال الأطرش; 25 noyabr 1912, Aralıq dənizi – 14 iyul 1944) — Suriya əsilli müğənni. Fərid əl-Ətrəşin bacısı idi.
Əsməhan Qaya Sultan
Əsməhan Qaya Sultan (d. 1633, İstanbul — ö. 28 fevral 1659, İstanbul) — Osmanlı padşahı IV. Murad'ın Aişə Hasəki Sultandan doğulan üçüncü qızı. Tarixi mənbələrdə haqqında çox az məlumat olan Əsməhan Sultan 1633-cü ildə IV. Murad və Aişə Hasəki Sultanın üçüncü qızları olaraq İstanbulda dünyaya gəldi. Hələ 7 yaşındaykən atası vəfat etmiş, bundan sonrakı illərini əmisi I. İbrahimin himayəsində böyüdülmüşdür. 1644-cü ildə əmisinin istəyi ilə vəzir Mələk Əhməd Paşa ilə evləndirilmişdir. Əsməhan Sultana aid bəzi əşyalar hal-hazırda Topqapı Sarayında sərgilənir. Uzun müddət övlad sahibi olmayan Əsməhan Sultan 1659-cu ildə Afifə Sultan adında bir qız uşağı dünyaya gətirdi ancaq doğum əsnasında vəfat etdi. Məzarı Ayasofyadakı Sultan İbrahim türbəsindədir.
Əsməhan Sultan
Əsməhan Sultan (1545, Manisa – 8 avqust 1585, Konstantinopol) — 11. Osmanlı sultanı II Səlimin qızı. Əsməhan Sultan 1544-cü ildə Manisada dünyaya gəldi. Atası Qanuni Sultan Süleymanın oğlu və o illərdə Manisa sancaqbəyi olan Şahzadə Səlim, anası isə Venesiya əsilli kənizlərindən Nurbanu Sultandır. Nurbanu Sultanın eyni il içində dünyaya gətirdiyi üçüncü qız olduğu üçün, bacıları Şah və Gövhərxan Sultanlarla birlikdə üçəm olduğu qəbul edilir. Uşaqlıq illəri atasının sancaqbəyi olaraq xidmət etdiyi Manisa, Qaraman və Kütahyada keçdi. 1 avqust 1562-ci ildə İstanbulda baş tutan möhtəşəm mərasimlə Qanuni Sultan Süleyman yeganə varisi olan Şahzadə Səlimin qızlarını hələ 18 yaşında ikən mühüm siyasi şəxslərlə evləndirdi: Əsməhan Sultan babasının vəzirlərindən Sokollu Mehmed Paşayla, Gövhərxan Sultan kaptan-ı dərya Piyalə Paşayla, Şah Sultan isə yeniçəri ağası Çakırcıbaşı Həsən ağayla nikahlandı. Bu evlilikdən iki uşağı olmuşdu. Bunlar Sultanzadə İbrahim və Gülruh Sultandır. Bir il sonra Sədrəzəm Səmiz Əli Paşa vəfat etdi və beləliklə sədrəzəm xanımı oldu.
Əsmələr
Əsmələr — Gürcüstan Respublikasının Bolnisi rayonunun tabeçiliyində kənd. Əsmələr kəndi Maşaver çayının sol sahilində, avtomobil yolunun kənarında, rayon mərkəzindən 7 km şərqdə, dəniz səviyyəsindən 445 m hündürlükdə yerləşir. 1870-ci ildə 6 ailədə 40 nəfər, 1918-ci ildə 66 nəfər, 1926-cı ildə 8 ailədə 43 nəfər, 2002-ci ildə 91 ailədə 286 nəfər, 2006-cı ildə 91 ailədə 268 nəfər.
Əsməqovaq
Əsməqovaq (lat. Populus tremula) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin qovaq cinsinə aid bitki növü. Hamar boz qabıqlı hündür ağacdır. Yarpağının saplağı uzundur, yuxarı hissədə çox yastılaşmış, bəzən uzunluğuna görə yarpaq ayasının uzunluğuna bərabərdir. Yarpaqların eni çox vaxt uzunluğundan böyük olub, çılpaqdır, üst tərəfdən yaşıl rəngdə və parlaqdır, alt tərəfdən solğun və göyümtüldür, kənarları adətən dəyirmi küt dişcikləri olan oyuq-dişlidir, yuxarı hissədə qısa sivriləşmişdir; uzanmış budaqlarının yarpaqları enli-yumurtaşəkillidir, qaidəsi demək olar ki, bir qədər düz və ya ürəkşəkillidir, uzunluğu 3–7 sm, eni 4–8 sm-dir; qısalmış budaqların yarpaqları isə enli-əksinəyumurtaşəkilli, dəyirmi və ya enliyumurtaşəkillidir, qaidə hissəsi enli-pazşəkilli və ya biraz ürəkşəkilli olur. Yarımkölgədə, gilli torpaqlarda yaxşı bitir. Rütubət sevəndir. Yaşılaşdırmada geniş istifadə olunur. Sırğaları 4–11 (15) sm uzunluqda, eni isə 2 sm-ə qədər olub, tüklüdür; çiçəkaltlığının pulcuqları barmaqvari-bölünmüş, kənarlardan kirpikvari-tüklüdür, qaramtıl-qəhvəyi rəngdədir. Mart ayında çiçəkləyir.
Əsməra
Əsməra (tiqr. ኣስመራ, Asmera) — Eritreyanın paytaxtı və ən böyük şəhəri. Adı əvvəllər "Asmara" kimi tələffüz edilirdi. Toxuculuq, tikiş, ayaqqabı, yeyinti, keramika sənayesi müəssisələri vardır. Şəhərdə yerli universitet, aeroport və dəmiryol vağzalı vardır. Şəhər italyan memarlığı əsasında inşa olunduğu üçün "Kiçik Roma" ləqəbinə malikdir. Əhalisi 2009-cu ilin hesablamalarına görə 649 000 nəfərdir. Əsas etnik qruplar tiqrai (77 %) və tiqredir (15 %). Əhalinin 60 % Eritreya pravoslav kilsəsinin inancları, 15 % — katoliklər, 25 % — müsəlmanlardır (sünnülər). Fransa Never Dəniz səviyyəsindən hündürlüyü 2325 metrdir.
Əsməra Universiteti
Əsməra Universiteti (ing. University of Asmara) — Eritreyanın paytaxtı Əsməra şəhərində yerləşən ali təhsil müəssisəsi. Universitetin əsası 1958-ci ildə qoyulmuşdur.
Əsmərud
Əsmərud (fars. اسمرود‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 69 nəfər yaşayır (18 ailə).
Əsmətxanım Məmmədova
Əsmətxanım Məmmədova — Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı, şərqşünas alim, Bakı Dövlət Universitetinin İran filologiyası kafedrasının dosenti. Məmmədova Əsmətxanım Bəyəhməd qızı 1941-ci ildə Bakının Maştağa kəndində ziyalı ailəsində anadan olub, 1958-ci ildə C. Cabbarlı adına 187 nömrəli məktəbi əla qiymətlərlə bitirib və BDU-nun şərqşünaslıq fakültəsinin fars şöbəsinə qəbul olunub. 1963-cü ildə III kursda oxuyarkən "Fars ədəbi dili və Tehran dialektində baş verən fonetik dəyişikliklər" məruzəsinə görə Moskva Dövlət Universitetinin Fəxri fərmanı və fəxri tələbə bileti ilə təltif edilib. 1965-ci ildə universiteti bitirən Ə. Məmmədova Elmi Şuranın qərarı ilə kafedrada saxlanılıb, 1966-cı ildə AMEA-nın Şərqşünaslıq İnstitutunun aspiranturasına daxil olub. Onun 2007-ci ildə nəşr olunan "Fars dilində vurğu" eksperimental tədqiqat işi yalnız fars dilçiliyi üçün deyil, həmçinin ümumi dilçilik üçün təcrübi nəticələrlə zəngindir. "Fars dilinin orfoqrafiyası" kitabı bu sahədə mütəxəssislər və tələbələr üçün əyani vəsait kimi nəzərdə tutulub. Alimin "Lətifələr, yumoristik hekayələr və tapmacalar" adlı ədəbi dil və danışıq dili ilə müqayisə əsasında (disklə birgə) çap olunan dərs vəsaiti fakültə tarixində ilk təcrübədir. Ə. Məmmədova bir sıra jurnalların redaksiya heyətinin üzvü və elmi ekspertidir. Uzun illər pedaqoji təcrübəyə malik Əsmətxanım Məmmədovanın 150-yə yaxın məqaləsinin Azərbaycanda və xaricdə çap olunmuşdur. Xüsusi ilə vurğulamaq lazımdır ki, onun fars vurğusunun təbiətinə aid eksperimentə əsaslanan 60 səhifəlik məqaləsinin İranda müxtəlif dillərdə 4 dəfə çap olunmuşdur.

Значение слова в других словарях