1. Ətəyindən tutmaq, tutub saxlamaq.
[Zərbəli:] Usta, getdim, yolda ətəklədim, bir qapaz vurdu, yıxıldım…
Pası mollanı ətəkləyib dayandırdı.
Sazandalar şuluqluq düşdüyünü, toyun pozulduğunu yəqin etdilər, Məşədi Cahangiri ətəklədilər.
2. Ətəyinə yığmaq.
3. məc. Yaxalayaraq əl çəkməmək, yalvarıb xahiş etmək.
4. məc. Yarısını keçmək, getmək (yol haqqında).
Düzəldi mənzilə yenə dəstəmiz; Ətəkləyib yolu, vardıq birbaşa.
Əynimdə boz şinel, belimdə yaraq; Gedirəm, yolları ətəkləyərək.
5. Ətəklə yelləmək. Manqalı, ocağı ətəkləmək.
– Cəm olubdur tamam əqli seyrəklər; Kimi odun qalar, kimi ətəklər.
Birisi sacın altını gah piləyir, gah ətəkləyir.