ƏYRİCƏ

прил. тӀимил (са кьадар ва я гзаф) какур; // чӀемерук хьтин (мес. рацӀамар).
ƏYRİBUYNUZ
ƏYRİCİZGİLİ
OBASTAN VİKİ
Əyricə
Əyricə — "ayrılmış, əyri-üyrü" mənasında işlənən əyri sözünə "cə" şəkilçisinin artırılmasından əmələ gələn söz. Kəndlər Əyricə (Bərdə) — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. Yeni Əyricə — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. Bələdiyyələr Əyricə bələdiyyəsi — Azərbaycan Respublikasının Bərdə rayonunda bələdiyyə. Yeni Əyricə bələdiyyəsi — Azərbaycan Respublikasının Bərdə rayonunda bələdiyyə. Dağlar, yaylaqlar, qışlaqlar Əyricə (dağ) — Göyçə (Sevan) gölünün şərqində dağ. Əyricə (yaylaq) — Dərələyəz və Göyçə mahalları arasında sərhəddə yerləşən yaylaq. Əyricə (qışlaq) — Çəmbərək (Krasnoselo) rayonunda qışlaq. Çaylar Əyricə (çay) — Çəmbərək (Krasnoselo) rayonunda çay.
Yeni Əyricə
Yeni Əyricə (tarixi adı: İbrahimbəyli) — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. Kəndin əvvəlki adı İbrahimbəylidir. Qədim yaşayış məskənidir. Əyricə bəyləri Cavanşir tayfasının Qalabəyi tirəsindən olublar. Qalabəyov Təhməz bəy İbrahim bəy oğlu Qalabəyov Həsən bəy İbrahim bəy oğlu Qalabəyov Firudin bəy Təhməz bəy oğlu Qalabəyov Rəhim bəy Təhməz bəy oğlu Qalabəyov Hüseyn bəy Təhməz bəy oğlu Qalabəyov Alı bəy Həsən bəy oğlu Qalabəyov Calal bəy Həsən bəy oğlu Qarabağ düzündə, Kür çayının sağ sahilində yerləşir. Tərtər çayı kəndi 2 hissəyə bölür. Kəndin qərbindən Yuxarı Qarabağ kanalı keçir. İqlimi mülayimdir, yanvar ayının orta temperaturu 10 C, iyun ayınınkı isə 32 C-dir. Təqribən 3000-ə yaxın insan yaşayır. Bundan əlavə Ağdam, Laçın, Kəlbəcər, Ağdərə rayonlarından məcburi köçkünlər də məskunlaşmışdır.
Əyricə (Bərdə)
Əyricə — Azərbaycan Respublikasının Bərdə rayonunun Yeni Əyricə kənd inzibati ərazi dairəsində kənd. Tərtər çayının sahilində, Qarabağ düzündədir. Əsli Ayrıcadır. Kəndin ərazisi Ağdam rayonunun Xıdırlı kəndinə məxsus əkin yeri olmuşdur. Yaşayış məntəqəsi həmin kənddən çıxmış ailələrin ayrılaraq əkin yerində məskunlaşması nəticəsində yaranmışdır. Ayrıca "kənddən ayrılmış, xüsusi icma təşkil etmiş" deməkdir.
Əyricə (dağ)
Əyricə — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Qaranlıq (Martuni) rayonunda dağ. Göyçə gölünün şərqində yerləşir. Hündürlüyü 2660 m-dir. İbrahim Bayramov.
Əyricə (qışlaq)
Əyricə — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Çəmbərək (Krasnoselo) rayonunda qışlaq. Rayondakı Toxluca kəndinin ərazisində, Ağbulaq kəndi ilə sərhəddə yerləşir. XI–XIII əsrlərdə bura kənd olmuşdur. Sonralar kənd ləğv edilmiş, qışlağa çevrilmişdir. 1960-cı ildən sonra Toxluca kəndinin qoyun ferması yerləşirdi.
Əyricə (yaylaq)
Əyricə — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonunda yaylaq. Dərələyəz və Göyçə mahalları arasında, sərhəddə yerləşir. İbrahim Bayramov.
Əyricə (çay)
Əyricə — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Çəmbərək (Krasnoselo) rayonunda çay. Rayondakı Ağbulaq və Toxluca kəndinin sərhəddindən axır. İbrahim Bayramov.
Əyricə bələdiyyəsi
Bərdə bələdiyyələri — Bərdə rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. Bərdə rayonunda fəaliyyət göstərən Bərdə (şəhər) bələdiyyəsi və Türkiyə Respublikası İstanbul şəhəri Beykoz bələdiyyəsi arasında 11 oktyabr 2021-ci il tarixində qardaş şəhər protokolu imzalanmışdır. İmza mərasimində VI çağırış Milli Məclisin deputatı Fatma Yıldırım, Beykoz bələdiyyəsinin başçısı Murat Aydın, Bərdə şəhər bələdiyyəsinin sədri Sadiq Xəlilov və Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov iştirak etmişdir. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Əyricə çayı
Əyricə — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Çəmbərək (Krasnoselo) rayonunda çay. Rayondakı Ağbulaq və Toxluca kəndinin sərhəddindən axır. İbrahim Bayramov.
Yeni Əyricə bələdiyyəsi
Bərdə bələdiyyələri — Bərdə rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. Bərdə rayonunda fəaliyyət göstərən Bərdə (şəhər) bələdiyyəsi və Türkiyə Respublikası İstanbul şəhəri Beykoz bələdiyyəsi arasında 11 oktyabr 2021-ci il tarixində qardaş şəhər protokolu imzalanmışdır. İmza mərasimində VI çağırış Milli Məclisin deputatı Fatma Yıldırım, Beykoz bələdiyyəsinin başçısı Murat Aydın, Bərdə şəhər bələdiyyəsinin sədri Sadiq Xəlilov və Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov iştirak etmişdir. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.

Digər lüğətlərdə