Mənim əzizim (film, 2006)
Mənim əzizim (hind: जान-ए मन, Rom: Jaan-E-Man) hind dilində çəkilmiş və 20 oktyabr 2006-cı ildə ekranlara çıxarılmış hind komediyasıdır. Rejissor Şiriş Kunderanın debüt işi hesab edilir. Film həm Hindistanda, həm də xaricdə tənqidçilər tərəfindən yüksək qiymətləndirilmişdir.
Kollec ulduzu, tələbə rok qrupunun üzvü Suhan Kapur gözəl Pianın sevgisini asanlıqla əldə edir. Onu ümidsizcəsinə sevən əlaçı tələbə Aqastya belə bir rəqibə qarşı heç bir şansının olmadığını başa düşür və geriyə çəkilir. Piya kolleci bitirdikdən sonra varlı valideynlərinin istəyinin əksinə olaraq kino sahəsində karyera qurmaq niyyətində olan kasıb Suhanla evlənir. Piya onu dəstəkləyir və nəhayət ona bir prodüser şirkəti ilə sərfəli müqavilə imzalamaq təklif olunur, Amma bunun üçün Suhan Piyadan ayrılmalıdır ki, bunu da asanlıqla edir. Piya xəyanətə dözür və Suhana hamilə olduğunu belə demir. Dostlarından birinin sayəsində Nyu Yorka köçür, gül dükanı açır və qızı Sühanini tək böyüdür.
Suhanın karyerası müvəffəqiyyətsizlik ilə nəticələnir, belə ki, onun debüt filmi müvəffəqiyyətsizlik ilə nəticələnir və prodüserlər onunla işləməkdən imtina edirlər.