Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Alessandro Mahmud
Alessandro Mahmud (12 sentyabr 1992, Milan, İtaliya) və ya sadəcə Mahmud — Ərəb əsilli İtaliya müğənnisi və bəstəkarı. O, ifa etdiyi "Soldi" mahnısı ilə 2019 Sanremo musiqi festivalında qələbə qazanaraq, İtaliyanı İsraildə keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmək hüququ əldə etmişdir. Mahmud Sanremoda iştirak haqqını festivaldan öncə gənc ifaçılar üçün keçirilən şouda "Gioventù bruciata" mahnısı ilə qələbə qazanaraq, əldə etmişdir. O, daha öncə İtaliyanın X Factor musiqi yarışmasının altıncı mövsümündə iştirak etmişdir. == Bioqrafiya == Alessandro Mahmud 12 sentyabr 1992-ci ildə İtaliyanın Milan şəhərində anadan olmuşdur. Onun anası italyan, atası isə misirlidir. O, hələ kiçik yaşlarından musiqi ilə maraqlanmağa başlamışdır. 2012-ci ildə Mahmud İtaliyanın X Factor musiqi yarışmasının altıncı mövsümünə qatılmış və Simona Venturanın komandasında yer almışdır. Mahmudun yarışmadakı iştirakı yarışmanın üçüncü mərhələsində sona çatmışdır. Bu təcrübənin ardınca o, özü üçün mahnılar bəstələyib, ifa etməyə başlamışdır.
Mahmud
Mahmud — Kişi adı. Mahmud Qaşqarlı — görkəmli türk filoloqudur. Mahmud Əhmədinejad — İran İslam Respublikasının 6-cı prezidenti. Mahmud Şəbüstəri — Mahmud xan Əlaülmülk — Mahmud Rüstəmov (I) — Mahmud Əfşar Tus — Mahmud Əli Yusuf — Sultan Mahmud Qəznəli — Qəznəvilər dövlətinin hökmdarı (998–1030).
Gülnur Mahmud
Gülnur Mahmud (doğum adı: Gülnur Yaqub qızı Mahmudova; 28 oktyabr 1974, Bakı) — şərqşünas alim, filologiya üzrə fəlsəfə doktoru, dosent. == Həyatı == Gülnur Mahmud 1974-cü il oktyabrın 28-də Bakıda anadan olub. 1991-ci ildə Bakıdakı 175 nömrəli tam orta məktəbi bitirib. 1991–1996-cı illərdə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb şöbəsində Mirzə Kazımbəy adına təqaüdlə oxuyub. G. Mahmud daha sonra 1997–2001-ci illərdə Azərbaycan Dillər Universitetinin İngilis-fransız dilləri fakültəsində ikinci ali təhsil alıb. 1998–2000-ci illərdə Azərbaycan Universitetində müəllim, baş müəllim və 2000–2008-ci illərdə isə BDU-da müəllim işləyib. 2008-ci ildən BDU-nun Şərqşünaslıq fakültəsinin Ərəb filologiyası kafedrasının dosentidir. O, 2005-ci ildə "Ərəb ədəbi dilində sinonimlik" adlı dissertasiya işi müdafiə edərək, filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. Qahirə Universiteti (Misir), Əmman Universiteti (İordaniya), Dəməşq Universiteti (Suriya), Beyrut Ərəb Universiteti (Livan) və Tunis əl-Manar Universitetində (Tunis) elmi məzuniyyətdə olub. G. Mahmud 50 elmi məqalə, 25 tezis, bir metodik vəsait, 8 fənn proqramı və "Ərəb ədəbi dilində sinonimlik" kitabının müəllifidir.
II Mahmud
II Mahmud (Osmanlı türkcəsi: محمود ثانى — Mahmud-i sânî) (d. 20 iyul 1785 — ö. 28 iyun 1839) — 30-cu Osmanlı sultanı və 109-cu İslam xəlifəsi. == Həyatı == === İlk illəri və taxta çıxışı === 20 iyul 1785-ci ildə dünyaya gəlmişdir. Atası 27. Osmanlı sultanı I Əbdülhəmid, anası isə onun xanımlarından Nəqşidil Sultandır. Anasının fransız əsilli olması ilə bağlı məlumat düzgün deyil. Adli təxəllüsü doğumundan dərhal sonra verilmişdir. Əmisi Sultan Səlimin taxtdan endirilməsi (29 may 1807), böyük qardaşı Sultan Mustafanın cülusu və ardından Ələmdar Mustafa Paşa tərəfindən taxtdan endirilməsinin ardından 28 iyul 1808-ci ildə taxta oturdu. Sultan Səlimin öldürülməsi əsnasında o da təsadüflə ölümdən xilas olmuş, 31 il davam edən səltənəti yeniçəri üsyanları, mərkəzi idarəçiliyi zəiflədən özbaşına əyalət rəisləri və əyanların aradan qaldırılması, serb və yunan ayaqlanmaları, İran və Rusiya ilə gedən müharibələr və xüsusilə də, Misir hakimi Mehmed Əli Paşanın üsyanı ilə tarixə düşmüşdür.
I Mahmud
I Mahmud (Osmanlı türkcəsi: محمود اول — Mahmud-i evvel; 2 avqust 1696, Ədirnə – 13 dekabr 1754, Konstantinopol) — 24-cü Osmanlı sultanı və 103-cü İslam xəlifəsi. == Həyatı == === İlk illəri === 2 avqust 1696-cı ildə Ədirnədə dünyaya gəlmişdir. Atası 22. Osmanlı sultanı II Mustafa, anası isə yunan əsilli Saliha Sultandır. Uşaqlıq illəri Ədirnədə keçmiş, ilk təhsilini də burada dövrün şeyxülislamı Seyid Feyzullah Əfəndinin oğlu İbrahim Əfəndidən almışdır. Atasının taxtdan endirilməsiylə nəticələnən Ədirnə hadisələrinin ardından (1703) qardaşlarıyla birlikdə İstanbula gətirildi. 2 il sonra isə qardaşlarıyla birlikdə sadə bir mərasimlə sünnət edildi. Adətən zərgərliklə məşğul olduğu 27 illik qəfəs həyatının ardından Patrona Xəlil üsyanı nəticəsində taxta çıxarılmışdır (2 oktyabr 1730). Üsyan nəticəsində taxtdan endirilən əmisi Sultan Əhməd onu öz əlləriylə taxta oturtmuş, xeyir-dualar verərək dövlət idarəsini öz əlində cəmləməsini məsləhət görmüşdür. === Patrona Xəlil dönəmi === Sultan Mahmud səltənətinin ilk həftələrində üsyan rəhbərlərinin tələblərini yerinə yetirməyə məcbur oldu.
Mahmud Cəm
Mahmud Cəm (1884–1969, farsca: محمود جم) — İranın 1935–1939-cu illərdə baş naziri olmuşdur. == Həyatı == Mahmud Cəm, Təbrizdə dünyaya gəlibdir. Atası Məhəmmədsadıq Kirmani, Kirmandan Təbrizə mühacirət etmişdir. Cəm Təbrizdə fransız bir şəxsdən fransız dilini öyrəndikdən sonra Təbrizdəki fransız səfirliyində tərcüməçi olaraq çalışmağa başlamışdır. Oğlu Firudin Cəm İranın məşhur hərbçilərindən olmuşdur. == Karyerası == Fransız səfirliyində tərcüməçi kimi işləməyə başlayan Cəm, Kirman və Xorasan da qubernator vəzifəsində çalışmışdır. 1933-cü ilin sentyabr ayında daxili işlər naziri vəzifəsinə təyin edilmişdir. Rza şahın rəhbərliyi altında maliyyə naziri vəzifəsində çalışmışdır.1935-ci ilin dekabr ayından 1939-cu ilin oktyabr ayına qədər baş nazir vəzifəsində çalışmışdır. Transiran koridoru onun baş nazirliyi dövründə açılmışdır. Bundan sonra o Misirə səfir təyin edilmişdir.
Mahmud Dərgahi
Məhəmməd Dərgahi (1890–1953)— İran ordusunun generalı. == Həyatı == Məhəmməd Dərgahi 1890-cı ildə anadan olmuşdu. Hərbi məktəbi bitirəndən sonra leytenant rütbəsi ilə orduya qatılmışdı. Mayor rütbəsi daşıyarkən qala komendantının müavini olmuşdu. Məhəmməd Dərgahi 1953-cü ildə vəfat edib.
Mahmud Dərviş
Mahmud Dərviş (13 mart 1941 — 9 avqust 2008, Hyuston, Texas) — fələstinli şair və yazıçı, ədəbiyyat üzrə bir sıra mükafatların laureatı, Fələstinin milli şairi. Mahmud Dərvişin poeziyasında Fələstin itirilmiş cənnətin, ölümün və zühurun, məcburi vətəndən qovulmanın əzab-əziyyətinin təcəssümü kimi canlanır.
Mahmud Esambayev
Mahmud Əlisultanoviç Esambayev (15 iyul 1924, Köhnə Atagi[d], Çeçen Muxtar Vilayəti[d] – 7 yanvar 2000, Moskva) — məşhur çeçen rəqqası, SSRİ-nin balet artisti, xoreoqraf, estrada rəqqası, SSRİ Xalq Artisti (1974). Sosialist Əməyi Qəhrəmanı (1984). == Həyatı == Mahmud Əlisoltanoviç Esambayev 1924-cü il iyul ayının 15-də Qroznı yaxınlığındakı Köhnə Atagi kəndində anadan olmuşdur. O, çeçen Sovet balet artisti, rəqqas, 1974-cü ildən SSRİ Xalq artistidir. 1939–1941-ci illərdə Qroznı Xoreoqrafiya Məktəbində oxumuş, 1944–1956-cı illərdə Qırğızıstan Opera və Balet Teatrının solisti olmuşdur. 1957-ci ildən estradada çıxış etmişdir. Esambayevin repertuarına dünya xalqlarının rəqsləri daxil idi. "Çoban" (çeçen-inquş, özbək), "Ovçu və qartal" (monqol), "Döyüşçü" (başqırd), "Qızıl allah" ("Bharat natyam" hind klassik rəqsi üslubunda), "Makumba" (Braziliya mərasim rəqsi), "Ave Mariya" rəqs novellası (F. Şubertin musiqisi əsasında), "Alov rəqsi" (M. de Falyanın musiqisi əsasında) Esambayevin məşhur rəqslərindəndir. Virtuozluq, yüksək emosionallıq və plastiklik, rəqsin üslub və xarakterini dəqiq, qabarıq vermək məharəti onun ifacılığı üçün xarakterikdir. İncəsənət aləmində onu "rəqs şairi" adlandırırlar.
Mahmud Eyvazov
Mahmud Bağır oğlu Eyvazov (7 fevral 1808, Pirəsora, Lerik rayonu – 3 dekabr 1960, Pirəsora, Azərbaycan SSR, SSRİ) — Talış uzunömürlüsü. == Həyatı == Mahmud Eyvazov 7 fevral 1808-ci ildə indiki Lerik rayonunun Pirasora kəndində anadan olub. Mahmud Eyvazova 1956-cı ildə SSRİ poçt markası həsr olunmuşdur. Həmin il Mahmud babanın qızının 120 yaşı tamam olmuşdur. Mahmud Eyvazov 1960-cı il 3 dekabrda 152 yaşında Lerik rayonunun Pirasora kəndində vəfat edib. == Həmçinin bax == Onun 150 yaşı var (film, 1958) Səadət yolu ilə (film, 1956) Lerik Uzunömürlülər Muzeyi == İstinadlar == == Xarici keçidlər == "Почтовая серия, посвященная М. Эйвазову" (rus). edudic.ru. İstifadə tarixi: 2014-06-13. Агаддин БАБАЕВ. "ДОЛГОЖИТЕЛИ ТАЛЫША : МАХМУД ЭЙВАЗОВ" (rus). tolishpress.org.
Mahmud Hesabi
Seyid Mahmud Hesabi və ya Mahmud Xan Mirzə Hesabi (fars. سید محمود حسابی‎; 23 fevral 1903, Tehran – 3 sentyabr 1992, Cenevrə) — məşhur iranlı fizik. O, həmçinin Məhəmməd Musəddiq İranın baş naziri olduğu dövrdə 1951–1952-ci illərdə İranın Təhsil naziri vəzifəsində çalışmışdır. Eyni zamanda o, İranda akademik və nüvə fizikasının əsasını qoyan alim hesab edilir. == Həyatı == Seyid Mahmud Hesabi 23 fevral 1903-cü ildə Təfriş şəhərində anadan olmuşdur. 4 yaşında olan ailəsi Beyruta köçdüyünə görə ibtidai sinfə burada getmişdir. O, məktəbdə oxuduğu zaman Birinci Dünya müharibəsi başladığına görə oxuduğu məktəb bağlanmışdır. Bundan sonra Hesabi təhsilini evdə davam etdirmiş və 1922-ci ildə Beyrut Amirakan Universitetinin yol mühəndisliyi ixtisasına qəbul olmuşdur. Universiteti bitirib, bir müddət Livan Nəqliyyat Nazirliyində işlədikdən sonra təhsilini davam etdirmək üçün Fransaya getmişdir. O, Fransanın " École Superieure d'Electricité" universitetinin elektrik mühəndisliyi ixtisasına qəbul olmuş, 1927-ci ildə qeyd edilən təhsil müəssisəsində doktorluq dissertasiyasını müdafiə etmişdir.
Mahmud Hessabi
Seyid Mahmud Hesabi və ya Mahmud Xan Mirzə Hesabi (fars. سید محمود حسابی‎; 23 fevral 1903, Tehran – 3 sentyabr 1992, Cenevrə) — məşhur iranlı fizik. O, həmçinin Məhəmməd Musəddiq İranın baş naziri olduğu dövrdə 1951–1952-ci illərdə İranın Təhsil naziri vəzifəsində çalışmışdır. Eyni zamanda o, İranda akademik və nüvə fizikasının əsasını qoyan alim hesab edilir. == Həyatı == Seyid Mahmud Hesabi 23 fevral 1903-cü ildə Təfriş şəhərində anadan olmuşdur. 4 yaşında olan ailəsi Beyruta köçdüyünə görə ibtidai sinfə burada getmişdir. O, məktəbdə oxuduğu zaman Birinci Dünya müharibəsi başladığına görə oxuduğu məktəb bağlanmışdır. Bundan sonra Hesabi təhsilini evdə davam etdirmiş və 1922-ci ildə Beyrut Amirakan Universitetinin yol mühəndisliyi ixtisasına qəbul olmuşdur. Universiteti bitirib, bir müddət Livan Nəqliyyat Nazirliyində işlədikdən sonra təhsilini davam etdirmək üçün Fransaya getmişdir. O, Fransanın " École Superieure d'Electricité" universitetinin elektrik mühəndisliyi ixtisasına qəbul olmuş, 1927-ci ildə qeyd edilən təhsil müəssisəsində doktorluq dissertasiyasını müdafiə etmişdir.
Mahmud Heyrani
Mahmud Heyrani (türk. محمود حيراني; v. 1269, Akşehir, Konya ili) — Rum sultanlığında yaşamış sufi. O, Akşehirdə yaşayırdı. Məhəmmədin nəslindən olan və seyid titulu daşıyan Heyraninin atası Səlcuqlu dövlət xadimlərindən Məsud Paşadır. Qaraman vilayətində Akşehirdə bir zaviyədə yaşayan Mahmud Heyrani ilə Mövlana Cəlaləddin Rumi dost idilər və çox vaxt eyni məclisdə olurdular. Eyni zamanda, Sarı Saltıq və Nəsrəddin Xocanın şeyxi olan Heyraninin mövləvi və ya yəsəvi təriqətinə mənsub olduğu güman edilir. Başqa bir versiyaya görə, o, bektaşi idi.
Mahmud Hüdayi
Mahmud Hüdayi Həzrətləri (d. 1541, Şərəfliqoçhisar - ö. oktyabr 1628, İstanbul) — Anadoluda yetişən böyük sufilərdən biri, Sufi İslam təriqətinin bir alt qrupuna aid Bayrami təriqətinin davamı olan Cəlvəti təriqətinin də qurucusudur. 1598-ci ildə Üsküdarda öz adına məscid və dərgah inşa etdirmişdir. Əsl adı Mahmuddur, Hüdayi adını isə sonradan almışdır. == Həyatı == Mahmud Əfəndi Həzrətləri 1541-ci ildə Ankaranın Şərəfliqoçhisar bölgəsində dünyaya gəlmişdir. Atasının adının Fəzlullah ibn Mahmud olduğu bilinir. Uşaqlıq illərini Əskişəhərin Sivrihisar bölgəsində keçirdi. İlk dini təhsilini də məhz burada almağa başladı. Ardından İstanbula gələrək Kiçik Ayasofya mədrəsəsində təhsilini davam etdirdi.
Mahmud Kaşğari
Mahmud ibn Huseyn İbn Muhamməd əl-Kaşğari (ərəb: العربية: محمود بن الحسين بن محمد الكاشغري. Uyğurca: Mehmud Qeshqeri) və ya Kaşğarlı Mahmud (1008–1102) *Mahmud Kaşğari DİVANİ LUĞAT İT TÜRK əsərini yazmışıdır.* == Şəcərəsi == Mahmud Kaşğarinin hökmdar nəslindən və ya ən azından əsilli bir ailədən olduğu haqqında ən mühüm mənbə onun, öz əsərində də qeyd etdiyi kimi atalarının Əmirlərdən gəlməsidir. "Bizim atalarımız olan bəylərə Hamir deyirlər, çünki Oğuzlar əmir deyə bilmirlər, əlif hərfini "h" hərfinə çevirərək deyirlər. Babamız Türk illərini Samanoğullarından alan bəydir, adına Hamir Təkin deyilir". Özünün verdiyi məlumatdan Türk tarixinin əhəmiyyətli dövlətlərindən biri olan Qaraxanlı dövlətinin xanədan sülaləsinə mənsub olduğu aydınlaşır.O Qaraxani hökümdarı II Məhəmməd Buğra xanın nəvəsi olmuşdur. "Divanü Lüğat-it-Türk"ü Özbək dilinə tərcümə edən S.Mütəllibov M.Kaşğarinin soyu haqqında belə fikir deyir: Kaşğarlı Mahmud "ə"ni "ha" kimi deyən bir qəbilənin oğludur. Bu qəbilə geniş bir ərazidə yayılmışdır və "Divan" yazılan zaman daha çox özbəklərin arasında yaşayırdılar. İndi bu qəbilə Kuramda və Fərqanənin bəzi bölgələrində, Qarabulaqda və s. yerlərdə yaşayır. Kaşğarlı Mahmud bu qəbilənin övladıdır.
Mahmud Kərimov
Kərimov Mahmud Kərim oğlu (18 oktyabr 1948, İrəvan – 10 fevral 2013, İstanbul) — fizika-riyaziyyat elmləri doktoru, akademik, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti (2001–2013). == Həyatı == Mahmud Kərimov 18 oktyabr 1948-ci ildə Ermənistan Respublikasının İrəvan şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsini bitirmişdir. Yarımkeçicilər və dielektriklər fizikası ixtisası (01.04.10) üzrə doktorluq dissertasiyası müdafiə etmişdir. 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir. Mahmud Kərimov həmçinin Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının İdarə Heyətinin sədri kimi fəaliyyət göstərib. Akademik Mahmud Kərimov Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə "Şöhrət" ordeninə layiq görülüb. Mahmud Kərimov 10 fevral 2013-cü ildə Türkiyə klinikalarından birində gecə saatlarında ürək tutmasından dünyasını dəyişib. Akademik I Fəxri Xiyabanda torpağa tapşırılıb. Evli idi, oğlu və qızı var.
Mahmud Mayıllı
Mahmud Mayıllı (tam adı: Mahmud Əflatun oğlu Mayıllı; 12 iyul 2002; Yardımlı, Azərbaycan — 29 noyabr 2020; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Mahmud Mayıllı 2002-ci il 12 iyul tarixində Yardımlı rayonunun Avaş kəndində anadan olmuşdur. Məktəbi bitirdikdən sonra Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinə qəbul olmuşdur. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Mahmud Mayıllı Bakıda hərbi xidmətdə olmuş, oradan könüllü olaraq 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsinə yollanmışdır. 2020-ci ilin 12 oktyabr tarixində sonuncu dəfə ailəsi ilə əlaqə saxlamış, 29 noyabr tarixində Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olduğu xəbəri gəlmiş və 30 noyabr tarixində doğulduğu kənddə dəfn edilmişdir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mayıllı Mahmud Əflatun oğlu ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
Mahmud bəy
Mahmud bәy Çobanoğlu (türk. Mahmud Bey Çobanoğlu; v. 1309, Kastamonu, Kastamonu ili) — Çobanoğlu bәyliyinin 4-cü vә son hökmdarı. Yavlaq Arslanın 2 oğlundan biridir (digәri Әli bәydir). Onun 1309-cu ildә Candaroğlu Süleyman bəy tәrәfindәn öldürülmәsinden sonra Çobanoğlu dövlәti süquta uğramışdır.
Mahmud sultan
Mahmud sultan (XVII əsr) — Toxmaqlı oymağının məşhur simalarından biri. Qaradağın hakimi. Əhməd xəlifənin oğlu, Bayandur sultanın atası. II Şah Abbas tərəfindən Kaxetiyaya üsyan yatırmaq üçün göndərilmişdi. Dizmar mahalının Duzal kəndində doğulub. Mədrəsə təhsili alıb. == Mənbə == Ənvər Çingizoğlu. Qaradağlılar. Bakı, «Şuşa» nəşriyatı, 2008. – 160 səh.
Mahmud İbrahimov
Mahmud Azər oğlu İbrahimov (3 sentyabr 1997, Xırdalan – 2 aprel 2016, Tərtər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib. == Həyatı == Əslən Cəbrayıl rayonundan olan Mahmud İbrahimov 1997-ci ilin 3 sentyabr günündə Xırdalan şəhərinin Abşeron rayonunun Mehdiabad qəsəbəsində anadan olub. == Hərbi xidməti == Əsgər Mahmud İbrahimov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu. Aprelin 9-u isə Mahmud İbrahimov doğulduğu Xırdalan şəhərinin Abşeron rayonunun Mehdiabad qəsəbəsində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər İbrahimov uğrunda şəhid olduğu torpağa tapşırıldı. Mahmud İbrahimov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.
Mahmud İldırım
Mahmut Yıldırım (1 yanvar 1951, Solxan, Bingöl ili) — Zaza əsilli Türk kəşfiyyatcı. == Həyatı == Dörd il sonra fərqli bir misyaya soyunub, fərqli bir adla tanılmağa başladı. Əməliyyatlarda PKK-lı kimi geyinən Mahmud Yıldırım, polis və əsgərlərin tanıması üçün "Yaşıl şərf" taxırdı. Abdulla Öcalanın öldürülməsi üçün göndərildikdən 3 ay sonra öldürməməsi əmrini alır və Yıldırımın üsyanından sonra vətən xayini elan olunmuşdur. Daha sonra ölkəni tərk edərək Şama gedir və bir daha ondan xəbər alınmır. Məşhur Susurluq kazası (qəzası) sonra ortaya çıxan əlaqələr, Yaşılın bir çox cinayətlərdə əli olduğu şübhəsi yaratdı, amma nə qədər axtarıldısa tapılmadı, Türkiyənin keçmiş baş naziri Məsud Yılmaz aldığı məlumatlara görə Yeşilin öldüyünü elan etdi. (Polis onu axtarırdı, amma tapa bilmirdi, neçə dəfə əlindən qaçırıb polis onu, amma tuta bilməyib, deyilənlərə və bəzi şahidlərə görə Mahmud Yıldırımın dövlətin əlində olduğu və üzünün dəyişdirildiyini deyilir) Ancaq qısa vaxt ərzində Yeşil, İHD başqanı Akın Birdalı öldürənlərin arxasında kı, adam olduğu ortaya çıxmışdır. Daha sonrakı məlumatlar İldırımın sağ olduğu şübhəsini yaratdı. Susurluq hesabatında da İldırıma 12 səyfəlik yer verildi. Əhmət Dəmir, Mehmet Qırmızı adlı saxta vəsiqələri işlədən, Cənub-Şərq də "Saqqallı" adıyla tanınan Solxanlı Mahmud İldırımın keçmişi bir dəfədə aşkara çıxarıldı.
Mahmud İsmayılov
Mahmud Əliabbas oğlu İsmayılov (1 sentyabr 1920, Nuxa – 16 avqust 2002, Bakı) — tarix elmləri doktoru (1962), AMEA-nın müxbir üzvü (1983). == Həyatı == Mahmud İsmayılov 1 sentyabr 1920-ci ildə Şəki şəhərində anadan olub. 1937-ci ildə orta məktəbi bitirdikdən sonra ali təhsilini Bakı Dövlət Universitetində alıb. O, 1941-ci ildə universitetin Tarix fakültəsini bitirib. == Əmək fəaliyyəti == Mahmud İsmayılov 1946-cı ildən AMEA-nın Tarix İnstitutunda işə başlayıb, ömrünün sonunadək elmi işlər üzrə direktor müavini və Azərbaycanın yeni tarixi şöbəsinin müdiri vəzifələrində çalışıb. == Elmi fəaliyyəti == Mahmud İsmayılov 1949-cu ildə namizədlik, 1962-ci ildə doktorluq dissertasiyalarını müdafiə edib, 1983-cü ildə AMEA-nın müxbir üzvü seçilib. Mahmud İsmayılovun elmi yaradıcılığının əsas istiqaməti XIX–XX əsrin əvvəllərində Şimali Azərbaycanda kapitalizmin genezisi və inkişafı, kənd təsərrüfatının tarixi problemlərinin tədqiqi olmuşdur. Onun "Azərbaycan dövlət kəndliləri XIX əsrin sonunda" (1957), "XX əsrin əvvəllərində Azərbaycanın kənd təsərrüfatı" (1960), "XIX əsrin sonu və XX əsrin əvvəllərində Azərbaycanın kənd təsərrüfatında kapitalizm" (1964), "İmperializm dövründə Azərbaycanın sosial-iqtisadi strukturu" (1982) və b. əsərlərində Şimali Azərbaycanın kənd təsərrüfatı və iqtisadiyyatının dünya sivilizasiyasının getdiyi yolla həmahəng inkişaf etdiyi sübut olunur. Mahmud İsmayılov 3 cildlik "Azərbaycan tarixi"nin əsas müəlliflərindən biri, 7 cildlik "Azərbaycan tarixi"nin IV və V cildlərinin məsul redaktoru olub.
Mahmud Şirvani
Mahmud ibn İlyas Şirvani — Azərbaycan xalqının yetirdiyi ən nəhəng təbib-alimlərdən biri. == "Elmi təbabət kitabı" haqqında == XIII əsrdə yaşamış Mahmud ibn İlyasın "Elmi təbabət kitabı" zəmanəmizə qədər gəlib çatmış və XVIII əsrə qədər ondan geniş istifadə edilmişdir. Əsər 1260-cı ildə yazılıb. Əfəndiyevin yazdığına görə, bu, Mahmudun eyniadlı iri həcmli çoxcildlik əsərindən çıxarışdır. Kitab çoxəsrlik Şərq təbabəti təcrübəsinin təhlili və alimin şəxsi elmi və həkimlik praktikası əsasında qələmə alınıb. Əsərin yazılmasında onun müxtəlif ölkələrə çoxsaylı səfərləri zamanı bir çox alimlərlə keçirdiyi görüşlər mühüm rol oynayıb. Belə səfərlərindən birini təsvir edərkən o yazır ki, səyahəti zamanı çox şey "görüb-götürmüş" və vətənə qayıdarkən "doğma ellər haqqında söhbət etmək, Kafi-əd-Dinin vəsiyyətlərini xatırlamaq, bizə həmişə sevinc bəxş edən Şirvan haqda xatirələrə dalmaq" məqsədi ilə "yolüstü Bağdada dönüb," bir böyük həmyerlisi ilə görüşmüşdür. O yazır: "Nə qəribədir, mən ata yurdum Şirvanı bu qədər sevə-sevə Şirazda yaşayıram". Mahmud ibn İlyasın "Elmi təbabət kitabı" nəzəri və təcrübi təbabətə, sadə və mürəkkəb (tərkibi) dərmanlara həsr olunmuş dörd hissədən ibarətdir. Birinci hissə 17, ikinci isə 59 fəslə bölünmüşdür.
Mahmud Şəbüstəri
Mahmud Şəbüstəri, Səəd əd-Din Mahmud ibn Əbdul Kərim ibn Yəhya Şəbustəri Təbrizi - Azərbaycan alimi, filosof, sufizmin ən görkəmli nəzəriyyəçilərindən olmuşdur. == Həyatı == Səəd əd-Din Mahmud ibn Əbdul Kərim ibn Yəhya Şəbustəri Təbrizi Təbriz yaxınlığındakı Şəbüstər adlanan yerdə 1287-ci ildə ilahiyyatçı ailəsində anadan olmuşdur. Ensiklopedik savada malik olan Mahmud Şəbüstəri ilahiyyat, fəlsəfə, astronomiya, tibb, filologiya və başqa elm sahələrinə dərindən bələd olmuşdur. Şəbüstəri Misir, Hicaz, Suriya, İraq və başqa ölkələrə səyyahətlər edib, oradakı alimlərlə tanış olmuş və onlarla məktublaşmışdır. Məhəmmədəli Tərbiyətin yazdığına görə, şirvanlı səyyahlardan biri Şəbüstərinin Kirmanda da olduğunu iddia edir. O, Kirmanda evlənmiş və orada uşaq və nəvələri də qalmışdır. Şəbüstərinin nəslindən çıxanlar arasında elm və ədəbiyyat xadimləri də vardı. Onun oğlu şair olmuş və atasının məşhur "Gülşəni-raz" əsərinə şərh yazmışdır. Şəbustəri qədim yunan fəlsəfəsi, zərduştilik, butpərəstlik, xristianlıq, təbii ki, islam dini və onun muxtəlif mistik-fəlsəfi cərəyanları haqda da dərin bilik sahibi idi. O, 1320-ci ildə rəhmətə qovuşmuş və oz vətənində, Şəbustərdəki Gulşən qəbristanlığında müəllimi Bəha əd-Din Yaqub Təbrizinin yanında dəfn olunmuşdur.
Mahmud Əbilov
Əbilov Mahmud Əbdülrza oğlu (15 sentyabr 1898, Ukur, Quba qəzası – 30 yanvar 1972, Bakı) — hərbi xadim, general-mayor. == Həyatı == Mahmud Əbdülrza oğlu Əbilov 1898-ci il sentyabr ayının 15-də Qusar rayonunun Ukur kəndində anadan olmuşdur. Yeniyetməlik dövründə valideynlərini itirmiş və kənd rus məktəbində cəmi iki sinif oxumuşdur. 1920-ci ildə XI Qızıl ordunun tərkibində döyüş yoluna başlayan Əbilov Azərbaycanda və Gürcüstanda əksinqilabçı qüvvələrin darmadağın olunmasında iştirak etmişdir. Bakı və Tiflis hərbi məktəblərini bitirmişdir (1921, 1930). Görkəmli hərbi xadim M.Əbilov ömrünün 36 ilini Vətənə xidmətə sərf edərək sıravi əsgərdən general-mayor rütbəsinədək yüksəlmiş, bir çox hərbi birləşmələrdə müxtəlif vəzifələrdə çalışmışdır. Böyük Vətən müharibəsi başlayanda 146-cı əlahiddə atıcı briqadanın komadiri, 1943-cü ildə Kaluqa şəhərində 146-cı atıcı briqadasının əsasında təşkil edilmiş 70-ci atıcı diviziyasının komandiri vəzifələrinə təyin edilmiş, Pribaltika, Çexoslavakiya və Macarıstanda gedən döyüşlərdə rəşadət göstərmişdir. M.Əbilov Faşizm üzərində qələbədən sonrakı illərdə bir sıra atıcı diviziyalara komandanlıq etmiş və 1955-ci ildə Sovet Ordusu sıralarından tərxis olunmuşdur. Lakin tərxis olunduqdan sonra da o, Müharibə Veteranları Komitəsində böyük iş aparmışdır. SSRİ Ali Sovetinin və Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmiş, Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin üzvü olmuşdur.
Aida Mahmudova
Aida Mahmudova (10 yanvar 1982, Bakı) — Azərbaycan rəssamı, YARAT Müasir İncəsənət Məkanı İctimai Birliyinin təsisçisidir. == Həyatı və təhsili == Aida Mahmudova 10 yanvar 1982-ci ildə Bakıda anadan olub. Londonda Sent-Martin İncəsənət və Dizayn Kollecinin Rəngkarlıq fakültəsini (2006) bitirib. == Fəaliyyəti == 2011-ci ildə Aida Mahmudova tərəfindən YARAT Müasir İncəsənət Məkanı adlı qeyri-kommersiya təşkilatı təsis edilmişdir. YARAT fondlar, qalereyalar və muzeylər daxil olmaqla, yerli və beynəlxalq yaradıcı şəbəkələr arasında əlaqələr qurur. Növbəti il yaradıcı şəxslərə dəstək məqsədilə YAY Gallery ictimai müəssisəsini yaratmışdır — hal-hazırda ARTIM Layihə Məkanı kimi fəaliyyət göstərir. Aida Mahmudovanın əsərləri Belçika, London, Roma, Nyu-York, Moskva və Bakıda keçirilmiş qrup və fərdi sərgilər daxil olmaqla, bir sıra beynəlxalq tədbirlərdə nümayiş etdirilib. Fəaliyyətinin ilk illərində A. Mahmudova peyzaj və yarım-abstrakt tablolarında işıq, rəng və materiya üzərində aparılan eksperimentlərə daha çox maraq göstərmişdir. Rəsm əsərlərinin mövzusu getdikcə daha da şaxələndikcə, rəssam həmin yanaşmanı heykəltəraşlığa da tətbiq etmək, emosional və gərgin mühit yaratmaqla, öz təcrübəsini üçölçülü olaraq genişləndirmişdir. Rəssam kağız, gil, boya, sement, daş, son zamanlar isə epoksi qatran və işlənməmiş mərmər kimi müxtəlif materialları qatlar şəklində qarışdıraraq istifadə edir.
Almaz Mahmud (Nasibova)
Aşağı Mahmudabad (Sayınqala)
Aşağı Mahmudabad (fars. محمودابادسفلي‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 124 nəfər yaşayır (22 ailə).
Aşıq Mahmud Məmmədov
Mahmud Qasım oğlu Məmmədov (22 may 1935, Ağbulaq – 30 iyul 2020, Bakı) — Əməkdar mədəniyyət işçisi, yaradıcı və ifaçı aşıq, Azərbaycan Aşıqlar Birliyi İdarə Heyətinin üzvü (2007-2020), Prezident təqaüdçüsü (2008-2020). == Həyatı == Aşıq Mahmud Məmmədov 22 may 1935-ci ildə Göyçə mahalının Ağbulaq kəndində dünyaya göz açıb. 1946-cı ildə ailəliklə Tovuz rayonunun Bozalqanlı kəndinə köçüblər və hazırda öz övladları, qohumları ilə həmin kənddə yaşayır. Mahmud Qasım oğlu Tovuzda 7 illik təhsilini başa vurandan sonra aşıq sənətinə ciddi maraq göstərib və o vaxtlar Tovuz-Gəncəbasar bölgəsində böyük nüfuzu olan ustad aşıq Vəli Qaraxanlının yanına şəyirdliyə verilib. Bir il ustadın yanında qalandan sonra 1950-ci ildən əmisi oğlu Aşıq İmran Həsənovdan təxminən 12 ilə yaxın sənət dərsi alıb. 1957-ci ildən başlayaraq ustadı İmran Həsənov, Əkbər Cəfərov, balaban ustası Abbas İsmayılovla birlikdə dövlət tədbirlərində iştirak etməyə dəvət olunub. Elə həmin ildə gənc aşıq Bakıda keçirilən folklor festivalında birinci dərəcəli diploma layiq görülüb. Bir müddət sonra isə ümumittifaq və ümumdünya festivallarında laureat adını qazanıb. Ustad aşıq Mahmud Məmmədovun Azərbaycan teleradiosundakı mütəmadi çıxış və konsertləri, xüsusən də Azərbaycan Telefilm Birliyinin tamaşaçılara təqdim etdiyi “Abbas-Gülgəz” dastanı ona böyük şöhrət gətirib. Aşıq Mahmud dövlət tədbirlərində, xarici ölkələrdə keçirilən incəsənət görüşlərində fəal iştirak etmiş, ifaçılığına görə Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı ilə təltif olunmuşdur (1975).
Aşıq Vüqar Mahmudoğlu
Aşıq Vüqar Mahmudoğlu (1970–2018) — Azərbaycan aşığı. == Həyatı == Vüqar Mahmudoğlu (Niftəliyev) 1970-ci il noyabrın 3-də Şamaxının Şıxzərli kəndində doğulub. Şirvan aşıq sənətinin məşhur ustadlarından olan Aşıq Mahmud Ələsgəroğlunun ilk övladıdır. Şamaxı şəhər musiqi məktəbini (qarmon sinfini) və Azərbaycan Dövlət İncənət Universitetini bitirib. Yeniyetməliyindən qarmon ifaçısı kimi tanınıb. Atasının vəfatından sonra (2002-ci il) Aşıq Mahmudun sazını yaşadıb. Şirvan aşıq mühitinin tanınmış simalarından Açıq Vüqar Mahmudoğlu Fransa, Rusiya, Türkiyə, İsveçrə, Xorvatiya, İran və s. ölkələrdə konsertlər verib. Onu təkcə Azərbaycanda deyil, İranda, Türkiyədə, Gürcüstanda və Orta Asiya respublikalarında da bir sənətkar kimi yüksək dəyərləndiriblər. Bir sıra Avropa ölkələrində Azərbaycan mədəniyyətini ləyaqətlə təmsil edib, sazımızın şöhrətini daha da ucaldıb.
Baba Mahmudoğlu
Mirzəyev Baba Mahmud oğlu (7 noyabr 1940, Qazax – 6 dekabr 2006, Bakı) — müğənni, Azərbaycan Respublikasının xalq artisti (1992). == Həyatı == Baba Mahmudoğlu 1940-cı ildə Qazax rayonunun Muğanlı kəndində doğulub.1956-cı ildə orta məktəbi gümüş medalla bitirərək Neft Akademiyasına daxil olub. Tələbəlik vaxtı yoldaşları onu Seyid Şuşinskinin yanına aparıb və Baba Mahmudoğlu Seyid Şuşinskinin dərslərində iştirak edib. Həmin vaxt o, Süleyman Abdullayev, Əlibaba Məmmədov, Nəriman Əliyev, Nəzakət Məmmədova, Zeynəb Xanlarova ilə birgə Asəf Zeynallı adına Musiqi Məktəbində muğamları öyrənib. Sonra Səid Rüstəmovun rəhbərliyi ilə fəaliyyət göstərən orkestrlə televiziyaya çıxıb. Daha sonra Əhməd Bakıxanovun, Baba Salahovun ansamblı ilə ekranda görünməyə başlayıb. Əhsən Dadaşovun ansamblında isə bir qədər sonra oxumaq hüququ alıb. 1962-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında stajor kimi fəaliyyətə başlayan B.Mahmudoğlu sonralar bu teatrın muğam bölməsinin solisti olub. "Leyli və Məcnun"da Məcnun, "Aşıq Qərib"də Aşıq Qərib, "Əsli və Kərəm"də Kərəm, "Koroğlu"da təlxək, "Şah İsmayıl"da Şah İsmayıl, "Xanəndənin taleyi"də Mir Seyid obrazlarını yaradıb. 1992-ci ildə xalq artisti fəxri adını alıb.
Babək Mahmudlu
Babək Süleyman oğlu Mahmudlu (27 noyabr 1995, Biləsuvar – 1 noyabr 2020, Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Babək Mahmudlu 1995-ci ilin noyabrın 27-də, Biləsuvar şəhərində anadan olmuşdur. Əslən Lerik rayonunun Lələhiran kəndindəndir. 2011-ci ildə Biləsuvar şəhəri Nizami adına 1 saylı tam orta məktəbin 9-cu sinifini başa vuraraq, Sumqayıt Texniki Kollecinə daxil olur. Kolleci bitirdikdən sonra hərbi xidmətə yollanır. == Hərbi xidməti == Naxçıvan Muxtar Respublikasının Xüsusi Təyinatlı Qüvvələrində xidmət üçün imtahanlardan uğurla keçərək, müddətdən artıq hərbi qulluqçu kimi vətənə xidmətini davam etdirmişdir. Manqa komandiri Babək Mahmudlu "İstiqlal" snayper kursunu da müvəffəqiyyətlə başa vurmuşdur. Naxçıvanda Türkiyə Cümhüriyyətinin və Azərbaycan Respubliasının keçirdiyi birgə hərbi təlimlərdə snayper atəşi yarışlarında birincilik əldə etmişdir. 27 sentyabr tarixindən torpaqlarımızın işğaldan azad olunması uğurunda mübarizədə Babəkin Cəbrayıldan başlayan döyüş yolu Zəngilana, Qubadlıyadək uzanır. Cəsur döyüşcü çətin döyüş əməliyyatlarının iştirakçısı olmaqla, 89 düşmən əsgərini "İstiqlal"ı ilə məhv etmişdir.
Benthophilus mahmudbejovi
Mahmudbəyov çömçəxulu (lat. Benthophilus mahmudbejovi) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xulkimilər dəstəsinin xullar fəsiləsinin çömçəxul cinsinə aid heyvan növü. == Yayılması == Xəzərin endemik növü olub əsasən onun Volqa deltası və onun qərb sahili boyunca, Pesçannıy burnundan, Çələkən yarımadası, Oğurca adası ətrafı bölgələrə kimi yayılmışdır. Yetkinlərə ümumiyyətlə 11 m-dən daha 50 metrə qədər dərinmlikdə rastlanılır. Uzunluğu 6,6 sm olan fərdlərinə rast gəlinir. Azərbaycan ixtioloqu A. Mahmudbəyovun şərəfinə adlandırılmışdır.
Bilal Mahmudov
Bilal Mahmudov (5 may 1929 – 14 mart 2018) — Azərbaycan Kommunist Partiyası Balakən Rayon və Kürdəmir Rayon Komitəsinin birinci katibi. == Haqqında == 5 may 1929-cu ildə Tərtər rayonunda anadan olmuşdur. Bilal Mahmudov uzun müddət partiya və dövlət orqanlarında rəhbər vəzifələrdə çalışıb, Tərtər, Bərdə və Yevlax rayonlarının Partiya Dövlət Nəzarəti Komitəsinin sədri və Balakən, Kürdəmir Rayon Partiya Komitələrinin 1-ci katibi vəzifələrində fəaliyyət göstərib. Eləcə də IX və X çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib. Bilal Mahmudov 89 yaşında vəfat edib.
Birinci Mahmudlu
Birinci Mahmudlu — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. == Etimologiyası == Kəndin adı mahmudlu tayfası ilə əlaqədardır. Üç kənddən ibarət olan eyniadlı yaşayış məntəqələrini bir-birindən fərqləndirmək məqsədilə birinci komponentdən istifadə edilmişdir. == Əhalisi == Kəndin əhalisi kürd mənşəli mahmudlu tayfasına mənsubdur. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 853 nəfər əhali yaşayır. === Tanınmışları === Şəfa Əliyev — Sumqayıt Dövlət Universitetinin professoru, iqtisad elmləri doktoru. == Coğrafiyası == Düzənlikdədir. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Birinci Mahmudlu bələdiyyəsi
Füzuli bələdiyyələri — Füzuli rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Bosniyalı Mahmud Paşa
Bosniyalı Mahmud Paşa (ö. fevral 1568) — Sultan Süleyman Qanuni və II Səlim səltənətlərində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi. == Həyatı == Doğum tarixi haqqında məlumat yoxdur. Əslən boşnaq olub, Mərəş bəylərbəyi Mehmed Paşanın kölələrindəndir. Paşanın vəfatından sonra Davud Paşanın xəzinədarı oldu. Onun ölümündən sonra isə Misirdə qaldı və baş xəzinədarlığa qədər yüksəldi. 1560-cı ildə Yəmən bəylərbəyi olsa da, çox keçmədən vəzifədən alındı. 1566-cı ilin aprelində Misir bəylərbəyi oldu və 26 dekabr 1567-ci ildə sərt və qəddar idarəçiliyi səbəbilə vəzifədən alındı. Bir müddət Qahirədə gizlənən Əli Paşa 1568-ci ilin fevralında Qahirə küçələrinin birində sui-qəsdlə öldürüldü. Cənazəsi öz adına Qahirədə inşa etdirdiyi Əl-Mahmudiyə məscidindəki türbəsinə dəfn edildi.
Böyük bəy Mahmudbəyov
Böyük bəy Mahmudbəyov — cərrah, tibb elmləri doktoru, professor. == Həyatı == Böyük bəy Mahmud bəy oğlu Mahmudbəyov 27 sentyabr 1902-ci ildə Şamaxıda anadan olmuşdur. O, II Dünya Müharibəsi iştirakçısı, tibb xidməti polkovnikidir. Böyük bəy Mahmudbəyov Azərbaycan Dövlət Tibb İnstitutunun (Azərbaycan Tibb Universiteti) Tibb cərrahlıq kafedrasında işləmiş, 1947-1958-ci illərdə professor, 1958-1977-ci illərdə kafedra müdiri vəzifələrində çalışmışdır. 1977-ci ildən həyatının sonuna kimi həmin kafedranın məsləhətçisi idi. Böyük bəy Mahmudbəyov 1957-ci ildə Azərbaycanın əməkdar elm xadimi adını almışdır. == Elmi fəaliyyəti == Böyük bəy Mahmudbəyov 1936-cı ildə namizədlik, 1939-cu ildə doktorluq dissertasiyalarını müdafiə etmişdir. O, namizədlik dissertasiyasını akademik Mir Əsədulla Mirqasımovun rəhbərliyi altında müdafiə etmişdir. Böyük bəy Mahmudbəyovun elmi fəaliyyəti əsasən irinli cərrahi xəstəliklərə, hərbi səhra cərrahlığına, qaraciyər və öd yolları patologiyasına aiddir. O, Lenin ordeni, Qırmızı Əmək Bayrağı ordeni, I dərəcəli Vətən Müharibəsi ordeni və medallarla təltif edilmişdir.
Cavid Mahmudov
Cavid Hilal oğlu Mahmudov (6 fevral 1989, Aşağı Cürəli, Puşkin rayonu – 5 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, İkinci Qarabağ müharibəsinin şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. == Həyatı == Cavid Mahmudov 1989-cu il fevralın 6-da Biləsuvar rayonunun Aşağı Cürəli kəndində anadan olub. 1995–2006-cı illərdə Aşağı Cürəli kənd tam orta məktəbində təhsil alıb. 2006–2010-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Nişanlı idi. == Hərbi xidməti == Cavid Mahmudov 2010–2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Daşkəsən rayonunda yerləşən "N" saylı hərbi hissəsində, 2012–2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunda yerləşən "N" saylı hərbi hissəsində, 2018–2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Göygöl rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət edib. 2020-ci ildən isə o, Azərbaycan Silahlı Qüvvələrinin Abşeron rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət edirdi. Biləsuvar rayonunda dəfn olunub. Azərbaycan Ordusunun kapitanı olan Cavid Mahmudov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Cavid Mahmudov oktyabrın 5-də Füzulinin azad edilməsi zamanı şəhid olub.
Ceyran Mahmudova
Ceyran Emin qızı Mahmudova (19 iyul 1964, Bakı) — Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2023), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru (2018-ci ildən), xalq musiqisi tarixi və nəzəriyyəsi üzrə Bakı Musiqi Akademiyasının müəllimi, professor, "Musiqi Xəzinəsi" verilişinin aparıcılarından biri. == Həyatı == Ceyran Mahmudova 1971–1982-ci illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində təhsil almışdır. 1982–87-ci illərdə təhsilini Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının tarixi-nəzəriyyə fakültəsində davam etdirib. 1991-ci ildən 2017-ci ilədək Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasında dosent, professor vəzifəsində çalışıb. AAK-ın Sənətşünaslıq və Memarlıq üzrə ekspert şurasının üzvü, 2 monoqrafiya, ali məktəblər üçün 2 dərs vəsaiti, orta məktəb müəllimləri üçün 2 metodik vəsait, 50-dən çox elmi məqalə müəllifidir. 2017-ci ildən ADMİU-nun "Musiqi sənəti" fakültəsinin dekanıdır. Həmçinin "Mədəniyyət" kanalında "Musiqi Xəzinəsi" verilişinin aparıcılarından biridir. 30 iyul 2018-ci ildə Prezidentin sərəncamı ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru təyin edilib. 13 dekabr 2023-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyi münasibətilə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi fəxri adı ilə təltif edilmişdir. Bəstəkar Emin Sabitoğlunun qızıdır.
Cəlal Mahmudov
Mahmudov Cəlal Müseyib oğlu - texnika elmləri doktoru, professor == Həyatı == Mahmudov Cəlal Müseyib oğlu 1933-cü ildə Azərbaycan SSR Qasım-İsmayılov rayonunun Qızıl Hacılı kəndində anadan olmuşdur. 1955-ci ildə "Neft və qaz quyularının qazılması" ixtisası üzrə AzSİ-nun neft-mədən fakültəsini fərqlənmə diplomu ilə bitirərək, 1958-ci ilə qədər "Neft Daşları" NQÇİ-də müxtəlif vəzifələrdə çalışmışdır. 1958-1972-ci illərdə AzETNÇİ-da böyük mühəndis, laboratoriya rəhbəri kimi vəzifələrdə işləmişdir. 1960-1962-cı illərdə AzNKİ-nun aspirantı idi. 1962-ci ildə "Maili quyuların lüləsinin trayektoriyasının nəzəri və təcrübi tədqiqatları" mövzusunda namizədlik, 1967-ci ildə isə "Dərin maili quyuların qazılması nəzəriyyəsinin ünsürləri" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. 1968-1988-ci illərdə AzXTİ-da işləyib və burada "İstehsalat texnologiyası" kafedrasını yaratmışdır. 1988-1990-cı illərdə Leninqrad maliyyə-iqtisad institutunun Baki filialının "İstehsalat sahələrinin texnologiyası" kafedrasına rəhbərlik etmişdir. 1990-2000-ci illərdə AzDİU-nin "İstehsalat texnologiyası" kafedrasında professor işləmiş, 2001-ci ildən bu günə qədər isə ADEU-də "İstehsalat sistemləri və ətraf mühitin mühafizəsi" kafedrasına rəhbərlik edir. == Elmi fəaliyyəti == Mahmudov C.M. neft və qaz quyularının qazılması sahəsində tanınmış alimdir. Mahmudov C.M. 200-dən artıq elmi məqalənin, 5 monoqrafiyanın, 20 tədris vəsaitinin müəllifidir.
Eldar Mahmudov
Eldar Əhməd oğlu Mahmudov (28 noyabr 1956, Bakı) — Azərbaycan Respublikasının Milli Təhlükəsizlik naziri və Azərbaycan Respublikası Əsir və İtkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri (2004–2015), general-polkovnik, Bakı 2017 IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin keçmiş üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın üzvü, Bakı 2015 I Avropa Oyunları Təşkilat Komitəsinin üzvü, Asiya İnkişaf Bankı Rəhbərlər Şurasının 48-ci illik toplantısının Bakı şəhərində keçirilməsi ilə bağlı yaranmış Təşkilat Komitəsinin üzvü. Eldar Mahmudov Azərbaycan Respublikası Prezidentinin 17 oktyabr 2015-ci il tarixli Sərəncamı ilə milli təhlükəsizlik naziri vəzifəsindən azad edilmişdir. == Həyatı == Eldar Mahmudov 1956-cı ildə Bakı şəhərində alim ailəsində anadan olmuşdur. Ata nəsli əslən Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Şahtaxtı kəndindəndir. 1978-ci ildə Dadaş Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunun maliyyə-kredit, 1993-cü ildə isə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. SSRİ Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir. 1980–2004-cü illərdə daxili işlər orqanlarında xidmət etmişdir. Bu dövrdə mütəşəkkil cinayətkarlıqla mübarizə, cinayət-axtarış strukturlarında çalışmışdır. 1993-cü ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Narkotiklərlə Mübarizə İdarəsində şöbə rəisi vəzifəsinə təyin edilmiş, bir müddətdən sonra həmin idarənin rəis müavini vəzifəsinə irəli çəkilmişdir. 1993–2003-cü illərdə Sovet dönəminin ən korrupsiyalaşmış orqanlardan biri hesab olunan "OBXSS"-in varisi olan İqtisadi Cinayətkarlıqla Mübarizə İdarəsinin və İqtisadi sahədə Əməliyyat-Əlaqələndirmə Bürosunun rəisi vəzifələrində işləmişdir.
Elnur Mahmudov (rəssam)
Elnur Mahmudov (7 dekabr 1977) — Azərbaycanlı rəssam, Azərbaycan Rəssamlar İttifaqının üzvü (2005). == Həyatı == Elnur Mahmudov 1977-ci ilin 7 dekabr tarixində Sumqayıt şəhərində anadan olmuşdur. 1998-ci ildə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini bitirmişdir. 2005-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 2006-cı ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını bitirir. == Fəaliyyəti == Uşaq yaşlarından bir çox fərdi sərgilərini təşkil etmişdir. Bununla yanaşı xarici ölkələrdə sərgiləri olmuşdur: Türkiyə (İstanbul,2000), İran (2005), Rusiya (Moskva, 2012), Böyük Britaniya (London, 2013). Bir çox beynəlxalq sərgilərin və simpoziumların iştirakçısıdır. Əsərləri natürmort və portret janrlarındadır. == Maraqlı fakt == Azərbaycanlı rəssam Elnur Mahmudov əfsanəvi futbol ulduzu Maradonaya onun şəklini çəkərək sürpriz etmişdir.
Elçin Mahmudov
Elçin Cəmil oğlu Mahmudov (7 iyun 1998; Kəngərli, Ağdam rayonu, Azərbaycan — 2 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elçin Mahmudov 7 iyun 1998-ci ildə anadan olmuşdur. Ağdam rayonunun Kəngərli kənd sakinidir. 2005–2016-cı illərdə Ağdam rayon 45 nömrəli köçkün tam orta məktəbində təhsil almışdır. Ailəli idi. Aydın və Ümid adlı 2 oğlu yadigar qaldı. == Hərbi xidməti == Elçin Mahmudov 2017–2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət etmişdir. 2019-cu ildən eyni hərbi birləşmədə müddətdən artıq hərbi xidmət qulluqçusu olaraq hərbi xidmətini davam etdirmişdir. Azərbaycan Ordusunun əsgəri olan Elçin Mahmudov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində tankçı olaraq iştirak etmişdir. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur.
Elşad Mahmudov
Elşad Suliddin oğlu Mahmudov (12 iyul 1997; Gəncə, Azərbaycan — 6 noyabr 2020; Laçın rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elşad Mahmudov 12 iyul 1997-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 2014-cü ildə Gəncə şəhər 7 nömrəli tam orta məktəbi bitirmişdir. 2014-2018-ci illərdə Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU)-da "mühasibat uçotu və audit" ixtisası üzrə təhsil almışdır. == Hərbi xidməti == Elşad Mahmudov 2018-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsindən hərbi xidmətə çağrılmış, Naxçıvan Muxtar Respublikasındakı “N” saylı hərbi hissədə xidmət etmişdir. Elşad Mahmudov 27 sentyabr 2020-ci il tarixində İkinci Qarabağ müharibəsinin başlaması ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə qismən səfərbərlik elan edilməsi haqqında 28 sentyabr 2020-ci il tarixli Sərəncamına uyğun olaraq yenidən hərbi xidmətə çağrılmışdır. Azərbaycan Ordusunun əsgəri olan Elşad Mahmudov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü olaraq iştirak etmişdir. Cəbrayılın, Füzulinin, Laçının azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Elşad Mahmudov 6 noyabr 2020-ci ildə Laçın rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. 7 noyabr 2020-ci ildə Gəncə Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Emin Mahmudov
Emin Mahmudov — Azərbaycan bəstəkarı. Emin Mahmudov (futbolçu) — Azərbaycan Milli Yığma komandasının və Neftçi Bakının Kapitanı Emin Mahmudov (yazıçı) — Azərbaycan yazıçısı. Emin Mahmudov (baş leytenant) — Azərbaycan hərbçisi, şəhid.
Emin Mahmudov (baş leytenant)
Emin Pünhan oğlu Mahmudov (1 iyun 1994; Tovuz rayonu, Azərbaycan — 11 oktyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Emin Mahmudov 1994-cü il iyunun 1-də Tovuz rayonunun Abulbəyli kəndində anadan olub. 2012-2016-cı illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. == Hərbi xidməti == Emin Mahmudov 2016-cı ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edirdi. Azərbaycan Ordusunun baş leytenantı olan Emin Mahmudov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Emin Mahmudov oktyabrın 11-də Hadrutun azad edilməsi zamanı şəhid olub. Tovuz rayonunun Abulbəyli kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Emin Mahmudov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Emin Mahmudov ​ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Emin Mahmudov ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.
Emin Mahmudov (dəqiqləşdirmə)
Emin Mahmudov — Azərbaycan bəstəkarı. Emin Mahmudov (futbolçu) — Azərbaycan Milli Yığma komandasının və Neftçi Bakının Kapitanı Emin Mahmudov (yazıçı) — Azərbaycan yazıçısı. Emin Mahmudov (baş leytenant) — Azərbaycan hərbçisi, şəhid.
Emin Mahmudov (futbolçu)
Emin Cəbrayıl oğlu Mahmudov (27 aprel 1992, Saatlı) — Azərbaycan milli futbol komandasının və Neftçi PFK klubunun oyunçusudur. Azərbaycanın Saatlı rayonun Qara Nuru (keçmiş Krasnoselsk) kəndində doğulmuşdur. == Həyatı == Üç yaşında ikən Emin Mahmudovun ailəsi Rusiyaya, Moskva vilayətinə köçür. Emin Mahmudovun həm Azərbaycan, həm də Rusiya vətəndaşlığı var. == Karyerası == Emin Mahmudov futbol həyatına "Saturn"un uşaq komandası olan "Master-Saturn"da başlayıb. Rusiya vətəndaşlığını daşıyan 1992-ci il təvəllüdlü futbolçu 2009-cu ildə "Saturn"un əvəzedici heyətində daim oynaması ilə diqqət çəkib. Artıq əsas komandaya cəlb olunan Emin 2010-cu ilin yanvar ayında Sankt-Peterburq şəhərində Vladimir Qranatkinin xatirəsinə həsr olunmuş turnirdə karyerasında ilk uğurlarını qazanıb. Belə ki, Rusiyanın 19 yaşlılardan ibarət yığma komandasının (U-19) qalibi olduğu turnirin bombardiri də məhz Mahmudov olub. Özü də maraqlıdır ki, adətən nadir hallarda qol vurduğunu etiraf edən hücuma meyilli yarımmüdafiəçi turnirdə, demək olar, hər oyunda rəqib qapısına yol tapmağı bacarıb. Mahmudov Rusiya Premyer Liqası debütünü 24 aprel 2010-cu ildə Moskva Dinamosu ilə oyunda etdi.