Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Məh Sünbüli
Məh Sünbüli (fars. مه‌سنبلی‎) — İranda, Xuzistan ostanında, Həftkel şəhristanının Rüğeyvə bəxşinin Gəzin dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 7 ailədə 10 nəfəri kişilər və 11 nəfəri qadınlar olmaqla cəmi 21 nəfərdir. Kəndin əhalisi bəxtiyarilərrin Məkvəndi tayfasının Doşmənziyari tirəsinə mənsubdur, lur dilinin bəxtiyari dialektində danışırlar və şiə müsəlmandırlar.
MƏH sub-indeksi
Minimum əmək haqqı sub-indeksi– Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun 2014-cü ildən başlayaraq illik dərc etdiyi İqtisadiyyatın solluğu (sağlığı) indeksi – İS(S)İ-nin sub-indeksidir. == Metodologiya == Dövlət tərəfindən müəyyənləşdirilən illik minimum əmək haqqının (AQP ilə) adambaşına ÜDM-ə (AQP ilə) nisbətinin indeksləşdirilmiş variantıdır. Minimum əmək haqqının səviyyəsi iqtisadiyyatın solluğuna-sağlığına bilavasitə təsir edir, çünki bəzi başqa göstəricilər kimi, onun da yüksəldilməsi eyni vaxtda iqtisadiyyatın həm sollaşmasını, həm də sosiallaşmasını ifadə edir.
"General Məhəmməd Əsədov" mükafatı
"General Məhəmməd Əsədov" mükafatı — Qarabağ müharibəsinin ilk günlərində Famil Mehdi tərəfindən yaradılmış "Nicat" cəmiyyətinin təsis etdiyi mükafat. == Məqsədi == Bu mükafatın verlməsində əsas məqsəd Vətənin müdafiəsinə qalxan könüllülər arasında stimul yaratmaq olmuşdur.
"Məhəbbət əfsanəsi" (balet,1961)
"Məhəbbət əfsanəsi" — Arif Məlikovun Nazim Hikmətin librettosu əsasında bəstələdiyi Azərbaycan baleti. 1961-ci ildə Leninqrad Dövlət Opera və Balet Teatrında (hazırkı Sankt-Peterburq Mariin Teatrı) gənc baletmeyster Yuri Qriqoroviç tərəfindən səhnələşdirilmiş "Məhəbbət əfsanəsi" baleti xoreoqrafiya sənəti tarixində yeni səhifə açaraq, mühüm mərhələ olmuşdur. Bununla bağlı baletşünas V. Krasovskayanın maraqlı müqayisəsi vardır. O yazır: ""Yatmış gözəl" XIX əsr balet kəşflərinin sintezi olduğu kimi, "Məhəbbət əfsənəsi" XX əsrin balet kəşflərinin sintezidir" == Quruluşu == "Məhəbbət Əfsanəsi" baleti özündən qabaq balet sənətinin qazandığı nailiyyətləri ümumiləşdirərək, bütün komponentlərin üzvi sintezi ilə səciyyələnən bitkin balet tamaşasının gözəl, etalon nümunəsi oldu. Baletin əsl simfonik nəfəsli və vüsətli musiqisi, yaddaqalan gözəl melodiyaları, parlaq xoreoqrafiyası onu balet sənətinin daim arzulanan repertuar əsərlərindən birinə çevirmişdir. Yuri Qriqoroviç baletin dramaturji əsasına dəqiq düşünülmüş xoreoqrafik konsepsiya qoyaraq, bütün musiqi xoreoqrafik hərəkəti ona tabe etdi. "Məhəbbət əfsanəsi"nin böyük müvəffəqiyyətinin sirri burada hadisələrin yeni quruluşda cərəyan etməsində, baletin yeni dramaturgiyasındadır. Illüstrativ təfərrüatları minimuma endirən baletin dramaturgiyası sırf rəqs formaları üzərində qurulmuşdur. Fəal simfonik rəqs xoreoqrafiyanın başlıca ifadə vasitəsinə çevrilmişdi və Y. Qriqoroviç xoreoqrafiya tarixində ilk dəfə olaraq, böyük, "tammetrajlı" baleti büsbütün simfonik rəqs üzərində yaratmışdır. Tamaşada musiqi və xoreoqrafiyanın bərabərhüquqlu komponent kimi çıxış etməsi bəstəkar və baletmeyster arasındakı münasibətlərin yeni xarakterini də doğurmuşdur.
ABŞ-da bizonların məhvi
ABŞ-də bizonların məhvi — 1830-cu illərdən bəri kommersiya məqsədləri üçün, Şimali Amerikada bu heyvan növünün yox olmaq təhlükəsinə gətirib çıxaran nəzarətsiz kütləvi bizon ovudur. Hindular ənənəvi olaraq bizonları yalnız yaşayış ehtiyaclarını ödəmək üçün ovlayırdılar: qida üçün, eləcə də geyim hazırlanması, mənzil, alət və qab istehsalı üçün və bir çox qəbilələrin sağ qalması bizonlardan asılı idi. XIX əsrdə bəzi hindu tayfaları da ticarət məqsədi ilə bizon ovu ilə məşğul olurdular və dərilərini Amerika tacirlərinə satırdılar. Bununla belə, məhz ağ dərili amerikan ovçuların və ABŞ dəmir yolu şirkətlərinin hərəkətləri bizon populyasiyası üçün kritik nəticələr törədirdi. 1800-cü illərin əvvəllərində dərisi üçün ildə təxminən 200.000 bizon öldürülürdü. 1825-ci ildə Allegeni yaylasında (ing. Allegheny Plateau), Missisipinin şərqində yaşayan son bizonlar öldürüldü. 1830-1860-cı illər arasında bir-birinin ardınca ABŞ-nin şərq sahilinə bizon dəriləri ilə dolu vaqonlar gəlirdi. Vətəndaş müharibəsi başa çatdıqdan və trans-Amerika dəmir yolunun çəkilişindən sonra qərb çəmənliklərinin aktiv inkişafının başlanğıcı ilə ovçuları düzənliklərə gətirmək və ovlarını Avropaya göndərmək üçün geri şərqə daşınmanın daha asanlaşması bizon populyasiyasının əhəmiyyətli dərəcədə azalmasına səbəb olur. Bizonların vəhşicəsinə öldürülməsi nəticəsində onların sayı XX əsrin əvvəllərində bir neçə on milyondan bir neçə yüzə qədər azalmışdı.
ABŞ Ali Məhkəməsi
ABŞ Ali məhkəməsi (ing. Supreme Court of the United States) — ABŞ-nin ali məhkəmə instansiyası. Əsası 1789-cu ildə qoyulmuş bu məhkəmə biri sədr olmaqla 9 hakimdən ibarətdir. Məhkəmə ümumiyyətlə apelyasiya məhkəməsi kimi çıxış edir, lakin bir sıra hallarda (məsələn, diplomatlar və ya bir ştatdan digərinə məhkəmə iddiası ilə) birinci instansiya məhkəməsi ola bilər. Hakimlər prezident tərəfindən Senatın razılığı ilə ömürlük təyin olunur və səlahiyyətlərinə yalnız könüllü istefa və ya törədilmiş cinayətlərə görə impiçment nəticəsində vaxtından əvvəl xitam verilə bilər. 1789–2005-ci illər arasında ABŞ prezidentləri Ali Məhkəmənin hakimi vəzifəsinə 149 namizəd təklif etmiş, bunların 80% -i hakim seçilmişdir. Statistikaya görə, yeni hakim hər 22 aydan bir təyin olunur.
Abbas Məhəmmədi
Abbas Məhəmmədi (23 avqust 1975, Kirman) — İran futbolçu, qapıçı. == Həyatı == Abbas Məhəmmədi 2010-cu ildən Təbrizin Traktor Sazi klubunun oyunçusudur. O Traktor Sazi klubuna gəlməmişdən öncə Mis-i Kirman və Sipahan futbol klublarında oynamışdır. Abbas Məhəmmədi İran çempionatının 2010/2011 mövsümündə ən az (29) buraxan qapıçı olmuşdur.
Abdal Məhmət türbəsi
Abdal Mehmet türbəsi — Abdal məscidinin qarşısında yerləşən türbə 1450-ci ildə Sultan II Murad tərəfindən Bursada tikdirilmişdir. Kvadrat planlı türbənin üstü səkkizbucaqlı bir halqaya oturan, kənardan güllə örtülü günbəz ilə örtülü olub türbəyə beşik tonozlu qapalı bir eyvandan girilir. Türbədə Abdal Mehmetə aid bir sanduqə yerləşir. Abdal Mehmet baş müridi Başçı İbrahim Əfəndi ilə yaxın dostluq etmiş, onun duası ilə zəngin olmuşdur. Zəngin olanda türbəsinin qarşısında Abdal Məscidini tikdirmişdir. Övliya Çələbi, Abdal Türbəsini yoldan keçənlərin dincəlib ibadət etdikləri gözəl bir bina kimi tərif edir.
Abdulla Məhəmmədov
Abdulla Məhəmmədov (qum. Абдулла Магьамматов, 5 aprel 1869 – 2 mart 1937) — qumuq şairi. == Həyatı == Abdulla Məhəmmədov (Mahammadov) (1869, Tersk vilayətinin Yaxsay kəndi-1937). Kəndli ailəsində dünyaya göz açan Abdulla Mahammadov dərin təhsil görməmişdi. Həmin vaxt nəinki bölgədə, hətta Qafqazda belə tanınan mədrəsə onun doğulduğu kənddə fəaliyyət göstərirdi. Abdulla iti zəkası, fitri istedadı ilə yaşıdlarından seçilmiş, xalq arasında yaşayan yırları söyləyə-söyləyə özü də həmin janrda əsərlər yazmağa başlamışdır. Bolşeviklər hakimiyyətə gəldikdən sonra daim xalq arasında olan sadə insanlardan bacarıqla istifadə edərək onları öz təbliğatçılarına çevirirdilər. 1920–1930-cu illərdə kasıb ailədən çıxan, folklordan qaynaqlanaraq sadə şeirlər yazan, xalq arasında dolaşan qazax Cambul Cabayev, ləzgi Süleyman Stalski, avar Həmzət Sadasa kimi sənətkarları reklam edərək, onlardan bacarıqla yararlanırdılar. Qumuqlar arasında da Abdulla Mahammadov bu funksiyanı yerinə yetirirdi. O, kolxoz quruluşunu, sosializmin qələbəsini, bolşeviklərin hünərini tərənnüm edən, kapitalizmi, köhnəliyi, adət-ənənələri tənqid edən şeirlər yazırdı.
Abdullah ibn Məhəmməd
Abdullah ibn Məhəmməd əl-Qureyşi (610-cu illər, Məkkə – 615, Məkkə, ərəb. عبد الله بن محمد‎) — Müsəlmanların sonuncu peyğəmbəri Məhəmməd peyğəmbərin birinci həyat yoldaşı Xədicədən olan oğlu. == Bioqrafiyası == Abdullah Məhəmmədin peyğəmbərlik missiyasının başlanmasından sonra Məkkədə anadan olub. O, atasının peyğəmbərliyi başlayandan sonra doğulduğu üçün ət-Tahir (“təmiz”) və ət-Tayyib (“mehriban”, “yaxşı”) adlarını almışdır. Məhəmməd peyğəmbər ona atasının adını verir. Abdullah 615-ci ildə Məkkədə uşaq ikən vəfat etmişdir. Təfsirlərə görə, Abdullahın vəfatından sonra Məhəmməd peyğəmbərin müasirlərindən və əleyhdarlarından olan əl-As ibn Vail onun haqqında onun sonsuz olduğunu demişdir. Cavabında Kovsər surəsi nazil oldu: Əs-Suddi demişdir: “İnsanların övladları ölən zaman insanlar (ərəblər) belə deyirdilər: “O, itirdi (məhrum oldu). Məhəmməd itirdi (məhrum oldu) ” Sonra Allah nazil etdi: “Həqiqətən, sənin düşmənin sonsuzdur”.
Abdullah ibn əl-Səid Məhəmməd
Abdullah ibn Səid Məhəmməd (ərəb. عبد الله بن سعيد محمد‎; 1846[…], Darfur – 24 noyabr 1899, Kordofan[d]) — Sudanlı Mehdinin ölümündən sonra Mehdi Dövlətinin başçısı və xəlifə (1885–1898). == Həyatı == Abdullah ibn Səid Məhəmməd təxminən 1846-cı ildə Tayşa Bəqqarə qəbiləsində anadan olmuşdur. Atası Məhəmməd ət-Taki ailəsi ilə birlikdə Məkkəyə köçmək istəmiş, lakin bölgənin çətin vəziyyəti ona mane olmuşdur. Abdullah Sudanlı Mehdinin ölümündən sonra, 1885-ci ildə Mehdi Dövlətinin başına gəlmişdir. O, mehdiçilərin mərkəzləşdirilmiş feodal dövlətini gücləndirmiş, qüvvətli ordu yaratmışdı. İngilis müstəmləkəçilərinə qarşı sudanlıların müqavimət hərəkatına (1895–1898) başçılıq etmişdir. 1898-ci ildə Omdurman döyüşündə ingilislər qalib gəldikdən sonra Abdullah Sudan xalqının gerilla hərəkatına rəhbərlik etmiş və döyüşdə həlak olmuşdur.
Abel Məhərrəmov
Abel Məmmədəli oğlu Məhərrəmov (5 yanvar 1950, Ağdam) — BDU-nun keçmiş rektoru (1999–2018), Azərbaycan Respublikası Milli Məclisinin sabiq III (2005–2010) və IV (2010–2015) çağırış deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, kimyaçı alim, BDU-nun üzvi kimya kafedrasının müdiri. == Həyatı == Abel Məhərrəmov 1950-ci il yanvarın 5-də Ağdam şəhərində anadan olmuşdur. Atası Məmmədəli Məhərrəmov riyaziyyatçı olub. Oğlu anadan olanda adını Norveç riyaziyyatçısı Nils Abelin şərəfinə Abel qoymuşdur. 1966-cı ildə Amasiya rayonunun Güllübulaq kənd orta məktəbini qızıl medalla bitirdikdən sonra, həmin il Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə qəbul olmuş və oranı 1971-ci ildə əla qiymətlərlə başa vurmuşdur. Universiteti bitirdikdən sonra təyinatla Ümümittifaq Olefinlər Elmi-Tədqiqat İnstitutunda operator, sonra isə mühəndis vəzifəsində çalışmışdır. 1973-cü ildə M. V. Lomonosov adına Moskva Dövlət Universitetində "Üzvi kimya" ixtisası üzrə əyani aspiranturaya daxil olmuşdur. 1976-cı ildə akademik N. S. Zefirovun rəhbərliyi altında "İkiqat rabitələrə birləşmə reaksiyalarında sulfenxloridlərin elektrofilliyinin artırılmasının yeni metodu" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 1991-ci ildən "Alkenlərin, üçüzvlü karbo və heterotsiklik birləşmələrin elektrofil reaksiyaları əsasında yeni sintetik yanaşmalar" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir və həmin ildən "Üzvi kimya" kafedrasının professorudur. 15 noyabr 2018-ci ildə Abel Məhərrəmov Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib.
Adil Məhərrəmov
Adil Məmmədəli oğlu Məhərrəmov (1 fevral 1952, Ağdam rayonu) — 2008–2021-ci illərdə Azərbaycan Respublikası Hesablama Palatası sədrinin müavini. == Həyatı == Adil Məhərrəmov 1952-ci il fevral ayının 1-də Ağdam rayonunda anadan olmuşdur. 1973-cü ildə Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunu bitirmişdir. 1973–1983-cü illərdə SSRİ Elektronika Sənayesi Nazirliyinin "Azon" zavodunda mühəndis-konstruktor, sahə rəisi, sex rəisinin müavini, sex rəisi işləmişdir. 1983–1986-cı illərdə SSRİ Neft Sənayesi Nazirliyinin Dmitrov adına maşınqayırma zavodunda baş mühəndis vəzifəsində çalışmışdır. 1986–2000-ci illərdə SSRİ Rabitə Vasitələri Sənayesi Nazirliynin (sonradan SSRİ Rabitə Nazirliyi, Azərbaycan Respublikası Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsi) "Ulduz" Elm-İstehsalat Birliyinin baş direktor müavini, baş direktoru işləmişdir. 2000–2001-ci illərdə Azərbaycan Respublikası Dövlət əmlakı nazirinin müşaviri olmuşdur. 2001-ci ilin aprel-dekabr aylarında Azərbaycan Respublikası İqtisadi inkişaf nazirinin müşaviri vəzifəsində çalışmışdır. 2001-ci ilin dekabr ayında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycan Respublikası Hesablama Palatasının auditoru təyin edilmişdir. 2008-ci ilin dekabr ayında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Hesablama Palatası sədrinin müavini təyin edilmişdir.
Afaqın məhəbbəti (film)
Afaqın məhəbbəti qısametrajlı televiziya tamaşası rejissor Ağakişi Kazımov tərəfindən ekranlaşdırılmışdır. Televiziya tamaşası Azərbaycan televiziyasında istehsal edilmişdir. Televiziya tamaşasının əsasında Nizami Gəncəviyə kəniz olaraq hədiyyə edilən Afaqın (Səidə Quliyeva) taleyi durur. Televiziya tamaşasında əsas rolları Məhluqə Sadıqova, Mirvari Novruzova, Muxtar Avşarov, İlham Əsgərovvə Səidə Quliyeva ifa edirlər. == Məzmun == Televiziya tamaşasının əsasında Nizami Gəncəviyə kəniz olaraq hədiyyə edilən Afaqın (Səidə Quliyeva) taleyi durur. Tamaşa Afaqın İlyasın evinə gətirilməsi ilə başlayır. İlk gündən İlyas (İlham Əsgərov) Afaqa kəniz gözüylə baxmadığını qeyd edir. O, Afaqın mərdliyinə, gözəlliyinə valeh olur. Afaq İlyasa gün keçdikcə daha da bağlanır və eşqini ilk dəfə İlyasın anasına (Məhluqə Sadıqova) etiraf edir. İlyas Afaqın taleyilə maraqlanır və Afaq ona başına gələnləri nəql edir.
Ahəngər Məhəllə (Mazandaran)
Ahəngər Məhəllə — İranın Mazandaran ostanında kənd..
Akif Məhərrəmov
Akif Əli — Azərbaycan yazıçısı, filoloq alim, Azərbaycan Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri (1994–2019). Əməkdar jurnalist, 2-ci dərəcə Dövlət müşaviri. == Həyatı == ƏLİ Akif Əli oğlu — 22 fevral 1952-ci ildə Azərbaycanın Şuşa şəhərində doğulub. Atası – hüquqşünas Əli Məhərrəmov (1924–1977) uzun illər respublikanın prokurorluq və məhkəmə sistemində çalışıb, Azərbaycan Respublikası Ali Məhkəməsinin üzvü olub. Anası – Şəhla Məhərrəmova (1928–2008) evdar qadın olub. Akif ƏLİ Bakı ş. 16 №-li orta məktəbi (1970), M. F. Axundov adına Azərbaycan Dövlət Rus dili və Ədəbiyyatı İnstitutunu (1974), "Azərbaycanfilm" k/st nəzdində Kinoaktyorluq kurlarını (1974) və Bakı Ali Partiya Məktəbini (1989) bitirib. == Yaradıcılıq fəaliyyəti == Uzun illər ədəbi-bədii yaradıcılıqla məşğul olaraq, kino, radio, televiziya, elm, təhsil, mətbuat, həmçinin Dövlət qulluğu sahələrində işləyib. İlk əmək fəaliyyətinə "Azərbaycanfilm"də dahi sənətkar Rəşid Behbudovun iştirakı ilə çəkilən "1001-ci qastrol" filmində rejissor assistenti kimi başlayıb. Sonra kinoaktyor kimi bədii filmlərdə baş rollara dəvət olunaraq, kinoda yaddaqalan obrazlar yaradıb: Rüstəm — "Uzun müharibədə qısa görüşlər" ("Tacikfilm" — "Lenfilm"), Tapdıq — "Tütək səsi", Fazil müəllim — "Arxadan vurulan zərbə", Məmməd — "Əgər biz biryerdəyiksə" ("Azərbaycanfilm"); və b.
Akif Məhərrəmov (şəhid)
== Həyatı == Akif Məhərrəmov 6 yanvar, 1972-ci ildə Azərbaycanda anadan olub. Orta məktəbi bitirdikdən sonra, hərbi xidmət keçmək üçün Rusiyanın Kalininqrad şəhərinə gedir. O Rusiyada xidməti yarımçıq qoyaraq, Azərbaycana qayıdır. O zaman Rusiyada xidmət məcburi idi. Akif Məhərrəmov torpağlarımızın erməni tapdağlarından azad etmək üçün döyüşür. 16 iyul, 1994-cü ildə Tərtər istiqamətində qəhrəmancasına həlak olur. 22 yaşında müqəddəs zirvəyə ucalan Akif Məhərrəmov, ikinci fəxri xiyabanda dəfn olunub.
Albaniya Konstitusiya Məhkəməsi
Albaniya Respublikası Konstitusiya Məhkəməsi (alb. Gjykata Kushtetuese e Republikës së Shqipërisë) — konstitusiyanın (Kushtetuta) şərhi və qanunların konstitusiyaya uyğunluğu məsələlərini həll edən səlahiyyətli orqan. Məhkəmə konstitusiyaya hörməti təmin edir və onun şərhləri ali hüquqi qüvvəyə malikdir. Konstitusiya Məhkəməsi Parlamentin (Kuvendi) razılığı ilə Prezident (Presidenti) tərəfindən təyin edilən 9 hakimdən ibarətdir.
Ali Federal Məhkəmə (Braziliya)
Braziliya Ali Federal Məhkəməsi (portuqalca: Supremo Tribunal Federal, qısaca STF) — Braziliyada ən son müraciət ediləcək məhkəmədir və aldığı qərarlar şikayət edilə bilməz. Braziliya Ali Federal Məhkəməsi Braziliya Milli Konqresinin aldığı qərarların və qəbul etdiyi qanunların Braziliya Konstitusiyasına uyğun olub-olmadığına nəzarət edir. Məhkəmə üzvləri Braziliya Senatının təsdiqi ilə Braziliya Prezidenti tərəfindən seçilir. Məhkəmə üzvlərinin maksimum yaş limiti 70-dir. == Braziliya Ali Federal Məhkəmənin binası == Məhkəmə binası Oskar Nimeyer tərəfindən dizayn edildi.
Ali Məhəmməd piri (Camaldın)
Ali Məhəmməd piri — Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Camaldın kəndinin təqribən 4,5 km şimal-şərqində yüksək dağın qərb tərəfində ziyarətgah. Culfa rayonunun Camaldın kəndindən 4'5 km şimal-şərqdə köhnə qəbrstanlıq təpəliyində Ali Məhəmməd piri vardır. Pirin yaranma tarixi XII əsrə aid edilir. Camaldın (Cəmaləddin) kəndi Culfa şəhərindən 18 km məsafədə Əlincə çayının sol sahilində yerləşir. Sovet hakimiyyəti dövründə kolxoz ambarı olmuş qədim məscid binası, son illərdə bərpa olaraq mömünlərin ixtiyarına verilmişdir. Ali Məhəmməd piri 8x5 metr ölçüsündə daş hörgülü kiçik binadan ibarətdir. Orada üç məzar yeri vardır ki, biri həyətdə, ikisi isə otaqdadır. Həyətdəki məzar əvvəllər çoban olmuş mücövür Səfəralı kişiyə aid olduğu ehtimal edilir. Binanın içərisindəki qara örtüklü məzar isə pir sahibi Aliməhəmmədin qəbridir. Pirin həyətindən çeşmə çıxır.
Ali məhəbbət (film, 2012)
Ali məhəbbət — rejissor Nikolay Arselin 2012-ci ildə çəkdiyi film. Əsas rolları Mads Mikkelsen, Alisiya Vikander, Mikkel Fyolsqor, David Densik və Syoren Mallinq ifa edirlər.
Alim Məhəmmədov
Alim Qəmərşo oğlu Məhəmmədov (28 sentyabr 2001, Fındıqlı, Zaqatala rayonu – 27 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Alim Məhəmmədov 2001-ci il sentyabrın 28-də Zaqatala rayonunun Fındıqlı kəndində anadan olub. 2007-2016-cı illərdə Fındıqlı kənd ümumi orta məktəbində, 2016-2018-ci illərdə İ.Qayıbov adına Qazangül qəsəbə tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Alim Məhəmmədov 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. İkinci Qarabağ müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin Füzuli rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edirdi. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Alim Məhəmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli, Cəbrayıl və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Alim Məhəmmədov oktyabrın 27-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Zaqatala rayonunun Fındıqlı kəndində torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Alim Məhəmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Allahın elçisi Məhəmməd (film, 1976)
"Çağırış" (ing. The Message) — rejissor Mustafa Akkadın filmi. == Məzmun == Bu film islam dünyasının tarixində böyük yer tutan Məhəmməd peyğəmbərin yaşadığı dövrü əks etdirir. Filmin əsas mövzusu peyğəmbərin islam dinini insanlar arasında yaymasından ibarətdir. Filmdə Məhəmməd üzü heç göstərilməmişdir. Sadəcə bəzi hadisələr onun gözü ilə verilmişdir. Filmdə islam dininin yaranması, müsəlmanlığı qəbul edənlərə verilən əzab-əziyyətlər, Məkkədən Mədinəyə hicrət, Bədr və Uhud müharibələri təsvir olunmuşdur. Cəbrayıl Əleyhissəlamla görüşündən sonra Məhəmməd Kəbə əhlini tək Allaha inanmağa, mövcud olan bütləri sındırmağa dəvət edir. Amma Kəbənin tanınmış şəxsləri Məhəmmədin sözlərinə qulaq asmırlar. Allahdan gələn vəhydən sonra Məhəmməd öz ordusu ilə məkkəlilərə qarşı savaşa başlayır.
Alovlu məhəbbət (film, 2011)
Alovlu məhəbbət — rejissor Dreyk Doremusun 2011-ci ildə çəkdiyi film. Əsas rolları Anton Yelçin, Felsiti Cons və Cennifer Lourens ifa edirlər. == Məzmun == Film ingilis tələbə Annann amerikalı tələbə Ceykoba aşıq olmasından bəhs edir. Amerikada uzun müddət qaldığı üçün vizası ləğv olunan Anna sevgisindən ayrı düşmək məcburiyyətində qalır.
Ambaras məhəlləsi
Ambaras məhəlləsi — Ordubad şəhərində qədim məhəllə == Haqqında == Ordubadçayın sağ sahilindədir, Aşağı və Yuxarı Ambaras adlanan iki məhəllədən ibarətdir. XVIII əsrin əvvəllərində Naxçıvan sancaqının tərkibinə daxil olan Azadciran nahiyəsi Ordubad qəsəbəsinin məhəllələrindən biri kimi adı çəkilir. Mənbələrin məlumatına görə,məhəllənin kiçik meydandan ibarət mərkəzində məhəllə məscidi, çeşmə və bir neçə xırda dükan vardı. Meydan bütünlüklə iri çinar ağaclarının kölgələri örtürdü. Ambaras məhəlləsinin meydanı indi də məhəllə mərkəzi rolunu oynayır. == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 23.
Amil Məhərrəmov
Amil Məhərrəmov — Azərbaycan iqtisadçısı, iqtisad elmləri doktoru, professor. == Həyatı == Amil Məmmədəli oğlu Məhərrəmov 1974-cü il dekabr ayının 24-də Azərbaycan SSR-in Bakı şəhərində anadan olmuşdur. 1981–1991-ci illərdə Bakı şəhəri 54 saylı orta məktəbində oxumuşdur. 1996-cı ildə Bakı Dövlət Universitetinin "Sosial elmlər və psixologiya" fakültəsini iqtisadi-nəzəriyyə ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmiş, 1996–2000-ci illərdə 08.00.01. – "İqtisadi nəzəriyyə" ixtisası üzrə aspiranturada oxumuşdur. 1995-ci ilin dekabr ayından Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunda baş laborant vəzifəsində əmək fəaliyyətinə başlamıışdır. 1999-cu ildən "Beynəlxalq iqtisadi münasibətlər və idarəetmə" kafedrasında saathesabı müəllim, 2000-ci ildən 0,5 ştat əvəzçilik yolu ilə müəllim və 2002-ci ildən tam ştat baş müəllim vəzifəsinə keçirilmişdir. 2002-ci ildən A.M.Məhərrəmov "Beynəlxalq münasibətlər və beynəlxalq hüquq" fakültəsində tədris işləri üzrə dekan müavini vəzifəsində çalışmışdır. 2006-cı ildən dosent elmi adını almış və həmin ildən yeni yaradılmış "Gömrük işinin təşkili və idarəetmə" kafedrasında müdir əvəzi, dosent kimi elmi-pedaqoji fəaliyyətini davam etdirmişdir. 2011-ci ildə yeni yaradılmış "İqtisadiyyat və idarəetmə" kafedrsının müdiri vəzifəsinə seçilmişdir.
Apellyasiya məhkəməsi
Apellyasiya Məhkəməsi (ing. appeal - çağırış) - ikinci instansiya məhkəməsi . Cinayət və mülki məhkəmə proseslərində apellyasiya şikayəti əsasında hakimlər tərəfindən qəbul edilmiş qərarların qanuniliyi və əsaslılığı yoxlanılır. Ümumi yurisdiksiya məhkəmələrində apellyasiya instansiyası birinci instansiya məhkəmələrinə münasibətdə yuxarı instansiya məhkəmələridir. Arbitraj prosesində birinci instansiyada çıxarılmış arbitraj məhkəmələrinin bütün qərarları apellyasiya şikayəti əsasında yoxlanılır. Apellyasiya və kassasiya icraatı məhkəmə nəzarəti üsullarıdır, lakin bu üsullar məzmununa görə fərqlənir. Apellyasiya instansiyası məhkəməsi məhkəmə qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, sübutları bilavasitə araşdırmaq və iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qərardan fərqli olaraq yeni qərar qəbul etmək hüququna malikdir. Kassasiya instansiyası məhkəməsi sübutları yalnız qanunla məhdudlaşdırılmış hallarda bilavasitə tədqiq edir və məhkəmənin qərarını qanunsuz hesab edə, onu ləğv edə və işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərə bilər. Azərbaycanda apellyasiya məhkəməsinin hakimlərini Azərbaycan Respublikasının Prezidentinin təqdimatı ilə Milli Məclis təyin edir. == İstinadlar == == Ədəbiyyat == Lax, Jeffrey R. "Apellyasiya Məhkəmələrində Hüquqi Qaydaların qurulması".
Məhr
Məhr — "məhriyyə" sözündən olub, nikahpulu deməkdir. Miqdari kəbinkəsdi mərasimində təsdiq olunub təzə mənzilə köçürüləcək gəlinə, gələcəkdə o boşanarsa, ərinin ona verəcəyi pulun adı. Babalarımızın inancma görə, mehriyyəsiz kəbin batildir. Başqa sözlə, bu, kəbin kağızında "talaq" üçün müəyyən edilmiş kəbinhaqqıdır. Onun miqdarı toydan çox-çox qabaq, elçilik vaxtı, oğlan evinin maddi vəziyyətindən asılı olaraq müəyyən olunur və heç vaxt geriyə alınmır. Qız tərəf, adətən, onun yüksək olmasma, oğlan evi isə onun aşağı salınmasına çalışır. Qaydaya görə, bu məbləğ toydan bir neçə gün əvvəl ödənilməlidir, amma çox vaxt oğlan evi buna yalnız söz verməklə kifayətlənir, molla da kəbin kağızında bunları qeyd edərək imzalayır. Həmin vəsait qadının şəxsi mülkiyyəti sayılır, boşanma qadının təşəbbüsü ilə baş verərsə, qayda-qanuna görə, o bu pulun yalnız yarısını alır. Vaxtilə bəzi varlı ailələrdə pul əvəzinə yarızarafat, yarıgerçək sayaraq, həyatda mümkün olmayan miqdarda, məsələn, bir pud söyüd ağacının külü, yaxud quru soğan qabığı, bəzən isə 22 pud mis yazdırılır. Bəllidir ki, söyüd ağacı yandırıldıqda onun heç vaxt külü qalmır, soğanın qabığı isə çox yüngül olduğuna görə, boşanma zamanı kişi qadına bu "miqdarda" kül-qabığı vermək iqtidarında olmur.
Cəh-Cəh Həsrətində (1983)
Moh suyu
Moh suyu – Qax rayonu İlisu kəndi ərazisində, Kürmükçayın sol sahilində termal bulaqdır. == Ümumi məlumat == Suyun tərkibi məşhur “İlisu hamamı” ilə (kükürd-rodon tərkibli) eynidir. Suyun temperaturu isə 18-21°-yə qədərdir. Müalicə üçün istifadə edilərkən xüsusi qızdırılmış daşları vannalara salıb suyun temperaturunu artırırlar. Dəri-zöhrəvi xəstəliklərin müalicəsində çox effektlidir. İlisu termal bulaqlar kompleksinə aid edilir. Kəndə yaxın olması (1 km-ə qədər) ilin bütün fəsillərində istifadə edilməsinə imkan verir və bulağın daha qədimdən məlum olması güman edilir. Bəzən Kürmükçaya güclü sel gəldikdə “bulağın gözü” yerini dəyişir.
Məhi Vəliyev
Məhi Vəliyev (1927, Araz Yağlıvənd, Qaryagin qəzası – 11 yanvar 2009, Araz Yağlıvənd, Füzuli rayonu) — Lenin, Oktyabr inqilabı, Qırmızı Əmək Bayrağı ordenli zəhmət adamı. == Həyatı == Məhi Cümü оğlu 1927-ci ildə Araz Yağlıvənd kəndində anadan olmuşdu. Böyük Bəhmənli kənd məktəbində natamam təhsil almışdı. Kоlxоzda işləmişdi. Kоlxоz idarə heyətinin göndərişi ilə rayоnlararası kənd təsərrüfatı kursunda оxumuşdu. 1944-cü ildə kursu tamamladıqdan sоnra, 1950-ci ilədək kоlxоzda mal və qоyun təsərrüfatı briqadiri vəzifəsində çalışmışdı. 1950-ci ildən 1953-cü ilə kimi Bakının keçmiş Lenin rayоnunda neft buruqlarında işləmişdi. 1953-cü ilin sоnunda dоğma kəndi Aşağı Yağləvəndə qayıdıb və 1980-ci ilədək pambıqçılıq təsərrüfatında sahə briqadiri vəzifəsində çalmışdı. İşləməklə yanaşı qiyabi Gəncə Kənd Təsərrüfatı Texnikumunun aqrоnоmluq şöbəsini bitirmişdi. 1980-ci ildən 1998-ci ilin sоnunadək kolxozun üzümçülük sahəsində briqadir işləmişdi.
Mən-roman
Mən-roman (私小説, şişosetsu) – Yaponiyada bədii ədəbiyyat janrı. Bu janrda əsər müəllifin həyatında baş verən hadisələrə əsaslanır və avtobioqrafik etiraf xüsusiyyəti daşıyır. Belə romanlarda hadisələr birinci və ya üçüncü şəxsin təkindən nəql oluna bilər. Bu janrın kökləri Tayama Katainin 1907-ci ildə nəşr olunmuş "Yorğan" romanına gedib çıxır. Bu roman ortayaşlı bir rəssamla onun gənc qız tələbəsi arasındakı münasibətlərdən bəhs edir və müəllifin şəxsi təcrübələrinə əsaslandığı güman olunur. 1910-cu illərdə intellektual sfera öz şəxsi narahatlıqlarını daha əhəmiyyətli olduğunu vurğulamağa başladığından bu janr da getdikcə populyarlaşmağa başlayıb. Bu dövrdə mən-roman janrına müraciət edən əsas yazıçılar Çikamatsu Şuko, Şimazaki Toson, "Ağ ağcaqayın" məktəbinin nümayəndələri Muşanokoci Saneatsu və Şiqa Naoya idilər. "Mən-roman" terminin geniş şəkildə işlənməyə başladığı və ayrıca janr kimi təşəkkül tapdığı dövr isə 1920-ci illərə təsadüf edir. Qəbul olunmuş fikirlərə görə bu janrda ənənəvi hekayə və məzmun tələbləri rədd edilir və müəllifin daxili reallığına daha çox önəm verilirdi. Mən-romanın bu konsepsiyası 1920-ci illərdə Marksist ədəbiyyatının güclənməsi və kütlə mədəniyyətinə dair bir neçə janrın yaranması ilə əlaqədər ədəbi dünyadakı çevrilmələrə qarşı reaksiya kimi qəbul oluna bilər.
Mən Azərbaycanlıyam
Mən Azərbaycanlıyam — milli bilik yarışması 2009-cü ildən etibarən Azərbaycan Televiziyasında yayımlanır. == Məzmun == Yarışmada yaşı 15-dən 29-a qədər olan bütün ölkə gəncləri iştirak edə bilər. Yarışmada bu günə kimi onlarla Azərbaycan gənci qalib olub. Hər verilişin qalibinə Gənclər və İdman naziri Azad Rəhimov tərəfindən imzalanmış diplom və Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən notbuk hədiyyə olunur.
Mən kiməm?
Mən kiməm? (film, 1998) Mən kiməm? (film, 2004) Mən kiməm? (film, 2009) Mən kiməm? (film, 2010) Mən kiməm?
Mən Kubayam
"Mən Kubayam" (rus. Я — Куба; isp. Soy Cuba) — rejissor Mixail Kalatozovun 2 seriyalı filmi. == Məzmun == Film bir neçə novelladan ibarətdir. Hər bir hekayədə Kuba adasındakı inqilabi hadisələr zamanı insanların taleyi haqqında söhbət açılır. Gülərüz meyvə satıcısı qonşu qız Mariyaya aşiq olur. Lakin sonra öyrənir ki, o, Betti ləqəbli fahişədir. Betti bir tikə çörək üçün bədənini varlı Amerika turistlərinə satır. Qoca kəndli Pedro sahibkardan öyrənir ki, torpaq "Yunayted Frut" Amerika şirkətinə satılıb. Bundan sonra o, böyük zəhmət hesabına yetişdirdiyi şəkər qamışı sahəsini yandırır.
Mən yaramazam
Mən yaramazam 2010 ABŞ ailə, animasiya filmidir. == Məzmun == Qru adlı daş ürəkli və yaramaz adam, dünyanın peyki olan ayı oğurlamaq qərarına gəlir. Ona kiçik kölələri minyonlar da kömək edəcəkdir. == Səsləndirmə == Stiv Kerell — Felonius Qru Ceyson Siqel — Viktor "Vektor" Perkins Rassel Brend — Dr. Nefario Miranda Kosqrov — Marqo Culi Endryus — Marlena Qru Dana Ceyer — Edit Elsi Keyt Fişer — Aqnes Vill Arnett — Mister Perkins Kristen Uiq — Miss Hetti Pyer Koffin — Tim, Bob, Mark, Fil, və Stüard Kris Renaud — Deyv, Billi və Lerri Cemeyn Klement — Kevin və Cerri Cek MakBrayer — Karnaval işçisi/Turist ata Ken Conq — Talk Show Host Danni MakBrayd — Fred Makdeyd Mindi Keylinq — Turist ana == Xarici keçidlər == Mən yaramazam — Internet Movie Database saytında.
Yaradıcı məhv
Yaradıcı məhv (almanca: Schöpferische Zerstörung), Şumpeterin fırtınası olaraq da tanınır. 1950-ci illərdən etibarən Avstriya-Amerikalı iqtisadçı Yozef Şumpeterin Karl Marksın əsərlərindən törətdiyi və iqtisadi innovasiya nəzəriyyəsi olaraq ifadə etdiyi iqtisadi konsepsiyadır. Şumpeterə görə, "yaradıcı məhv fırtınası", iqtisadi quruluşu fasiləsiz olaraq içdən dəyişdirən, davamlı olaraq köhnəni dağıdarkən yenini yaradan sənayevi mutasiya müddətini ifadə etməkdədir. Marksist iqtisadiyyat nəzəriyyəsinə görəysə bu qavram kapitalizmin altında zənginlik yığımının və yox oluşunun bir-birinə bağlı müddətlərinə toxunaraq, daha geniş anlamda istifadə edilməkdədir.
Cəh-cəh həsrətində (film, 1983)
.mh
.mh — Marşall adalarının internet kodu.
Aşıq Məm­mədhüseyn
Şair Məmmədhüseyn (1800, Daşkənd – 1880, Daşkənd, Yeni Bəyazid qəzası) — XIX əsrdə yaşamış aşıq, şair. == Həyatı == Novruzov Məmmədhüseyn Həsən oğlu 1800-cü ildə Göyçə mahalının Daşkənd kəndində anadan olmuşdur. O, heç bir təhsil almamışdır. Şairin böyük qardaşı Əli Ərdəbildə və İsfahanda 8 il ruhani təhsili almışdır. Məmmədhüseynin atası dülgər olsa da bütün varlığı ilə aşıq sənətinə bağlanmışdır. Elə Məmmədhüseynin də şair olmasında atasının az təsiri olmamışdır. Məmmədhüseyn bədahətən şeir deməyə qadir bir şair imiş. Daşkənddə yaşayan "Şairlilər" nəsli şairin adı ilə bağlıdır və onun nəsil şəcərəsinin üzvləridir. Şair Məmmədhüseynin Kərbəlayi Məhəmməd, Kərbəlayi Əsəd, Əbülfət, Əli və Xəlil adlı beş oğlu olmuşdur. Böyük sənətkar müqəddəs Kərbəlanı oğlu Məhəmmədlə birgə ziyarət etmişdir.
Mah Tələtin portreti
Mah Tələtin portreti — Azərbaycan rəssamı Mirzə Qədim İrəvaninin çəkdiyi rəsm. Rəsm Tbilisidə, Gürcüstan Dövlət İncəsənət Muzeyində saxlanılır. == Təsviri == Azərbaycan milli geyimində təsvir edilmiş qadın açıq pəncərə (şəbəkə) fonunda təsvir edilib. Pəncərədən mavi səma görünür. Qadın sol əlini bülinə qoyub, sağ əlini isə aşağı sallayıb. Şəbəkənin ortada yerləşən və qaldırıldığına görə qadının başı üzərində imiş kimi görünün orta hissəsi rəngarəng şüşələrlə bəzədilmişdir. Yan pəncərələr üzərində asılmış yaşıl pərdələr aşağıdan yığılaraq əsərin kənarlarına doğru çəkilmişdir. Döşəmə geniş haşiyəli xalça ilə döşənmişdir. Miklaşevskayanın sözlərinə görə, qadının demək olar ki, dairəvi olan üzü xəttləri az marqlı və ifadəsiz olsa da, sözsüz ki, portret uyğunluğunu ötürə bilir. Böyük dəstələrlə çiyinlərə düşən qara saçları qadının üzünü əhatə edir.
Mən Azərbaycanlıyam (yarış)
Mən Azərbaycanlıyam — milli bilik yarışması 2009-cü ildən etibarən Azərbaycan Televiziyasında yayımlanır. == Məzmun == Yarışmada yaşı 15-dən 29-a qədər olan bütün ölkə gəncləri iştirak edə bilər. Yarışmada bu günə kimi onlarla Azərbaycan gənci qalib olub. Hər verilişin qalibinə Gənclər və İdman naziri Azad Rəhimov tərəfindən imzalanmış diplom və Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən notbuk hədiyyə olunur.
Mən Fəhləyəm (1975)
Mən Nirvanadayam (albom)
Mən Nirvanadayam (rus. Я в Нирване) – Azərbaycanlı müğənni Aygün Kazımovanın EP albomudur. == Fon və yazılma == Aygün Kazımova 90-cı illərin sonlarından başlayaraq, yaradıcılığında rusca mahnılara yer verməyə başlamışdır. Məsələn, "Карие Глаза, "Я и Ты", "Я Девушка Восточная" və s. bu kimi yerli və xarici bəstəkarların əsərlərini ifa etmişdir. Rusca mahnılar ifa etdiyi zamanlarda rusdilli albom təqdim etmək istəsə də bu baş tutmamışdır. “Rusdilli albom arzusu mənim üçün iyirmi il əvvəl yaranmışdı. [...] Ancaq gördüyünüz kimi, xəyalımla vidalaşmadım!” sözlərini yeni albomu üçün "Nargis" jurnalına müsahibəsində söyləmişdir. Uzun müddət yeni rusca mahnı təqdim etməyən ifaçı, ona uğur gətirən "S.U.S." mahnısının rusca versiyası olan "Pust"-u (rus. Пусть), 2018-ci ildə "Jara" (rus.
Mən Sərhədçiyəm (1976)
Mən gəlirəm (mahnı)
Tank məhv edən
Tank məhv edən hərəkət edə bilən antitank topu ya da tank məhv edən zirehli transportyordur. Onların yaradılmasının əsas səbəbi müharibə meydanlarında düşmən tanklarını yox etməkdir. Yəni ki, onlar bir növ antitank silahıdırlar, ancaq tank deyildirlər. Üzərlərində qüllədən yüksək çıxışa sahib olan toplar mövcud olur. Ya tamamilə taretsiz, ya da ki, üstüaçıq bir taretə sahib olurlar. Təkərlər və ya tırtıllı təkərlər üzərində hərəkət edirlər. Üzərində tank əleyhinə idarəolunan raket daşıya bilən növlərinə qısaca ATGM (İngilis dilində Anti Tank Guided Missile) deyilir. Tankdağıdanlar tanklar kimi bir çox vəzifələr daşımırlar. Tanka nəzərən daha ləng və ağır piyada atışlarına qarşı (topçu) müdafiəsi zəifdir. Hər nə qədər bəzilərinin ön tərəflərində qalın zirehə sahib olsalar da, yenə də zəif zirehli texnika hesab edilirlər.
Mən əfsanəyəm (film)
"Mən əfsanəyəm" (ing. I Am Legend) 2007-ci il Amerika elmi-fantastik filmi. Riçard Metisonun "Mən əfsanəyəm" əsərinin üçüncü uyğunlaşmasıdır. Rejissor Frensis Lourens, ssenaristlər Akiva Qoldsman və Mark Protoseviçdir. Baş rolda Vill Smitdir (virusoloq Robert Nevill). 2007 il dekabr 14-də buraxılmış film iki gündən sonra ABŞ Boks Ofis nömrə bir filmi oldu. Filmin vaxtı 100 dəqiqədir. Büdcəsi təxminən 150 milyon dollar. Distribütorları Warner Brothers və Village Roadshow-dır. "Mən əfsanəyəm" əsasən 35 millimetrli anamorfot fortmatda çəkilmişdir.
Mən burdayam, İlahi!
Mən burdayam, İlahi! — Tammetrajlı bədii müharibə filmi.Rejissor Qulu Əsgərov tərəfindən 2023-ci ildə ekranlaşdırılmışdır. Film Vətən müharibəsi mövzusunda çəkilib. == Məzmun == Müharibədə yaralanan qazinin (Rasim Cəfərov) Üç aylıq komadan ayılır anasının rəhmətə getdiyini və qızının internata himayəyə verildiyini öyrənir. Daha sonra həyatını qaydasına salmağa çalışır ki, övladına sahib çıxa bilsin. Öz qızını geri qaytarmaq uğrunda apardığı mübarizədən bəhs edən filmdə ağır döyüş səhnələrindən daha çox, müharibənin insan psixologiyasında buraxdığı izlər və müharibədən çıxmış insanların yaşamaq üçün mübarizəsi ön plana çəkilib. == Film haqqında == Filmin ilk premyerası 27 sentyabr 2023 Alov qüllələrində yerləşən “Park Cinema” kinoteatrlar şəbəkəsində baş tutub. Filmin ikinci premyerası 9 Noyabr 2023-cü ildə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda yeni yaradılmış kinoteatr binasında baş tutub.
Mən evə qayıdıram
Mən evə qayıdıram — "Salnamə" sənədli filmlər studiyası tərəfindən çəkilişlərinə 2011-ci ildə başlanan və 2014-cü ildə təqdimatı olan rejissor Samir Kərimoğlunun filmi. Yaşar Nurinin çəkildiyi son filmdir. == Filmin çəkilişləri == "Mən evə qayıdıram" adlı filmin çəkilişlərinə 2011-ci ilin fevral ayının 26-da Samir Kərimoğlunun rejissorluğu ilə başlanılıb. Rejissor "Bu filmi Tərlanın simasında Azərbaycanın şəhid olmuş bütün igidlərinin şərəfinə" çəkdiyini bildirmişdir. Bu film Xalq artisti Yaşar Nurinin rol aldığı son filmdir. Aktyor filmdə hərbi hissədə çalışan aşpaz obrazını canlandırmışdır. Ekran əsərinin operatoru xüsusi olaraq Almaniyadan dəvət olunub. Filmdə canlı səsyazma sistemindən istifadə olunub. Filmin çəkilişləri Quba rayonu, Kürdəmir rayonu, Xızı rayonu və Sitalçayda aparılıb. == Filmin məzmunu == "Mən evə qayıdıram" filmi 1990-cı illərədən bəhs edir.
Deh
Deh-i Əlireza — İranda, Xuzistan ostanında, Həftkel şəhristanının Mərkəz bəxşinin Hövmə dehestanında kənd. Deh-i Cövlan — İranda, Xuzistan ostanında, Həftkel şəhristanının Mərkəz bəxşinin Hövmə dehestanında kənd. Deh-i Novruz (Xuzistan) — İranda, Xuzistan ostanında, Həftkel şəhristanının Mərkəz bəxşinin Hövmə dehestanında kənd.
Heh
Heh Misir mifologiyasında sonsuz zamanı və əbədiyyəti ucsuz bucaqsız fəzanı tərənnüm edən abstrakt tanrı. Xaos və Apeyron onun analoqları sayılır. Qurbağa başlı insan cildində təqdim olunur.
MET
Budapeşt Metropolitan Universiteti (azərb. Budapeşt Metropolitan Universiteti"‎, mac. "Budapesti Metropolitan Egyetem", ing. "Budapest Metropolitan University") və ya qısaca Metropolitan Universiteti Macarıstanın ən böyük özəl ali məktəbidir. Tələbələrin sayı 6000 yaxındır. Unversitet, 2005-ci ilin yazında Erasmus Universitet nizamnaməsi ilə təltif olunub. Universitetdə biznes, marketinq, incəsənət, mediya, kommunikasiya və turizm sahələri üzrə geniş bakalavr və magistratura proqramları var. Metropolitan Universiteti UNESCO-nun Dünya İrsi departamenti ilə rəsmi qaydada əməkdaşlıq edir.Universitetin dörd kampusu var: üç kampus Budapeştdə, biri isə Macarıstanən cənubundə yerləşən Hödmezörveşerhey (Hódmezővásárhely) bölgəsindədir. == Tarixi == 2000-ci il – Buapeşt Kommunikasiya Kollecinin əsası qoyuldu və ona dövlət akkeditasiyası verildi. Kollec, ali təhsil, böyükləriüçün təhsil və mütərəqqi peşə təhsil kurslarını beynəlxalq və Avropa Birliyi standartları əsasında tədbiqi rabitə və biznes elmləri sahələrində 2001-ci ildən bəri təmin etməyə başladı.
MeV
Elektron volt (eV) hissəciklər fizikasında istifadə olunan enerji vahididir. Hissəciklər fizikasında kütlə də elektron volt vasitəsilə ifadə olunur. Vahid 1912-ci ildə təklif edilmişdir, 1930-cu ildən istifadə olunur. Fizikada, kimyada və səhiyyədə istifadə olunur. == eV enerji vahidi kimi == Elektron x volt potensiala malik yerdən (x+1) volt potensiala malik yerə hərəkət etdikdə (və ya sürətləndikdə) elektronun qazandığı potensial enerji 1 elektron volt olur. 1 elektron volt= 1.602 176 565(35) × 10−19 coul Vahid çox kiçik olduğundan onun daha yüksək dərəcələrindən istifadə edilir: keV — (kilo yunan khilioi — min) — 103 elektron volt MeV — (meqa yunan megas — böyük) — 106 elektron volt GeV — (giqa yunan gigas — giqant) — 109 elektron volt TeV — (tera yunan teras — monstr) — 1012 elektron volt == eV/c2 kütlə vahidi kimi == Elektron volt vahidi enerji ilə yanaşı kütlə üçün də işlənir. Bu A. Eynşteynin (A. Einstein) E =mc2 formulundan alınır. Bu formulaya görə enerji kütlə ilə işıq sürəti kvadratının hasilinə bərabərdir. E = m ∗ c 2 {\displaystyle E=m*c^{2}} Buradan m = E / c 2 {\displaystyle m=E/c^{2}} Beləliklə 1 eV/c2 = 1.782 661 845(39) × 10−36 kg Məsələn, protonun kütləsi 938.272 046(21) MeV/c2 və ya 1.672 621 777(74)×10−27 kg Bəzən fizikaya aid ədəbiyyatda kütləni elektron volt ilə ifadə edəndə vahidin c2 hissəsi nəzərə alınmır. Belə ki, protonun kütləsi 938.272 046(21) MeV kimi də yazıla bilir.
Mehr
Mehr (fars. مهر‎) — İran və Əfqanıstanın rəsmi təqviminin yeddinci ayı. Mehr ayında 30 gün var. Bu ay sentyabr ayında başlayıb oktyabr ayında sona çatır. Mehr payızın ilk ayıdır.
Mem
Mem (ing. meme, ru. мем) -bir nəsildən başqa nəsilə genetik olaraq deyil, imitasiya, öyrətmə yoluyla ötürülən mədəni informasiya. "Mem" termini yunan dilindəki μίμημα ("oxşarlıq") sözündəndir. Mem anlayışı və onun konsepsiyası 1976-cı ildə Riçard Dokinz (Richard Dawkins) tərəfindən "Eqoist gen" kitabında işlənib. İnternetdə bu termindən, adətən, çox sürətlə populyarlıq qazanan sözü, ifadəni, görüntünü bildirmək üçün istifadə olunur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Men
Men (ing. Maine (/meɪn/)) - Şimal-şərqi ABŞ-nin ən şimal ştatı. 50 ABŞ ştatından Men ərazisinə görə ən kiçik 12-ci, ən az əhalisi olan 9-cu və ən az əhali sıxlığına malik 13-cüdür. Yeni İngiltərədə yerləşir, qərbdə Nyu-Hempşir, cənub-şərqdə Atlantik okeanı və şimal-şərqdə və şimal-qərbdə müvafiq olaraq Nyu-Bransuik və Kvebek adlı Kanada əyalətləri ilə həmsərhəddir. Men başqa bir tək ştatla həmsərhədd olan yeganə ştatdır, kontinental ABŞ-nin ən şərqidir və Böyük göllərin şərqindəki ən şimal ştatdır. Men nahamar, qayalı sahil xətti, alçaq, dərəli-təpəli dağları, sıx meşəli daxili və mənzərəli su yolları, həmçinin dəniz məhsulları mətbəxi, xüsusən də omar və molyusk ilə tanınır. Ştatın əksər hissəsində, o cümlədən sahilyanı ərazilərdə rütubətli kontinental iqlim mövcuddur. Men ən çox əhaliyə malik şəhəri Portlend, paytaxtı Oqastadır. Min illər boyu yerli xalqlar indiki Men ərazisinin yeganə sakinləri idi. Avropalılar indiki Menə gəldiyi zaman ərazidə bir çox Alqonkin dilli xalq yaşayırdı.
Şeh
Şeh – axşam, gecə və səhər tezdən müsbət temperaturda yer səthi, bitki və əşyaların üzərinə çökən su damlaları. Gecə şüalanması nəticəsində havanın soyuması və həmin səthdə su buxarının kondensasiyasından yaranır. Zəif küləkli aydın havada şeh daha çox düşür. Mülayim enliklərdə şeh gecə ərzində 0,1-0,5 mm, tropiklərdə 3 mm-dək yağıntı verir. == Şeh nöqtəsi == Şeh nöqtəsi mövcud su buxarı və sabit hava təzyiqinin təsiri ilə havanın doyma vəziyyətinə gəlməsi üçün tələb olunan temperaturdur. Nisbi rütubət 100%-dən az olduqda şeh nöqtəsi həmişə faktiki hava temperaturundan aşağı düşür. Nisbi rütubət 100%-ə bərabər olduqda isə faktiki hava temperaturu şeh nöqtəsinə uyğun gəlir və şehin əmələ gəlməsi üçün şərait yaranır.
Meq
Meq(ing. The Meg) — Din Georqaris, Con Höber və Erix Höberin ssenarisi əsasında Con Turteltaubun rejissorluğu ilə çəkilmiş 2018-ci il elmi fantastika filmi. Stiv Altenin 1997-ci ildə yazdığı "Meg: A Novel of Deep Terror" romanı əsasında çəkilib. Filmdə baş rolları Ceyson Stethem, Li Binqbinq, Rainn Vilson, Rubi Rouz, Uinston Çao və Kliff Körtis canlandırıb. Süjetdə bir qrup elm adamı Sakit Okeanın dibində xilasetmə missiyası apararkən 75 fut uzunluğunda (23 m) meqalodon köpəkbalığı ilə qarşılaşır. Walt Disney Studios ilk olaraq 1990-cı illərdə romanın film hüquqlarını aldı, lakin inkişaf cəhənnəmində illərin sərf etdi. Filmin hüquqları sonda Warner Bros. Pictures-ə keçdi və filmin çəkilməsinə icazə verildi. Turteltaub və aktyor heyətinin əksəriyyəti 2014-cü ilin sentyabrında filmə qoşuldu və çəkilişlər Yeni Zelandiya və Çinin Sanya şəhərində başladı və 2017-ci ilin yanvarında başa çatdı. Meq ABŞ-də 10 avqust 2018-ci ildə nümayiş olundu.
Men Tıva men
Men — Tıva Men (Mən tıvayam / Mən tıvalıyam) (tıvaca: Мен — Тыва Мен; rusca: Я — Тувинец, Ya tuvinets) Tıva Respublikasının himni. Yazıçısı Olonbayar Qantomir, bəstəkarı Bayantsaqaan Ooxiydir. Tıva Respublikasının Böyük Xuralı (parlamenti) tərəfindən rəsmi olaraq qəbul edilmişdir, və respublikanın köhnə himni olan Tooruktuğ Dolqay Tañdım himnini 11 avqust 2011-ci il tarixindən etibarən əvəz etmişdir.
Azərbaycan MEA
Azərbaycanın Milli Elmlər Akademiyası və ya qısaca: AMEA — Azərbaycan Respublikasında dövlətin təsis etdiyi ali elmi qurum, Respublikanın ali elmi idarəsi. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 17 sentyabr tarixli Fərmanına əsasən çap mediası subyektinin təsisçisi ola bilən 10 dövlət orqanından biridir. == Tarixi == Azərbaycan elminin, onun intellektual dəyərlərinin milli sərvət kimi qəbul edilməsində Azərbaycan Xalq Cümhuriyyətinin (1918–1920) mühüm rolu olmuşdur. Bakı Universitetinin yaranması, azərbaycanlı tələbələrin Avropa ali məktəblərinə göndərilməsi milli dilin, mədəniyyətin intişarı bütövlükdə Azərbaycan elminin inkişafına mühüm təsir göstərən amillərdən olmuşdur. 1920-ci ilin əvvəllərində respublikada elmi tədqiqatlar əsasən Azərbaycan Dövlət Universitetində (indiki BDU) mərkəzləşmişdi. 1920–1922-ci illərdə burada humanitar, tibb və təbiət bölmələrindən ibarət elmi assosiasiya təşkil edilmiş və fəaliyyət göstərmişdir. 1925-ci ildə Cəmiyyət Azərbaycan Hökumətinin sərəncamına verildi. 1923–1929-cu illər arasında Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti fəaliyyət göstərmişdi. Həmin cəmiyyətin sədri Əbdürrəhim bəy Haqverdiyev, üzvlərindən biri isə Məhəmmədhəsən bəy Vəlili-Baharlı seçilmişdi. 1929-cu ildə bu cəmiyyət yenidən təşkil edilərək Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutu (DETİ) adlandırılmışdı.
Cessika Mey
Cessika Mey (5 dekabr 1993, Paranasiti[d], Parana ştatı) — Braziliya əsilli Türk televiziya aktrisası.
Doge (mem)
Doge — Internet memidir. 2013-ci ildə məşhurlaşmışdır. Mem tipik olaraq ön planda Comic Sans şriftində çox rəngli mətn ilə müşayiət olunan bir Shiba Inu köpəyinin şəklindən ibarətdir. Bir növ daxili monoloqu təmsil edən mətn qəsdən qırıq ingilis dilində yazılmışdır. Mem 2010-cu ildə yaranmışdır və 2013-cü ildə populyar olmuşdur.
Ebiqeyl Mek
Ebiqeyl Mek (ing. Abigail Mac; 2 iyun 1988, Baltimor, Merilend) — amerikalı pornoaktrisa. == Bioqrafiya == Ebiqeyl Mek 2 iyun 1988-ci ildə Baltimor (Merilend) şəhərində, alman və italyalı əsilli ailədə anadan olub. İlk dəfə iş olaraq restoranda ofsiant olaraq işlədi. Karyerasına 2012-ci ildə, 24 yaşında pornoqrafiya aktrisası olaraq başlayıb. Əsasən lezbiyan mövzulu filmlərlə tanınır. Mek Hard X, Vixen, Blacked, New Sensations, Sweetheart Video, Girlfriends Films, Naughty America, Girlsway, Penthouse, Jules Jordan Video, Reality Kings, Evil Angel, Wicked Pictures və Brazzers kimi şirkətlərlə birgə işləyib. Qreq Lenskinin rejissoru olduğu və ilk irqlərarası seks səhnəsi olan "Black and White" adlı filmdə çəkilməsi ilə 2016-cı ildə ən yaxşı kişi/qadın seks səhnəsi və ən yaxşı solo adı altında AVN Awards qazanıb. 2018-ci ildə Tushy studiolarında Kayden Krossun rejissor olduğu 11 videoda çəkilib. Bu videolarla ilk anal seks və double penatration (DP) səhnələrdə yer alıb.
Hu Mei
Hu Mei (9 aprel 1987, Nanninq[d]) — Çini təmsil edən bədii gimnast. Hu Mei, 2004-cü ildə Çini XXVIII Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Hu Mei, 2004-cü ildə Çin bayrağı altında Yunanıstannın paytaxtı Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Dai Yonqjun, Li Jia, Lu Yinqna, Lü Yuanyanq və Janq Şuo ilə birgə finalda 46.500 xal toplayaq 6-cı yeri tutdu.
Keh (Miyanə)
Keh (fars. كه‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 166 nəfər yaşayır (39 ailə).
Lucia Mee
Lucia Quinney Mee "BEM" (1999 – 24 may 2020) — Şimali İrlandiyalı aktivist. Kampaniya Şimali İrlandiya ölkəsində təşkil edildi, o, rəhbərlik etdiyi orqanların çatışmazlığı səbəbindən yalnız səkkiz yaşında idi. O, erkən yaşda üç qaraciyər transplantasiyası edən onun ölkədə ilk idi. 2016-cı ildə "transplantasiya oyunları"nda (orqan transplantasiyası üzrə yüngül atletika üzrə Dünya Çempionatı) iştirak edib. O, həmçinin "canlı yüksək profilli donata qürurlu" (canlı yüksək qürurla ianə) adlı səsləndi orqan transplantasiyası təbliğ etmək üçün bir kampaniya təşkil etmişdir.
Matilda Mey
Matilda Mey (fr. Mathilda May; 8 fevral 1965, Sent-Uan-sür-Sen[d], Sena[d], Fransa) — fransız aktrisası. == Həyatı == Matilda Mey (Əsl adı Kərimə Matilda Haimdir) 1965-ci ildə fransız yazıçısı və aktyoru Viktor Haimin ailəsində doğulub. Kökəncə türk yəhudisidir. Anası isveçli xoreoqraf Marqareta Hansondur. Mey uşaqlıqdan rəqslə məşğul olurdu. Sonra aktrisalıq sənəti dərsləri almağa başladı. 1984-cü ildə kino sənətindədir. İlk filmi "Nemo"dur. Matilda Mey üç dəfə ailə qurub.
Mehr (dəqiqləşdirmə)
Mehr — İran və Əfqanıstanın rəsmi təqviminin yeddinci ayı. Kabud Mehr (Talış) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd.
Mehr Mərdan
Mehr Mehran — Təbəristan şahı. == Hakimiyyəti == 717-755-ci illər arasında hökmranlıq etməyindən əlavə haqqında məlumat yoxdur. == Mənbə == Madelung, W. (1975). "The Minor Dynasties of Northern Iran". In Frye, R.N. The Cambridge History of Iran, Volume 4: From the Arab Invasion to the Saljuqs. Cambridge: Cambridge University Press. pp. 198–249. ISBN 978-0-521-20093-6.
Mel Blank
Mel Blank (ing. Mel Blanc; 30 may 1908[…], San-Fransisko, Kaliforniya – 10 iyul 1989[…], Sedars-Sinay Tibb Mərkəzi[d], Kaliforniya) — "Min səsin insanı" kimi tanınan amerikalı səs aktyoru. Mel Blank Warner Bros. cizgi filmlərinin bir çox qəhrəmanlarını və o cümlədən Bugs Bunny'ni və daha çox səsin sahibidir. Günlərin bir günü o avtomobil qəzasına düşür və kəllə sümüyünü sındıraraq 3 həftəlik komada olur. Komada Blanka dəfələrlə müraciət edilməsinə baxmayaraq o reaksiya vermirdi, lakin haçan ki, həkim ondan: "Necəsən, Bugs Bunny?", soruşur, aktyor dərhal dovşan səsi ilə cavab verir. Blankın məzarında bir çox cizgi filmlərinin sonluğunda donuz balası personajı Porki Piqin səsləndirdiyi məşhur "That's All Folks" yəni, Azərbaycan dilində: "Hamısı Bu Qədər Uşaqlar!" frazası yazılmışdır.