Müqəddəs Tanrı anası kilsəsi (Çörəkli)
Müqəddəs Tanrı anası kilsəsi — Xocavənd rayonunun Çörəkli kəndi ərazisində yerləşən tarix-memarlıq abidəsi. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən ölkə əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır.
Kilsə timpanında inşaat kitabəsinin olmaması, onun tikilmə tarixini müəyyənləşdirməkdə çətinlik yaradır. Lakin, hələ dəqiq öyrənilməməsinə baxmayaraqçəhrayı rəngli qranit pilonlara birləşdirilmiş zəngin dekorlu dörd xaçdaş üzərindəki tarixlə artıq XII əsrdə burada dini kompleks olduğunu sübut edir.
Abidəni tədqiq etmiş K. Mkrtçyan qeyd edir ki, divar hörgüsü, epiqrafika nümunələrinin stilistik xüsusiyyətləri və sair xüsusiyyətləri əsas götürərək demək olar ki, kilsə XVI-XVII əsrlərdə daha qədim dini kompleksin yerində inşa edilmişdir.
Kilsə Çörəkli kəndinin düz mərkəzində, məktəb binasının yanında yerləşur. Birnefli bazilika formasına malik tikili tağtavanlı dama malikdir. Planda düzbucaqlı formaya malik tikilinin ölçüləri 12.6x6 metrdir. Kilsənin inşasında yaxşı yonulmuş yerli daşlardan istifadə edilmişdir.
Apsidanın hər iki tərəfində köməkçi otaqlar vardır.