[Yaşlı kişi:] Elektrik çıraqlarının keçirilməsi məni özümə gətirdi.
Küncdə yerə qoyulmuş çırağın piltəsi aşağı düşdüyündən sönük, sarı işığı alaçığı işıqlandıra bilmirdi.
// məc. İşıq, ziya, nur mənasında.
Tutdu Yer üzünü ürfan çırağı; Nura qərq elədi qonşu torpağı.
Onun ümid çırağıyla; Arayırdıq yolumuzu.
◊ Çırağı sönmək məc. – sonu çatmaq, məhv olmaq.
Aradan keçdi illər; Çarın söndü çırağı.
Faşizmin çırağı sönərkən bir gün; Qol-boyun olaraq öpüşərik biz.
Çırağını yandıran – işini, nəslini davam etdirən. [Ziyad xan:] Öləndən sonra bizim çırağımızı yandıran olmayacaq. “Əsli və Kərəm”.
Çıraq yanan vaxt – hava qaralan vaxt, axşamüstü.
[Şəhrəbanu xanım:] Xülasə, axşam çıraq yanan vaxtda Məstəli şah gərək bizim evdə hazır olsun.
Çıraq sönən vaxt – yatmaq vaxtı, adamlar yatan vaxt.
Çıraqla axtarsan, tapa bilməzsən – çox çətin tapılan, az ələ düşən şey haqqında.
[Rüstəm bəy:] [Məşədi İbadın] hərçənd bir az yaşı çoxdur, amma bir yaxşı adamdır ki, beləsini çıraqla axtarsan, tapa bilməzsən.